Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə29/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   25   26   27   28   29   30   31   32   ...   68
dis anar (1)

inkişafına müəyyən bir təkan verəcəkdir”
[55]. Plenumda çıxış edən şair Rəsul Rza
 
muxtar respublikadakı müasir ədəbi mühitin bir sıra nümayəndələrinin 
yaradıcılığından bəhs edərək demişdir: 
“Naxçıvanda yaşayıb-yaradan Hüseyn 
Razinin, Əliyar Əliyevin 
(Əliyar Yusiflinin-A.A),
Əhməd Mahmudovun, Müzəffər 
Nəsirli, Əkbər Məftun və başqalarının şeirləri müxtəlif qüvvətdə, müxtəlif mövzuda və 
müxtəlif yaradıcılıq səviyyəsində yaranan ədəbiyyatın xarakter nümunələridir”
[212, 
s.7-8]. 
Bakıdan gəlmiş ədiblərdən S.Rüstəm, Ə.Vəliyev, M.Rahim, S.Rəhimov, Mir 
Cəlal, Əbülhəsən, həmçinin Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılardan 
Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Əliheydər Qənbər və digərləri də çıxış edib 


62 
müxtəlif ədəbi nəsillərə mənsub qələm sahiblərinin yaradıcılığını dəyərləndirmiş, 
inkişafın əsas tendensiyalarını səciyyələndirmişlər. Məruzə və çıxışlarda naxçıvanlı 
sənətkarlardan M.Tarverdiyev, H.Əzim, M.Nəsirli, Ə.Məftun, M.Əkbər, H.Razi, 
H.İbrahimov, Ə.Yusifli, Ə.Mahmud, K.Ağayeva və digərlərinin əsərləri təhlil 
olunmuş, uğurlu məqamlar qiymətləndirilmiş, müşahidə olunan bəzi nöqsanlar da 
nəzərə çatdırılmışdır. Məsələn, digər naxçıvanlı ədiblərlə yanaşı, H.Razi 
yaradıcılığına da diqqət yetirən Əliheydər Qənbər bildirmişdir ki, H.Razinin 
şeirlərində forma müxtəlifliyi ilə yanaşı olaraq bir yenilik nəzərə çarpır. O öz 
şeirlərini ümumiləşdirmələr əsasında qurmaqla getdikcə təkmilləşməyə və yeni söz 
deməyə çalışır. M.Bektaşi isə çıxışında H.Razinin “Ana məhəbbəti” şeirini müsbət 
dəyərləndirmiş, “Şaxtaçılar” şeiri haqqında isə “quru və cansız çıxmışdır” qənaətinə 
gəlmişdir [235]. Digər şair və yazıçıların əsərlərinə də analoji obyektiv münasibət 
ifadə olunmuşdur. 
Razılıq doğuran haldır ki, plenumda çıxış edən naxçıvanlı qələm sahibləri 
muxtar respublikada ədəbi-tənqidi fikirin səviyyəsini də lazımınca nümayiş etdirə 
bilmişdilər. Onlar ədəbi prosesin uğurları ilə yanaşı, bir sıra tənqidi qeydlərini və 
arzularını da ifadə etmişdilər. Muxtar respublikada yaşayıb-yaradan sənət 
adamlarının bəzilərinin yaradıcılığında bədiiliyin zəif olması, mövzu məhdudluğu 
diqqət mərkəzinə çəkilmişdi. Eyni zamanda, yerli ədəbi qüvvələrin əsərlərinin 
nəşrindəki çətinliklər də nəzərə çatdırılmışdı. Bakıdan gəlmiş yazıçılardan Əli 
Vəliyev də ədəbi mühitin inkişafı üçün vacib olan çap məsələsini xüsusi 
vurğulamışdı: 
“24 il bundan əvvəl Naxçıvanda “Ədəbiyyat” qəzeti çıxarıldığı halda, 
indi burada ədəbi orqan yoxdur... Filialın öz orqanı olmalıdır. Naxçıvanda 
almanaxlar çıxarılmalıdır”
[55].
Plenumun işgüzar müzakirələri Naxçıvanda ədəbi mühitin, o cümlədən ədəbi 
tənqidin də inkişafına müvafiq təsir göstərdi. Yerli müəlliflərdən bir neçəsinin 
kitabları nəşr olundu. Təsadüfi deyil ki, tanımış yazıçı Mehdi Hüseyn 1958-ci ildə 
Moskvada sovet yazıçılarının 3-cü qurultayındakı məruzəsində də Naxçıvandakı 
plenumun əhəmiyyətini, muxtar respublikadakı ədəbi inkişafı məmnunluqla nəzərə 
çatdırmışdı. Plenumdan sonra Naxçıvanda yaşayan yazarlardan M.Tarverdiyev, 


63 
Ə.Yusifli, H.Razi, M.Əkbər, Ə.Mahmud, K.Ağayeva Yazıçılar İttifaqına üzv qəbul 
edildilər. 
Yeni kitabların nəşri, onların haqqında resenziyaların dərci də qeyd 
olunmalıdır. Həmin illərdə tənqid Naxçıvan ədəbi mühitinin yeniliklərinə diqqətlə 
yanaşmağa, müvafiq təhlillər aparmağa çalışır. Məsələn, Bakıda nəşr olunmuş “Tər 
çiçəklər” adlı almanaxda (1959) muxtar respublikanın da ədəbi qüvvələrinin 
əsərlərinin yer almasını yazıçı Məmmədli Tarverdiyev yazdığı resenziyada ayrıca 
nəzərə çatdırmışdı (“Şərq qapısı” q., 1960, 13 mart). 
1950-ci illərdə Naxçıvanda ədəbi tənqid gənc yaradıcı qüvvələrin sənət 
axtarışlarına da diqqət yetirir. Şair-tənqidçi Hüseyn Razinin “Şərq qapısı” qəzetində 
dərc olunmuş ilk ədəbi icmalları bu baxımdan xarakterikdir (“Mətbuat xülasəsi”, 
1956, 27 iyun; “Şeir həvəskarları”, 1957, 10 mart və s.). 1960-cı illərdə Naxçıvan 
ədəbi mühitində daha əhatəli dirçəliş hiss olunur. Gənc ədəbi qüvvələrə diqqət və 
qayğı artır, onların əsərləri müzakirə olunur, ədəbi-tənqidi fikir mübadiləsi genişlənir. 
“Şərq qapısı” qəzetinin 15 iyul 1962-ci il tarixli 166-cı sayında verilmiş “Gənc 
ədəbi qüvvələr” adlı məqalə o dövrün ədəbi tənqidinin əhəmiyyətli 
nümunələrindəndir [79]. Məqalədə Naxçıvanda istedadlı ədəbi gəncliyin olması 
vurğulanmış, onların bir qisminin “təzə söz deməyə, yeni fikir söyləməyə, ciddi ədəbi 
axtarışlar aparmağa səy göstərmələri” təqdir olunmuş, bu baxımdan Hüseyn 
Fərəcoğlu, Həsən Fətullayev, Malik Məmmədov, Elmira Qasımova, Novruz Əliyev 
(

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin