145
yaddaş və müasirlik” kitabına da daxil etmişdir [92, s.367-386]. İ.Həbibbəylinin
monoqrafik oçerk təsiri bağışlayan bu əsəri müasir ədəbiyyatımızda özünəməxsus
yeri olan Sabir Rüstəmxanlının yaradıcılıq portreti sayıla bilər. S,Rüstəmxanlının
ömür yoluna, ədəbi-ictimai fəaliyyətinin əsas istiqamətlərinə nəzər salan alim onun
poeziya,
publisistika, bədii tərcümə və s. sahələrdəki çoxşaxəli yaradıcılığının
xarakterik cəhətləri üzərində dayanmışdır. Şairin publisistikasına ayrıca diqqət
yetirən İ.Həbibbəyli S.Rüstəmxanlının Vətən və xalq taleyi üçün əhəmiyyətli
mövzulara toxunmasını aparıcı
əlamət kimi səciyyələndirmiş, görkəmli qələm
sahibinin ayrı-ayrı publisistik əsərlərindən gətirilən nümunələr əsasında fikrini izah
etmişdir.
Aliin fikrincə, S.Rüstəmxanlının 1989-1991-ci illərdə redaktorluq etdiyi,
Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi nəşr olunan “Azərbaycan” qəzetinə
yazdığı baş məqalələr, burada çap etdirdiyi açıq məktublar və digər publisist yazılar
yeni mərhələdə milli demokratik mətbuatın təməl daşlarını təşkil edir.
İ.Həbibbəyli şairin “Ömür kitabı”, “Bu, sənin xalqındır” kitablarını da 1980-
1990-cı illərin milli publisistikasında önəmli yer tutan dəyərli əsərlər kimi nəzərdən
keçirmişdir. Tənqidçi yazır:
“Ömür kitabı“ əsəri … anamız Azərbaycanın sanballı
publisist-poetik dastanıdır…“Ömür kitabı“ ədəbiyyatımızdakı Azərbaycanın ana
kitablarının - “Anamın kitabı” (Cəlil Məmmədquluzadə), “Atamın kitabı” (Məmməd
Araz) kimi şah əsərlərin layiqli varisi olmaq səlahiyyəti qazanmışdır”
[92,s.380].
Şairin hələ tələbə ikən yazdığı “Vətən” şeirini “yaradıcılığının ilkin parolu və tutumlu
bir səviyyədə proqram” kimi qiymətləndirən İsa Həbibbəyli
onun müxtəlif vaxtlarda
çap olunmuş “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı” və s. kitablarındakı
bir sıra əsərlərin təhlili sonunda bu nəticəyə gəlir ki,
“Sabir Rüstəmxanlı ... “yolları
Şərurda dayanan“, “qəlbinin paytaxtı Kərbəlada” olan, “sədası Cənuba, Şimala
çatan”, “ürəyinin antenaları gözəl Azərbaycan dilinə tuşlanan”, çoxəsrlik mənəvi
varlığımızı “qan yaddaşından” oxuyan böyük ruhlu sənətkardır. Sabirin
yaradıcılığında şairlik millət və vətən amalının poetik ifadəsi kimi meydana
çıxmışdır. Vətəndaşlıq Sabirin ömrünün və sənətinin cövhəridir”
[92, s.376].
Doxsanıncı illəri şair-publisistin yaradıcılığında yeni mərhələ sayan
İ.Həbibbəyli onu da nəzərdən qaçırmır ki, Sabir Rüstəmxanlının özü və şeirləri də
146
son illərin hərəkat və çarpışmalarının təkcə “sülh şəfəqlərinin” deyil,
ziddiyyət və
çətinliklərinin içərisindən keçib gəlmişdir [92, s.379]. Sabir Rüstəmxanlının
lirikasında ənənəvi üsluba yeni çalarların gətirilməsi, “ənənəvi üslub hüdudunda yeni
fikir və bənzətmələrin təqdimi”, “fikrin obrazlı və cəsarətli ifadəsi” barədəki
qənaətlər də əhatəli təhlillərdən yoğrulmuşdur [92, s.377]. Şairin lirikasında müxtəlif
məqamlarda üzə çıxan publisistik notlar, bir sıra şeirlərində
bədiiliklə publisistik
düşüncənin vəhdəti, şairin səfər təəssüratları, yaxud xatirə motivləri üzərində qurulan
şeirləri barədə deyilənlər də onun yaradıcılıq palitrasındakı əlvan rənglər kimi
nəzərdən keçirilmişdir. Alimin haqlı qənaətinə görə:
Dostları ilə paylaş: