9
- XX əsrdə Naxçıvanda ədəbi fikrin inkişaf yolunun öyrənilməsi üçün müvafiq
qaynaqları elmi dövriyyəyə gətirmək, ədəbi tənqidin başlıca təzahür formalarını, əsas
inkişaf
mərhələlərini, xüsusiyyətlərini, yaradıcılıq axtarışlarını, Azərbaycanda, o
cümlədən Naxçıvanda ədəbi prosesin təhlil olunub qiymətləndirilməsində rolunu, bu
zaman istinad etdiyi nəzəri-estetik və ideoloji prinsipləri araşdırmaq, bədii əsərlərə
yanaşma üsullarını müəyyənləşdirmək;
-
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında baş verən
keyfiyyət dəyişikliklərinin, yeniləşmə hərəkatının tərkib hissəsi kimi Naxçıvan ədəbi
mühitindəki analoji proseslər kontekstində ədəbi tənqidin təşəkkülünü, söz sənətinin
vaxtı keçmiş epiqonçu ənənələrdən uzaqlaşaraq müasir tələblər əsasında inikişafa
yönləndirilməsində səylərini aydınlaşdırmaq,
bu prosesdə mühüm xidmətlər
göstərmiş ədiblərin müvafiq əsərlərini təhlil edib dəyərləndirmək;
- 1920-1940-cı illərdə Azərbaycan ədəbi tənqidinin yeni ideoloji tələblər,
sosioloji doktrinalar əsasında formalaşmasını, üzləşdiyi çətinlikləri, inkişafın başlıca
problem, istiqamət və tendensiyalarını Naxçıvandakı ədəbi tənqidin timsalında
araşdırmaq, bu mərhələdə müxtəlif müəlliflər tərəfindən yazılmış ədəbi tənqid
nümunələrinin tematika və problematikasını aydınlaşdırmaq;
- XX əsrin ikinci yarısında muxtar respublikada ədəbi mühitin ümumi səciyyəsi
kontekstində ədəbi fikrin əsas inkişaf
mərhələlərini müəyyənləşdirmək, 1950-1960-
cı, xüsusən 1970-1980-ci illərdə Azərbaycan ədəbiyyatının yaradıcılıq axtarışlarına
ədəbi tənqidin münasibətini çoxsaylı və müxtəlif səpkili materialların əsasında
hərtərəfli şəkildə tədqiq etmək;
- Azərbaycanın müstəqilliyi dövründə Naxçıvanda ədəbi tənqidin milli əsaslar
üzərində yeni inkişaf mərhələsinə qovuşmasını şərtləndirən başlıca faktorları,
səciyyəvi ədəbi-tənqidi əsərləri bu aspektdə elmi baxımdan qiymətləndirmək;
- XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında ədəbi tənqidin
inkişafında xidmətləri olan tənqidçi və ədəbiyyatşünasların, həmçinin şair və
yazıçıların mətbuatda və kitablarda nəşr olunmuş müvafiq əsərlərini sistemləşdirərək
təhlil etmək, ədəbi prosesin qiymətləndirilməsində onların rolunu nəzərdən keçirmək;
10
- Naxçıvanda ədəbi tənqidin və ədəbiyyatşünaslığın inkişafı naminə yarım
əsrdən çox səmərəli fəaliyyət göstərmiş professor Yavuz
Axundlunun ədəbi-tənqidi
məqalələrini, rəy və resenziyalarını, müasir ədəbi proseslə bağlı kitablarını təhlilə
cəlb etmək, onların tematik əhatəsini, elmi siqlətini və əhəmiyyətini aydınlaşdırmaq;
- Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rolu olan akademik İsa
Həbibbəylinin çoxşaxəli ədəbi-tənqidi əsərləri ilə 1970-1990-cı illər Azərbaycan
filoloji fikrinin zənginləşməsində xidmətlərini araşdırıb ümumiləşdirmək,
müasir
ədəbi prosesə, onun aparıcı nümayəndələrinin yaradıcılığına həsr edilmiş ədəbi-
tənqidi məqalələrinin və monoqrafik tədqiqatlarının əsas elmi məziyyətlərini,
respublikamızda
yeni
nəzəri-estetik
düşüncənin
formalaşmasında
rolunu
müəyyənləşdirmək və s.
Dostları ilə paylaş: