Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


Sortların sünbülünün tük örtüyünə görə genetik pasportlarının təyin edilməsi



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə23/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   19   20   21   22   23   24   25   26   ...   352
Sortların sünbülünün tük örtüyünə görə genetik pasportlarının təyin edilməsi 
Yumşaq buğdalarda botaniki təsnifatı təyin edən mühüm morfoloji əlamətlərdən 
biri sünbülün tük örtüyüdür. Hazırda yumşaq buğdalarda ən geniş yayılmlış 22 
növmüxtəlifliklərindən 12 – sini təmsil edən sortlar bu əlaməti 1AS xromosomunun 
qısa çiynində yerləşir dominant Hg1 genini daşımaqla sünbülləri tük örtüyünə 
malikdir [10; 11]. Baxmayaraq ki, bu qəbildən olan sortlarla təmsil edilmiş
növmüxtəliflikləri ümumi sayda üstünlük təşkil edir, amma müasir dövrdə 
kommersiya və geniş ərazilərdə becərilən tanınmış sortlar arasında demək olar ki bir 
dənə belə sünbülü tük örtüyünə malik olan sorta rast gəlinmir.
Uzun illər bizim tədqiqatlara cəlb olunan yüzlərlə sortlar arasında cəmi 3 sort - 
Ulyanovka, Pirotriks 28 və Qiymətli 2/17 bu əlaməti daşıyırdı. Ədəbiyyat 
mənbələrindən məlum idi ki [10; 11], Ulyanovka sortu bu günə qədər məlum olan 
yeganə Hg1 geninin daşıyıcısıdır. Bu fakt tərəmizdən aparılan F
2
monosom genetik 
analizlərin nəticələri ilə bir daha təsdiq edildi (cədvəl 2). Digər 2 sortun bu əlamətə 
görə genetik pasportunun tərtib edilməsi məqsədi ilə hər iki sortun resessiv sortlarla 
F

hibrid populyasiyaları təhlil edilmişdir (cədvəl 3). Genetik analizlərin nəticələri 
göstərdi ki, Pirotriks 28 və Qiymətli 2/17 sortlarında da bu xüsusiyyət 1 dominant 
Hg1 geni ilə idarə olunur. Eyni zamanda bu sortların Ulyanovka sortu ilə F
2
hibridlərində öyrənilən əlamətə görə parçalanma prosesinin getməməsi, aşkarlanmış 
genin Hg1 geninə allell olduğunu sübut etdi. 
Beləliklə, tədqiqatların nəticələrinə görə tam dəqiqliklə demək olar ki
eksperimentlərimizdə iştirak edən hər 3 sortda sünbülün tük örtüyü 1AS 
xromosomunun qısa çiynində yerləşən Hg1 dominant geni ilə idarə olunur və onlar 
bu əlamətə görə aşağıdakı genetik formula ilə pasportlaşdırıla bilər – Hg1Hg1 (cədvəl 
4). 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin