Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu


 1920-1940-cı illərdə ədəbi tənqidin inkişaf problemləri



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə19/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   15   16   17   18   19   20   21   22   ...   68
dis anar (1)

1.2. 1920-1940-cı illərdə ədəbi tənqidin inkişaf problemləri
Naxçıvanda iyirminci əsrin ilk iki onilliyində təşəkkül mərhələsini keçirən 
ədəbi tənqidin 1920-ci ildən sonrakı inkişaf mənzərəsi mürəkkəb xarakterlidir. 
Həmin dövrün ədəbiyyatında olduğu kimi, ədəbi tənqidində də inkişaf birxətli 
mahiyyət daşımamış, təzadlar və ziddiyyətlərlə müşayiət edilmişdir. Bu isə mövcud 
quruluşun ideoloji doktrinalarının tələbləri ilə bilavasitə əlaqədar idi.1920-ci ildə 
Azərbaycanın sovetləşdirilməsindən sonra digər sahələrdə olduğu kimi, yaradıcılıq 
sahələrində də sosializm prinsiplərinin qeyd-şərtsiz tətbiqinə başlanıldı. Yeni 
cəmiyyət quruculuğu adı altında aparılan siyasət əslində daha çox hakimiyyət 
orqanlarının ideoloji əlavəsinə, tələb və tapşırıqlarının ifadəçisinə çevrilən 
ədəbiyyatın da formalaşdırılması prosesini şərtləndirdi.
Artıq 1920-ci illərdə milli ruhlu ədiblər sıxışdırılır, təqib və tənqid olunur, 
ədəbi mühitdən uzaqlaşdırılırdı. Cəzalara məruz qalanlar, həbsə salınanlar da az 
deyildi. Bu yanlış siyasət 1930-cu illərdə daha geniş miqyas almış, amansız 
repressiyalar törədilmişdi. O zamanın hakimiyyət dairələri sosializmi, sovet 
cəmiyyətini təbliğ edən əsərlərin yazılmasını bir vəzifə olaraq önə çəkirdilər. 
Professor Yavuz Axundlu Sovetlər Birliyinin hər yerində olduğu kimi, Naxçıvanda 
da analoji proseslərin getdiyini qeyd edərək yazmışdır: 
“Tezliklə “kənar səslər” 
susduruldu, nəticədə isə monoton ədəbiyyat formalaşmağa başladı. Sosialist 
quruluşunu tərənnüm edən ədəbi qüvvələr üçün şərait yaradılması, onların 
əsərlərinin geniş şəkildə təbliği və nəşri 1920-1930-cu illərin aparıcı meyllərindən 
idi”
[9,s.13]. 
Bədii yaradıcılıqda olduğu kimi, ədəbi tənqiddə də sosializm platforması qısa 
müddət ərzində ön plana keçdi. Ədəbi tənqid daha çox ideoloji siyasətin üzvi 
komponenti kimi çıxış edir, müasir ədəbiyyata, müxtəlif sənətkarların əsərlərinə 
qiymət verərkən ilk növbədə məhz sosioloji metodun prinsiplərinə əsaslanır, ictimai 
mündəricə amilini önə çəkirdi. 
Ədəbiyyatşünas Şamil Salmanov “Oktyabr və Azərbaycan ədəbi tənqidinin 
inkişafı” məqaləsində yazırdı: 
“Azərbaycan ədəbi tənqidinin ilk nümunələrini 


42 
yaradanlar sırasında gördüyümüz Ə.Nazim, M.Quliyev, H.Mehdi, H.Zeynallı, 
M.Rəfili, A.Musaxanlı, M.K.Ələkbərli, Ə.Şərif, H.Nəzərli, T.Hüseynov və 
başqalarının öz məqalələrində proletar ədəbiyyatının yaradılması və inkişaf 
etdirilməsi problemləri, onun novator mahiyyəti ətrafında söhbət gedirdi, marksist-
leninçi sənət nəzəriyyəsi işlənib hazırlanırdı”
[215, s. 34]. 
 
Qeyd olunan novatorluq isə ilk növbədə məhz marksist-leninçi təlimin 
prinsiplərinin önə çəkilməsindən ibarət idi. Ədəbiyyatşünaslıqda vurğulandığı kimi: 
“inqilabın, inqilabi zəmanənin mənafeyi onların (1920-1930-cu illərdəki tənqidçilər 
nəzərdə tutulur - A.A.) ədəbiyyata və sənətə də münasibətində həlledici rol 
oynayırdı”

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin