Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu


 Akademik İsa Həbibbəyli Azərbaycan ədəbi tənqidinin görkəmli



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə56/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   52   53   54   55   56   57   58   59   ...   68
dis anar (1)

3.2. Akademik İsa Həbibbəyli Azərbaycan ədəbi tənqidinin görkəmli 
 nümayəndəsi kimi
Hazırda Azərbaycan ədəbiyyatşünaslığının ən aparıcı simalarından sayılan, 
çoxsaylı monoqrafiya, kitab və məqalələri ilə ölkəmizin hüdudlarından uzaqlarda da 
nüfuzlu və istedadlı alim kimi tanınan və qəbul edilən akademik İsa Həbibbəylinin 
elmi fəaliyyəti çoxşaxəli və zəngindir.
Akademik İsa Həbibbəylinin elmi erudisiyası çox genişdir. Onun 
“Ədəbi 
yüksəliş” (1985), “Cəlil Məmmədquluzadə” (1987) ,
“C
əlil Məmmədquluzadə və 
ədəbi mühiti” (1990), “XX əsr Azərbaycan yazıçıları” (1992), “Cəlil 
Məmmədquluzadə: mühiti və müasirləri” (1996), “Ustad Məhəmmədhüseyn 
Şəhriyar” (1999),
“Böyük ədəbiyyat nəhəngi” (2012) 
və adını çəkmədiyimiz 
çoxsaylı digər kitabları ədəbiyyat tariximizin müxtəlif problem, mərhələ və 
şəxsiyyətləri barədə qiymətli tədqiqatlardır. “Romantik lirikanın imkanları” (1984), 
“Ədəbiyyat nəzəriyyəsi” (1985) və digər bu qəbildən olan kitabları ölkəmizdə 
ədəbiyyat nəzəriyyəsinin ən mükəmməl örnəkləri sırasındadır.“Xalq şairi Məmməd 
Araz” (1999), “Ədəbiyyat və mətbuat cəbhəsində” (2006), “Bütün yönləri ilə 
yaradıcı” (2014) və bir sıra başqa kitabları isə müasir ədəbi prosesin müxtəlif 
nümayəndələrinin yaradıcılığına işıq salır. Son illərdə nəşr olunmuş “
Ədəbi-tarixi 
yaddaş və müasirlik” (2007), “Nuhçıxandan-Naxçıvana” (2015), “Ədəbi şəxsiyyət və 
zaman” (2017) kimi irihəcmli fundamental kitabları isə alimin ədəbiyyatşünaslığın ən 
müxtəlif sahələrinə dair araşdırmalarının hərtərəfli təcəssümü kimi böyük dəyərə 
malikdir. Kitablarından bir neçəsinin adını çəkdiyimiz görkəmli alimin yazdığı, çapa 
hazırladığı, toplayıb tərtib etdiyi kitabların sayı heyrətamizdir - yüzdən yuxarıdır. 
Buraya məşhur ədəbiyyatşünasın sayı yüzlərlə ölçülən, müxtəlif dillərdə dərc 
olunmuş elmi məqalələrini də əlavə edək. 
İsa Həbibbəylinin özünə ustad saydığı, kitab və məqalələrində şəxsiyyətinə və 
möhtəşəm elmi fəaliyyətinə yüksək qiymət verdiyi akademik Məmməd Cəfər 
Cəfərov yazırdı: 
“Ədəbi-bədii tənqid tarixi və ən məşhur tənqidçilərin yaradıcılıq 


128 
təcrübəsi aydın göstərmişdir ki, ancaq həm klassik ədəbiyyatı və onun nəzəriyyəsini, 
həm də müasir ədəbiyyatı və onun problemlərini yaxşı bilən tənqidçilər müasir 
ədəbiyyatın inkişafına kömək etmiş, ona düzgün istiqamət verə bilmişlər”
[42,s.183].
 
Akademik İsa Həbibbəyli məhz belə universal və dərin biliyə malik tənqidçi-
ədəbiyyatşünas kimi Azərbaycan elmində müasir əsəbi prosesin elmi təhlili və tədqiqi 
sahəsində mötəbər söz sahibidir. Tanınmış tənqidçi Vaqif Yusifli yazır: 
“Bu gün 
“tənqidçi” deyəndə biz həm də “tənqidçi-ədəbiyyatşünas” tipini nəzərdə tuturuq. Hər 
hansı bir tənqidçinin həm də ədəbiyyatşünaslıqla bağlı kitablar, məqalələr çap 
etdirdiyimi də görürük və əslində, ən yaxşı tənqidçi həm də ən yaxşı 
ədəbiyyatşünasdır” 
[251, s.36)].
 
Bu mənada akademik İsa Həbibbəyli həm 
mükəmməl ədəbiyyat tarixçisi, həm dərin təfəkkürlü ədəbiyyat nəzəriyyəçisi, həm də 
professional tənqidçidir.
 
İsa Həbibbəylinin tədqiqatlarında bədii mətnin, ədəbi problemin, hərəkatın, 
yaxud yaradıcı şəxsiyyətin sənət axtarışlarının əsl mahiyyətinin hərtərəfli şəkildə 
araşdırılmasına yönələn mükəmməl və unikal bir sinkretizm müşahidə edilir. Onun 
əsərlərində ən müxtəlif məqamlarda üzvi vəhdət halında təzahür edən çoxşaxəlilik, 
universallıq, ədəbiyyatşünaslığın hər üç şöbəsinə dərin bələdlikdən yoğrulan 
hərtərəfli elmi yanaşma özünün uğurlu nəticələrini ortaya qoyur. Bu məqamda 
akademik Muxtar Kazımoğlunun (İmanovun) fikirləri yerinə düşür: 
“Ədəbiyyat 
tarixçisi kimi İ.Həbibbəylinin ən yaxın silahdaşı nəzəriyyəçi və tənqidçi 
İ.Həbibbəylinin özüdür. Ədəbiyyatın ümumi qanunauyğunluqlarını dərindən bilməsi, 
ədəbi prosesi və ədəbi proses içində hər sənətkarın, hətta ən məşhur əsərin yerini 
görməsi İ.Həbibbəyliyə ədəbiyyatın tarixi inkişaf mərhələlərini dəqiq və hərtərəfli 
şəkildə təhlil etməkdə ən böyük yardımçıdır. Deməli, nəzəriyyəçilik, ədəbiyyat 
tarixçiliyi və tənqidçilik İ.Həbibbəylinin bir ədəbiyyatşünas kimi portretinin əsas 
cizgiləridir”
[198,s.472].
 
Akademikin iki kitabına qısa nəzər salaq. Görkəmli alimin “Romantik lirikanın 
imkanları” monoqrafiyasında əsas istiqamət XX əsrin əvvəlləri Azərbaycan romantik 
şeirinin sənətkarlıq xüsusiyyətlərini araşdırmaqdır. Bu problem tədqiqatda özünün 
uğurlu elmi həllini tapmşdır. Həmin kitab həm də ədəbiyyat tarixçiliyi baxımından 


129 
dəyərlidir. 
Azərbaycan 
romantizminin 
tarixi 
təcrübəsinin 
öyrənilib 
ümumiləşdirilməsinə layiqli töhfə sayıla biləcək yeni materiallar, təhlil və qənaətlərlə 
zəngindir. 
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı fundamental tədqiqatında 
isə Mirzə Cəlilin ömür yolu, mühiti, müasirləri, əlaqələri və s. ən incə detallara qədər, 
yeni aşkara çıxarılmış yüzlərlə material əsasında sistemli şəkildə araşdırılmış, beləcə, 
ədəbiyyat tariximizin böyük bir epoxasının dolğun elmi mənzərəsi yaradılmışdır. 
Bununla bərabər, həmin monoqrafiyanın bir sıra bölümləri həm də dərin, əhatəli 
elmi-nəzəri 
təhlilləri, konseptual qənaətləri ilə diqqəti çəkir. Məsələn, 
monoqrafiyanın “Molla Nəsrəddin” ədəbi cəbhəsinin formalaşması və “Molla 
Nəsrəddin”çi ədəbiyyatın təşəkkülü” adlı üçüncü fəslində aparılan araşdırmalar, 
ümumiləşdirmələr problemin ədəbi-nəzəri əsaslarını üzə çıxarır. Üstəlik bu
monoqrafiyada ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq sənətkarın mühiti anlayışının 
ədəbi-tarixi, nəzəri-estetik hüdudları və mahiyyəti məsələsi də özünün dolğun elmi 
təhlilini tapmışdır. 
İ.Həbibbəylinin klasik irslə bağlı monumental tədqiqatları həm də güclü 
müasirlik keyfiyyətlərinə malikdir. Onun haqlı qənaətinə görə, klassikanın sağlam 
ənənələri həm də çağdaş ədəbi prosesin rəngarəng inkişaf tendensiyaları 
kontekstində özünün sınaqdan çıxmış təcrübəsi ilə iştirak edə bilir. Görkəmli 
nasirdramaturq İlyas Əfəndiyev hələ 1983-cü ildə “Ədəbi tənqidimiz barədə bəzi 
fikirlər” məqaləsində yazırdı: 
“Ədəbi tənqid … Mirzə Cəlilin müasir Azərbaycan 
ədəbi prosesindəki rolunu müəyyənləşdirməli, bu barədə öz tutarlı sözünü deməlidir. 
Deməlidir!.. Bəs nə vaxt deyəcək?”
[56]. Bu tutarlı elmi sözü məhz akademik İsa 
Həbibbəyli dedi, həm də dərin təhlillər və yüksək elmi əsaslandırmalarla. Onun 
tədqiqatlarında başda Mirzə Cəlilin əsərləri olmaqla klassik tənqidi realist 
ədəbiyyatın müasir ədəbi prosesə səmərəli təsir imkanları, bunun yol və vasitələri də 
özünün əhatəli təhlilini tapmışdır. 
1990-cı illərdə “klassiklərə qarşı başlanan nihilist tendensiya ilə mübarizədə ön 
sıralarda” dayanan [181,s.878] İsa Həbibbəyli çağdaş ədəbi-tənqidi fikrin sağlam 
ruhda formalaşmasında da mühüm xidmət göstərmişdir.“Mirzə Cəlilə qayıtmaq 


130 
zərurəti” məqaləsindəki (1995) aşağıdakı fikirlər bu baxımdan xarakterikdir:
“Mirzə 
Cəlilə, “Molla Nəsrəddin”ə hər hansı dönüş keçmişə, geriyə qayıdış demək deyildir, 
həqiqi milli oyanışın, fanatizmdən yaxa qurtarmağın, özünüdərkin cövhəri, əsasıdır” 
[86].
 
Müasir Azərbaycan ədəbi tənqidində İsa Həbibbəylinin özünəməxsus yeri və 
ciddi xidmətləri vardır. İllərdən bəridir ki, o, müasir ədəbi prosesin təhlil olunub 
dəyərləndirilməsi, səciyyəvi inkişaf xüsusiyyətlərinin aşkarlanması istiqamətində 
mühüm rol oynayan ədəbi-tənqidi əsərlərlə çıxış edir. Alimin müasir ədəbi prosesə 
aid əsərlərində çağdaş mərhələnin axtarışları, yaradıcılıq tendensiyaları dərindən 
araşdırılır. Eyni zamanda mövzuya konseptual yanaşma onun tarixi aspektdə təhlilini 
də şərtləndirir. Həmçinin bədii mətnin, ümumən ədəbi prosesin təhlilində müvafiq 
elmi-nəzəri müddəalar da öz layiqli yerini tutur. 
Akademik Məmməd Cəfər Cəfərov “Tənqid və ədəbi proses” məqaləsində 
yazırdı ki, ədəbi tənqidin söz sənətinin yüksəlişinə kömək göstərə bilməsi üçün gərək 

məqalə yazan ədəbi inkişafın problemləri ilə bütün incəliklərinə qədər tanış olsun, 
ədəbi proses haqqında düşüncə, qayğı onun gündəlik işinə çevrilsin. Belə olmayanda 
məqalələrdə elmilik, professionallıq çatmır, sadəcə subyektiv təəssürat ifadə edilir” 
[43].

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin