Lokal qəza - kimyəvi təsiri müəssisənin ancaq bir qurğusu (aqreqatı, tikintisi) ilə məhdudlaşan, yalnız bu qurğuda havanın və burada işləyən işçilərin zəhərlənməsi təhlükəsi yaradan qəzalara deyilir.
Yerli qəza- kimyəvi təsiri müəssisənin istehsalat sahəsində və ya müəssisənin sanitariya-mühaflzə zonasında (müəssisənin ən yaxındakı yaşayış binasında və ictimai binalardan ayrı zonada) məhdudlaşan və müəssisənin bütün işçilərinin zəhərlənməsi təhlüksi yaradan qəzalara deyilir.
Ümumi qəza - kimyəvi təsiri zəhərləyici zonanın ilk həddindən yüksək müəssisənin istehsalat sahəsinin və onun sanitariya-mühafizə zonasının hüdudlarından kənara çıxan və ətraf mühitin zəhərlənməsinə səbəb olan, habelə müəssisənin yaıxmlığında əhalini, qoşunların (qüvvələrin) şəxsi heyətini zədələyə bilən (yaxud belə təhlükə yaradan) qəzadan ibarətdir.
Lokal (məhdud) qəzaların nəticələri qəza baş vermiş müəssisənin özünün qüvvə və vasitələri ilə aradan qaldırılır. Bunun üçün çoxlu miqdarda QTKM istehsal edilən və işlədilən müəssisələrdə ştat üzrə saxlanılan ixtisaslı xilasetmə dəstələri və hərbiləşdirilmiş (qeyri-hərbi) dəstələr (yığma dəstələr, komandalar, qruplar) olur. Qəzadan xilasetmə dəstəsi, adətən, üç taqımdan ibarətdir; operativ taqım - dörd növbə ilə daim növbə çəkir, habelə qəzaları aradan qaldınr və adamları xilas edir: təhlükəsizliyi təmin edən taqım - iş yerlərində, sexlərdə təhlükəsizlik qaydalarının gözlənilməsini yoxlayır və müəssisədə bu sahədə vəzifələrin yerinə yetirilməsinə kömək edir; texniki taqım - müəssisənin sexlərini mühafizə vasitələrilə təmin etmək və bu vasitələrin yararlı- lığını yoxlamaqla məşğul olur.
Ümumi qəzaların nəticələrinin aradan qaldırılmasına müəssisənin, mülki müdafiənin qüvvə və vasitələrindən əlavə respublika hökumətinin və Müdafiə Nazirliyinin qərarına əsasən qoşun bölmələri (hissələri) cəlb edilə bilər.
Ümumi qəzaların nəticələrinin aradan qaldırılması işlərinə rəhbərliyi qəzamn miqyasından asılı olaraq rayon, şəhər fövqəladə hallar komissiyaları, çox ağır nəticəli geniş qəzalar zamanı isə respublika fövqəladə hallar komissiyası yerinə yetirir. Fövqəladə hallar komissiyaları (rayonların, şəhərlərin, respublikanın) güclü təbii fəlakətlərlə, müxtəlif qəzalarla mübarizə tədbirlərinə rəhbərlik etmək, eləcə də onların nəticələrinin aradan qaldırılması işlərini təşkil etmək üçün yaradılmışdır. Onlara, adətən, icra hakimiyyəti başçılarının birinci müavinləri rəhbərlik edirlər. Komissiyaların heyətinə icra hakimiyyətləri başçılarının müavinləri, icra hakimiyyəti orqanlarının idarə (şöbə) və xidmət rəisləri daxil edilirlər.
Yerli qəzaların aradan qaldırılmasını müəssisənin qüvvə vasitələrindən əlavə, şəhərin (rayonun) mülki müdafiə hissələri və dəstələri də cəlb olunur. Yerli qəzaların aradan qaldırılmasına rəhbərliyi müəssisənin qəza işləri üzrə qərargahı, yaxud ra-yon (şəhər) fövqəladə hallar komissiyası həyata keçirir.
Dövlət komissiyası respublikanın regionlarını tam surətdə əhatə edən çox geniş və güclü fəlakətlərin və qəzaların aradan qaldırılması dövründə, ya da belə fəlakət nəticələrinin aradan qaldırılması üçün respublikanın müxtəlif qüvvə və maddi vasitələrini cəmləşdirib cəlb etmək lazım gəldikdə fəaliyyətə qoşulur.
Belə qəzaların nəticələrinin aradan qaldırılmasında iştirak edən qoşun hissələrinə, habelə MM bölmələrinə rəhbərlik etmək üçün operativ qruplar yaradıla bilər.
QTKM avtomobil nəqliyyatı ilə daşınarkən qəza baş verən hallarda isə onun nəticələrinin aradan qaldırılması rayon (şəhər) fövqəladə hallar komissiyası tərəfindən təşkil edilir.
Belə kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılmasına, həmçinin yük göndərən müəssisələrin ixtisaslı komandaları, MM hissələri və dəstələri, lazımi hallarda isə qoşun hissələri (bölmələri) cəlb oluna bilər.
Belə işlərə cəlb olunmuş qoşun hissələrinin, MM bölmələrinin işinə respublika FHN Mülki Müdafiə qərargahının nümayəndəsi rəhbərlik edir.
Kimyəvi təhlükəli qəzaların nəticələrinin aradan qaldırılması qısa müddətdə yerinə yetirilən tam bir kompleks tədbirlərdən ibarətdir ki, bunlardan məqsəd qəza rayonunda zərər çəkmiş əhaliyə və qoşunların (qüvvələrin) şəxsi heyətinə yardım göstərmək, tələfatın artmasının qarşısım almaq, habelə yaşayış məntəqələrində həyat fəaliyyətini, xalq təsərrüfatı obyektləri və qoşun hissələrinin isə normal işini təmin etməkdir.
Kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılması üzrə tədbirlər kompleksinə bunlar daxildir:
• Kimyəvi təhlükəli qəzaların ehtimal edilən nəticələrinin proqnozlaşdırılması;
• Belə qəzaların nəticələrinin aşkar edilməsi və qiymətləndirilməsi;
• Xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi;
• Kimyəvi zəhərlənmənin aradan qaldırılması;
• Texnikanın xüsusi təmizlənmədən və adamların sani- tariya təmizlənməsindən keçirilməsi;
• Zədələnmiş adamlara tibbi yardım göstərilməsi.
Dövlət komissiyası respublikanın regionlarını tam surətdə əhatə edən çox geniş və güclü fəlakətlərin və qəzaların aradan qaldırılması dövründə, ya da belə fəlakət nəticələrinin aradan qaldırılması üçün respublikanın müxtəlif qüvvə və maddi vasitələrini cəmləşdirib cəlb etmək lazım gəldikdə fəaliyyətə qoşulur.
Belə qəzaların nəticələrinin aradan qaldırılmasında iştirak edən qoşun hissələrinə, habelə MM bölmələrinə rəhbərlik etmək üçün operativ qruplar yaradıla bilər.
QTKM daşınarkən nəqliyyatda baş verən kimyəvi təhlükəli qəzalar zamam, onların nəticələrinin aradan qaldırılması işlərinin təşkili də həmçinin bu cür qəzaların miqyasından və nəticələrindən asılı olur.
Sistemlərdə qapaqların hermetikliyinin (kipliyin) pozulması və QTKM -in damcı halında axması ilə əlaqədar olan qəzaları və onların nəticələrini QTKM daşınan nəqliyyat vasitələrini müşayiət edən mütəxəssislər aradan qaldırırlar.
Sistemlərin hermetikliyinin pozulması və xeyli miqdar QTKM -in ətrafa yayılması (sızması) ilə bağlı daha güclü qəzalar zamam qəzaları və onların nəticələrinin aradan qaldırılması Dəmiryol tdarəsi (şöbəsi) yerli hakimiyyət orqanlarının iştirakı ilə təşkil edilir.
Qəzaların nəticələri kimyəvi və mühəndis kəşfiyyatı aparmaqla aşkar edilir. Kəşfiyyat işlərinə cəlb olunan qüvvələrin və vasitələrin tərkibi onun xarakterindən və miqyasından asılı olur. Kəşfiyyat məlumatları qəzanın aradan qaldırılmasına rəhbərlik qərargahında (fövqəladə hallar komissiyasında) toplanır. Bu məlumatlar əsasında qəzanın nəticələn qiymətləndirilir, onun aradan qaldırılması planı tərtib edilir.
Kimyəvi zəhərlənmənin aradan qaldırılması işləri - qəza rayonunda QTKM -lə zəhərlənməyə məruz qalan avadanlığın, binaların, qurğuların və ərazinin deqazasiya edilməsi (neytrallaşdıniması) vasitəsilə və onların zəhərlənməsi dərəcəsinin azaldılması, habelə adamların zədələnməsinin qarşısını almaq məqsədilə yerinə yetirilir.
Texnikanın xüsusi və adamların sanitariya təmizlənməsi zəhərlənmə zonasından çıxandan sonra, adamların QTKM-lə zədələnməsinə yol verməmək məqsədilə keçirilir. Bu tədbirlərin səmərəliliyi onların vaxtında həyata keçirilməsindən və keyfiyyətindən asılı olur. Zədələnmiş şəxsi heyətə tibbi yardım adamların səhhəti üçün yaranan təhlükəni azaltmaq, habelə onlara QTKM in təsirini zəiflətmək məqsədilə göstərilir.
Xilasetmə və digər təxirəsalınmaz işlər adamları xilasetmə, zərərçəkən şəxslərə yardım göstərmək, qəzanın genişlənməsinə səbəb Ola biləcək zədələnmələri məhdudlaşdırmaq və qəza nəticələrinin aradan qaldırılması üzrə gələcək işlərin yerinə yetirilməsinə şərait yaratmaq məqsədilə görülür.
Kimyəvi təhlükəli qəzaların ehtimal edilən nəticələrinin proqnozlaşdırılması işlərinin ştatlı, yaxud ştatdankənar hesablama-analiz qrupları (stansiyaları) və ya qoşun hissələrinin qərargahları yerinə yetirirlər. Bu zaman alman məlumatlardan əhalinin və qoşunların (qüvvələrin) şəxsi heyətinin mühafizəsi üçün təcili tədbirlər görmək, qəza nəticələrinin araşdırılmasında, xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilində istifadə olunur.
Qeyd edək ki, kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılması üzrə işlər hər cür hava şəraitində, sutkanın istənilən vaxtında, lazım gəldikdə isə gecə-gündüz fasiləsiz olaraq aparılmalıdır. Belə hallarda iş növbələr üzrə təşkil edilir. Kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılmasında iştirak edən qüvvə və vasitələrə rəhbərlik etməkdən ötrü rabitə sistemi (səyyar idaretmə məntəqələri) yaradılır. İctimai asayişi mühafizə, yanğından mühafizə qüVA'ələrini, habelə qoşun hissələrini idarə etməkdən ötrü radioşəbəkə təşkil edilə bilər. Bu məqsədlə həmçinin ümumi istifadəli dövlət telefon xətləri şəbəkəsindən, birbaşa telefon xətlərindən, elecə də qoşun bölmələri, rabitə və xəbərdarlıq xidməti tərəfindən açılan səhra telefon xətlərindən də istifadə etmək mümkündür.
Araşdırmaların nəticələri əsasında işə cəlb olunan qüvvələrin qarşısına vəzifələr qoyulur. Bu zaman aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur ki, onlar da konkret vəziyyətdən asılı olaraq dəqiqləşdirilə bilər:
• QTKM buxarlarının yayılması zonasının aşkar edilməsi və ona nəzarət edilməsi;
• Əhalinin, qoşunların (qüvvələrin) şəxsi heyətinin xəbərdar edilməsi və zəhərli zonadan köçürülməsi, heyvanların çıxarılması;
• Zədəlilərə tibbi yardım göstərilməsi; qəza zonasının və təhlükəli konsentrasiyada QTKM yayılmış sahələrin dövrəyə alınıb qorunmasının təşkili;
• Yanğınların söndürülməsi, görülən işlərin partlayış və yanğından təhlükəsizliyinin təmin edilməsi;
• Qəza yerinə gedən yol və keçidlərin təmizlənib sahmana salınması;
• Zədələnmiş tutumlardan QTKM-in axmasının və əraziyə yayılmasının qarşısının alınması və ya məhdudlaşdırılması;
• QTKM-nin ehtiyat tutumlarına vurulması və ya bir yerə yığılması;
• Qəza ocağında QTKM -in deqazasiya edilməsinin (neytrallaşdırılmasmın) təşkili;
• Obyektdə istifadə olunmuş texnikanın dezaktivasiya edilməsinin təşkili;
• Ərazidə iştirak edən adamların sanitariya təmizlənməsindən keçirilməsi.
Qəza nəticələrinin aradan qaldırılmasında iştirak edən qoşun hissələrinin (bölmələrinin), MM hissələri və dəstələrinin hər birinə iş tapşırığı verildikdən sonra, onlara zəhərlənmə zonasında işlərin icra olunması üzrə naryad-buraxılış vərəqəsi təqdim edilir.
Zədələnmiş şəxsi heyətə tibbi yardım adamların səhhəti üçün yaranan təhlükəni azaltmaq, habelə onlara QTKM in təsirini zəiflətmək məqsədilə göstərilir.
Kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılması üzrə tədbirlər kompleksinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün onların dəqiq təşkil edilməsi və bu işlərin görülməsinə əzmlə rəhbərlik edilməsi tələb olunur.
Kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılması işlərinə rəhbərlik edən şəxsin vəzifələri aşağıdakılardan ibarətdir:
1. Kimyəvi vəziyyəti qiymətləndirmək, zəhərlənmə zonasınm hüdudlarım müəyyən etmək, onun nişanlanması və dövrəyə alınıb qorunması üzrə tədbirlər görmək.
2. QTKM-in təsirinə məruz qalmış adamları aşkar etmək və onlara tibbi yardım göstərilməsini təşkil etmək.
3. Qəza nəticələrinin aradan qaldırılması planını tərtib etmək, bu planda kimyəvi zəhərlənmənin miqyasından və xarakterindən asıb olaraq aşağıdakıları qeyd etmək;
a) Qəza nəticələrinin qısa xarakteristikası və yaranmış kimyəvi vəziyyətin qiymətləndirilməsindən çıxarılan nəticələr;
b) Qəza nəticələrinin aradan qaldırılması cəlb olunan qoşun hissələrinin, MM hissələri və dəstələrinin yerinə yetirəcəyi vəzifələri;
v) Görüləcək işlərin ardıcıllığı və onların icra müddətləri;
q) QTKM-ni deqazasiya etmək (neytrallaşdırmaq) üsulları;
ğ) Ərazinin, texnikanın, binaların, qurğu və nəqliyyat vasitələrinin tam surətdə deqazasiya edilməsinə (neytrallaş- dınlmasma) nəzarətin təşkili; d) tibbi təminatın, təhlükəsizlik qaydalarının yerinə yetirilməsinin təşkib;
e) Idaretmənin təşkili və işlərin gedişatı barədə məlumat verilməsi qaydası.
Bu işlərə, adətən, qəza rayonunda qabaqcadan araşdırma aparılmasından başlanır ki, bu zaman da aşağıdakı məsələlər öyrənilib müəyyən edilir:
• Qəzanın miqyası və onun aradan qaldırılmasının ümumi qaydası;
• Maye və buxar (halında) olan QTKM-in ehtimal edilən yayılmasının miqyası;
• İş aparılacaq rayonun yanğın təhlükəsi baxımından vəziyyəti;
• Əhalinin, qoşun hissələrinin (qüvvələrin) şəxsi heyətlərinin köçürülməsi, kənd təsərrüfatı heyvanlarının çıxarılması üzrə işlərin həcmi;
• Işlərin icrası üçün tələb olunan qüvvə və vasitələr;
• Qəza nəticələrini aradan qaldıracaq qüvvə və vasitələrin toplanış yerləri;
• Qəza yerinə yaxınlaşmaq üçün yol və keçidlərin təmizlənməsi üzrə vəzifələr;
• Meteoroloji şərait, bazalar, idaretmə məntəqələri, mühafizə vasitələrini paylama, iaşə yerləri və s.-nin təşkili.
Qəzaların nəticələri kimyəvi və mühəndis kəşfiyyatı aparmaqla aşkar edilir. Kəşfiyyat işlərinə cəlb olunan qüvvələrin və vasitələrin tərkibi onun xarakterindən və miqyasından asılı olur. Kəşfiyyat məlumatları qəzanın aradan qaldırılmasına rəhbərlik qərargahında (fövqəladə hallar komissiyasında) toplanır. Bu məlumatlar əsasında qəzanın nəticələn qiymətləndirilir, onun aradan qaldırılması planı tərtib edilir. Bütün növ şüalanmalar onların elektromaqnit sahəli və yaxud yüklənmiş hissəciklərin selindən ibarət olmasına baxmayaraq onlar ümumi bir sıra qanunauyğunluqlara malikdirlər. Onlar gözlə görünmürlər, çox böyük sürətlə yayılırlar və şüalanmanın qarşısını heç bir üsulla alına bilmir. Şüalanmanın canlı orqanizmə nüfuz etmə dərinliyi onun növündən asılı olur. Belə ki , α şüalar nazik təbəqə tərəfindən saxlandığı halda, β şüaları bir neçə santimetr dərinliyə nüfuz edə bilir. γ və kosmik şüalar isə hətta bir neçə metrlik qurğuşun təbəqədən də keçə bilir. Şüalanma dozası digər şüalanma növləri ilə eyni olan neytron şüalanması canlı orqanizmlər üçün daha çox təhlükəlidir. Bu onunla izah olunur ki, neytronların ölçüləri böyük, kinetik enerjiləri yüksək və onların elektrik yükünə malik olmamasıdır. Onlar canlı orqanizmin hüceyrələrində ciddi pozuntular yaradırlar. Lakin neytronlar ekoloji cəhətdən ciddi təhlükəli hesab olunmur. Çünki onlar nüvə reaktorların yaxınlığında və nüvə partlayışları zamanı müşahidə olunurlar. Fərdi təhlükəsizlik tədbirlərinə nisbətən kollektiv təhlükəsizlik tədbirləri daha effektli mühafizə üsulu hesab olunur. Bu onunla əlaqədardır ki, bu üsulla nəzarətin həyata keçirilməsi daha səmərəli və sadə olur. Lakin, nəzarət olunan sahə çox böyük olduqda , tələb olunan maliyyə vəsaitinin həcmi çox və mühafizənin təşkili mürəkkəb xarakter alır. Şüalanma intensivliyi yüksək olan sahələrdə nəzərdə tutulan işlər qısa müddət ərzində həyata keçirilirsə kollektiv təhlükəsizlik sisteminin yaradılması məqsədəuyğun hesab olunmur. Bu işlərə qəza vəziyyətində təmir işləri , açıq şüalanma şəraitində ölçü və kökləmə işlərinin aparılması, təhlükəli zonadan keçilməsi və digər işlər aid edilir. Belə hallarda fərdi mühafizə avadanlığından istifadə olunur. Fərdi mühafizə avadanlıqları o halda tətbiq olunur ki, şüalanma səviyyəsi buraxıla bilən həddi keçir və buna görə də digər tədbirlərin görülməsi mənasız olur. Bu avadanlıqlar ümumilikdə bütün bədəni və yaxud onun müəyyən hissəsini qorumaq üçün nəzərdə tutulur. Aşağıdakı cədvəldə elektromaqnit şüalanmadan fərdi mühafizə tədbir və avadanlıqları haqqında məlumat verilmişdir Sənaye müəssisələrində mühafizə tədbirləri kollektiv və fərdi şəkildə həyata keçirilə bilər. Kollektiv formada mühafizə üsullarına əyani olaraq şüalanmanın təsir nəticələrini və onun profilaktikasının, yəni qarşısını alınmasının öyrənilməsi məqsədi daşıyan müxtəlif plakatlardan istifadə olunması, şüalanmanın orqanizmə təsiri haqqında mühazirələrin oxunması, işçilər üçün konkret işlərə müvafiq optimal iş və istirahət rejiminin yaradılması, şüalandırıcı obyektlərin yerləşdirilməsinin səmərəliliyi, şüalanma mənbələrinin mümkün qədər ekranlaşdırılması tədbirləri aid edilir. Fərdi mühafizə tədbirlərinə işçilərin periodik olaraq həkim müayinəsinədn keçirilməsi, təhlükəsizlik texnikası qaydaları ilə fərdi tanışlıq, sistematik instruktajların keçirilməsi, EMŞ-si ilə ancaq xidməti müddətində kontakda olmaq,fərdi mühafizə vasitələrindən istifadənin zəruriliyi aid edilir. Ümumi xarakter daşıyan mühafizə tədbirlərinin keçirilməsi ilə yanaşı bir sıra xüsusi tədbirlərin keçirilməsi də məqsədəuyğun hesab edilir. Bu halda qeyd olunan şüalanma növlərindən mühafizə üçün yer və azimutal bucağı məhdudlaşdırır və antennanın istiqamətlənmə diaqrammasını yuxarı qaldırırlar. Bu işləri sırf təşkilatı işlərə aid etmək olmaz.Bunun üçün əlavə tikinti və mühəndis işləri həyata keçirilməlidir. Antennanın istiqamətlənmə diaqrammasının dəyişməsi radioşüalandırıcı obyektin bir sıra xarakteristikalarını dəyişir. Bu qrup mühafizə tədbirlərinə məsafə ilə bağlı mühafizə tədbirləri də aid edilir. Bu tədbirlərdə şüalanmaya məruz qalan obyekt mümkün qədər şüalanma mənbəyindən uzaqlaşdırılır, imkan daxilində idarəetmə müəyyən məsafədən həyata keçirilir. Məlum olduğu kimi, məsafənin kvadratı ilə mütənasib olaraq şüalanmanın intensivliyi azalır. Bu sistemlərdən mühafizə üçün istifadənin əsas prinsipi ondan ibarətdir ki, elektromaqnit şüalanmasının səviyyəsi buraxıla bilən hədd daxilində olmalıdır. Hər bir radioverici qurğu sanitar pasporta malik olur. Bu pasportda onun sanitarmühafizə zonasının sərhədləri göstərilir. Ancaq bu pasportun olduğu halda Dövlət sanitar epidemioloji mərkəzin yerli orqanı stansiyadan istifadəyə icazə verir.Bu təşkilat periodik olaraq obyektdə nəzarət ölçmələrini həyata keçirir ki, bunun məqsədi isə şüalanmanın buraxıla bilən səviyyəyə uyğun olmasının nəzarəti və təsdiqlənməsidir. Məişət cihazları alarkən onların lazımi sertifikata malik olmalarını yoxlamalı və mümkün qədər az güclü işlədicilərdən seçilməlidir. Çünki qeyd etdiyimiz kimi, sənaye tezlikli elektrik işlədicilərində yaranan maqnit sahəsinin qiyməti əsasən işlədicinin gücündən asılı olur. Kimyəvi zəhərlənmənin aradan qaldırılması işləri - qəza rayonunda QTKM -lə zəhərlənməyə məruz qalan avadanlığın, binaların, qurğuların və ərazinin deqazasiya edilməsi (neytrallaşdıniması) vasitəsilə və onların zəhərlənməsi dərəcəsinin azaldılması, habelə adamların zədələnməsinin qarşısını almaq məqsədilə yerinə yetirilir.
Texnikanın xüsusi və adamların sanitariya təmizlənməsi zəhərlənmə zonasından çıxandan sonra, adamların QTKM-lə zədələnməsinə yol verməmək məqsədilə keçirilir. Bu tədbirlərin səmərəliliyi onların vaxtında həyata keçirilməsindən və keyfiyyətindən asılı olur. Zədələnmiş şəxsi heyətə tibbi yardım adamların səhhəti üçün yaranan təhlükəni azaltmaq, habelə onlara QTKM in təsirini zəiflətmək məqsədilə göstərilir. Çernobil AES-də qəzanın nəticələri aradan qaldırılarkən sənaye meydançasının ərazisini dağılmış binaların radioaktiv çirkli qırıntılarından (uçqunlarından) təmizləmək üçün yüksək dərəcədə mühafizəyə malik, radiasiyanı zəiflətmə əmsalı Ks = 1000 dəfə və daha artıq olan İMR markalı torpaqqazan maşından istifadə edilirdi. Bu maşınların quruluşu operatorlar və sürücülər maşınlardan çıxmadan, uçqunları söküb özlərinin avtomatik surətdə bağlanan xüsusi konteynerlərinə yüksəlməyə imkan verir.