137
yaratmışdır”.
“Sabahın sorağında” ilə Mirzə İbrahimovun “Böyük dayaq” romanı
arasında paralellər aparılması da maraq doğurur.
“Günəş doğan yerdə” romanının mürəkkəb dövrün hadisələrindən daha çox
bənzərsiz insan taleləri ilə yadda qaldığını, “Bahar yağışı”nda əqidələrin,
mənəviyyatların çarpışmasının məharətlə təsvirini, “Əsrin onda biri” romanında
sənətkar taleyi, zaman və şəxsiyyət probleminin bacarıqla həllini, “Böhtan”
romanının isə repressiya törədənlərə ittiham, repressiya qurbanı olmuş Hüseyn
Cavidin sənət və şəxsiyyətinə ədəbi ehtiram kimi təqdirəlayiq olduğunu yazan İsa
Həbibbəylinin digər elmi müddəaları da dəqiq və inandırıcıdır.
Müasir Naxçıvan ədəbi mühitinə münasibət baxımından İsa Həbibbəylinin
“Yaradıcılq işinə sədaqət” məqaləsi də diqqəti çəkir. Naxçıvanda yaşayan istedadlı
şair, əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli Elman Həbibin “Hərənin öz işi”
kitabına (1999) ön söz kimi qələmə alınmış bu məqalədə [221, s.13-16] şairin əsas
yaradıcılıq istiqamətləri müfəssəl şəkildə dəyərləndirilmiş, son dövr lirikasında vətən
və xalq taleyi üçün aktual mövzulara müraciətin genişlənməsi vurğulanmışdır:
Dostları ilə paylaş: