144
və milli dövlət yolunda mübariz keşikdədir… Təkcə şeirimizin yox, sözün geniş
mənasında ədəbiyyatımızın və mədəniyyətimizin layiqli ağsaqqalıdır”
[92, s.318].
Məmməd Arazın poemaları barədə aparılan təhlillər, hasil olunan elmi
qənaətlər də milli ədəbi fikrimiz üçün yeni və orijinal müddəalardır. İ.Həbibbəylinin
dəqiq müəyyənləşdirdiyi kimi, M.Arazın “Üç oğul anası” poeması xalq yazıçısı İsa
Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır [92, s.312]. İkinci
cahan müharibəsində üç oğlunu itirmiş ananın faciəsini, sarsıntılarını əks etdirən bu
poemada lirik ricət, bədii haşiyə və monoloqlardan məharətlə istifadə ayrıca
vurğulanmışdır. “Araz axır” poemasında isə müharibə dövründə və sonrakı illərdə
Arazın hər iki sahilində baş vermiş hadisələr təsvir olunsa da, müəllifin yaratdığı
Ayrıgül obrazının “bütövlük həsrəti, vüsalın daşıyıcısı” olması barədə tənqidçinin
qənaətləri maraq doğurur. Şairin sosial-mənəvi problemləri məişət və cəmiyyət
kontekstində ədəbi müstəviyə gətirən “Paslı qılınc” poemasının “yeni
dövrün”Aygün”ü kimi qiymətləndirilməsi də elmi həqiqəti ifadə edir. Böyük satirik
M.Ə.Sabirə həsr olunmuş “Mən də insan oldum” poeması isə “qüdrətli ustad
qarşısında ciddi poetik hesabat” [92, s.314] səviyyəsində nəzərdən keçirilmişdir.
Tənqidçinin M.Araz poeziyasında xüsusi yeri olan məşhur “Atamın kitabı”
poeması barədəki aşağıdakı fikri də elmi-ədəbi düşüncənin məntiqi, konseptual
qənaəti kimi üzə çıxmışdır:
Dostları ilə paylaş: