Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə30/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   26   27   28   29   30   31   32   33   ...   68
dis anar (1)

Nehrəmli
-A.A) və s. gənclərin sənətdəki ilk addımlarına nəzər salınmış, təhlillər 
aparılmışdır. Maraqlıdır ki, məqalədə muxtar respublikadakı ədəbi gəncliyin “əmək 
adamlarının işini, məişətini göstərməyə, köhnəliyin qalıqlarını, ümumi işimizə 
maneçilik törədən halları tənqid etməyə” yönələn əsərləri ilə yanaşı, “düzlüyü, 
doğruluğu, saf məhəbbəti tərənnüm edən lirik şeirləri” də diqqət mərkəzinə 
çəkilmişdi. Muxtar respublikanın gənc ədəbi qüvvələrinin yaradıcılığının müsbət 
məziyyətlərinin vurğulanması ilə yanaşı, məqalədə onlara aid bəzi tənqidi qeydlər və 
tövsiyələr də yer almışdır. Bildirilirdi ki, onların qələmə aldıqları mövzular bəzən 
orijinal olmur, ictimai məna daşımır, bəzən də başqa bir şairin, yaxud yazıçının 
əvvəllər dediklərinin sönük təkrarından uzağa gedə bilmir:
“Aydındır ki, ürəklə 


64 
yazılmayan, bədii təfəkkürün məhsul olmayan belə hekayə və şeirlər oxucunu 
qətiyyən qane etmir... Bəzən gənc müəlliflər ədəbi kəşf yolu ilə getmir, həyat 
həqiqətlərini təhrif edir, yeni mövzular axtarmaq, təzə söz demək üçün tər tökmür və 
nəhayət, sənətkarlıq məsələlərini öyrənməyə səy göstərmirlər”.
Ədəbi-tənqidi 
məqalədə o da vacib sayılırdı ki, Yazıçılar İttifaqının Naxçıvan şöbəsi “gənc ədəbi 
qüvvələrlə müntəzəm olaraq iş aparmalı,... ümid verənlərin yaradıcılığına düzgün 
istiqamət vermək üçün lazımi tədbirlər görməlidir”. 
Görünür ki, haqqında danışılan məqalə o zaman təsirsiz qalmamış, aid 
təşkilatları hərəkətə gətirmişdi. 1962-ci ilin 10 dekabrında Naxçıvanda yaşayıb bədii 
yaradıcılıqla məşğul olan gənclərin birinci müşavirəsinin keçirilməsi bu baxımdan 
təsadüfi deyildi. Həmin müşavirədə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin 
məsul katibi Müzəffər Nəsirli muxtar respublikada ədəbi mühitin vəziyyəti və sənət 
adamlarının qarşısında duran vəzifələr barədə məruzə etmişdir. Yaradıcılıq sahələri 
üzrə də ədəbi-tənqidi səpkili çıxışlar olmuşdur. Naxçıvandakı gənclərin şeirləri 
barədə şair Hüseyn Razi, dramları haqqında ədəbiyyatşünas İzzət Maqsudov, 
hekayələri barəsində isə Adil Salmanov çıxış etmiş, əhatəli ədəbi-tənqidi təhlillər 
aparılmış, gənclərin bədii əsərlərinin müsbət məziyyətləri, ideya-bədii axtarışları ilə 
yanaşı, müşahidə olunan nöqsanlardan da söz açılmışdır [236].
Naxçıvanlı yazarların əsərləri getdikcə daha böyük maraq doğurmuşdur. 
Təsadüfi deyil ki,1964-cü ildə şair
 
Əli Kərim “Azərbaycan” jurnalında Naxçıvanda 
yaşayan şairlərin əsərləri haqqında məqalə dərc etdirmiş, bir sıra poetik nümunələri 
yüksək qiymətləndirmişdir [145].
 
1965-ci ilin iyun ayında Bakıda Naxçıvan Muxtar 
Respublikası ədəbiyyat və incəsənət həftəsi keçirilmişdir. Bu münasibətlə paytaxtda 
naxçıvanlı yazıçı və şairlərlə müxtəlif görüşlər təşkil olunmuş, muxtar respublikanın 
ədəbi qüvvələrinin yaradıcılıq axtarışları barədə naxçıvanlı tənqidçi və 
ədəbiyyatşünasların müvafiq məruzələri də dinlənilmiş, ədəbi müzakirələr 
aparılmışdır. 
 
1950-60-cı illərdə naxçıvanlı müəlliflərin əsərlərindən ibarət bir sıra 
almanaxlar, eləcə də ayrı-ayrı şair və yazıçıların əsərləri kitab halında nəşr olunmuş, 
ədəbi mühit tərəfindən ümumən maraqla qarşılanmışdır. Bu mərhələdə, xüsusən 


65 
1960-cı illərdə muxtar respublikanın ədəbi mühiti ideya-bədii axtarışların geniş 
vüsəti, mövzu əlvanlığı, həmçinin janr rəngarəngliyi baxımından da zənginləşir. Dos. 
S.Surə yazır: 
“1963-cü ildən başlayaraq Naxçıvanda yaşayan yazıçı və şairlərin 
sənətkarlığında təkmilləşməyə doğru addımlar atıldığı müşahidə olunur. Onların 
mövzu dairəsi də genişlənmiş, gündəlik publisist əsərlərə deyil, öz yaradıcılıqlarında 
janr müxtəlifliyinə də diqqəti artırmışlar” 
[223, s.118-119].
1960-cı illərdə Naxçıvan və Bakı mətbuatında naxçıvanlı şair, yazıçı və tənqid-
çilərin (M.Nəsirli, H.İbrahimov, H.Razi, Y.Axundov, İ.Maqsudov, Ə.Yusifli, 
Ş.Zaman, M.Əkbər və s.) muxtar respublikadakı yazarların sənət axtarışlarının 
müxtəlif aspektləri ilə bağlı bir sıra maraqlı ədəbi-tənqidi məqalələri də dərc 
olunmuşdur. 1966-cı ildə Naxçıvanda yaradıcı ziyalıların müşavirəsinin keçirilməsi 
də ədəbi prosesin təhlil olunub qiymətləndirilməsi baxımından faydalı olmaqla 
yanaşı, ədəbi tənqidin yüksəlişini də əyani şəkildə göstərir. 
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Müasir ədəbi prosesin təhlil 
metodologiyasının bəzi problemləri” məqaləsində yazır: 
“Ədəbi tənqidin 
funksionallığı ədəbiyyatın praktikasına bağlıdır. Tənqid nəzəri gücünü, potensialını 
tarixdən, tarixən qazandığı ədəbiyyatşünaslıq yaddaşından alırsa, gerçəkliyi, 
gerçəkləşməsi ədəbi prosesdən, günün ədəbiyyatından asılıdır”
[59,s.437].
 
Bu 
mənada Naxçıvanda 1950-1960-cı illərin ədəbi tənqidi də enişli-yoxuşlu inkişaf
xüsusiyyətlərinə, qabarma və çəkilmələrinə görə məhz günün ədəbiyyatı, dövrün 
ədəbi prosesi ilə bilavasitə bağlı olmuş, ona istinadən formalaşmışdır.
1970-1980-ci illərdə muxtar respublikada ədəbi mühit daha da canlanmış, 
müxtəlif ədəbi nəsillərə mənsub müəlliflər uğurlu yaradıcılıq axtarışlarını davam 
etdirib diqqətəlayiq əsərlər yazdıqları kimi, ədəbiyyata yeni gələn H.Valeh, E.Həbib, 
M.Qasımzadə, A.Yadigar, K.Qədim, İ.Orxan, İ.Yusifoğlu, Z.Vüqar, M.Tahir orijinal 
duyum və deyim tərzinə malik söz əhli kimi püxtələşmişlər.
Tanınmış yazıçı Hüseyn İbrahimov “Yaradıcılıq yollarında” məqaləsində 
(“Sovet Naxçıvanı” q., 1980, 8 iyun)
 
1955-ci ildə oxuculara çatdırılmış “Səadət 
mahnıları” almanaxından sonra muxtar respublikada ədəbi qüvvələrin əsərlərinin 
nəşri sahəsində görülmüş çoxsaylı işləri, ötən dövr ərzində yerli müəlliflərin 64 


66 
kitabının, həmçinin 7 almanaxın çapını bu istiqamətdə atılmış mühüm addımlar kimi 
dəyərləndirmiş, Ə.Yusiflinin, H.Razinin, K.Ağayevanın və başqalarının yeni 
kitablarını Naxçıvan ədəbi mühitinin uğurları kimi səciyyələndirmişdir. Belə bir 
zəngin və çoxcəhətli yaradıcılıq mühiti, heç şübhəsiz ki, ədəbi-tənqidi baxımdan da 
təhlil olunub dəyərləndirilmişdir. Bu illərdə ədəbi tənqid ilk növbədə yeni nəşrlər 
haqqında resenziyalara, illik ədəbi icmallara, portret yazılara üstünlük vermişdir.
Məsələn, Ə.Mirzəyevin “Gəncləşən diyara hədiyyə” resenziyasında [175] 
muxtar respublikanın təşkilinin 50 illiyi ilə əlaqədar Naxçıvanda yaşayan qələm 
sahiblərinin əsərlərindən ibarət “Arazın işıqları” almanaxına (1974) nəzər salınmış, 
müxtəlif ədəbi nəsillərə mənsub M.Nəsirli, H.İbrahimov, H.Razi, Ə.Yusifli, 
M.Möhsünov,H.Fətullayev, H.Arzulu, K.Ağayeva, R.Babayev, L.Əhmədova, 
B.İsgəndərov və digərlərinin almanaxda yer alan müxtəlif janrlı əsərləri barədə 
məlumat verilmişdir. Əkbər Süleymanovun “Arazın işıqları” adlı resenziyasında isə 
(“Şərq qapısı” q.,1974, 16 noyabr) eyniadlı almanaxın “Gənclik” nəşriyyatında rusca 
nəşri təqdir olunmuş, bu addım Naxçıvan ədəbi mühiti nümayəndələrinin əsərlərinin 
geniş oxucu auditoriyasına çatdırılması işinə layiqli töhfə sayılmışdır. 1970-1980-ci 
illərdə çapdan çıxmış “Araz” almanaxları da ədəbi prosesin rəngarəng mənzərəsini 
əks etdirmişdir. 
1970-1980-ci illərdə “Şərq qapısı” qəzetində müntəzəm dərc olunan ədəbi 
icmallar da ədəbi-tənqidi fikirin inkişafında əhəmiyyətli rol oynamışdır. Bu 
icmalların əksəriyyətini qəzetin ədəbiyyat və incəsənət şöbəsinə rəhbərlik edən 
şairtənqidçi Hüseyn Razi yazırdı. Özlüyündə diqqətəlayiq ədəbi tənqid faktı olan belə 
icmalların bəzi cəhətləri o zaman Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsinə 
rəhbərlik edən şair Müzəffər Nəsirli tərəfindən tənqid olunmuşdu. M.Nəsirli 1977-ci 
ildə muxtar respublika rəhbərliyi səviyyəsində qəbul olunmuş yaradıcılıq ittifaqları 
ilə işi yaxşılaşdırmaq barədə qərarla əlaqədar məruzəsində demişdir: 
“”Şərq 
qapısı”nda gənclərin yaradıcılığı haqqında “bədii cəhətdən zəifdir” kimi ümumi 
sözlərlə icmallar verilir”
[223,s.135].

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin