Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə47/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   43   44   45   46   47   48   49   50   ...   68
dis anar (1)

”Xalq şairi 
Məmnəd Araz” albom-monoqrafiyasında özünü qabarıq şəkildə göstərən müəllif 
duyumu və intuisiyası, faktların məntiqi ardıcıllığı prinsipinin qanunauyğunluğuna 
ciddi riayət İsa Həbibbəyli yaradıcılığının məziyyətlərindəndir”.
X.Kərimlinin 


106 
Türkiyədə çıxmış “Mənəvi varisliyin işığı” məqaləsi (“Böyük gələcək”, 1998, № 10) 
isə İ.Həbibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (Bakı: Azərnəşr, 
1997) adlı monoqrafiyasına həsr olunmuşdur. Resenziyada həmin kitab son dövr 
ədəbiyyatşünaslığımızda milli ideologiya əsasında, yeni təfəkkür işığında yaranan 
möhtəşəm tədqiqat kimi qiymətləndirilmişdir. Tədqiqatda Mirzə Cəlilin ömür və 
sənət yolu, mühiti, müasirləri, yaradıcılıq axtarışları ilə bağlı çoxsaylı yeni 
aşkarlanmış materiallara istinad olunması da resenziyada diqqətə çatdırılmışdır. 
Dosent Hikmət Mehdinin (Mehdiyevin) “Söz sehrinin salnaməsi” məqaləsi də 
[163] İsa Həbibbəylinin “Xalq şairi Məmməd Araz” albom-monoqrafiyası (1999) 
barədədir. Məqalə müəllifinin haqlı qənaətinə görə, bu kitabda Məmməd Arazın 
mühiti, müasirləri, yaradıcılığının ideya-bədii məziyyətləri haqqında İ.Həbibbəylinin 
araşdırmalarının ifadəsi ilə yanaşı, bədii nümunələrin və fotoşəkillərin sistematik 
təqdimi bütövlükdə şair barədə dolğun təəssürat yaradır. Aşkar görünür ki, “İsa 
Həbibbəyli İstiqlal şairinin taleyini, deyimini, özünəməxsus poetik duyumunu, 
həyatını və şəxsiyyətini öyrənmiş”, nəticədə dəyərli bir nəşr ərsəyə gətirmişdir. 
Deyilənlər göstərir ki, XX əsrin ikinci yarısından etibarən Naxçıvanda ədəbi 
tənqidin yeni yaranmış ədəbiyyatşünaslıq əsərlərinə münasibət ifadə edən istiqaməti 
də təşəkkül tapıb formalaşmış, zəngin, çoxşaxəli inkişaf yolu keçmiş, bu yüksəliş 
1980-1990-cı illərdə daha geniş vüsət almışdır. Çoxsaylı ədəbi-tənqidi materiallardan 
seçib araşdırmaya cəlb etdiyimiz materiallar da bunu yəqinləşdirir. 


107 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin