Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə14/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   10   11   12   13   14   15   16   17   ...   68
dis anar (1)

“Qafqazımızda ikinci dərəcədə ədib sayılan Məmməd Səid Ordubadi “Qanlı sənələr” 
kimi kitab yazıb biz müsəlmanların boynuna o böyüklükdə haqq qoyubdu”
[177, 
s.533].
Ə.Qəmküsar həmin felyetonda Əliabbas Müznib, Əli Razi Şəmçizadə və bəzi 
digər qələm sahiblərini də tənqid etmişdi və bu tənqidlərdə müəyyən birtərəfli 
məqamlar da vardır. O cümlədən M.S.Ordubadinin 1905/1906-cı illərdə Qafqazda 
baş vermiş erməni-azərbaycanlı münaqişəsindən, bədnam ermənilərin törətdiyi 
vəhşiliklərdən konkret faktlar əsasında söz açan ”Qanlı sənələr” əsərini 
Ə.Qəmküsarın lazımınca dəyərləndirməməsi də aşkar görünür. M.S.Ordubadi 
"Sədayi-həqq" qəzetinin 17 dekabr 1913-cü il tarixli 289-cu sayında dərc etdirdiyi 
“Bizdə tənqid” adlı məqaləsində Ə.Qəmküsara xitabən onun oxuduğu mətnlərdən 
düzgün nəticələr çıxara bilmədiyini, ona görə də tənqidlərinin əsassız olduğunu 
“istehza və bir qədər də qeyri-təvazökarlıqla” [130, s.125] belə ümumiləşdirmişdi: 
“Yeni müdirimiz (Ə. Qəmküsar -A.A.), bəndənin "Qanlı sənələr" namında əsərimi 
tənqid etmişdiniz. Haqqımda böyük mərhəmət olduğu üçün şadlığımdan təşəkkürə 
belə qadir ola bilmədim. Tənqidiniz haqlı idi. Zira o qədər savadınız vardır ki, türki 
bir şey oxuyub baş çıxarırsınız... Bizim kimi yarımçıqlara tənqid gözəl bir dərs 
olduğu üçün biz əbədən bu təhsildən qaçası deyiliz”
[130, s.125-126]. 
Ə.Qəmküsarın din xadimi Mirməhəmmədkərim ağa tərəfindən ərəb yazıçısı 
Cürci Zeydanın "Üzrayi-Qüreyş" əsərinin tərcüməsini pisləməsi də M.S.Ordubadinin 
narazılığına səbəb olmuşdu. O, Ə.Qəmküsarı obyektivliyə səsləyir, mütərcimin 
xidmətlərini dəyərləndirməyi lazım bilirdi: 
“Nə qədər Mirməhəmmədkərim "Üzrayi-
Qüreyş"i tərcümə etməmişdi, siz cənab o kitabın adını belə eşitmişdinizmi? Yainki 
sizdə bir elə mahiyyət, bir elə iqtidar vardır ki, ərəbi ibarə bir kitabı 


31 
Mirməhəmmədkərimimiz kimi deyil, ondan da alçaq tərcümə etməyə qadir 
olaydınız?”
 
[130, s.126]
M.S.Ordubadinin “Bizdə tənqid” məqaləsinin dərcindən az sonra, “Molla 
Nəsrəddin” jurnalının 30 dekabr 1913-cü il tarixli 29-cu sayında Ə.Qəmküsar 
“Dəyənək” başlıqlı satirik şeirində M.S.Ordubadini tənqid edərək yazırdı:
Bir mühərrir ki, eyib- nöqsanı 
Yazdığı cümlədə pədid olsun... 
Saxlasın Mirmuxammedin tərəfin, 
Canü dildən ona mürid olsun. 
Əcəba, böylə bir şəqavət ilə 
Yaraşarmı, adı Səid olsun?!
[177, s.677]
 
M.S.Ordubadi ədəbi-tənqidi fəaliyyətinin Naxçıvan dövründə dünya 
ədəbiyyatının bəzi nümayəndələri haqqında da öz düşüncələrini qələmə almışdır. O, 
“Molla Nəsrəddin” jurnalının 1908-ci ildəki 11-ci sayında “Hərdəmxəyal” imzasıyla 
verilmiş “Tolstoy” adlı yazısında [179, s.88-89] əvvəlcə görkəmli sənətkarın 
yaradıcılığının dünya şöhrətinə diqqət yönəltmişdir. Davamında isə dünyanın 
müxtəlif ölkələrində bu yubileyə 
“hazırlıqdan danışan M.S.Ordubadi jurnalın 
ümumi üslubuna uyğun şəkildə ədəbi irsə laqeyd münasibətin təzahürlərini tənqid 
edirdi”
[29, s. 65]. Sonrakı satirik sadalamalar (Tolstoy yubileyinə gedəcək şəxslər 
sırasında naxçıvanlı hacı, ordubadlı məşədi) tənqidi qayəni daha da aydınlaşdırır. Bu 
kimi məqalələrdə Ordubadi dünya ədəbi prosesinə də müəyyən bələdliyini nümayiş 
etdirmiş, həmçinin oxucuların diqqətini məşhur ədiblərin əsərlərinə yönəltmək 
məqsədi daşımışdır.
Bu müfəssəl təhlillər də göstərir ki,
“əsl ədəbi-bədii tənqid obyektiv, müstəqil 
tənqiddir”
,- deyən [196, s.357] M.S.Ordubadinin özünün ədəbi-tənqidi görüşləri də 
bu ali tələbə cavab verirdi.


32 
XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində tənqidin inkişafında tanınmış 
şair-publisist Əliqulu Qəmküsarın da ciddi xidmətləri olmuşdur. Bu cəhətdən onun 
ədəbi fəaliyyətinin Naxçıvan dövrünə (1913-cü ilə qədərki mərhələyə) aid müvafiq 
materiallara nəzər salmaq yerinə düşər. Ə.Qəmküsar da ədəbiyyatın qarşısında duran 
müasir tələbləri diqqət mərkəzinə çəkir, vaxtı keçmiş mövzulara və bədii ənənələrə 
tənqidi yanaşırdı. Akademik İsa Həbibbəylinin yazdığı kimi: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin