68
1970-1980-ci illərdə Naxçıvanda ədəbiyyatın, eləcə də ədəbi tənqidin inkişaf
göstəricisi baxımından Azərbaycan Yazıçılar İttifaqının burada keçirilmiş səyyar
plenumlarının materialları da maraqlı məlumat verir. 2-7 iyun 1973-cü il tarixlərində
keçirilmiş plenumda xalq yazıçısı Mirzə İbrahimov başda olmaqla Bakıdan gəlmiş bir
qrup yazıçı və tənqidçi iştirak etmişdir.
Plenumun əsas hissəsi Naxçıvan ədəbi mühitinin yaradıcılıq problemlərinə
həsr olunmuşdu.Tənqidçi Yəhya Seyidov öz məruzəsində Naxçıvanda yaşayıb
fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yaradıcılıq axtarışlarını geniş təhlil
etmiş, ayrı-ayrı müəlliflərin səciyyəvi əsərlərinə diqqət yönəltmişdir. Məruzə
ətrafında çıxışlar da olmuşdu. Tanınmış şair Əliağa Kürçaylı öz çıxışında muxtar
respublikanın ədəbi qüvvələrinin yaradıcılığı barədə demişdir:
“Naxçıvanda
H.İbrahimov, H.Razi, Ə.Yusifli, M.Nəsirli, K.Ağayeva, E.Qasımova kimi şair və
dramaturqlar vardır ki, onların yaradıcılığı hər hansı “mərkəz” yazıçısının
yaradıcılığı ilə müqayisədən, bəlkə də, itirməz... Naxçıvanda yaşayan şairlərin də
Dostları ilə paylaş: