Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə23/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   19   20   21   22   23   24   25   26   ...   68
dis anar (1)

“Bilavasitə 
onların təşəbbüsü ilə o zaman “Şərq qapısı” qəzeti nəzdində ayda iki dəfə 
“Ədəbiyyat qəzeti” buraxılırdı. Bu illərdə M.İbrahimov və Ə.Vəliyevin “Şərq 
qapısı” qəzetində tez-tez hekayə, oçerk və məqalələri dərc olunurdu”
[9, s.15].
 


48 
Naxçıvanda çıxmış həmin “Ədəbiyyat qəzeti”nin nömrələri hələlik tapılmasa da, bəzi 
mənbələrdəki məlumatlar müəyyən fikir yürütməyə imkan verir. 
Həmin qəzet barədə M.Nəsirli yazırdı: 
“Şərq qapısı” qəzetinin redaktoru Əli 
Vəliyev və Mirzə İbrahimov yoldaşların təşəbbüsü ilə Naxçıvan mətbəəsində böyük 
formatda “Ədəbiyyat qəzetəsi” də çap edildi. Qəzeti Mirzə İbrahimov özü redaktə 
edir və qəzet ətrafına ümidverici gəncləri toplayırdı. Çox təəssüf ki, “Ədəbiyyat 
qəzetə”sinin ömrü az oldu. Bir neçə nömrədən sonra nəşri dayandırıldı. Buna 
baxmayaraq gənclər yenə də həvəslə yazıb-yaradırdılar”
[193, s.22].
 
Yazıçı Əli Vəliyevin sonralar qələmə aldığı qeydləri göstərir ki, Naxçıvanda 
Mirzə İbrahimovun redaktorluğu ilə işıq üzü görmüş “Ədəbiyyat qəzeti”ndə ədəbi- 
tənqidi materiallar, ilk növbədə, yeni çapdan çıxmış əsərlər barədə rəylər də dərc 
olunmuşdur. Ə.Vəliyev yazırdı
: “Bir çox yeni müəlliflərin əsərləri çap olunmuşdu... 
Qəzetdə Bakıda nəşr olunan kitablar haqqında da rəylər var idi”
[242].
 
Bu baxımdan 
“Ədəbiyyat qəzeti” barədə Lətif Hüseynzadənin aşağıdakı məlumatı da diqqəti çəkir: 
“Bu qəzetdə “Dünya qopur” romanı haqqında Mirzənin (Mirzə İbrahimovun- A.A.)
çox dəyərli bir məqaləsi də dərc edilmişdi
[237].
 
Xatırladaq ki, Ə.Əbülhəsənin 
“Dünya qopur” romanı ilk dəfə 1933-cü ildə Bakıda nəşr olunmuşdu və M.İbrahimov 
da həmin kitabla əlaqədar məqalə yazmışdı. Bu fakt da göstərir ki, Naxçıvanda ədəbi 
tənqidin nümayəndələri o zaman ümumən Azərbaycan ədəbiyyatının yaradıcılıq 
yeniliklərinə də diqqət yetirərək məqalə və resenziyalar yazmışlar. 
 
O illərdə Naxçıvanda yaşayıb-yaradan bir sıra müəlliflər yerli mətbuatla 
yanaşı, Bakıda, Tiflisdə və digər şəhərlərdə Azərbaycan dilində nəşr olunan qəzet və 
jurnallarda da müxtəlif səpkili yazılarla çıxış edirdilər ki, onların sırasında ədəbi-
tənqidi məqalələr də var idi. Bu baxımdan Şeyx Məhəmməd Rəsizadənin, Müzəffər 
Nəsirlinin, Əsgər Kəngərlinin, Qənbərlinin və digərlərinin yazıları maraq doğurur.
Məşhur romantik ədib Hüseyn Cavidin böyük qardaşı olan Şeyx Məhəmməd 
Rəsizadə ötən əsrin əvvəllərindən etibarən mətbuatda müxtəlif səpkili yazılarla çıxış 
etmiş, sosial-mədəni problemlərlə yanaşı, ədəbi mövzulara da üz tutmuş, həmçinin 
xeyli bədii əsər də qələmə almışdır. 1930-cu illərin əvvəllərində işdən əsassız olaraq 
azad edilməsi ilə əlaqədar yazdığı məktubda Şeyx Məhəmməd özü haqqında


49 
deyirdi: 
“Naxçıvanlı ziyalılardan az adam tapılar ki, məndən az-çox istifadə etməmiş 
olsun.Mənim vücudum canlı bir təbliğatdır”
[121, s.460]. 
Ş.M.Rəsizadə klassik Azərbaycan və ümumən Şərq ədəbiyyatının kamil bilicisi 
idi. Fars klassiki Ə.Firdovsidən tərcümələr etməsi, şeir və məqalələrində M.Füzuli, 
M.F.Axundzadə, M.Ə.Sabir və digərlərinin xidmətlərini dəyərləndirməsi də bu 
baxımdan diqqəti çəkir. Şeyx Məhəmməd 1920-1930-cu illərdə müasir ədəbi prosesi 
də izləmiş, yeni mərhələnin yaradıcılıq tendensiyalarına da münasibət bildirmişdir. 
Şeirlərinin birində sovet cəmiyyətini nəzərdə tutaraq:
Həm insan, həm əfkar dəyişmiş, 
Həm fəlsəfə, həm əşar dəyişmiş, - 
deyən Ş.M.Rəsizadənin [121,s.475] ədəbi prosesə yanaşmaları müəyyən qədər təzadlı 
idi. O, bir tərəfdən, dəyişən dünyada “dəstədən geridə qalmamaq üçün” sovet 
ideologiyasının tələblərinə uyğun mövqe nümayiş etdirir, digər tərəfdən də qələm 
əhlinin həqiqəti yazması barədə düşüncələrini dilə gətirirdi: 
Əyrini düz, düzü əyri yazmaram, 
Saf ayna tək gördüyümü göstərib, 
Həqiqəti xatir üçün pozmaram.
[121, s.458] 
Ş.M.Rəsizadənin müasir ədəbi prosesə münasibətinin ifadəsi kimi bir şeirinə 
ayrıca nəzər salmaq yerinə düşər. Bu, gələcəyin məşhur şairi Rəsul Rzanın “Bolşevik 
yazı” şeiri ilə əlaqədar 1931-ci ildə qələmə aldığı mənzumə idi [121, s.456]. Həmin 
əsərində Ş.M.Rəsizadə poeziyada yeni üslubun əsas nümayəndələrindən olan gənc 
şairin yaradıcılıq axtarışlarını yüksək qiymətləndirmiş, onun parlaq ədəbi gələcəyinə 
inandığını poetik şəkildə ümumiləşdirmişdi: 
Rza, yaz, yazından kütlə həzlənir, 
Gələcəkdə səndən çox şey gözlənir. 
Ədəbi məsləkin bu gün izlənir, 
Rza, durma, Rza, durma, Rza, yaz! 
Başqa bir bənddəki: “Şəkil gözəl, mündəricə tamamdır”, - misrası ilə 
Ş.M.Rəsizadə bədii əsər üçün vacib olan məzmun və forma vəhdətinin R.Rza 


50 
şeirlərində uğurlu təzahürünü poetik şəkildə nəzərə çatdırmışdı. Daha maraqlı ədəbi 
mülahizə isə bu bənddədir: 
Qəmgin deyil, sən həmişə dilşadsan, 
İcadlarda, obrazlarda azadsan, 
Futurizmə məktəbində ustadsan, 
Rza, durma, Rza, durma, Rza, yaz! 
Rəsul Rzanın yeni və tutarlı poetik deyimlərini, şeirlərindəki obrazlılığı xüsusi 
vurğulayan Şeyx Məhəmməd onu həm də futurizm məktəbinin tanınmış nümayəndəsi 
saymışdı və bu ədəbi dəyərləndirmə təsadüfi deyildi. Bəllidir ki, o illərdə bəzi 
Azərbaycan şairlərinin yaradıcılığında, o cümlədən də R.Rzanın sərbəst şeirlərində 
məşhur rus şairi V.V.Mayakovskidən müəyyən qədər təsirlənmə duyulurdu. 
V.V.Mayakovski isə V.Xlebnikov, A.Kruçenıx və bəzi digərləri ilə birlikdə rus 
ədəbiyyatında futurizm ədəbi cərəyanının əsas nümayəndələrindən biri olmuşdu [260, 
s.365-368]. Ş.M.Rəsizadə öz şeirində R.Rzanı futurist sayarkən, şübhəsiz ki, onun 
yaradıcılığındakı Mayakovski ənənələrini nəzərdə tutmuşdu. O dövrdə Azərbaycan 
ədəbi fikirində futurizm barədə bəzi mülahizələr də irəli sürülmüşdü. Yazıçı və 
tənqidçi Mehdi Hüseynin Tiflisdə çıxan “Dan yıldızı” jurnalında dərc etdirdiyi 
”Bizdə futurizm cərəyanı” məqaləsi (1926, № 7) bu baxımdan xarakterikdir.
Bütövlükdə Ş.M.Rəsizadənin haqqında danışılan şeiri onun ədəbi-tənqidi 
görüşlərini aydınlaşdırmaq baxımından əhəmiyyətlidir. Akademik Rafael Hüseynov
Şeyxin bu şeiri barədə yazır ki, qoca şair öz tərzinin köhnə olduğunu anlayır, amma 
yenilyi də sevib dəyərləndirirdi [121, s.456]. Mahiyyətcə ədəbi tənqid faktı da sayıla 
bilən bu şeiri köhnə ədəbi nəsilin yeni yaradıcı qüvvələrə “xeyir-duası” kimi 
dəyərləndirmək də inandırıcı səslənir
 
[72,s.76]. 
Bir müəllim-ədib olaraq Ş.M.Rəsizadə 1920-1930-cu illərdə Naxçıvanda yeni 
ədəbi düşüncənin formalaşmasında yaxından iştirak etmişdir. Belə ki, o, ədəbi 
yaradıcılığa həvəsi olan Əyyub Abbasov (Şəkili), Ənvər Rzalı, Nemət Nəim, 
Məmmədcəfər Dərzioğlu (gələcəyin məşhur akademiki Məmmədcəfər Cəfərov-A.A.) 
və digər gənclərin qələmə aldıqları əsərləri oxumuş, bir tənqidçi kimi rəyini bildirmiş, 
məsləhətlər vermiş, yeri gələndə düzəlişlər, redaktələr də etmiş, həmin nümunələrin 


51 
Naxçıvan və Bakı mətbuatında dərcinə də nail olmuşdur. Yetirmələrindən yazıçı 
Əyyub Abbasovun Naxçıvanda 1932-ci ildə çapdan çıxmış “Mübarizə” adlı şeirlər 
kitabını ona “Ədəbi yaradıcılığımın yardımçısı, müəllimim Rəsizadəyə” avtoqrafı ilə 
təqdim etməsi də bu həqiqətdən soraq verir. Ş.M.Rəsizadənin xeyirxah ədəbi 
missiyasını akad.M.Z.Cəfərov da ehtiramla xatırlamışdır [44, s.171-172].
Və nəhayət, Ş.M.Rəsizadənin ədəbi görüşlərinin bariz ifadəsi kimi qardaşı 
Hüseyn Cavid sənətinə münasibəti də maraq doğurur. Otuzuncu illərin qanlı 
repressiyaları ölkənin hər yerində tüğyan elədiyi bir vaxtda Naxçıvanda da “xalq 
düşmənləri”nin ifşa yığıncaqları keçirilirdi. Ş.M.Rəsizadənin oğlu sonralar 
xatırlayırdı ki, belə yığıncaqların birində Şeyxə də söz verirlər ki, “xalq düşməni” 
olan qardaşı Hüseyn Cavidi ifşa etsin. Lakin Şeyx Məhəmməd on-on beş dəqiqə 
Cavidin yaradıcılığının müxtəlif məziyyətlərindən danışmış, axırda fikrini: “Nə
deyim, hamısını düz yazmışdır”, –cümləsi ilə tamamlamış [199], tədqiqatçı Azər 
Turanın sözləri ilə desək: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin