Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə61/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
dis anar (1)

“Bunlar sadəcə bədii əsərlər deyil, həm də müəllifin poetikləşmiş tərcümeyi-hal 
sənədləridir. Lakin C.Cavadlı göstərilən mövzuya məhdud anlamda, şəxsi mövqedən 
yanaşmamış, qələmə aldığı, təsvir və tərənnüm etdiyi hadisələri xalqın, millətin tarixi 
taleyinin bədii-publisistik inikası kimi təqdim etməyi bacarmışdır” 
[91,s.25-26].
Çoxillik zəhmətin bəhrəsi olan “Sürgün” kitabında C.Cavadlının repressiya 
dəhşətlərini həssas sənətkar qəlbi və qələmi ilə təsirli şəkildə oxuculara çatdırdığını 
yüksək qiymətləndirən İ.Həbibbəyli səciyyəvi şeirlərə nəzər salmış, sonra isə 
poemaları qruplaşdıraraq müasir elmi-ədəbi baxış bucağından təhlil etmişdir. 
Tənqidçi nəzərə çatdırır ki, ”Ata yurdu” poemasında sadə zəhmət adamı olan atasının 
böhtanlara uğrayıb sürgünə göndərilməsini minlərlə Azərbaycan kəndlisinin faciəsi 
kimi ümumiləşdirən şair “Zindandan məktublar, zindana məktublar” poemasında 
sürgün həyatı yaşayan əmisinin və atasının məktubları əsasında otuzuncu illərin 
amansız dəhşətlərini canlandıra bilmişdir. “Canlı şəhidlər” poemasında isə doğma 
yurddan-Şərurun Dəmirçi kəndindən Qazaxıstan səhralarına qədərki sürgün 
yollarında baş verən hadisələr əks etdirilmişdir. 
”Əsər sürgün məşəqqətlərinin canlı 
salnaməsidir”
[91,s.33].
 
C.Cavadlının sürgün mövzusunda yazdığı əsərlərdə Ana obrazının xüsusi yer 
tutduğunu qeyd edən İ.Həbibbəyli şairin “Sürgündə gördüyüm analar”, “Acı nağıl”, 
“Ana ölümü”, “Qeyrət”, ”Məsmə xala”, “İtkin bacılar” kimi poemalarını təhlil etmiş, 
sürgün həyatının bütün məşəqqətlərinə mətanətlə sinə gərən, şərəfi, ləyaqəti hər 
şeydən üstün tutan anaların poetik təqdiminin əsas üsullarını da aydınlaşdırmışdır. 
C.Cavadlının “Düşmən iti” poemasını bütövlükdə Azərbaycan ədəbiyyatında 
repressiya mövzusunda yazılmış ən kamil bədii əsərlərdən sayan alim mövzunun 
təsirli detallar və ricətlər vasitəsilə ədəbi müstəviyə gətirildiyini yüksək 
qiymətləndirmişdir. Poemada göstərilir ki, ailə üzvləri sürgün edilmiş xalq 
düşməninin kənddə qalmış sədaqətli iti bu ocağı tərk etmir. Lakin namərd zəmanə 


140 
insanları elə kökə salmışdır ki, onlar xalq düşməninin itinə çörək verməyə də 
qorxurlar. Çünki “itin də üstündə nəzarət vardı, ona çörək atan cəzalanardı”...
C.Cavadlının “Cəhənnəmdən qaçmış uşaq” adlı irihəcmli avtobioqrafik 
mənzum romanını repressiya, sürgün mövzusunda çoxillik ədəbi axtarışlarının 
əzəmətli yekunu sayan tənqidçi diqqəti həm də ona yönəldir ki, müəllif bütün 
obrazları fərdi xarakter əlamətləri ilə və öz müşahidələri, yaddaş səhifələri əsasında
təqdim etdiyindən əsər çox canlı, inandırıcı səslənir. 
“Sürgün” kitabındakı əsərlərin bədii məziyyətlərini də İ.Həbibbəyli yüksək 
qiymətləndirmişdir: 
“Cavad Cavadlı sürgün dövründə müşahidə etdiyi insanları və 
üzləşdiyi hadisələri bayatı, gəraylı, layla, ağı, oxşama, poema, mənzum roman 
janrlarında oxuculara çatdırmışdır...Oxşar taleli insanlar, eyni xarakterə malik olan 
təzadlı hadisələr uyğun poetik formalarda bədii həyatın münasib sənət meydanına 
çıxarılmışdır”
[91,s.39-4]. 
Professor Yusif Seyidov yazır: “
İsa Həbibbəyli müasir ədəbi prosesi diqqətlə 
izləyən və bu prosesə fəal müdaxilə edən alimlərdəndir. O, müasir Azərbaycan 
ədəbiyyatını yaradanların hər birinin yaradıcılığını təhlildən keçirir, onların ədəbi 
prosesdəki rolunu müəyyən edir”
[217,s.76].
 
Bu baxımdan alimin XX əsrin 
doxsanıncı illərində yazdığı digər əsərlərə də nəzər salmaq dövrün ədəbi prosesinə 
elmi yanaşmanın yeni aspektlərini nəzərdən keçirmək deməkdir. 
Akademik İsa Həbibbəylinin xalq şairi Məmməd Arazın yaradıcılığı ilə bağlı 
elmi araşdırmaları, ədəbi-tənqidi qənaətləri xüsusilə diqqəti çəkir. Alimin 1993-cü 
ildə çapdan çıxmış “Məmməd Araz (tərcümeyi-hal)” kitabından sonra elmi 
axtarışlarının davamı kimi 1999-cu ildə “Xalq şairi Məmməd Araz” adlı 
albommonoqrafiya nəşr etdirməsi şairin yaradıcılıq dünyasının əhatəli təqdimi ilə 
səciyyələnir [90]. Həmin kitabda M.Arazın yaradıcılığı barədəki elmi-ədəbi təhlilləri 
İ.Həbibbəyli bir neçə il sonra çapdan çıxmış “Ədəbi-tarixi yaddaş və müasirlik”
kitabına da daxil etmişdir [92,s.290-320]. Yüksək elmi səviyyəsi ilə seçilən bu 
təhlillər 1990-cı illər Azərbaycan ədəbi tənqidində xüsusi yer tutmaqla poeziyaya 
hərtərəfli, konseptual yanaşmanın, bədii mətnlərin daxili semantikasını incəliklərinə 
qədər araşdırıb üzə çıxarmağın ən uğurlu nümunələrindəndir. 


141 
Məmməd Arazın mühiti, yaradıcılığının əsas istiqamətləri barədə söz açan İsa 
Həbibbəyli onun poeziyasının ana xətləri, başlıca poetik obrazları, əxlaqi-didaktik 
qənaətləri barədə dolğun elmi nəticələrə gəlmişdir. Şairin poeziyasının dərin xəlqi 
mahiyyəti, əsrlərin sınağından çıxmış adət-ənənələrə bağlılığı barədə təhlillər aparan 
tənqidçi ata ocağı motivinin ideya-bədii missiyasını çox dəqiqliklə aydınlaşdırmış və 
elmi şəkildə ümumiləşdirmişdir: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin