27
tənqidi məqalələr də dərc etdirmişdir ki, bunların
müəyyən bir qismi onun
Ordubadda, ardınca isə Culfada yaşadığı illərin məhsuludur.
Ədibin Naxçıvan bölgəsindəki fəaliyyətinin haçanadək davam etməsi barədə
bir neçə fərqli məlumat nəzərə çarpmaqdadır. Belə ki, onun həbs olunub sürgünə
göndərilməsini 1913-cü, 1914-cü, 1915-ci ilə aid etmək barədə mülahizələr vardır
[10, s. 49]
1913-cü il tarixi ümumən inandırıcı deyil,
çünki həmin il boyunca ədib
mətbuatda bir sıra yazılar dərc etdirmişdir ki, onların bir çoxunun mövzusundan,
mündəricəsindən Naxçıvanda qələmə alınması ilk baxışda nəzərə çarpır. Deməli, ən
azı 1914-cü ilin əvvəllərinədək M.S.Ordubadi Naxçıvan bölgəsində yaşamışdır.
Hələ 1904-cü ildə “Şərqi-Rus”da dərc olunmuş ilk şeirlərində (“Ədəbiyyat”,
“Xabi-qəflət” və s.) M.S.Ordubadi “köhnə işlərdən səmər olmadığını”, “dərviş
nağılına qulaq asmağın” vaxtının
keçdiyini bildirmiş, bütün sahələrdə, o cümlədən
maarif və mədəniyyət mühitində yeniləşmə zərurətini vurğulamışdı.
Belə nümunələr
“M.Səidin artıq tədricən yeni əsrin şeir ənənələri üstündə kökləndiyini nümayiş
etdirir”
[155, s.111]. 1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində çap olunmuş
“Qəflət” adlı kitabçasında M.S.Ordubadi Vətənin və xalqın geriliyindən,
cəhalət və
fanatizm girdabında əzab çəkməsindən söz açıb yurddaşları tərəqqiyə, müasirləşməyə
çağırarkən ədəbiyyatın vaxtı keçmiş epiqonçuluqdan qurtulmasının vacibliyinə, onun
qarşısında duran vəzifələrə də münasibət bildirmişdi. Şair yazırdı:
Deyin ol şairə: - Çox da çürütmə Qeysi, Fərhadı,
Olar səhranişin olmuşdular eyni-səfahətdən...
Sizə məşğul olub, qılsın ibadət, ya ki, qəm çəksin?
Qəzəl bazarı keçdi, düşdü şahbeyt qiymətdən.
Dəxi tərif qılma dilbərin zülfi-pərişanın,
Pərişan eylədiz islamı, xali qaldı behcətdən.
[197, s.312]
Göründüyü kimi, yeni mərhələdə söz sənətinin qarşısında ciddi vəzifələr
durduğunu dərk edən M.S.Ordubadi Şərq, o cümlədən Azərbaycan klassik
28
ədəbiyyatında Qeys (Məcnun), Fərhad kimi ənənəvi obrazlarla bağlı
dəfələrlə
işlənmiş məhəbbət mövzularının öz dövrünü başa vurduğunu, “dilbərin zülfi-
pərişanını tərif edən” qələm sahiblərinin son nəticədə xalqı pərişanlığa saldığını,
şadlıqdan uzaqlaşdırdığını, “qəzəl bazarının keçdiyini” diqqət mərkəzinə çəkmiş, şair
və yazıçıları müasir tələblər səviyyəsində yazıb-yaratmağa səsləmişdir.
Ədəbiyyatşünas F.Vəzirovanın haqlı qənaətinə görə:
“M.S.Ordubadinin ədəbi
tənqid haqqında fikirlərini öyrənmək üçün onun 1910-cu ildə yazdığı və “Səda”
qəzetində dərc etdirdiyi bir məqaləsi də maraqlıdır. Burada onun “Baği-şah və ya
Tehran faciəsi” adlı dram əsərini tənqid edən iki nəfərə cavab verilir. Ordubadi
Dostları ilə paylaş: