509
edən əsas əlamətlər lazımınca nəzərə çarpmır. Lakin bu əlaqələr əkin sahələrinin
kənd təsərrüfatı istifadəsinə yaralılığını müəyyən edən mühüm göstəricidir.
Relyefin plastikası əsasında hazırlanmış iri miqyaslı dəqiq torpaq
xəritələlərindən k/t
mütəxəssisləri, xüsusən fermer, bələdiyyə və fərdi torpaq
sahiblərinin torpaqlardan daha səmərəli istifadəsi üçün faydalı imkanlar yaradır.
Azərbaycanın dağlıq və dağətəyi zonalarında torpaqların morfogenetik
diaqnostikası və torpaq örtüyünün strukturası
özünün mürəkkəbliyi ilə
səciyyələnir. Hələ XX əsrin əvvəllərində Rusiya torpaqşünaslıq məktəbinin
klassikləri V.V.Dokuçayev [15], M.M. Sibirtsev [21], L.İ.Prosulovinin [18]
göstərdiyi kimi və sonralar V.A. Kovda [16], V.M.Fridland [24], İ.N.Stepanov
[22,23] və Azərbaycanda V.R.Volobuyev [10], M.E.Salayev [19; 20], Ş.G.
Q.S.Məmmədov [5; 7; 11; 13; 14]H.M.Hacıyev [12], V.H.Həsənov [2; 3; 4; 17]
R.H.Aslanova [1], S.Z. Məmmədova, V.H.Həsənova, E.R.Nuriyev [8; 9; 17], və b.
əsərlərində dağlıq ərazilərdə torpaq örtüyünün strukturalarının (TÖS)
formalaşmasına və torpaq profilinin morfogenetik diaqnostikasına relyefin
hündürlüyü ilə bərabər xüsusən kölgəli və günəşli baxarlı yasmacların böyük təsirə
malik olduğu göstərilir.
Lakin, bu mühüm göstəricilər dağlıq və dağətəyi ərazilərin torpaqlarının
diaqnostik göstəricilərinin müəyyən edilməsində,
torpaq xəritələrinin tərtib
olunmasında və torpaqların obyektiv qiymətləndirilməsində lazımınca nəzərə
alınmır.
Dağlıq relyefin kölgəli (şimal-qərb) baxarlı yamaclarına nisbətən günəşli
(cənub-şərq) baxarlı yamaclarda günəş şüalarının daha çox düşməsi nəticəsində
torpaqlarda temperatur rejiminin xeyli üstün olması, əksinə buxarlanmanın artması
və nəmliyin isə azalması,
torpaqəmələgəlmə prosesinə, torpaqların morfogenetik
diaqnostikasına, eroziyaya prosesinə, xüsusən TÖS-nın formalaşmasına köklü təsir
göstərir.
Tədqiqat obyekti Kiçik Qafqazın şimal-şərq yamacına daxil olan Ağstafaçay
hövzəsinin alçaq dağlıq və dağətəyi hissəsini əhatə edir. Ərazi dəniz səviyyəsindən
400-1000 m hündürlükdə yerləşməklə çay yataqları, tirə və dağ yamacları ilə
kəskin parçalanmış, TÖS müxtəlifliyi ilə səciyyələnir.
Tədqiqat işində V.R.Volobuyevin [10] təklif etdiyi metoddan və sonralar
V.M.Fridland
[24],
İ.N.Stepanov [22], Q.Ş.Məmmədov, H.M.Hacıyev,
A.B.Cəfərov [7] tərəfindən hazırlanmış “metodiki tövsiyyə”lərdən istifadə
edilmişdir.
Torpaq örtüyü strukturlarının kölgəli və günəşli baxarlı yamaclarında formala-
şan elementar torpaq areallarının dəqiq xəritələşdirilməsi məqsədi ilə tədqiqat mən-
təqəsi (klyuçevaya ploşadka) metodundan istifadə edilmişdir.
Bu məqsədlə Kiçik
qafqazın şimal-şərq yamacında Qazax rayonu “Dağ Kəsəmən” ərazisində xarakter
tədqiqat obyekti seçilmişdir. Tədqiqat obyekti dəniz səviyyəsindən 400-600 m
hündürlükdə yerləşməklə müxtəlif baxarlı dağ yamacları və dərələrlə kəskin parça-
lanmışdır. Ərazidə iri miqyaslı (M 1:10 000) çöl-torpaq və qəbul olunmuş metod-
larla kameral laboratoriya tədqiqatları aparılmışdır.
510
İlk dəfə olaraq V.R.Volobuyev [10] relyefin plastika metodu əsasımnda Mil
düzünün torpaq xəritəsini tərtib etmişdir. Son illərdə V.M.Fridland [24] və İ.N.
Stepanov [22; 23] tərəfindən relyefin plastika metodu əsasında torpaq örtüyünün
xəritələşdirilməsi və torpaq örtüyü strukturlarının elmi-nəzəri və təcrübi öyrənil-
məsi sahəsində geniş həcmli tədqiqat işləri aparılmışdır. Bu tədqiqatların nəticəsi
olaraq İ.N.Stepanov [22; 23], sonralar Q.Ş.Məmmədov, H.M.Hacıyev və A.B.Cə-
fərov [7] tərəfindən “Relyef nəzərə alınmaqla torpaq xəritəsinin tərtibi” üzrə
metodik tövsiyyə çap olunmuşdur.
Relyef xüsusiyyətləri nəzərə alınmaqla müəlliflər tərəfindən “torpaq
xəritələrinin tərtibi” üzrə dağlıq ərazilərdə müxtəlif baxarlı yamacların
torpaqəmələgəlmə prosesində bu və ya digər dərəcədə rolunun nəzərə alınması və
sektorlara bölünməsi təklif olunur.
Yamaclar 2 yerə: kölgəli-şimal (0
0
), şimal-qərb (270-360
0
), qərb (270
0
),
şimal-şərq (0-90
0
); günəşli-cənub (80
0
), cənub-qərb (180-270
0
), cənub-şərq (90-
180
0
), şərq (90
0
) bölünür.
Mövcud metodikalar əsasında qazax rayonu “Dağ Kəsəmən”
tədqiqat
sahəsinin 1:10 000 miqyasında relyefin plastikası xəritəsi tərtib edilmişdir.
Geomorfoloji cəhətdən ərazinin dağ yamacları və dərələrlə mürəkkəbləşən relyefin
plastikası xəritəsində (şəkil ) aşağıdakı relyef komponentləri ayrılmışdır.
Dostları ilə paylaş: