257
sünbüldə mənənələrin say dinamikası və buğda sotlarını zədələməsi müəyyən
edilmişdir.
Mövzu üzrə tədqiqat işləri 2014-2015-ci illər ərzində Abşeron Yardımçı
Təcrübə Təsərrüfatı və Tərtər Bölgə Təcrübə Stansiyasındakı buğda əkinlərində
yerinə yetirilmişdir. Tədqiqat obyekti kimi taxıl sahələrində müşahidə olunan
mənənələr yerli və gətirilmə sortlar götürülmüşdür.
2015-ci ilin vegetasiya müddətində Respublikanın əksər taxılçılıq zonalarında o
cümlədən, Abşeron YTT-da zərərverici həşəratların inkişafı
üçün əlverişli şərait
olmuşdur. Əvvəlki illərdə İZH-i keçməyən Taxıl Mənənəsinin say dinamikasında
artım müşahidə olunmuş və əksər buğda nümunələri bu zərərvericilərə müxtəlif
səviyyədə yoluxmuşlar. Mənənələrin buğda əkinlərində yayılması bu zona üçün
təsadüfi deyil, lakin say dinamikasının belə yüksək olması periodik xarakter daşıyır.
Mənənələr
Bərabərqanadlılar
dəstəsinin
(Homoptera)
Mənənələr
yarımdəstəsinə (Aphidinea) daxildir. Ölçüləri 1-4 mm böyüklükdə olan qanadlı və
qanadsız formaları olmaqla taxıl bitkilərinin bütün hissələrində yaşaya bilir.
Başlıca olaraq partenogenetik (bakirə) yolla çoxalırlar. Dişiləri 25-100-ə qədər
diri süfrə doğur (yalançı baladoğma). İl ərzində 15-17-yə qədər nəsil verirlər, əlverişli
şəraitdə mənənələr kütləvi surətdə çoxalır və taxıl bitkilərinə böyük zərər vururlar
(Məmmədova S.R., Xəlilov B.B.1986).
Mənənələrin özünəməxsus inkişafları vardır. Bu inkişafdan asılı olaraq onlar
iki bioloji qrupa köçəri və oturaq mənənələrə bölünür.
Köçəri mənənələrin həyatı iki bitki ilə bağlıdır və mövsümdən asılı olaraq
qanunauyğun tərzdə bir bitkini digəri ilə əvəz edir. Bu mənənələr bütün yay ərzində
dənli taxıl bitkiləri ilə qidalanır və çoxalır. Payızda qanadlı fərdlər ağaclar üzərinə
uçur və qışlamaq üçün orada da yumurta qoyur. Məsələn, meşə gilası mənənəsi
(Rhopalosiphumpadi L.) yazda bu bitki üzərinə yumurta qoyur.
Bir müddət
keçdikdən sonra onun koloniyaları əmələ gəlir və may ayından etibarən artıq
qidalanmış mənənələr yulaf, çovdar, qarğıdalı, digər mədəni və yabanı taxıl bitkiləri
üzərinə keçərərək, bütün yay müddətində bu bitkilər üzərində bakirə yolla çoxalır.
Oturaq mənənələrin bütün inkişafı dənli bitkilər üzərində gedir. Payızlıq dənli
bitkilər üzərinə qoyulmuş yumurtalar qışlayır. Yazdan başlayaraq payıza qədər arası
kəsilmədən bakirə çoxalma gedir. Əgər bu dövrdə mənənə üçün əlverişli olmayan
qida mühiti əmələ gəlirsə o zaman yayılmağa qadir olan qanadlı fərdlər əmələ gələrək
nisbətən zəif və hələ tam kobudlaşmamış dənli bitkilər üzərinə keçir. Doğrudur,
burada da bir bitkidən digər bitkiyə keçmə halları olur, lakin hər iki halda onun qida
mühiti dənli bitkilərdən ibarətdir.
Taxıl bitkilərinə əsasən Böyük Taxıl mənənəsi (Sitobion avenae F.), Adi taxıl
mənənəsi (Toxoptera graminum Rond.), Arpa mənənəsi (Brachycolus noxius Mordv.)
ziyan vururlar (Павлов И.Ф. 1983; Орлов В.Н. 2006).
Böyük taxıl, Adi taxıl və Arpa mənənəsi köçəri olmayan mənənələrə aiddirlər.
Böyük Taxıl mənənəsi buğda bitkisindən əlavə arpa, çovdar, vələmirə də ziyan
vurur. Qanadsız fərdlər digər mənənələrdən bədən ölçüsünün daha iri (2,5-3,2 mm)
olması ilə fərqlənir. Yaşılımtıl və ya sarı-qonur rəngli olub, ayaqları və bığcıqları,
şirə sovuran borucuğunun uzun olması ilə fərqlənirlər. Sünbüllər üzərində açıq
258
yaşayaraq bitkinin şirəsini sormaqla ciddi ziyan vururlar. Qanadlı fərdlərin rəngi
qırmızımtıl - qonur olur. Digər mənənələrdən fərqli olaraq həmçinin daha hərəkətli
olur və böyük kaloniyalar əmələ gətirmirlər. Amma bəzən bir sünbüldə bir neçə
onlarla fərd olur. Yabanı taxıl və bitki qalığı üzərinə qoyulan yumurta fazasında
qışlayırlar. Yazda yumurtadan çıxan sürfələr qanadsız yetkin fərdlərə çevrilərək bir
neçə nəsil verirlər. Sonra qanadlı formalar əmələ gəlir və payızlıq buğdanın
boruyaçıxma fazasında bitkilərə yoluxurlar. Mənənələrin sayının
pik nöqtəsi
buğdada sünbülləmə-dənəmələgəlmə fazaları ilə eyni vaxta düşür.
Deşib-soran ağız aparatına malik olan bu həşərat qrupu bitkinin hüceyrə şirəsi
ilə qidalanaraq onların böyümə və inkişafını zəiflədir. Sünbüllərdə mənənələrin
koloniya halında toplanması və qidalanması nəticəsində bitkinin bütün yarpaq
(xüsusən üst yarpaqlar), sünbül və gövdə hissələri şirəli yapışqanlı ifrazatla
çirklənir.
Bəzi hallarda isə bitkini, yaxud da onun ayrı-ayrı gövdələrini məhv edir.
Mənənələr qidalanan bitkilərdə qeyri-normal əyilmələr, eybəcərləşmələr, toxumaların
genişlənməsi və fırların əmələ gəlməsi kimi hallar baş verir (Cəfərov Ə.Ə.,
İbrahimov H.R. 1966).
Mənənələrin bitkilərin yarpaqları ilə qidalanması nəticısində xlorotik sarı
ləkələr əmələ gəlir, yarpaqlar burulur, və quruyurlar. Zədələnmiş bitkilər inkişafdan
qalır, sünbüllər deformasiya olur və güclü zədələnmə nəticəsində sünbül qınından
çıxmır. Məhsul itkisi əsasən dənin kütləsinin azlması nəticəsində yaranır (Cливкина
К.А. 1981).
Vegetasiya müddətində bütün tədqiqat aparılan bölgələrdə Mənənələr geniş
yayılmış, xüsusən suvarma və rütubətin daha yüksək olduğu Abşeron YTT və Tərtər
BTS-i bu zərərvericilərin daha çox ziyan vurduğu ərazilərdən biridir. Bu zərərverici
əksər taxılçılıq bölgələırində yayılaraq, əlverişli şərait yarandıqda güclü inkişaf edib
bitkilərin 50%-dən çox zədələnməsi nəticəsində məhsul itkisinə gətirib çıxarır. Yerli
şəraitdə davamsız payızlıq buğda sortlarının məhsuldarlığı
mənənələrlə güclü
zədələnmə nəticəsində 15%-dək azalır, davamlı sortlarda isə ziyanvericinin nisbətən
az sayda olması və bitkinin zəif zədələnməsi nəticəsində məhsul itkisi o qədər də
müşahidə olunmur (Cəfərov Ə.А, İbrahimov H.R. 1966).
Ədəbiyyat məlumatına əsasən Qazaxıstanda bu zərərvericinin təsirindən
məhsul itkisi hektardan 0,6-0,9 sentner təşkil edir (Евдокимов Н.Я., Корчагин
А.А. 1982).
2015-ci ilin vegetasiya müddətində buğda sahəsində mənənələrin say
dinamikasında artım müşahidə olunmuşdur ki, nəticədə
bitkilərin zədələnmə
səviyyəsi yüksək olmaqla, sortlardan asılı olaraq müxtəlif olmuşdur.
Əkinçilik İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında 2014-2015-ci
illərdə suvarma şəraitində 51 yerli bərk və yumşaq buğda sortnümunələrınin
mənənələrlə yoluxması və zədələnməsi qiymətləndirilmişdir. Bir sünbüldə
mənənələrin sayı 20-80 ədəd arasında olmuşdur. Bitkilərin sünbülləmə fazasında
mənənə ilə yoluxması 14 bərk buğda nümunəsindən 2-də (Mirbəşir-50, Mirvari)
20%, 5-də 20-50%, 7-də isə 50%-dən artıq olmuşdur. 35 yumşaq buğda
nümunəsindən 20% yoluxma 8-də 50%-dək 6-da, 50%-də artıq yoluxma 21
259
nümunədə olmuşdur. Zədələnmə səviyyəsinə görə bərk büğdalarda bu göstərici 50%,
yumşaq buğdalarda 35% olmuşdur ki, bu da bərk buğdaların zədələnməyə daha
həssas olduğunu göstərir.
Mənənələrə qarşı mübarizə aparmaq üçün aqrotexniki və kimyəvi mübarizə
tədbirləri tətbiq edilir. Taxıl mənənələrinin miqdarı iyul və avqust aylarında istilərin
təsiri, tüfeyli və yırtıcı həşəratın fəaliyyəti nəticəsində kəskin azalır. Taxıl
mənənələri ilə aqrotexniki mübarizə məqsədilə torpağı vaxtında və düzgün
becərmək, bitkilərin böyüməsini sürətləndirən gübrələr vermək və s.
bu kimi
tədbirlərin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır. Aqrotexniki tədbir kimi,
mənənələrə qarşı davamlı buğda sortlarının əkilməsi məhsul itkisinin qarşısını
almaqla yanaşı ətraf mühitin də qorunmasında mühim rol oynayır.
Məhsul yığımından sonra bitki qalıqlarını təmizləmək üçün kövşən
üzlənilməli, sonra isə dərin dondurma şumu aparılmalıdır, çünki mənənələr məhsul
yığımından sonra payızlıq taxıl əkinlərinin cücərtiləri əmələ gələnə qədər öz
inkişafını bitki qalıqları üzərində keçirir.
Mənənələrə qarşı kimyəvi mübarizə zərərvericinin İZH keçdiyi və məhsul
itkisinin gözlənildiyi təqdirdə tətbiq edilməlidir. V.İ.Tanskinin
Dostları ilə paylaş: