150
toplayıb
buraya əlavə etmək, “ailə məktublarının əhatə dairəsini genişləndirmək”
gərəkdir. Təqdirəlayiq haldır ki, bu nəcib və vacib arzunu məhz akademik İsa
Həbibbəyli özü həyata keçirmiş, Mirzə Cəlinin və ailə üzvlərinin məktublarını, eləcə
də onlara yazılmış məktubları toplayaraq 2003-cü ildə elmi-ədəbi ictimaiyyətə
çatdırmışdır [174].
İ.Həbibbəylinin 1985-ci ildə yazdığı (H.Həşimovla birgə) “Böyük ədib
haqqında tədqiqat əsəri” resenziyası isə [113] zəhmətkeş tədqiqatçı
Qulam
Məmmədlinin Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolunu xronoloji
ardıcıllıqla işıqlandıran “Molla Nəsrəddin” salnaməsinə (Bakı: Gənclik, 1984) həsr
olunmuşdur. Resenziyada həmin kitab salnamənin 1966-cı ildəki ilk nəşri ilə
müqayisədə dəyərləndirilmiş, diqqətdən yayınmış bəzi faktlar da xatırladılmışdır.
Elmi-ədəbi prosesi diqqətlə izləyən İsa Həbibbəylinin “Nəsrin keçdiyi yollar”
məqaləsi [128] ədəbiyyatşünas Əflatun Məmmədovun “Azərbaycan bədii nəsri (XIX
əsrin sonu-XX əsrin əvvəlləri), Bakı: Elm, 1983) monoqrafiyasına həsr olunub. Bəhs
olunan mərhələnin çoxsaylı nəsr nümunələrini ilk dəfə sistemli şəkildə araşdıran
Ə.Məmmədovun onları forma, məzmun, təhkiyənin xarakteri və s. prinsiplər əsasında
qpuplaşdıraraq tədqiq etməsini məqbul sayan resenziya müəllifi fikrini obrazlı tərzdə
belə ümumiləşdirmişdir:
“Nəsr öz janr startını hekayədən başlayıb romana qədər
yüksəldiyi kimi, haqqında danışılan tədqiqat əsəri də xırda formalardan iri
formalara qədərki inkişafı əks etdirməklə “mənzil başına çatmış olur”
[107, s.192].
Filologiyamızda “yazıçı və dil” probleminin tanmış tədqiqatçılarından olan
professor Yusif Seyidovun “Sözün qüdrəti” kitabına həsr etdiyi resenziyada [110]
İ.Həbibbəyli müasir ədəbiyyatımızın B.Vahabzadə, M.Araz, F.Mehdi, Q.Qasımzadə,
N.Həsənzadə, X.Rza və digər tanınmış nümayəndələrinin müvafiq əsərlərini “sözün
gücü, ana dili və xalq, dil və vətən, ana dili və müəllim, əlifba, dil və üslub,
tərcümə
dili, dilin tədrisi metodikası və s. məsələlərə şair münasibəti” kontekstində təhlil
edən müəllifin tədqiqatına yüksək qiymət vermişdir.
İsa Həbibbəyli 1987-ci ildə yazdığı “Ədəbi qəhrəmanın taleyi” məqaləsində
[111] isə tənqidçi Vaqif Yusiflinin “Nəsr: problemlər, xarakterlər” monoqrafiyasına
münasibət bildirmişdir. Araşdırmanı ümumən müsbət
qiymətləndirən resenziya
151
müəllifi tədqiqatda 1960-70-ci illərin ədəbi prosesinin təhlili zamanı hekayə
nümunələrinə nisbətən az yer ayırıldığını, həmçinin “bədii nəsrdə konfliktə
kolliziyanın fərqləndirilməsinə ciddi fikir verilmədiyini”
irad kimi nəzərə
çatdırmışdır.
İ.Həbibbəylinin ədəbiyyatşünas Vilayət Quliyev (Muxtaroğlu) ilə birgə yazdığı
“Meyar dəqiqliyi, fakt zənginliyi” resenziyasında [2] porofessor Xeyrulla Məmmədo-
vun ədəbiyyatımızın XIX əsrin sonları - XX yüzilliyin əvvəlləri dövründən söz açan
“Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər” adlı monoqrafiyası təhlil olunmuş, onun
əsas elmi məziyyətləri və yenilikləri diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan maa-
rifçi-realist ədəbiyyatının nüfuzlu tədqiqatçılarından olan X.Məmmədovun bu kita-
bında M.Şahtaxtılı, Ə.Cavanşir, E.Sultanov, N.Vəzirov, Ə.Gorani, H.X.Qaradaği,
M.T.Sidqi, G.Kəngərli, S.M.Qənizadə və digərlərinin yaradıcılıq
fəaliyyətini
çoxsaylı arxiv və mətbuat materialları əsasında əhatəli şəkildə araşdırması
resenziyada yüksək qiymətləndirilmişdir:
Dostları ilə paylaş: