Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə7/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   2   3   4   5   6   7   8   9   10   ...   68
dis anar (1)

Aprobasiyası və tətbiqi.
Dissertasiyanın mövzusu Sumqayıt Dövlət 
Universitetinin Elmi Şurasında təsdiqlənmiş, həmçinin Respublika Elmi 


13 
Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Filologiya Problemləri üzrə Elmi 
Şura tərəfindən də təsdiq olunmuşdur (22 may 2014-cü il, protokol №03). Mövzu ilə 
bağlı Azərbaycanda və xaricdə məqalələr dərc olunmuş, beynəlxalq və respublika 
miqyaslı elmi konfranslarda məruzələr edilmişdir.Mövzu ilə bağlı nəşr olunmuş elmi 
əsərlərin sayı iyirmidir. Dissertasiyanın materiallarından XX əsr Azərbaycan ədəbi 
tənqid tarixinin, həmçinin Naxçıvan ədəbi mühitinin öyrənilməsi, ali məktəblərdə 
tədrisi prosesində tətbiq etmək üçün müvafiq təkliflər hazırlanmışdır. 
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı.
İş Sumqayıt Dövlət 
Universitetinin “Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasında yerinə 
yetirilmişdir. 
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla 
dissertasiyanın işarə ilə ümumi həcmi
. .Dissertasiya işi giriş, üç fəsil, nəticə və 
istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. İşin struktur bölmələrinin həcmi 
aşağıdakı kimidir:
Giriş – 11 səh., birinci fəsil – 46 səh., ikinci fəsil – 47 səh., üçüncü fəsil – 47 
səh., nəticə - 4 səh., istifadə edilmiş ədəbiyyat siyahısı – 15 səh. 
Dissertasiyanın ümumi həcmi 299011 işarədir (ədəbiyyat siyahısı buraya daxil 
deyil). 


14 
I FƏSİL 
NAXÇIVANDA ƏDƏBİ TƏNQİDİN TƏŞƏKKÜLÜ VƏ İLKİN 
İNKİŞAF MƏRHƏLƏSİ (1900-1940-cı illər) 
 
1.1. Naxçıvanda ədəbi tənqidin təşəkkül mərhələsi
 
Şərqdə, o cümlədən Azərbaycanda ədəbi fikirin tarixi çox qədimdir. Orta 
əsrlərdə qələmə alınmış təzkirələrdə, ayrı-ayrı şairlərin əsərlərinə yazılmış şərhlərdə, 
söz sənətinin müxtəlif məsələlərinə həsr olunmuş nəzəri tədqiqatlarda, eləcə də 
müxtəlif ədiblərin bədii irsində ifadə olunan müvafiq fikirlər həm ədəbiyyat 
nəzəriyyəsi, həm də ədəbiyyat tarixçiliyi baxımından böyük dəyərə malikdir. Həmin 
materiallardan Azərbaycan ədəbi tənqidinin tarixi kökləri kimi söz açılması da [240, 
s.6-40] tamamilə məntiqlidir. Həm də ona görə ki, belə nümunələrdə bir sıra 
məqamlarda dövrün ədəbi prosesinə verilən qiymət də yer almışdır. Təzkirəçilərin öz 
müasirlərinin də bədii əsərlərinə üz tutması, təhlillər aparması və s. bu baxımdan 
xatırladıla bilər. 
Azərbaycanda müasir mənada ədəbi tənqidin ilk nümunələrinin yaranması isə
böyük ədib Mirzə Fətəli Axundzadənin adıyla bağlıdır. XIX əsrin ortalarından 
başlanan bu təşəkkül prosesi getdikcə qüvvətlənmiş, ədəbi tənqid inkişaf yoluna 
qədəm qoymuşdur. XIX əsrin sonları, XX yüzilliyin əvvəllərində ədəbiyyatda gedən 
yeniləşmə prosesi ədəbi tənqidin də aktuallığını meydana çıxarmış və onun inkişafına 
güclü təkan vermişdir. Akademik Kamal Talıbzadə “XX əsr Azərbaycan tənqidi”
kitabında yazırdı: “
Yeni əsrin (XX əsrin- 
A.A.) 
əvvəllərində ... ədəbi ictimaiyyətdə 
belə bir ümumi fikir hasil olmuşdu ki, artıq ədəbiyyatı ədəbi tənqidsiz irəli aparmaq 
mümkün deyil. Azərbaycan ədəbiyyatı elə bir inkişaf pilləsinə yüksəlmiş və elə 
mürəkkəb bir proses keçirir ki, onu mütləq təhlil etmək, zəif və qüvvətli cəhətlərini 
meydana çıxarmaq, saf-çürük etmək və istiqamətləndirmək lazımdır. ədəbi tənqidə, 
fikirlər döyüşünə, mübahisə və müzakirəyə geniş meydan vermək lazımdır
” [239, 
s.67]. 


15 
O dövrdə Naxçıvan ədəbi mühitində də yeni ədəbiyyat uğrunda mübarizədə 
ədəbi tənqidin təşəkkülü prosesi aktual bir vəzifəyə çevrilmişdi. Naxçıvanda yaşayıb 
fəaliyyət göstərən ədiblər də vaxtı keçmiş köhnə ədəbi ənənələrin öz yerini yeni 
mövzulara, ideyalara, estetik meyarlara, ideya-bədii axtarışlara verməli olduğunu 
əsaslandırır, qələm sahiblərinin diqqətini belə mühüm mətləblərə yönəldir, eyni 
zamanda şəxsi yaradıcılıq axtarışları ilə bu prosesə təkan verirdilər. Naxçıvanda ədəbi 
tənqidin XIX əsrin sonlarından başlanan təşəkkül prosesi XX əsrin ilk iki onilliyini 
əhatə edir. 
Naxçıvanda ədəbi tənqidin təşəkkül mərhələsinə aid materiallar müxtəlif 
səpkilidir. Bunların bir qismi ayrı-ayrı ədəbi şəxsiyyət, problem və əsərlərə aid ədəbi-
tənqidi məqalələrdir. Digər bir hissəsi isə yeni mərhələdə şair və yazıçıların, ümumən 
ədəbiyyatın qarşısında duran vəzifələrin də ifadə olunduğu bədii əsərlərdir. Nəhayət, 
dövrün ədəbi-tənqidi fikrini öyrənmək üçün ədiblərin müxtəlif məruzələri, çıxışları, 
məktubları və s. də müəyyən qaynaq rolunu oynayır. 
Naxçıvanda ədəbi-tənqidi fikrin təşəkkülü və inkişafında məşhur maarifçi ədib
Məhəmməd Tağı Sidqinin mühüm xidmətləri olmuşdur. “Görkəmli pedaqoq, 
maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi 
haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinın Sədri cənab Vasif 
Talıbovun 20 avqust 2014-cü il tarixli sərəncamında qeyd olunduğu kimi: 

Məhəmməd Tağı Sidqi ... Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında 
mühüm xidmətlər göstərmiş, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi 
ədəbiyyat tariximizdə öz yerini tutmuşdur
” [80].
 
M.T.Sidqinin bir sıra bədii əsərlərində ədəbiyyatın mövzu, ideya və sənətkarlıq 
baxımından yeniləşməsi, zəmanənin aktual məsələlərinə üz tutması, sosial-mədəni 
tərəqqi amalına xidmət etməsi barədə qiymətli fikirlər diqqəti çəkir. Məsələn, şair 
“Dostlardan birinə mədəniyyətin yayılması haqqında şeir”ində elmdən, maarifdən, 
mərifət bağından xəbərsiz qalanları, mətbuata xor baxanları, cəmiyyət üçün gərəkli 
işlər görmək yerinə söz oyunbazlığına qurşanan epiqonçu qafiyəpərdazları tənqid 
hədəfinə çevirmiş, onları müasir mədəniyyətin tələbləri ilə ayaqlaşmağa, əsl dəyərə 
malik sənət inciləri ortaya çıxarmağa səsləmişdir: 


16 
Otur təmkin ilə beyti-təməddündə, cəvahir sat, 
Nədir bu şeirbazlıq, ey əzizim, damşalaqlar tək. 
Məcali-şeirguluq qalmayıb biçarə millətdə, 
Qalıbdır vacib işlər, bir-bir üstündə qalaqlar tək.
[222, s.28]
Məhəmməd Tağı Sidqinin yeni tipli ədəbi tənqid konsepsiyasında ədəbiyyatın 
əsl mahiyyəti, mühüm vəzifələri barədə sistemli və aktual fikirlər vardır. Görkəmli 
rus ədibi A.S.Puşkinin anadan olmasının 100 illiyi ilə əlaqədar 1899-cu ildə 
Naxçıvanda “Məktəbi-tərbiyə”də keçirilən tədbirdəki genişhəcmli nitqi bu baxımdan 
təqdirəlayiqdir. Həmin məruzə əsasında 1914-cü ildə ədibin “Puşkin” adlı kitabçası 
da çap edilmişdir. Bizim günlərdə isə akademik İsa Həbibbəyli həmin əsəri müasir 
elmi-ədəbi ictimaiyyətə çatdırmışdır. Akademikin “Böyük maarifçi ədib və 
müasirlik” məqaləsində deyildiyi kimi: “
Puşkin” əsəri ilə Sidqi həm də ciddi, səriştəli 
bir ədəbiyyatşünas olduğunu isbat etmişdir
” [165, s.24-25].
 
Prof. Ə.Qədimov da 
həmin məsələyə diqqət yetirərək yazmışdır: “
Bu əsərdə Sidqi maarifçi fikirlərlə 
yanaşı, özünün şeir və sənət haqqında nəzəri görüşlərini də vermişdir
” [150, s.77].
 
Puşkin haqqındakı məruzəsində M.T.Sidqi müxtəlif ədəbi-bədii mətləblərdən söz 
açarkən bəzi görkəmli şair və yazıçıların da fikirlərinə istinad etmişdir. Məsələn, o, 
epiqonçu ədəbiyyatın yeni dövrün tələbləri ilə uzlaşmayan bəzi ənənələrini tənqid 
edərkən məşhur Osmanlı şairi Namiq Kamalın müvafiq fikirlərini yada salmışdır. 
Yaxud, bədii sözə yüksək qiymət verəkən böyük şairimiz Məhəmməd Füzulinin
qənaətlərinə əsaslanmışdır: 
“Söz kimi bir ruhi-rəvan və cövhəri-can varsa da, yenə 
sözdür” 
[
222, s.122].
M.T. Sidqi tarixdə müxtəlif “inqilabati-zamaniyyə”, “cəhalət alovları və zülm 
tufanları” nəticəsində bəzi dövlətlərin və xalqların payimal olmasından, lakin əsl söz 
sənətinin bütün bunlara sinə gərərək öz varlığını daima qoruya bilməsindən bəhs 
edərkən də [222, s.122], güman ki, M. Füzulinin “Padişahi-mülk...” qitəsindən 
bəhrələnmişdir. Bütün bunlar isə təsadüfi deyildi. “
M.T.Sidqi Füzuli poeziyasının 
ədəbi siqlətini onun söz sənətinə münasibətində axtarır, epiqonçu şairlərin ... xalqı 


17 
ictimai həyatdan ayıraraq ədəbi təkamülə mane olmasını isə tənqid edirdi
” [243, s. 
63]. 
 
Əsl ədəbi əsərin həqiqi ilham və istedadın bəhrəsi olduğunu xatırladan Sidqi 
müasiri olan yazarların diqqətini həm də ona çəkirdi ki, yüksək yaradıcılıq potensialı 
gözəl mənaların ifadəsinə yönələndə dəyərli bədii nümunələr yarana bilər. 
Mütəfəkkir ədibin: “Təbi-şeir, qüvveyi-şairiyyət və şahidi-məna” barədəki tezisi də 
bundan soraq verirdi 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin