ümumi humus 1,28-1,31%, ümumi azot isə 0,083-0,085% arasında dəyişir. Bu
Abşeronun boz-qonur torpaqları üçün orta və yaxşı göstərici hesab olunur.
Buğdanın əsas kök sisteminin 65-75%-i torpağın 0-30
sm dərinliyində, 25-
35%-i aşağı qatlarda yerləşir.
Məlumdur ki, 45-50 sentner dən məhsulu torpaqdan orta
hesabla 135-150 kq azot,49-55 kq fosfor aparır.
Tədqiqat apardığımız boz-qonur torpaqların 0-70 sm dərinliyində, 1 hektar
sahəsində olan 5760 kq ümumi azot 43-45 il, 8857 kq fosfor isə 175-180
il hər
hektardan 45-50 sentner dən məhsulunun alınmasına kifayət edər. Lakin buğda bitkisi
azotun və fosforun ancaq asan mənimsənilən formasından istifadə edə bilir. Torpaq-
iqlim şəraitindən,
torpaqda olan azot, fosfor və kaliumun asan mənimsənilən
formalarının miqdarından, tətbiq olunan gübrələrin normasından asılı olaraq torpaqda
asan mənimsənilən formada olan azotun 25-35%-i, fosforun 55-65%-i, kaliumun isə
8-11%-i payızlıq buğda bitkisi tərəfindən mənimsənilə bilir. Ona görədə yaxşı
keyfiyyətli məhsul almaq üçün mineral gübrələrin tətbiqi zəruridir.
Tədqiqat nəticələrindən
məlum olmuşdur ki, gübrəsiz variantda bitkinin boyu
orta hesabla 83,0 sm, hektara 300 kq “Azofos” verdikdə bu göstərici 91,5 sm, 400
kq/ha və 500 kq/ha gübrə normalarında isə müvafiq olaraq 95,0 və 97,5 sm olmuşdur.
“Azofos” gübrəsinin normasından asılı olaraq “Qobustan”
yumşaq buğda sortunun
boyunəzarət (N
120
P
60
K
60
) variantla müqayisədə “Azofos” mürəkkəb gübrənin
normasından asılı olaraq 8,15-2,00 sm qısa olmuşdur. Sünbülün uzunluğu, 1 sünbüldə
olan dənlərin sayı və kütləsi nəzarət variantla müqayisədə “Azofos” gübrəsinin bütün
normalarında az olmuşdur (cədvəl 2).
Yeni
aqrotexniki tədbirlər, o cümlədən yeni gübrə formaları təsərrüfatda o
vaxt tətbiq üçün tövsiyə oluna bilər ki, onun məhsuldarlığa, məhsulun keyfiyyətinə
təsiri mövcud şəraitdə tətbiq olunan gübrədən yüksək və iqtisadi cəhətdən səmərəli
olsun.
Dostları ilə paylaş: