263
Azəri, Mirbəşir-128, Əkinçi-84) yaradılmışdır [7]. Ədəbiyyatların təhlili göstərmişdir
ki, bu istiqamətdə aparılan tədqiqatlarda, əsasən təbii fonda qiymətləndirilməyə,
kimyəvi mübarizə tədbirlərinin işlənib hazırlanmasına və klassik seleksiya
metodlarından istifadəyə xüsusi önəm verilmişdir. Zəngin genetik ehtiyatlara malik
olan Azərbaycanda pas xəstəliyinə davamlılıq üzrə aparılan işlərin gücləndirilməsi,
yeni məhsuldar sortların yaradılması üçün davamlı genetik mənbələrin aşkar
edilməsi, molekulyar seleksiyanın imkanlarından geniş istifadə olunması və
xəstəliyin genetik əsaslarının tədqiqi olduqca əhəmiyyətlidir. İnkişaf etmiş ölkələrdə
bu xəstəliyə davamlılığın molekulyar genetik əsasları haqqında ciddi tədqiqat işləri
aparılmış, molekulyar genetikanın imkanlarından maksimum dərəcədə istifadə
olunaraq qısa zamanda davamlı sortlar yaradılmışdır. Lakin iqlim şəraitinin
dəyişməsi, həmçinin, zaman ötdükcə bu xəstəliyin ətraf mühit amillərinə
uyğunlaşması, göbələyin yeni izoformalarının yaranması göstərir ki, bu istiqamətdə
aparılan tədqiqat işləri, o cümlədən hər bir ölkənin torpaq-iqlim şəraitinə uyğun yeni
məhsuldar sortların yaradılması dayanıqlı və fasiləsiz olmalıdır.
Cari tədqiqat işində Milli genbankda saxlanılan bərk və yumşaq buğdanın
müxtəlif növmüxtəlifliklərinə aid 121 nümunəsinin və 36 seleksiya sortunun qonur
pasa davamlılığının süni fonda və davamlılıq genləri əsasında qiymətləndirilməsi
həyata keçirilmişdir. Tədqiqat işi 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ)
Kənd Təsərrüfatı Departamentinin Norman Borlauq proqramı çərçivəsində ABŞ-ın
Kanzas Dövlət Universitetinin “Bitki patologiyası” kafedrası, Buğda genetik və
genom ehtiyatları mərkəzi və Kənd Təsərrüfatı Departamentinin Manhatten şəhərində
yerləşən “Payızlıq bərk buğdanın genetikası” bölməsində yerinə yetirilmişdir.
Tədqiqat materialı kimi Milli Genbankda saxlanılan bərk buğdanın (
Dostları ilə paylaş: