21
Naxçıvanda ədəbi tənqidin təşəkkül mərhələsində böyük
maarifçi Məhəmməd
ağa Şahtaxtlı da müəyyən xidmət göstərmişdir. Doğrudur, o, gənclik illərindən
etibarən əsasən Naxçıvandan kənarda yaşamışdır. Lakin ara-sıra Naxçıvana səfərləri,
buradakı ədəbi qüvvələrlə görüşüb söhbətlər aparması, onların əsərləri ilə tanış
olması, bir qismi ilə məktublaşması, eləcə də 1903-1905-ci illərdə Tiflisdə nəşr
etdirdiyi “Şərqi-Rus” qəzetində M.T. Sidqi, C.
Məmmədquluzadə, M.S. Ordubadi,
H.Cavid, Ə. Qəmküsar və digər naxçıvanlı ədiblərin yazılarına yer ayırması kimi
faktlar bölgədə ədəbi prosesə, ədəbi düşüncənin yenilənməsinə Məhəmməd ağanın
əhəmiyyətli təsirindən danışmağa müvafiq əsas yaradır.
Mirzə Cəlilin sovet dövründə yazdığı “Xatiratım” adlı memuarında hələ 1894-
cü, yaxud 1895-ci ildə Naxçıvana gəlmiş Məhəmməd ağa Şahtaxtlı ilə görüşü
barədəki qeydləri də bu baxımdan
mühüm məlumat verir
: “Mənim o vaxt yazmış
olduğum “Məhəmməd Həsən əmi” hekayəsi (“Danabaş kəndinin əhvalatları” povesti
nəzərdə tutulur-A.A.) yoldaşlarımın içində danışığa düşmüşdü. Və Məhəmməd ağa
təkid etdi və mən hekayəni apardım qoydum onun qabağına. O da başdan bir neçə
vərəq oxudu və bəyəndi”
[166, s.53]. “Xatiratım”dakı başqa bir qeyd də maraqlıdır:
Tiflisə həyat yoldaşını müalicəyə gətirmiş Mirzə Cəlilin “Poçt qutusu” hekayəsini
oxuyub bəyənən Məhəmməd ağa onu Tiflisdə qalıb “Şərqi-Rus”da “hekayənəvis,
felyetonçu” kimi fəaliyyət göstərməyə dəvət etmişdir [166, s.52].
M.Şahtaxtlı
mətbuatda ilk əsərlərini dərc etdirən C.Məmmədquluzadənin sənətinə yüksək qiymət
verərək “Şərqi-Rus”un 20 fevral 1904-cü il tarixli sayında dərc olunmuş “Böyük
təəssüf və rizaməndi” adlı məqaləsində yazırdı:
“Qələm şərikimiz Mirzə Cəlil ağanın
ədəbi məharətini axır nömrələrimizdə basdığımız əsərləri, əz cümlə “Poçt qutusu”
hamı oxuyanlarımızı sabit etmişdir”
[38,s.92]. ”Şərqi-Rus”un 1904-cü ildəki müxtəlif
saylarında çıxmış “Yeni kitablar - “Bəxtli qız”, “Kiçik romanlar haqqında”,
“Ədəbiyyatda məslək” kimi məqalələrində də Məhəmməd ağa yeni mərhələdə
ədəbiyyatın qarşısında duran vəzifələr, xüsusən müasir mövzulara müraciətin
vacibliyi barədə fikirlərini nəzərə çatdırmışdır:
“Şimdiki hallarımızı şöylə
risaləciklərdə gözəl-gözəl hekayələr tərzində yazıb, gələcəkdəki ədib və
müvərrixlərimizə yadigar buraxmaq pək iyi bir işdir”
[224, s.96].
22
Naxçıvanda ədəbi tənqidin təşəkkül mərhələsində tanınmış
ədib Eynəli bəy
Sultanovun da diqqətəlayiq xidmətləri olmuşdur. 1890-cı illərdən etibarən 1908-ci
ildə Tiflisə gedənədək qələmə aldığı müvafiq məqalələr Naxçıvanda ədəbi fikirin
təşəkkülünə əhəmiyyətli təsir göstərmişdir. Akademik İsa Həbibbəylinin Eynəli bəy
Sultanovun ömür və sənət yoluna həsr etdiyi “Görkəmli yazıçı, böyük publisist və
ictimai xadim” məqaləsində yazır:
Dostları ilə paylaş: