Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu


Professor Yavuz Axundlunun 1998-ci ildə elmi ictimaiyyətə təqdim olunmuş  “Tarixi roman yeni mərhələdə” monoqrafiyasında isə [7] əsasən



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə54/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   50   51   52   53   54   55   56   57   ...   68
dis anar (1)

 
Professor Yavuz Axundlunun 1998-ci ildə elmi ictimaiyyətə təqdim olunmuş 
“Tarixi roman yeni mərhələdə” monoqrafiyasında isə [7] əsasən
 
son on-on beş ildə, 
1980-1990-cı illərdə yazılmış müvafiq bədii nümunələrə diqqət yetirilmişdir. 
Tənqidçi Vaqif Yusiflinin ön söz yazdığı kitabın ilk fəsli “Tariximizin açılmamış 
səhifələri” adlanır. Bu fəsildə son dövrdə qələmə alınmış elə tarixi romanlar təhlil 
edilir ki, onların üz tutduqları mərhələlərə, şəxsiyyətlərə əvvəllər müraciət 
olunmamışdı. M.İsmayılov “Sənin ulu baban”, “Qara Yusif”, “Uzun Həsən”, Əfqan 
“Bəy İnal”, F.Kərimzadə “Təbriz namusu”, “Qoca qartalın ölümü”, M.Çəmənli 
“Xallı gürzə”, A.Abbas “Batmanqılınc”, Ə.Cəfərzadə “Gülüstandan öncə” ... 
Tariximizin eradan əvvəlki çağlarından başlamış on doqquzuncu əsrə qədərki ən 
müxtəlif mərhələlərinə həsr olunan bu romanların həm milli-ideoloji və bədii 
dəyərinin aşkarlanması, həm də müasir ədəbi prosesdə “ağ ləkə”lərin aradan 
qaldırılmasına yönəlmiş nümunələr kimi təhlili ümumən razılıq doğurur. 
“Tarix və şəxsiyyət” adlı ikinci fəsildə Ə.Məmmədxanlının “Babək”, 
Ə.Cəfərzadənin “Zərrintac-Tahirə”, İ.Şıxlının “Ölən dünyam” romanları 
dəyərləndirilir, bu əsərlərin mövzusu, ideyası, obrazlar aləmi, süjet-kompozisiya 
xüsusiyyətləri və s. barədə inandırıcı elmi qənaətlərə gəlinir. Monoqrafiyanın 
“Sənətkar və zaman” fəslində isə O.Salamzadənin “Əsrlərin sirri”, “Sevgi iztirabı”, 
Ə.Cəfərzadənin “Bir səsin faciəsi”, “Sabir”, H.İbrahimovun “Böhtan” və s. 
romanlarına müfəssəl nəzər salınır, onların tarixilik və müasirlik keyfiyyətlərinə 
diqqət yetirilir.
Maraqlıdır ki, əvvəlki kitabları ilə müqayisədə Y.Axundlu bu 
monoqrafiyasında son illərin tarixi romanlarını araşdırarkən müasir nəsrin inkişaf 
səviyyəsindən, yaradıcılıq axtarışlarından geri qalan zəif əsərləri daha kəskin, əhatəli 
və əsaslı tənqid etmişdir. Bu yanaşma daha çox Mahmud İsmayılovun tarixi 


121 
romanlarına münasibətdə üzə çıxır və ümumən inandırıcı səslənir. Digər 
romanlardakı qüsurlara da müvafiq münasibət bildirilmişdir. Ədəbiyyatşünaslıqda 
qeyd olunduğu kimi, bu kitabında Y.Axundlu 
“tarixi romanların milli-ideoloji 
əsasda təhlilinə üstünlük vermişdir”
[213,s.89]. Son dövr nəsrimizdə Qarabağ 
tarixinə həsr olunmuş “Qoca qartalın ölümü”, “Batmanqılınc”, “Xallı gürzə” və digər 
nümunələrin təhlili bu baxımdan daha çox razılıq doğurur – elmiliyi, konseptuallığı 
ilə. 
Monoqrafiya boyu yeri gəldikcə ədəbi tənqidin tarixi romanlara münasibətinə 
də diqqət yetirilmiş, müvafiq dəyərləndirmələr aparılmışdır. Təhlillərdən sonra 
müəllif bir məqamı da ayrıca vurğulayır: 
“Tarixi janrda yazan müəllif qələmə aldığı 
dövrün mahiyyətini, tarixi inkişafın qanunauyğunluqlarını canlandırmaq kimi çətin 
və vacib bir işə ”axın”la yox, düşünülmüş şəkildə müraciət etməlidir. Çünki tarixi 
mövzuda sanballı əsər yazmaq üçün sənətkar istedadı, ağır zəhməti ilə yanaşı, alim 
təmkini və səyi də tələb olunur”
[7, s.170]. 
Onu da deyək ki,Y.Axundlunun “Tarixi roman yeni mərhələdə” kitabının 
ayrıayrı səhifələrində bir qədər səthilik və tələskənlik hiss olunur. Müəllif bəzi 
romanların təhlili zamanı sadəcə onların mövzusu barədə qısa qeydlər edir, əsərdəki 
bir sıra faktları tarixi gerçəkliklə tutuşdurur, əsas diqqəti məzmun sadalamasına 
yönəldir, dərin incələmələrə baş vurmur. Amma belə məqamlar azdır. 
Y.Axundlunun ədəbi-tənqidi əsərləri sırasında icmal, “açıq məktub” 
formalarında qələmə alınmış nümunələr də vardır. Naxçıvan Yazıçılar Birliyində 
keçirilmiş yaradıcılıq müşavirəsində etdiyi məruzə əsasında hazırladığı “Naxçıvanda 
1998-ci ilin ədəbi yekunları haqqında bəzi qeydlər” məqaləsi [9, s. 121-134] bu 
baxımdan əhatəli ədəbi-tənqidi icmal kimi xatırladıla bilər. Məqalədə əsas diqqət
muxtar respublikada yaşayan şair və yazıçıların 1998-ci ildə çapdan çıxmış 
kitablarının təhlilinə yönəldilmişdir. H.İbrahimov, H.Elsevər, H.Arzulu, H.Valeh, 
K.Qədim, M.Tahir, V.Məmmədov, Z.Vüqar, N.Nehrəmli, X.Kərimli, İ.Fərəməzoğlu, 
R.Elçin, E.Həbib, N.Həsənəliyeva, Z.Vedili kimi şair və yazıçıların kitabları,
həmçinin bəzi almanaxlar, eləcə də dövri mətbuatda dərc olunmuş müxtəlif 
nümunələr müfəssəl şəkildə təhlil olunmuş, ilin əsas ədəbi yekunları 


122 
ümumiləşdirilmişdir. Professor Y.Axundlunun 2000-ci ildə yazıçı Rasim Gənzəliyə 
ünvanladığı açıq məktubda isə [9, s.182-186] səhhətindəki problemlərə baxmayaraq 
əzmlə yazıb-yaradan nasirin “Qara sevda” romanı təhlil olunmuşdur. 1990-cı illərdə 
Yavuz müəllimin bir sıra digər ədəbi-tənqidi yazıları da diqqəti çəkir. Naxçıvanlı 
şairlərin əsərlərindən ibarət “Səhər nəğmələri” adlı toplunun İranın paytaxtı Tehranda 
nəşrinə (1999) həsr olunmuş “Dostluq nəğmələri” adlı resenziya [9, s.135-146], 
tanınmış şair Hüseyn Razinin “Gözün aydın” yeni kitabını dəyərləndirən məqalə 
(“Şərq qapısı” q., 1997, 16 iyul) bu qəbildəndir.
Alimin “İstiqlal şairləri” kitabını da [6]
 
xatırlatmaq yerinə düşər. Həmin 
kitabda “İstiqlal” ordeninə layiq görülmüş ilk şairlərin - B.Vahabzadə, X.R.Ulutürk 
və M.Arazın həyat və yaradıcılıq yollarına nəzər salınır, onların ədəbi fəaliyyətinin 
əsas istiqamətləri xarakterizə olunur. Məsələn, B.Vahabzadənin həm şeir və 
poemaları, həm də dram əsərləri diqqət mərkəzinə çəkilir, yaxud X.Rzanın poeziyası 
ilə yanaşı, ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsindəki fəaliyyəti də təhlil 
predmetinə çevrilir. Bölmələrin hər biri müvafiq şair haqqında portret-oçerk təsiri 
bağışlayır.
Onu da deyək ki, kitabda həmin şairlərin həm sovet dövrü yaradıcılığına diqqət 
yetirilmiş, müxtəlif bədii biçimdə ifadə etdikləri milli ideyalara şərh verilmiş, həm də
müstəqillik illərində yazdıqları əsərlərə dair təhlillər aparılmışdır. Bu 
dəyərləndirmələr isə daha çox B.Vahabzadənin 1980-ci illərin sonu-1990-cı illərin 
əvvəllərində yazdığı istiqlal ruhlu bir sıra şeirlərinə, M.Arazın Qarabağa aid poetik
nümunələrinə, X.Rzanın isə o illərdəki xalq hərəkatı zamanı yazdığı əsərlərə, 
Lefortovo zindanında qələmə aldığı şeirlərə, “Əlvida, Azərbaycan” poemasına
müfəssəl baxışla əhatələnir. Y.Axundlunun bu kitabının bəzi səhifələri təbliği və 
təsviri xarakter daşısa da bütövlükdə poeziyamızda istiqlal ruhunun bədii 
təcəssümünün təkamülünü izləmək baxımından əhəmiyyətlidir. 
Y.Axundlu Naxçıvan teatrında tamaşaya qoyulmuş bir sıra əsərlərin səhnə 
təcəssümü barədə resenziyalar yazmışdır ki, bunlar da o illərin tənqidinin maraqlı 
nümunələrindəndir. “Şərq qapısı” qəzetinin 27 iyun 1963-cü il tarixli 150-ci sayında 
verilmiş “Kəndçi qızı” resenziyası tanınmış ədib Mirzə İbrahimovun eyniadlı 


123 
pyesinin Naxçıvan teatrında səhnə təcəssümündən bəhs edir. Əsərin ideya-bədii 
mündəricəsi, tamaşadakı aktyor oyunu və s. barədə Y.Axundlu müfəssəl fikirlər 
söyləmişdir. “İlan yuvasında fırtına” resenziyası isə naxçıvanlı şair-dramaturq 
Əliheydər Qənbərin eyniadlı pyesinin tamaşasına həsr olunub (“Şərq qapısı” q., 1966, 
30 yanvar). Hüseyn İbrahimovun “İtirilən sağlıq” pyesinin Naxçıvan teatrında 
tamaşası ilə əlaqədar Y.Axundlu Bakı mətbuatında eyniadlı resenziya dərc etdirərək 
əsərin səhnə təcəssümünü dəyərləndirmişdir (“Ədəbiyyat və incəsənət” q., 1969, 27 
iyul). “Mənəvi saflığa çağırış” resenziyası isə (“Ədəbiyyat və incəsənət” q., 1977,
3 sentyabr) H.Razinin “Haray səsi” pyesinin Naxçıvan teatrında tamaşasına həsr 
olunub. 
Teatr və dramaturgiya məsələlərinə həsr olunmuş resenziyalarında da Yavuz 
Axundlu haqqqında söz açdığı əsərlərin müsbət məziyyətləri ilə yanaşı, qüsurlarını da 
nəzərdən qaçırmamış, müəlliflərə öz tövsiyələrini vermişdir. Məsələn, yazıçı-
dramaturq Ramiq Nağıyevin (

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin