Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə10/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   6   7   8   9   10   11   12   13   ...   68
dis anar (1)

“O, dilləri və ədəbiyyatları dərindən öyrənməyə
xüsusi həvəs göstərmişdir...” 
[47, s.5]. 
Şərq klassik ədəbiyyatından E.Sultanov və müasirləri daha çox hansı əsərləri 
oxumuşdular? Ədəbiyyatşünas Əziz Mirəhmədov “Azərbaycan Molla Nəsrəddini” 
monoqrafiyasında bu suala Eynəli bəyin 1892-ci ildə “Novoye obozreniye”də dərc 
olunmuş “Azərbaycanlılar hansı kitabları oxuyurlar?” adlı məqaləsinə istinadən 
aşağıdakı cavabı önə çəkir: Firdovsinin “Şahnamə”si, Nizaminin “İsgəndərnamə”si, 
Şəms Təbrizi, Cəlaləddin Rumi, Sədi və Hafizin əsərləri, habelə “Min bir gecə”, 
“Töhfətül-məcalis”, “Hilyətül-qülub” və s. [173,s. 53].
 
Ədəbiyyatşünas Aida Feyzullayeva analoji məqamları ümumiləşdirərək
vurğulamışdır: 
“E.Sultanovun rus mətbuatındakı çıxışlarından aydın olur ki, o, 
Firdovsi, Xəyyam, Sədi, Hafiz kimi Şərq klassiklərinin əsərləri ilə bir sırada C.S.Mill, 
A.Şopenhauer, F.Nitsşe və s. Avropa filosof və alimlərinin elmi-ədəbi irsinə də 
yaxından bələd idi”
[78,s.15].
 
Eynəli bəyin dünya ədəbiyyatından müxtəlif əsərləri 
geniş mütaliə etməsi, məqalələrində və müxtəlif məclislərdəki söhbətlərində onlardan 
söz açması mahiyyət etibarı ilə Naxçıvan ədəbi mühitinə ciddi təsir göstərmiş, yeni 
yaradıcı qüvvələrin ədəbiyyata gəlməsində, onlarin müasir söz sənətinin tələblərini 
dərk edərək düzgün yola yönləndirilməsində böyük rol oynamişdir.
Təsadüfi deyil ki, böyük Mirzə Cəlil Eynəli bəyə 13 iyul 1925-ci ildə yazdığı 
məktubda keçən günləri xatırlayarkən dostunun həmin istiqamətdəki fəaliyyətinə də 
yüksək qiymət vermişdir: 
“Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan 
qabaq yanımda oturub cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən,
Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı 
söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni,doğrudan da, 


23 
maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə 
kənd müəllimlərinin içində yaddan çıxmışdım”
[166,s.353].
 
Akademik İsa Həbibbəyli yazır: 
“E.Sultanov ... 1882-1883-cü illərdə 
Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi 
ədəbi-mədəni mərkəzlər yaratmışdır. Yeniyetmə gənclik üçün bu cəmiyyətlər sözün 
həqiqi mənasında məktəb funksiyasını yerinə yetirmişdir”
[88,s.209].
 
Naxçıvanda ilk 
teatr tamaşalarının hazırlanmasında E.Sultanov böyük xidmətlər göstərmişdir. Bütün 
bunlar da mahiyyətcə yeni ədəbi düşüncənin təşəkkülünə yönəlmişdir. Tədqiqatçı 
İradə Əsədova yazır ki, Eynəli bəy Sultanov 1890-cı illərdə Tiflisdə çıxan “Novoye 
obozreniye” qəzetinin xüsusi müxbiri olmuş, həmçinin qəzetdə tənqid və 
biblioqrafiya rubrikasını aparmış, bu rubrika altında ədəbi-tənqidi məqalələrini, 
resenziyalarını dərc etdirmişdir [256, s.99]. E.Sultanovun 1890-cı illərdə Tiflisin 
rusdilli mətbuatında (“Kavkaz”, “Novoye obozreniye”) Azərbaycan şifahi xalq 
ədəbiyyatı barədə dərc etdirdiyi “Azərbaycan xalq hikmətinin nümunələri”, 
“Azərbaycan məsəlləri”, “Atalar sözləri” və s. “yazılarında alovlu bir vətənpərvərin 
mənsub olduğu xalqın zəngin mədəni irsinə, xalq yaradıcılığına qayğı və məhəbbəti 
öz əksini tapır” [162, s.140]. “Folklorşünaslıq elmi üçün önəmli bir tədqiqatçı olan”
[169, s.60] Eynəli bəy Sultanov yazılı ədəbiyyatı da müntəzəm mütaliə etmiş, o 
zamankı ədəbi prosesi izləmiş, bir sıra məqalə və resenziyalar qələmə almışdır. 
Eynəli bəy həmin illərdə bəzi tərcümələr barədə dəyərli resenziyalar yazmış, 
diqqətəlayiq elmi-ədəbi fikirlər söyləmişdir ki, bunlar da onun cari ədəbi prosesə 
münasibətinin ifadəsi kimi maraq doğurur. Tiflisdə rus dilində çıxan “Novoye 
obozreniye” qəzetində 1892-ci ildə dərc olunmuş “Balıqçı və balıq” nağılı 
Köçərlinin tərcüməsində” adlı məqaləsində Eynəli bəy F. Köçərlinin A.S.Puşkindən 
tərcüməsinə elmi-ədəbi münasibətini ortaya qoymuşdu [259, s.22]. Tərcüməni, 
xüsusən onun dilinin sadəliyini, ərəb və fars sözləri ilə ağlrlaşdırılmadığını, xalq üçün 
anlaşıqlı olmasını yüksək qiymətləndirən tənqidçi iradını da bildirmişdi. Onun 
fikrincə, tərcümə əsərin rus dilindəki orijinalının poetik xüsusiyyətlərini tam şəkildə 
əks etdirə bilmirdi. Maraqlıdır, bunun ardınca E.Sultanov onu da yazırdı ki, əslində 
Puşkinin həmin əsərinin süjeti özlüyündə Azərbaycan həyatı üçün poetik baxımdan 


24 
az əhəmiyyət kəsb edir. Həmin məqalədə E.Sultanovun Azərbaycan ədəbiyyatını 
daha zəngin və əhatəli görmək arzusu da öz ifadəsini tapmışdır.
E.Sultanovun resenziyalarının bir qismi rusdilli ədəbiyyatın yeni nəşrlərinə 
aiddir. 1902-ci ildə P.Bakaleynikin “Milyonerin tövbəsi”, M.Vatsonun “Aleksandr 
Mantsoni” əsərləri, Qleb Uspenskinin Qafqaz haqqında yazdığı “Yoldan məktublar” 
adlı oçerklər silsiləsi barədə dərc etdirdiyi resenziyalarda Eynəli bəyin ədəbi 
mətnlərə kompleks yanaşma, əsas məqamları seçib dəyərləndirmə məharəti özünü 
göstərir. Ötən əsrin əvvəllərində rus dilində yazdığı “Naxçıvan məktubları” adlı 
məqaləsində isə E.Sultanov “İrşad” və bəzi digər mətbuat orqanları, tanınmış mətbuat 
xadimi Haşım bəy Vəzirov barədə müəyyən mülahizələrini qələmə almışdı [259, 
s.393-394].
Realist ədəbiyyatımızın və satirik mətbuatımızın böyük ustadı Cəlil 
Məmmədquluzadə Azərbaycanda, o cümlədən Naxçıvanda yeni ədəbi hərəkatın, 
onun tərkib hissəsi kimi yeni ədəbi düşüncənin təşəkkülü və möhkəmlənməsinə 
mühüm təsir göstərmişdir. 1889-cu ildə “Çay dəstgahı” mənzum alleqorik pyesi ilə 
ədəbiyyata gələn, sonrakı illərdə “Kişmiş oyunu”, “Danabaş kəndinin əhvalatları”, 
“Poçt qutusu” kimi dəyərli əsərlərini yazan, mətbuatda ilk tərcümə və məqalələrini 
dərc etdirən böyük ədib 1906-cı ildən etibarən Tiflisdə nəşrinə başladığı “Molla 
Nəsrəddin” jurnalı ilə mətbuat və ədəbiyyatımızı yeni, möhtəşəm inkişafa 
qovuşdurmuşdur.
Mirzə Cəlilin rəhbərliyi ilə formalaşan “Molla Nəsrəddin” ədəbi məktəbi, 
tənqidi realizm ədəbi cərəyanı bədii-publisistik yaradıcılığın bütün sahələri ilə 
bərabər, ədəbi tənqidin də yeni prinsiplər əsasında təşəkkülünə ciddi təkan vermişdir 
ki, bu təsir Naxçıvan mühitində də özünü aşkar şəkildə göstərmişdir. Tədqiqatlar 
göstərir ki, Mirzə Cəlil ilk gənclik illərindən Naxçıvanda ədəbi-mədəni mühitin ən 
fəal iştirakçılarından biri olmuş, bir çox məqamlarda isə onun inkişaf 
tendensiyalarına istiqamət vermişdir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin