Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə147/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   143   144   145   146   147   148   149   150   ...   352
 
Açar sözlər:
fizioloji parametrlər, vegetasiya müddəti, quraqlıq amili, yetişmə 
müddəti
Ключевые слова:
физиологические параметры, вегетационный период, 
фактор засухи,длительность созревания 
Key 
words: 
physiological 
parametrs, 
vegetation 
period, 
drought 
factor,duration of ripening 
Əsas prioritet bitkilərdən olan buğda, xüsusən də payızlıq buğda, uzun 
müddətli vegetasiya dövrünə malikdir və bu müddət də əsasən yaz-yay quraqlığı 
dövrlərinə təsadüf edir. Buna görə də tədqiqatçılar uzun müddət quraqlıqla 
mübarizə üçün aqrotexniki tədbirlər işləyib hazırlamış, davamlı buğda sortlarının 
yaradılması üçün seleksiya işləri aparmışlar. Quraqlığın kənd təsərrüfatı bitkilərinə 


231 
təsirinin tarixən öyrənilməsi göstərmişdir ki, keçən əsrdə təxminən hər on ildən bir 
kəskin atmosfer quraqlığı yaransa da, son illərdə bu tendensiya qlobal iqlim 
dəyişkənlikləri ilə əlaqədar daha tez-tez təkrar olunur. 
Seleksiya prosesinin dəyişilməsi və mürəkkəbləşməsi dərəcəsi üzrə buğdanın 
müxtəlif sortlarının tədqiq olunmasına tələbat artır. Təcrübədə müəyyən edilmişdir 
ki, dünyada buğda seleksiyası üzrə qiymətli sortların müəyyənləşdirilməsi vacib 
məsələdir. Tədqiqat zamanı onların arasında daha perspektiv valideyn formalarının 
donorlarının, məqsədyönlü axtarışı aparılmalıdır [1; 6; 11]. 
Belə ki, praktiki seleksiya üçün, xüsusilə, morfo-fizioloji göstəricilərin 
öyrənilməsi mühüm məsələdir, bu göstəricilər fotosintetik fəaliyyətin və boyatma 
proseslərinin inteqral təcəssümüdür, məhsulun I formalaşmasında reproduktiv 
orqanlarla assimilyasiya aparatları arasında donor-akseptor münasibətlərini 
qiymətləndirməyə imkan verir [4; 8]. 
Yumşaq buğdanın assimilyasiyaedici aparatının yaradılması xarakterinin 
öyrənilməsində ekoloji və iqtisadi cəhətdən daha əlverişli sortların yaradılması 
vacibdir. Yeni buğda sortlarının məhsuldarlığının formalaşması prosesində donor 
– akseptor münasibətlərinin xüsusiyyətləri lazımi qədər tədqiq edilməmişdir və 
unikal genotiplərin axtarışında geniş şəkildə öyrənilməlidir [2; 8;10].
Bu baxımdan, tədqiqatlar zamanı seleksiya prosesində yerli şəraitə 
uyğunlaşan yeni qiymətli və perspektivli buğda, arpa və s. formalarının seçilməsi, 
seleksiyada istifadə olunması ilə yerli genefondun zənginləşməsi zərurəti meydana 
çıxmışdır. 
Belə ki, ölkəmiz mürəkkəb torpaq - iqlim şəraitinə malik olduğu üçün, onun
hər bir yerində buğda bitkisi becərildiyindən, müxtəlif bölgələrin xüsusiyyətlərinin 
nəzərə alınması vacib məsələlərdən biridir.
Son bir neçə il ərzində ölkənin müxtəlif bölgələrində quraqlığın tez-tez baş 
verməsi, buğda sortlarında həm məhsul itkisinə, həm də onun keyfiyyətinin 
pisləşməsinə güclü təsir etmişdir. Onu da qeyd edək ki, buğda əkin sahələrinin 
yarısı quraq dəmyə və qismən nəmliklə təmin olunmuş dəmyə regionlarına təsadüf 
edir [2; 3; 7]. 
Bu istiqamətdə, tədqiqatçılar uzun müddət quraqlığa davamlı buğda 
sortlarının yaradılması üçün seleksiya işləri aparmışlar. Elmi əkinçiliyin qarşısında 
duran birinci əsas məsələ, becərilən kənd təsərrüfatı bitkilərinin tələbatını 
öyrənmək və onların normal inkişafı üçün əlverişli şəraitin yaradılmasından 
ibarətdir [2]. 
Müasir vaxtlardayer kürəsində illik temperaturun artması bəzi stress 
faktorlarının artmasına səbəb olmuşdur. Bu da öz növbəsində su catışmazlığı və 
yüksək temperatur müşahidə olunan ərazilərdə kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığının kəskin aşağı düşməsinə səbəb olur. Hal-hazırda quraqlığa və 
yüksək temperatura davamlı buğda sotlarının yaradılması ücün stresə damamlılığın 
molekulyar-genetik əsaslarının tədqiqində müasir metodlarından istifadə olunur.
Quraqlığın təsirinə cavab reaksiyası kimi, buğda bitkisinin yetişmə 
müddətinə görə seçilməsi əsas şərtlərdən biridir. Bildiyimiz kimi, quraqlıq ilk 
növbədə bitkinin inkişaf prosesinə təsir edir, bu da fotosintetik potensialın və 


232 
yarpaqlarda assimilyasiya səthi sahəsinin azalmasına gətirib cıxarır [2; 9; 11]. Bu 
da onunla əlaqədardır ki, əsas prioritet bitkilərdən olan buğda, xüsusən də, payızlıq 
buğda yetişmə müddətindən asılı olmayaraq uzun müddətli vegetasiya perioduna 
malikdir və bu müddət də əsasən yaz-yay quraqlıq dövrünə təsadüf edir [1; 3; 5; 6]. 
Aparılan tədqiqatlar zamanı müşahidə edilir ki, baş verən quraqlığın 
təsirindən yarpaqlar tərəfindən CO

qazının fotosintetik assimilyasiyası daha cox 
azalır [3; 4; 7]. 
Hal-hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə 
Bazasında və respublikanın digər bölgələrində müxtəlif xarakterli bərk və yumşaq 
buğda genotipləri tədqiq edilir. Tədqiqat zamanı yetişmə müddətlərinə görə 
fərqlənən (tez, orta, gec yetişən) 3 qrupda yüksək məhsuldar bərk və yumşaq 
buğda sortlarında əsas fizioloji parametrləri (fotosintez intensivliyinin sürəti, 
ağızcıqların keciriciliyi, hüceyrələrarası sahələrdə CO

qatılığı və transpirasiyanın 
sürəti) öyrənilmişdir.
Bitkilərin CO

assimilyasiya edən orqan olan yarpaq sahələri çox olduqca
udulan CO
2
-nin miqdarı da çox olur. Belə ki, CO
2
xloroplastlara çatmaq üçün 
yarpağın bütün hüceyrələrinin daxilindən keçməlidir. Yarpağın xloroplastlara 
malik mezofil hüceyrələrinin hamısı karbon qazını bütün səthi ilə mənimsəyir [3; 
5; 10].
Bitki yarpaqlarında ağızcıqların açılması və qapanması hüceyrələrin su ilə 
təmin olunması, işıq və temperaturun dəyişilməsi ilə sıx əlaqədardır [2; 5; 10]. 
Bitkidə fotosintez və transpirasiya prosesləri asimilyasiyaedici orqan olan 
yarpaqlarda ağızcıqların açılıb-yumulması ilə nizamlanır. Ağızcıqlar açıq yaxud 
yarımaçıq olanda qaz mübadiləsi açıq sahədə olduğu intensivlikdə gedə bilmir [5; 
6; 9 ]. 
Atmosferdə baş verən quraqlıq bitkidə gedən transpirasiya prosesini 
qüvvətləndirir, nəticədə yarpaqlarda su kəskin şəkildə azalır və transpirasiya 
prosesi tamamilə dayanır [1; 3; 6]. Transpirasiya prosesinin yavaşıması və ya
dayanması nəticəsində yarpaq hüceyrələrində olan ağızcıqları qapanır, buna görə 
də fotosintez edən orqana, yarpağa karban qazının assimliyasiyası kəsildiyindən, 
fotosintez prosesi dayanır [2; 3; 11]. 
Deməli bunun nəticəsi olaraq, məhsuldarlığın formalaşmasında əsas fizioloji 
proses olan fotosintezin bitkidə normal getməsi üçün, bitkinin su ilə normal təmin 
edilməsi əsas şərtlərdən biridir.
Tədqiqatın aparılmasında əsas məqsəd müxtəlif morfofizioloji əlamətlərə 
malik və tezyetişən buğda genotiplərinin stress amillərin təsiri altında yüksək 
məhsuldar və quraqlığa davamlı formalarının seçilməsi, seleksiyada ilkin material 
kimi istifadəsi üçün tövsiyələrin hazırlanmasıdır.
Tədqiqat obyekti olaraq, yetişmə müddətlərinə görə fərqlənən əsasən hər 
qrupda 4 genotip olmaqla 12 buğda genotipindən istifadə olunmuşdur. Burada 
əsasən tez yetişən buğda genotiplərinin morfofizioloji əlamətlərinə quraqlığın təsiri 
zamanı əldə olunan nəticələr öz əksini tapacaqdır. 
Təcrübələr əsasən 2 variantda 1) optimal suvarma şəraitində, 2) suvarılmayan 
şəraitdə aparılmışdır. Optimal suvarma rejimində torpaqda nəmlik tarla rütubət 


233 
tutumunun (TRT) 70-80% tərtibində olaraq, vegetasiya ərzində 2-3 dəfə suvarma 
aparılmışdır. Onu da qeyd etmək olar ki, suvarılmayan variantda (quraqlıq) 
suvarma aparılmamış və torpaqda nəmlik 35-55% olmaqla, süni quraqlıq 
yaradılmışdır. Tez yetişən buğda genotipləri Qaraqılcıq-2, Əlincə-84, Nurlu-99, 
Qobustan olmuşdur.
Tezyetişən buğda genotipləri üzərində müxtəlif inkişaf fazalarında əsas 
fizioloji parametrlərin dəyişməsinə quraqlığın təsiri müəyyən olunmuşdur. 
Tədqiq edilən müxtəlif bərk və yumşaq buğda genotiplərinin əsas fizioloji 
parametrləri Lİ-6400-səyyar fotosintez ölçən sistemindən (4I-COR) istifadə 
etməklə öynənilmişdir.
Bunun köməkliyi ilə tədqiq edilən yetişmə müddətlərinə görə fərqlənən bərk 
və yumşaq buğda genotiplərinin eyni zamanda müxtəlif fizioloji parametrləri 
(fotosintez intensivliyi, yarpaq hüceyrələrində ağızcıqların keçiriciliyi, 
hüceyrələrarası sahələrdə CO
2
qatılığı və transipirasiya intensivliyi) vegetasiyanın 
müxtəlif fazalrında ölçülmüşdür. Ölçmələr tədqiq edilən tezyetişən buğda 
genotiplərinin 8-ci və 7-ci yarus yarpaqlarda eyni vaxtda aparılmışdır. 
Ölçmələr zamanı fotosintez intensivliyinin zəifləməsi ilk növbədə ağızcıqların 
keçiriciliyinin azalması nəticəsində baş verir. Tarla şəraitində transpiyasiyanın 
agızcıqlarla tənzimlənməsi bitkilərin su qıtlığına ilk reaksiyası olaraq, yarpaqlar 
vasitəsilə udulan CO
2
–nin azalmasına gətirib çixarır. 
Ölçmələrin nəticələri cədvəl-1-də verilmişdir. Cədvəl 1-ə nəzərən qeyd etmək 
olar ki, tezyetişən buğda genotiplərində öyrənilən müxtəlif fizioloji parametrlərin 
dinamikası müəyyən ontogenetik gedişə malikdir.
Cədvəldə verilənlərdən göründüyü kimi, tədqiq edilən tezyetişən bərk və 
yumşaq buğda sortlarının hamısında müxtəlif yarus yarpaqlarda vegetasiyanın 
əvvəlində variantlar arası fərq bir-birinə yaxın olsa da, vegetasiyanın sonuna dogru 
bu fərq daha da artmışdır. Müşahidə olunan fərq onunla izah olunur ki, ölçülən 
yaşıl yarpaqlarda ağızcıqların keçiriciliyi, quraqlıq amili fotosintez və 
transpirasiyanın intensivliyini güclü tənzimləyir. Fotosintezin sürəti artdıqda 
hüceyrələrarası sahələrdə CO
2
qatılığı azalır. Quraqlıq faktorunun daha da 
kəskinləşməsi, suvarılan və suvarılmayan variantlar arasındakı fərqin daha da 
dərinləşməsinə gətirib çıxarır. Öyrənilən parametrlərin hamısının bir-biri ilə əlaqəli 
olması (fotosintezedici orqanda) vegetasiyanın sonuna doğru bunların azalmasına 
gətirib cıxarır.
Cədvəldə ölçmələr üçün daha əlverişli olan inkişaf fazası olaraq boruya 
çıxma, sünbülləmə, çiçəkləmə və dən dolma fazaları verilmişdir. Yuxarıda qeyd 
olunduğu kimi ölçmələr əsasən buğda bitkisinin əsasən 8-ci və 7-ci yarpaqlarında 
aparılmışdır. 
Aparılan ilkin ölçmələrin nəticəsinə əsasən vegetasiyanın əvvəli boruya cıxma 
fazasında bərk buğda genotipi olan Qaraqılçıq-2 sortunda 8-ci və 7-ci yarpaqlarda 
müxtəlif fizioloji parametrlərin variantlar arasındakı fərqi aşağıdakı ardıcıllıqla 
verilmişdir.
Belə ki, fotosintez intensivliyi-F
i
mol CO
2
m
-2
S
-1
)-13%:17.6%, yarpaq 
hüceyrələrində ağızcıqların keçiriciliyi- A

(mol H
2
O m
-2
S
-1
) –14%:15.6%, 


234 
ağızcıqlarda karbon qazı qatılığı-CO
2
q (µ mol CO
2
mol 
½
)-33%:28% və 
yarpaqlarda transpirasiya intensivliyi- T

(mol H
2
O m
-2
s
-1
) -25%:6.6% təşkil edir. 
Digər tezyetişən bərk buğda sortu olan Əlincə-84 sortunda vegetasiyanın boruya 
çıxma fazasında analoji olaraq fizioloji parametrlərin göstəricilərinin variantlar 
arasındakı fərqi aşağıdakı nisbətdə qeyd olunur


235 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin