Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə166/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   162   163   164   165   166   167   168   169   ...   352
T. durum
Desf) 15 növmüxtəlifliyinə aid (
var.leucurum, var.hordeiforme, var.boeufii, 
var.melanopus, var.murciense, var.alborovinciale, var.leucomelan, var.apulicum, 
var.reichenbachii, var.erythromelan, var.affine, var.niloticum, var.caerulescens, 
var.obscurum, var.libycum
) 64 nümunəsi və 18 sortu (Bərəkətli 95, Cəfəri, Sevinc, 
Arandəni, Qaraqılçıq, Sarı buğda, Ağ buğda, Şirvan buğdası, Bozaq, Şərq, Muğan, 
Mirbəşir 50, Qaraqılçıq-2, Vüqar, Şiraslan 23, Tərtər, Tərtər-2, Qızıl buğda), yumşaq 
buğdanın isə (
T.aestivum
L.) 13 növmüxtəlifliyinə aid (
var.graecum, var.milturum, 
var.erythrospermum, var.alborubrum, var.ferrugineum, var.lutescens, var.albidum, 
var.triticum, var.barbarossa, var.hostianum, var.meridionale, var.leucospermum, 
var.velutinum
) 57 nümunəsi və 18 sortundan (Qiymətli2/17, Qrekum 75/50, Arzu, 
Gürgənə1, Qarabağ, Zərdabi, Mirbəşir128, Əkinçi84, Günəşli, Əzəmətli95, Ruzi84, 
Qobustan, Azəri, Şəfəq, Qırmızıgül 1, Tərəqqi, Yeganə, Şəki1) istifadə edilmişdir. 
Pas xəstəliyinə həssas Morokko sortu isə nəzarət variantı kimi götürülmüşdür.
Nümunələrin toxumları 20 x 20 x 5 sm-lik qablarda hər birindən 5 toxum 
olmaqla səpilmiş, hər qabın birinci və axırıncı cərgəsinə nəzarət variant kimi həssas 
Morokko sortu əkilmişdir. Səpilmiş nümunələr 20 ± 4°C-də istixana şəraitində 
saxlanılmışdır. Əvvəlcədən -80°C–də saxlanılan qonur pasın uredinosporları 
vasitəsilə sünü sirayətləndirmə həyata keçirilmişdir. Təcrübələrdə qonur pasın 
törədicisi olan 
Puccinia triticina
göbələyinin 4 izoformasından (ras) (BBBDB, 
PRTUS25, PRTUS45 və PRTUS60) istifadə olunmuşdur (Long and Kolmer, 1989; 


264 
Kolmer et al., 2009) [8; 9]. Göbələyin sporları əvvəlcə 6 dəqiqə müddətində 42°C-lik 
su hamamında saxlanılmış, daha sonra Soltrol izoparafin neftində ((Chevron Phillips 
Chemical Company, The Woodlands, TX)) həll edilmişdir. İkinci yarpaq əmələ 
gəldikdə nümunələr hazırlanmış inokulyum vasitəsilə yoluxdurulmuş və 16 saat 
müddətinə 20°C tempratura malik xüsusi fitotrona qoyulmuşdur. Nümunələrə 
istixana şəraitində qulluq göstərilmiş, 12 gün sonra Stakmanın 0-4 ballıq şkalası 
əsasında onların pas xəstəliyinə tutulma dərəcəsi qiymətləndirilmişdir (Roelfs and 
Martens, 1989) [10]. Şkalaya görə 0, 1, 1; 1+, -2 balla qiymətləndirilən nümunələr 
davamlı, 2, 2; orta davamlı, 2+, -3 və 3+ kimi qiymətləndirilən nümunələr isə həssas 
nümunələr hesab edilmişdir. 
BioSprint-96 robotundan istifadə etməklə cavan yarpaqlardan DNT ekstraksiya 
edilmiş, nanodrop vasitəsilə kəmiyyət və keyfiyyəti yoxlanılmış və PZR reaksiyası 
üçün durulaşdırılmışdır. Tədqiqat işində 9 markerdən (Cədvəl1) istifadə edərək 16 
genin (
Lr19, Lr21

Lr24
/
Sr24

Lr34
/
Yr18

Lr37
/
Sr38
/
Yr17

Lr39

Lr46/Yr29

Lr50, 
T1RS·1BL (
Lr26
/
Sr31
/
Yr9
)) skrininqi həyata keçirilmişdir. Amplifikasiya məhsulları 
2%-li aqoroz gelində yoxlanılmış və ABI DNA 3730 cihazı vasitəsilə fraqmentlərin 
uzunluğu təyin edilmişdir. Əldə edilən nəticələr GeneMarker kompyuter proqramı 
vasitəsilə analiz edilmişdir. 
Tədqiqat materialı (157 bərk və yumşaq buğda nümunəsivə 6 nümunə Marokko) 
07 oktyabr 2011-ci ildə istixana şəraitində səpilmiş, 18.10.2011-ci ildə süni 
inokulyasiya olunmuş və 29.11.2011-ci il tarixində isə qiymətləndirilmişdir. 
Nümunələrin qonur pas xəstəliyinin 4 izoformasına qarşı davamlılığı müxtəlif 
olmuşdur. Belə ki, buğda genotiplərinin digər izoformalarla müqayisədə BBBDB və 
PRTUS25 izoformalarına davamlılıq dərəcəsinin daha yüksək olması müəyyən 
edilmişdir. Fitopatoloji tədqiqatların nəticələrinə əsasən tədqiq edilən 82 bərk bugda 
nümunəsinin 18-i qonur pasa yüksək davamlı, 23-ü orta davamlı, 41-i isə həssas 
nümunə kimi qiymətləndirilmişdir. 18 davamlı nümunənin 61%-i 
var.leucurum
növmüxtəlifliyinə aid olmuşdur. Qeyd olunmalıdır ki, 
var.leucurum
növmüxtəlifliyi 
sünbülün, qılçığın və dənin ağ rəngdə olması ilə səciyyələnir. Ümumilikdə, davamlı 
nümunələrin 83.3%-ində sünbüllərin rənginin ağ olması müşahidə edilmişdir. Orta 
davamlı kimi qiymətləndirilmiş 23 nümunənin isə 60.8%-də sünbül ağ rəngdə 
olmuşdur. Digər tərəfdən, 41 həssas bərk buğda nümunəsinin 70.7%-nin sünbülünün 
rənginin qırmızı olması aşkar edilmişdir. Qonur pasa qarşı davamlı bərk buğda 
formalarının axtarılmasında sünbülün rənginə –
var.leucurum
növmüxtəlifliyinə 
üstünlük verilməsi seleksiya işlərinin sürətləndirilməsinə kömək edə bilər.
Tədqiq edilən yumşaq buğda nümunələrinin bərk buğdaya nisbətən qonur pasa 
daha çox həssas olmasımüşahidə edilmişdir. Öyrənilən 75 yumşaq buğda 
nümunəsinin 4-ü yüksək davamlı, 9-u orta davamlı, 63-ü isə həssas olmuşdur. 
Yumşaq buğdalarda davamlılıqla növmüxtəliflik əlamətləri arasında hər hansı bir 
asılılıq müşahidə edilməmişdir.
Bütün nümunələrin 16 davamlılıq geni üzrə skrininqi aparılmış, lakin yalnız 3 
genin (Lr19, Lr34 və T1RS·1BL (
Lr26
/
Sr31
/
Yr9
)) nəticələri fenotipik analizlərlə 
uyğunluq təşkil etdiyi üçün əsas götürülmüşdür. Bunlardan Lr19 geni 2 bərk (6129-
T.durum var.melanopus
və Cəfəri) və 6 yumşaq buğda (6937-
T.aestivum 


265 
var.milturum
, 6949-
T.aestivum var.erythrospermum
, 6985-
T.aestivum var.lutescens

7021-
T.aestivum var.barbarossa
, 7029-
T.aestivum var.velutinum
, Qırmızıgül 1) 
nümunələrində aşkar edilmişdir. Bərk buğdanın hər iki nümunəsi qonur pasın 4 
izoformasına qarşı yüksək davamlılıq nümayiş etdirmişdir. Qeyd edilən 6 yumşaq 
buğda genotipi isə bütün izoformalara qarşı həssas olmuşdur. Məlumdur ki, 
Lr19
geni 
buğdanın 7A və 7D xromosomlarının uzun çiynində yerləşir və bu gen bərk buğdaya 
Thinopyrum ponticum
=
Agropyron elongatum, Elymus elongatus
)növündən keçmişdir 
[11-14]. 7D xromosomunda yerləşən 
Lr34
geni [15] isə 12 yumşaq buğda 
nümunəsində (6959-
T.aestivum var.alborubrum
, 6960-
T.aestivum var.alborubrum

6961-
T.aestivum var.alborubrum
, 7010-
T.aestivum var.alalbidum
, Qrekum 75/50, 
Arzu, Zərdabi, Gürgənə1, Mirbəşir128, Əkinçi84, Günəşli və Yeganə) rast 
gəlinmişdir ki, onlarında əksəriyyəti BBBDB rasına yüksək davamlılıq göstərmişdir. 
Tədqiqatın ən mühüm nəticələrindən biri, ilk dəfə olaraq, 9 yumşaq buğda 
nümunəsində (6945 –
T.aestivum var.erythrospermum
, 6983-
T.aestivum var.lutescens
,
6984- 
T.aestivum var.lutescens
, 6987- 
T.aestivum var.lutescens
, 7014 - 
T.aestivum 
var.albidum
, 7033- 
T.aestivum var.meridionale
, Əkinçi84, Günəşli, Mirbəşir 128) 
T1RS·1BL çovdar translokasiyasının tapılmasıdır ki, onların da 4-ü qonur pasa qarşı 
yüksək davamlılıq nümayiş etdirmişdir (Şəkil 1).
Şəkil1. Çovdar translokasiyası müşahidə edilən nümunələrin fraqment analizi 
Məlumdur ki, bu translokasiyada pas xəstəliyinin hər üç formasına (qonur, sarı 
və qara (gövdə) pası) qarşı davamlılıqda iştirak edən və öz aralarında ilişiklilik 
nümayiş etdirən genlər (
Lr26
/
Sr31
/
Yr9
)vardır. Bu nümunələrdən qonur, sarı və gövdə 
pasına qarşı davamlı sortların alınmasında başlanğıc material kimi istifadə edilməsi 
məqsədəuyğundur(Cədvəl 1).

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin