247
Cədvəl 5
Quraqlıq və duz şəraitində yabanı buğda yarpaqlarında prolinin miqdarı
(mkM/q)
Nümunələrin
adı
Nəzarət
Quraqlıq
Nəzarətə
görə faizlə
Duz
Nəzarətə
görə faizlə
T.beoeticum
2,96
3,1
104,7
3,08
104,1
T.
urartu
2,14
3,02
141,1
3,05
142,5
T. araraticum
2,8
3,1
110,7
3,05
108,9
T.beoeticum nümunələrində nəzarət bitkilərində prolinin miqdarı 2,96 mk M/q
olduğu halda, stresə məruz qalmış bitkilərdə prolinin miqdarı bir qədər yüksək
olmuşdur. Quraqlıq zamanı bu artım faizlə 4,7%, duzlu mühitdə 4,1% təşkil etmişdir.
T. araraticum-da da stresin təsirindən sonra prolinin miqdarında artım
müşahidə
edilmişdir. Belə ki, quraqlıq zamanı bu artım faizlə 10,7%, duzlu mühitdə 8,9% təşkil
etmişdir.
T. urartu nümunələrində təxminən 50% artım müşahidə olunur, belə ki, nəzarət
bitkilərində prolinin miqdarı 2,14 mk M/q (100%) olmuşsa, təcrübə bitkilərində
quraqlıq zamanı bu göstərici 41,1%, duzluluq zamanı isə 41,5% artmışdır. Nəticələr
şəkil 1-də nümayiş etdirilmişdir.
Şək.1 Yabanı buğda növlərində quraqlıq və duzluluq şəraitində prolinin miqdarı
(mkm/q)
Qarğıdalı hibridləri ilə aparılmış tədqiqat işinin nəticələrinə görə quraqlığa
davamlı hibrid formalarda prolinin akkumulyasiyasının yüksək olması barədə
məlumat verilir. R.Əliyev, və R.Heydari göstərmişlər ki, quraqlığın dərəcəsi artdıqca,
həssas hibridlərdə prolinin miqdarı daha çox artmışdır [1;11]. Su qıtlığı zamanı
prolinin köklərdə toplanması haqda N.Mohammadkhani, C.Voetberq və R.Sharpın da
işlərində məlumat verilir. Bir çox tədqiqatçılar quraqlıq şəraitində qarğıdalı bitkisində
0
0,5
1
1,5
2
2,5
3
3,5
T.Boeticum
T.uratu
T.arraticum
nəzarət
saxaroza
duz
248
osmotik təzyiqi tənzimləmək üçün prolinin miqdarının artması
barədə məlumat
verirlər [11;12;13].
Məlumdur ki, prolin amin turşusu istənilən abiotik stres faktorun, xüsusilə də su
və duz streslərinin təsiri ilə toplandığı bitkilərdə osmoprotektor kimi geniş
yayılmışdır [4].
Şevyakova və digərlərinin göstərdiyi kimi NaCl-un təsirindən prolinin yüksək
akkumulyasiyası baş verir. Bəzi bitkilərdə (büllur ot) C3
metabolizmdən suyu
qoruyub saxlayan CAM tipə keçid ontogenetik olaraq, determinə edilmiş, bu
bitkilərdə prolinin və digər osmolitlərin stres zamanı toplanması
optimal su
balansının və membran biopolimerlərinin intakt strukturunun saxlanmasının
şərtlərindən biridir [6].
Prolinin bitki hüceyrəsinin təkcə sitoplazmasında yox, həm də birbaşa
plastidlərdə toplanması bir sıra işlərdə, xüsusilə Hanson və s. əsərlərində
göstərilmişdir [10].
Bu yaxınlarda prolinin oksidləşdirici stresə qarşı
antioksidant müdafiə
sistemində iştirakı müəyyən edilmişdir [4]. Buna əsaslanaraq, güman etmək olar ki,
prolin hüceyrədə oksidləşdirici reaksiyalara səbəb olan oksigenin hidroksil
radikallarının və superoksid radikalın “söndürülməsində” iştirak edir.
Lakin KirillovA.F. və həmkarlarının fikrincə, bitki
nə qədər qeyri əlverişli
şəraitə davamsızdırsa, onun toxumalarında prolinin miqdarı davamlı bitkilərlə
müqayisədə həm tez artır, həm də çox olur. Davamlı bitkilərdə isə prolinin
miqdarının nəzarətdən kəskin fərqlənəcəyi qədər artması üçün daha güclü stres amilin
olması tələb olunur [5].
Alınan nəticələrə görə stres amillərin təsiri ilə T.
urartu növündə adaptasiya
mexanizmlərinin daha fəal işə düşməsi haqda mühakimə yürütmək olar. T.
araraticum və T. beoeticum növləri nümunələrində isə nəzarət və təcrübə
variantlarında prolinin miqdarı arasındakı fərqin azlığına istinad edərək, bu iki növün
hər iki stres amilə qarşı orta davamlı, T. urartu növünün isə davamlı olduğunu güman
edirik.
Dostları ilə paylaş: