qatış-bulaş edəm…Oxuyan başa düşər düşsün, düşməz düşməsin”
[153, s.95].
Ə. Qəmküsarın Bakıda çıxan “Yeni füyuzat” jurnalının 30 noyabr 1910-cu il
tarixli 7-ci sayında “Əli bəy Hüseynzadə həzrətlərinin Qafqaziyadan mühacirəti
münasibətilə” qeydi ilə verilmiş “Təhəssürat” adlı səkkiz bəndlik şeiri isə onun
müasiri olan ədiblərin sənət və şəxsiyyətinə münasibətinin ifadəsi kimi maraq
doğurur. Onu da deyək ki, Ə.Qəmküsarın “Seçilmiş əsərləri”ndə (2006) yanlış olaraq
bu əsərin sonuncu üç bəndi bir şeir, ilk beş bəndi isə başqa şeir kimi verilib [153,
s.85-86]. Halbuki bu, bir şeirdir və “Yeni füyuzat”da da bütöv haldadır [248, s.142-
144]. Həmin şeir füyuzatçılarla mollanəsrəddinçilər arasında qarşılıqlı hörmətin
olduğunu göstərməklə yanaşı, konkret şəkildə Ə.Qəmküsarın məşhur ədib Əli bəy
Hüseynzadənin ədəbi-ictimai fəaliyyətinə, böyük xidmətlərinə verdiyi yüksək
qiyməti əks etdirir. Ə.Hüseynzadənin Qafqazı tərk etməsindən kədərlənən, “Səndən
eylər bu millət istimdad, ona sizlərsiniz yeganə pənah”,- deyən Ə.Qəmküsar belə
dəyərli ziyalıların Vətəndən uzaq düşməsinə təəssüflənir, böyük ədibə xoş arzularını
bildirir, onun qürbətə getsə də unudulmayacağını nəzərə çatdırırdı. Şeirin sonunda
Ə.Qəmküsar: “açılır başqa bağzari-bəyan”,- deməklə yeni ədəbi qüvvələrə inamdan
doğan təskinlik düşüncələrini də poetik şəkildə ümumiləşdirmişdir.
İlk dəfə “Yeni füyuzat” jurnalının 11 yanvar 1911-ci il tarixli 2-ci sayında dərc
olunmuş “Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf” adlı təsirli şeiri həm də
Ə.Qəmküsarın müasiri olan sənətkarların yaradıcılığına, cari ədəbi prosesə
yanaşmasının ifadəsi kimi diqqəti çəkir. [153, s.86-87].
Akademik İsa Həbibbəylinin
yazdığı kimi:
“Doğrudur, S. Səlmasi yaradıcılığı etibarilə mollanəsrəddinçi deyildi.
Lakin bir müddət Bakıda yaşaması, Şimali Azərbaycan ziyalıları, xüsusən
Ə.Qəmküsarla məslək dostluğu, habelə məşrutə hərəkatında fəal iştirakı onda
mollanəsrəddinçilərə yaxın və doğma bir dünyagörüş formalaşdırmışdır”
[88, s.339].
Səttarxan hərəkatında yaxından iştirak edən gənc şair Səid Səlmasi 24 fevral
1909-cu il tarixdə şah qoşunları ilə döyüşdə şəhid olmuşdu. Ə.Qəmküsar yaxın
dostunun ölümündən möhkəm sarsılmış, Bakıda çıxan “Tərəqqi” qəzetinin 6 mart
1909-cu il tarixli 50-ci sayında “Culfalı” imzası ilə “Səid Səlmasi” adlı nekroloq, 07
35
aprel 1909-cu il tarixli 72-ci sayında isə “Ə.Qəmküsar” imzasıyla “Şəhidi-mərhum
Səid Səlmasinin tərcümeyi-halı” adlı məqalə dərc etdirmişdi. Prof. İslam Ağayevin
haqlı qənaətinə görə:
“Ə.Qəmküsarın ilk dəfə olaraq S.Səlmasinin tərcümeyi-halını
yazması və ona alovlu şeir həsr etməsi”
[3, s.20] bu şairlərin yaxın dostluğundan,
əqidə birliyindən soraq verirdi.
“Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf” adlı yeddi bəndlik şeirində
Ə.Qəmküsar müasiri olan şəhid şairin sənət və şəxsiyyətinə, amal və əməlinə böyük
ehtiramını ifadə etmiş, onun ölümündən doğan dərin kədəri yanıqlı bir tərzdə
ümumiləşdirmişdir. O, bu şeirində S.Səlmasinin “Füyuzat” jurnalının 1907-ci ildəki
25-ci sayında çıxmış “Ləyaliyi-iztirar” şeirinin son misralarını da cüzi dəyişikliklə
vermiş, gələcək səadətə yönələn şanlı ideal naminə şəhidliyə qovuşan nakam şairin
sənət və şəxsiyyəti ilə bağlı ədəbi düşüncələrini nəzərə çatdırmışdı:
Dediyin tək həyati-istiqbal
Oldu axır fədası məsləkinin.
Can nisar etdin, etdin istikmal,
Qaim oldu əsası məsləkinin.
[248, s.255]
Ə.Qəmküsarın yaradıcılığının Naxçıvan dövründəki ədəbi-tənqidi görüşlərində
teatr məsələləri də müəyyən yer tutur. O, Culfada yaşadığı illərdə teatr tamaşalarının
hazırlanmasında iştirak etməklə yanaşı, ayrı-ayrı tamaşalar barədə xəbərlər,
resenziyalar da yazmışdır. Bu baxımdan Bakıda çıxan “Günəş” qəzetinin 26 dekabr
1910-cu il tarixli 101-ci sayında “Sənayeyi-nəfisə” başlığı altında “Əliqulu
Nəcəfzadə” imzası ilə dərc olunmuş bir məqaləsinə nəzər salmaq yerinə düşər. “Bizə
yazırlar. Culfadan” cümləsi ilə başlanan məqalənin əvvəlində Ə. Qəmküsar millətin
sosial-mədəni tərəqqisində teatrın da böyük əhəmiyyət daşıdığını diqqət mərkəzinə
çəkərək yazırdı:
“Məktəb və cərayid nə qədər tərəqqi və təaliyə xidmət edirsə, bir o
qədər dəxi teatr millətin maddi və mənəviyyatın islah edir”.
Ədib böyük müasiri
Mirzə Cəlil kimi, onu da vurğulayırdı ki, mədəniyyətdən, o cümlədən teatrdan uzaq
düşmək mahiyyət etibarı ilə kəsalət və bətalətə düçar olmaqdır. Bunun ardınca isə
teatrın inkişafı yolunda mətanətlə çalışanların əməyini təqdir edən Ə.Qəmküsar
36
bildirirdi ki, Culfada bir il öncə (1909-cu ildə- A.A.) teatr həvəskarları cəmiyyəti
yaradılmışdır. Ə.Qəmküsar səhnədə oynanılmaq üçün seçilən dramatik əsərlərin
tərbiyəvi əhəmiyyətinə xüsusi fikir verdiklərini, əhalinin də tamaşaya qoyulan
əsərləri maraqla qarşıladığını fərəhlə oxuculara çatdırırdı:
“Bir para əxlaq və məişətə
dair pyesalardan səhneyi-tamaşaya qoyuruq və keçən baharda M.Axundovun
“Məstəli şah” komediyasın oynadığımız kimi, işbu dekabr ayını 9-da Haqverdiyevin
“Bəxtsiz cavan” və 17-sində “Dağılan tifaq” faciələrini meydani-tamaşaya vəz etdik
və ...cəmaətimiz dəxi qayət şövq və həvəs ilə məclisimizi müşərrəf və müzəyyən
buyurdular”
[3,s.23-24].
Ə.Qəmküsar 1917-ci ildə də bir müddət Naxçıvanda yaşamış, ədəbi-mədəni
mühitdə fəallıq göstərmişdir. Həmin ildə onun təşəbbüsü və səyi ilə yaradılan “El
güzgüsü” adlı dram dərnəyi region üçün çox ciddi əhəmiyyət kəsb edirdi [185, s.74].
Bu dram dərnəyində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaya qoyulmuş
və Şeyx Nəsrullah rolunu da şairin özü oynamışdır. Həmin tamaşa elmi fikirdə
Naxçıvan teatrının o illərdəki uğurlarından biri kimi qiymətləndirilir [184, s.325].
Bundan sonra ardıcıl olaraq M.F.Axundzadənin “Molla İbrahim Xəlil kimyagər”,
Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərləri
Ə.Qəmküsarın rəhbərliyi altında tamaşaya qoyulmuşdur. “El güzgüsü” fəaliyyətini
dayandırdıqdan sonra Ə. Qəmküsar Rza Təhmasiblə birlikdə “Xeyriyyə” məktəbi
nəzdində “İmdad” adlı yeni dram dərnəyi yaratmış, ədəbi-mədəni mühitin dirçəlişinə
xidmət göstərmişdir. 1918-ci ilin 26 martında “Ölülər”in tamaşasından sonra baş
verən təqib və təzyiqlər sonunda Ə.Qəmküsar Naxçıvanı tərk edərək Tiflisə
dönmüşdür [57, s.65].
Ötən əsrin ilk onilliklərində Naxçıvanda ədəbi tənqidin təşəkkülündən
danışarkən mütəfəkkir romantik ədibimiz Hüseyn Cavidin də xidmətlərini
xatırlatmaq gərəkdir. 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Urmiyədən
məktub”,
“Urmiyədən”,
“Naxçıvandan
təbsirə”
kimi
məqalələrində
həmvətənlərimizin elmdən, maarifdən uzaq düşməsindən gileylənərək mədəni tərəqqi
yolunda böyük əmək sərf edən Məhəmməd Tağı Sidqi kimi ziyalıların fəaliyyətini
37
örnək göstərən H.Cavid sonralar ədəbi-tənqidi mahiyyətli müxtəlif əsərlər də
yazmışdır.
Bəllidir ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidində müasir
tələblərlə səsləşən yeni ədəbiyyat uğrunda mübarizə geniş yer tuturdu. Romantik ədib
Hüseyn Cavid də bu proseslərdən kənarda deyildi. AMEA-nın müxbir üzvü K.Əliyev
yazır
: “H.Cavidin yeni ədəbiyyat uğrunda apardıqları mübarizədə sənətə ictimai
mətləblər və yüksək ideyalılıq baxımından yanaşmaq əsas prinsip idi”
[66, s.45].
Bu
baxımdan onun Bakıda çıxan “Açıq söz” qəzetində 1915-ci ildə dərc olunmuş
“Müharibə və ədəbiyyat” adlı silsilə məqalələrindəki bir sıra ədəbi-tənqidi
mülahizələr diqqəti çəkir. Ədəbiyyatın təsir gücünü, oxucuların dünyagörüşünün
formalaşmasında böyük rol oynadığını xatırladan H.Cavid yazırdı
: “Məsələn, bir
gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq olursa, dərhal
kəndisinə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyəni və o
ruhda yaşamağa yeltənir və o məsləkdə yaşamaq istər...”
Dostları ilə paylaş: |