62
4.
Kökcüklər 1
(
K1
), - “Çəngəl”. Koleorizanın parçalanması və ardıcıl olaraq 2 mm
uzunluqda çəngəl şəkilli kök telləri olmayan bir, iki və ya üç rüşeym kökcüyünün
əmələ gəlməsi;
5.
Kökcüklər 2
(
K2
), -“Kökcüklərin ilkin inkişafı”.
Bir və ya bir neçə müxtəlif
uzunluqda
kök tellərinə malik, lakin toxumun uzunluğundan kiçik kökcüklərin
olması;
6.
Kökcüklər 3
(
K3
), -“Yetkin kökcüklər”. Ölçüsünə görə toxumun uzunluğundan
böyük, bir və ya bir neçə inkişaf etmiş və bir neçə qısa kök tellərinə malik, yetkin
kökcüklərin əmələ gəlməsi, hələ cücərtilərin olmaması;
7.
Cücərti1
(
C1
), - böyüyən və yetkin kökcüyün olması, toxumun uzunluğunun
yarısından qısa ölçülü koleoptilin əmələ gəlməsi (Cücərtinin uzunluğu çiçək
pulcuqlarından çıxan hissəsinə görə hesablanır);
8.
Cücərti2
(
C2
), - toxumun ölçüsündən
uzun iki və daha çox kökçüyə, onun
uzunluğunun yarısından kiçik olmayan koleoptilin uzunluğunun yarısından çox
hissəsini tutan ilkin yarpaqcıqlı, zoğu olan mükəmməl cücərtinin əmələ gəlməsi [10].
Toxumların ozonla işlənilməsinin Mikrofenoloji mərhələlərinin dvametmə
xüsusiyyətlərinə təsiri nəzarət variantı ilə müqayisəli tədqiq edilmişdir.
Toxumların ozonla işlənilməsi cücərmə sürətinə görə fərqlənən toxum
fraksiyalarının yenidən bölüşdürülməsinə (paylanmasına) səbəb olmuşdur. Sürətli
yəni iki sutka ərzində cücərən toxum fraksiyası yaranmış və həmçinin üç gün ərzində
cücərən toxumların sayı artmışdır, ki bu da cücərmə enerjisinin artmasına
təsir
etmişdir. Bu onunla bağlıdır ki, ozonla işlənilmiş payızlıq arpa toxumları bütün
Mikrofenoloji mərhələlərə nəzarətdən tez çatmış və bu fazaların hər birinin
dvametmə müddəti nəzərəçarpacaq dərəcədə qısalmışdır. Belə ki, təcrübə variantında
Qarabağ 7 və Qarabağ 33 sortlarının toxumları nəzarətə nisbətən 2-3 saat tez
çıtlamışdır. Daha sonra isə hər bir növbəti mikrofenoloji mərhələyə keçiddə nəzarətə
nisbətən ozonla işlənilmiş toxumlarda daha böyük fərq müşahidə edilmişdir. Bu
şəraitdə Qarabağ 7 və Qarabağ 33 sortlarında K2 və K3 mərhələləri 12 -14 saat
keçdikdən sonra, nəzarətdən 3-5 saat tez başlamışdır.
Orta hesabla təcrübə variantında öyrənilmiş hər iki payızlıq arpa sortlarının
sünbülün aşağı və orta hissəsində formalaşan toxumları 20-21
saat keçdikdən sonra
şişmiş və cücərməyə başlamış, 33-35 saatdan sonra cücərtinin kök sisteminin
formalaşması mərhələsinə keçmiş, 78 saatdan sonra koleoptil, 83-84 saatdan sonra isə
mükəmməl cücərti əmələ gəlmişdir ki, bu da nəzarət variantı (23; 38; 80; 88 saat) ilə
müqayisədə müvafiq olaraq, 2-3; 3-5; 2 və 4-5 saat az olmuşdur. Hər iki payızlıq arpa
sortunun sünbülün yuxarı hissəsində formalaşan toxumları isə nəzarətə nisbətən bu
mərhələlərə müvafiq olaraq 0,5; 1; 1 və 1,5 saat tez keçmişdir.
Nəticələr göstərir ki, payızlıq arpanın müxtəlif
hissələrindən olan toxumlar
müxtəlif səpin keyfiyyətinə malik olub, bir-birindən kütləsinə, cücərmə enerjisinə,
cücərmə faizi və böyümə gücünə görə fərqlənirlər. Qarabağ 7 və Qarabağ 33 arpa
sortlarında 1000 dən kütləsi sünbülün hissəsindən asılı olaraq (Y) 31,18-33,40; (O)
44,0-46,5 və (A) 38,33-41,0qr
təşkil etmiş, sortlar üzrə fərq müvafiq olaraq yuxarı
hissədən olan dənlərdə 2,22; orta hissədən olanlarda 2,5 və aşağı hissədən olan
dənlərdə 2,67qr təşkil etmişdir. Sünbülün orta hissəsindən olan toxumlar (O) ən ağır,
63
yuxarı hissəsindəkilər isə (Y) ən yüngül olmuşdur. Qarabağ 7 və Qarabağ 33 arpa
sortlarında sünbülün aşağı hissəsindən olan toxumlar isə orta və yuxarı hissədən
olanlar arasında aralıq mövqe tutmuşdur.
Ozonlaşdırılmış variantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında
toxumların cücərmə sürətini səciyyələndirən cücərmə enerjisi 88,7-94,7% arasında
dəyişmişdir. Sünbülün orta hissəsində formalaşan toxumların cücərmə enerjisi
(93,0%-94,7%)ən yüksək olmuşdur. Sünbülün yuxarı və aşağı
hissəsindən olan
toxumların cücərmə enerjisi isə kəskin fərqlənməyərək müvafiq olaraq, 88,7%-88,9%
və 89,3%-91,0% təşkil etmişdir. Nəzarət variantında bu göstəricilər hər iki sortda
sünbülün orta hissəsində formalaşan toxumlarda 84,5-86,2%, yuxarı və aşağı
hissədən olan toxumlarda isə 82,0% və 82,5-83,0% təşkil etmişdir. Bu onu göstərir
ki, orta hissədə formalaşan toxumlar daha yetkindir və bu səbəbdən onlar sünübülün
digər hissəsindən olan toxumlara nisbətən daha tez cücərir.
Ozonlaşdırılmış variantda hər iki arpa sortunda (Qarabağ 7 və Qarabağ 33)
sünbülün orta hissəsində formalaşan toxumlar laborator cücərməsinə görə daha
yüksək göstəriciyə (96%-97,0%) malik olmuşlar. Sünbülün yuxarı hissəsindən olan
toxumların cücərməsi 92,3%-93,0%, aşağı hissəsindən olan toxumların cücərməsi isə
93,4%-94,0% təşkil etmişdir. Sünbülün yuxarı və orta hissəsindən olan toxumların
cücərməsi arasında fərq 3,7%-4,0% olmuşdur ki, bu da sünbülün eyni hissələrindən
olan toxumların cücərmə enerjisi arasındakı fərqdən (4,3-5,8%) azdır (Cədvəl 1).
Dostları ilə paylaş: