Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə58/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   54   55   56   57   58   59   60   61   ...   68
dis anar (1)

“Silsilədəki digər şeirlərin ideya istiqamətvericisi funksiyasında çıxış edən bu təsirli 
şeirdə günəş, torpaq və insan məfhumları vəhdətdə tərənnüm olunmuş, həmin 
komponentlərin hamısı estetik idealın tərcümanına çevrilə bilmişdir”. 
Müasir Naxçıvan ədəbi mühitinin təhlil edilib dəyərləndirilməsi də 
İ.Həbibovun fəaliyyətində mühüm yer tutur. Ədəbi-tənqidi fəaliyyətinin ilk 
vaxtlarından İ.Həbibov Naxçıvandakı qələm sahiblərinin sənət axtarışlarını da 
diqqətlə izləmiş, ayrı-ayrı məqalə və kitablarında bu sahəyə də özünün elmi 
münasibətini ifadə etmişdir. Məsələn, 1977-ci ildə yazdığı “Fəhlə şairin mövzuları” 
məqaləsində (“Şərq qapısı” q., 1977, 5 mart) sadə zəhmət adamı olan Hüseyn 
Fərəcoğlunun satirik şeir və təmsillərinə nəzər salınır.
Alimin bu sahədəki dəyərli məqalələrindən biri 1981-ci ildə yazdığı “Gəncliyin 
sənətkarlıq imkanları” adlanır [103]. Həmin məqalədə yeni nəşr olunmuş “Arpaçayı 
aşdı-daşdı” almanaxındakı şeir, poema və hekayələr təhlil süzgəcindən keçirilmiş, 
uğurlar da, qüsurlar da izah olunmuşdur. M.Qasımzadə, E.Həbib, A.Yadigar, 
G.Məmmədova, L.Əhmədova, B.İsgəndərov və digərlərinin müxtəlif janrlı 
əsərlərindəki müsbət məziyyətləri, duyum və deyim tərzini dəyərləndirən alim 
nöqsanları da diqqətə çatdırmışdır. Bəzi hekayələrdə təhkiyələrin oxşarlığı, obrazların 
xarakteri və süjetin ümumi axarı ilə uyuşmayan təsadüfi məqamların təsviri və s. bu 
qəbildəndir.


133 
1985-ci ildə çap olunmuş “Ədəbi yüksəliş” kitabının son bölümünü müasir 
Naxçıvan ədəbi mühitinə həsr edən İ.Həbibov muxtar respublikada yaşayıb fəaliyyət 
göstərən Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli, Həsən Fətullayev, Adil 
Qasımov, Elman Həbib, Elmira Qasımova, Kəmalə Ağayeva, Həmid Arzulu, Muxtar 
Qasımzadə, Asim Yadigar, Vaqif Məmmədov, Güllü Məmmədova, Novruz 
Nehrəmli, Bayram İsgəndərov və digərlərinin yaradıcılıq axtarışlarına nəzər salmış, 
onların poeziya, nəsr, dramaturgiya sahəsindəki sənət axtarışlarının timsalında
səciyyəvi tendensiyaların elmi-ədəbi təhlilini vermişdir. Azərbaycanın bir sıra 
görkəmli şair, yazıçı, tənqidçi və ədəbiyyatşünaslarının (M. Arif, R. Rza, 
M.İbrahimov, B.Nəbiyev, Y.Seyidov, İ.Şıxlı və s.) müasir Naxçıvan ədəbi mühitinin 
nümayəndələrinin yaradıcılığı barədə bəzi fikirləri də kitabda xatırladılmışdır. [108, 
s.57-63] 
Akademik İsa Həbibbəylinin bir neçə resenziyası və ədəbi-tənqidi məqaləsi 
xalq yazıçısı Hüseyn İbrahimovun sənət dünyasına həsr olunmuşdur. Bəllidir ki, 
H.İbrahimov zəngin yaradıcılıq yolu keçmişdir. “İsa Həbibbəyli bu yolu addım-
addım izləyir və yazıçının ... uğurlarını elmi-ədəbi əsaslarla araşdırır” [217,s.83]. 
H.İbrahimovun 1983-cü ildə çap olunmuş “Bahar yağışı” romanı barədə bir 
sıra tənqidçi və ədəbiyyatşünaslar fikir söyləmişlər. Bunların sırasında 
İ.Həbibbəylinin “İstehsalat romanında mənəvi həyat” məqaləsi xüsusi yer tutur 
[106].
 
Məqalənin əvvəlində Hüseyn İbrahimovun yaradıcılığında bahar motivinin, 
əhvali-ruhiyyəsinin, rənglərinin özünəməxsus mövqeyinə diqqət yönəldən alim yeni 
romanı da bu kontekstdə nəzərdən keçirmişdir. Mövzusu zəhmət adamlarının həyatı 
və fəaliyyətindən götürülmüş bu romanda epik konfliktin bir qütbündə Arançay 
dəryaçasının tikinti rəisi Osman Məlikzadə və onunla birgə xalq malını mənimsəyən 
əlaltıları, digər tərəfdə isə yenilik ruhu, vətənə xidmət əzmi ilə çalışan mühəndis
Yalçın İbrahimbəyli və onun kimi sağlam qüvvələr dayanır. Əsas obrazların bədii 
təcəssümünə bu konflikt müstəvisində nəzər salan İ.Həbibbəyli vurğulayırdı ki, 
müəllif birtərəfli yolla getməmiş, istehsalat mövzusunda olan romanda “bu 
mübarizənin 
gedişatını 
ənənəvi 
xeyir-şər, 
mənfi-müsbət 
vuruşlarından, 
çəkişmələrindən xilas etmiş, hadisələrin təbii məntiqinə, həyati əsaslarına meydan 


134 
vermiş”, surətləri təkcə istehsalat mühitində deyil, hərtərəfli şəkildə canlandırmış, 
“mənəviyyatların, dünyagörüşlərin, vicdanların fərqini açmağa” nail olmuşdur.
Bütün bunlar isə romanın kompozisiyasının bütövlüyünə, xarakterlərin canlılığına,
kolliziyaların aydınlığına mühüm zəmin yaratmış, əsərin sosial əhəmiyyəti ilə bir 
sırada bədii səviyyəsini də qüvvətləndirmişdir. 
Hüseyn İbrahimovun “Səhv edəndə” adlı kitabına həsr etdiyi məqalə də
İ.Həbibbəylinin çağdaş ədəbi prosesə geniş elmi-nəzəri ümumiləşdirmə mövqeyindən 
yanaşmasının əyani göstəricisidir [109]. Hekayə, novella və kiçik povestlərdən ibarət 
həmin kitabı yazıçının çoxillik yaradıcılıq təcrübəsinin uğurlu bəhrəsi sayan 
İ.Həbibbəyli buradakı əsərləri birləşdirən ortaq cəhəti belə səciyyələndirmişdir: 
“Yazıçını qələmə aldığı çoxcəhətli əhvalat və obrazların mərkəzində əsasən bir meyar 
dayanır: Ləyaqət!”.
 
H.İbrahimovun kitabda verilmiş “İnam”, “Kənd həsrəti”, “Təmiz 
adam”, “Zərifənin çiçəkləri”, “Kərim əmi”, “Səfər müəllimin qızı” və digər hekayə-
lərini müfəssəl şəkildə təhlil edən tənqidçi yazıçının yaratdığı Yelmar Zərgərli, Qoş-
qar Çinarlı, Sabir, Fərrux, Eldar və s. obrazları da məhz bu kontekstdə dəyərləndir-
mişdir.
Hüseyn İbrahimov bir sıra satirik hekayələr də yazmışdır. Akademik İsa 
Həbibbəylinin qeyd etdiyi kimi, hekayələrdəki satira elementləri onları kitabda 
verilən satirik novellalarla doğmalaşdırmışdır. Alim yazırdı: “Azərbaycan satirik 
nəsrinin ənənələrindən yaradıcılılqla faydalanan H.İbrahimov indiki həyatımızda 
klassik novella “qəhrəmanları” ilə qarşılaşarkən “Sənə min rəhmət, Mirzə Cəlil”, 
yaxud “Heyf, Mirzə Cəlil sağ deyil” kimi yerinə düşən, cəlbedici epiqrafların gur 
işığı altında ənənəvi gülüş obyektinin müasir vəziyyətini bacarıqla açıb 
göstərmişdir”.
Akademik İ.Həbibbəylinin bu məqalədə Azərbaycan tənqidi realizminin böyük 
ustadı Mirzə Cəlilin satirik nəsri ilə H.İbrahimovun “Arxayın Məmməd”, “Zırrama”, 
“Day lazım olmadı”, “Barıt” və s. əsərləri arasında apardığı müqayisəli təhlillər həm 
də ədəbi irs və varislik probleminin açılmamış qatlarına işıq salır. Xüsusən Mirzə 
Cəlilin Usta Zeynal və H.İbrahimovun yaratdığı Arxayın Məmməd obrazlarının bu 
aspektdə nəzərdən keçirilməsi diqqəti çəkir. H.İbrahimovun “Göyərçinin məhəbbəti”, 


135 
“Baharın hekayəsi”, “Kamalın ad günü”, “Səhv edəndə” kimi povestlərində sosial-
mənəvi problemlərin qoyuluşu və bədii həllini məqbul sayan məqalə müəllifi bu 
əsərlərin hər birinin əsas özəlliklərini dəqiqliklə müəyyənləşdirmişdir. 
İsa Həbibbəyli bəzi tənqidi qeydlərini də bildirmişdir. Alim haqlı olaraq
yazıçının “Aspirant” hekayəsindəki Fərəc obrazının mükəmməl olmadığını, 
“Kamalın ad günü” povestində isə süjetin bəzi məqamlarının stereotip ənənəvilik 
təəssüratı yaratdığını, həmçinin “Qapıçı” novellasında sonluğun hadisələrin məntiqi 
yekunu ilə birbaşa bağlılığının zəif göründüyünü nəzərə çatdırmışdır. 
İ.Həbibbəylinin “Həyat eşqinin təsdiqi” məqaləsi [112] tanınmış sənətkarımız 
Hüseyn İbrahimovun “Əsrin onda biri” tarixi romanının nəşri ilə əlaqədar yazılmış 
resenziyadır. Tanınmış alim XII əsrin məşhur Azərbaycan memarı Əcəmi 
Naxçıvaniyə həsr olunmuş bu romanı yazıçının yeni sənət uğuru kimi 
qiymətləndirmiş, daima qurub-yaratmaq əzmi ilə yaşayan, bütün varlığı ilə doğma 
elinə, torpağına bağlı olan memarın, eləcə də onun bir sıra müasirlərinin bədii 
obrazının, dövrü və mühitinin əsərdə əhatəli şəkildə təqdimini müsbət 
qiymətləndirmişdir. Resenziya müəllifi əsərin dilində işlənmiş bəzi alınmalara isə o 
qədər də ehtiyac duyulmadığını bildirib. 
Akademik İsa Həbibbəylinin “Nəciblik” məqaləsi Hüseyn İbrahimovun 
hekayələrindən biri ilə eyniadlıdır [83]. Yazıçının anadan olmasının 75 illiyi ilə 
əlaqədar qələmə alınmış bu məqalə sadəcə yubiley təbriki deyil, şəxsiyyət, yaradıcılıq 
psixologiyası və mühit arasında əlaqələrin elmi şərhini verən, dəyərli nəzəri 
ümumiləşdirmələrlə maraq doğuran analitik yazıdır. Sənətkarın yaradıcılığına onun 
şəxsi xarakterinin, mənəvi aləminin, həmçinin fəaliyyət göstərdiyi mühitin ciddi təsir 
göstərdiyini qeyd edən İ.Həbibbəyli yazırdı

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin