49
mərkəzlərdən biri kimi ehtimal etmək olar [1]. Eyni zamanda hazırda da
Azərbaycanın bütün bölgələrində taxıl bitkiləri və əsasən buğda geniş ərazilərdə
əkilir. Akademik Cəlal Əliyev Azərbaycanda buğda yetişdirilən əraziləri torpaq iqlim
xüsusiyyətlərinə görə əsasən doqquz bölgəyə ayırmışdır [1]. Həmin bölgələrdə torpaq
iqlim xüsusiyyətləri ümumiləşdirilmiş və bölgə üçün tələb olunan buğda sortlarının
cavab verməli olduğu biotik və abiotik stres amilləri qeyd olunmuşdur. Beləliklə,
buğda yetişdirilən bölgənin özünün təbii torpaq və iqlim xüsusiyyətlərinin nəzərə
alınmasıyla hər bir bölgə üçün özünə uyğun sortun yaradılmasının önəmi
vurğulanmışdır.
Azərbaycanın əsas taxılçılıq bölgələrindən biri də Dağlıq Şirvan bölgəsidir.
Torpaq iqlim xüsusiyyətlərinə görə çox mürəkkəb olan bu bölgədə taxılçılıqla
səmərəli şəkildə məşğul olunaraq ondan yüksək məhsul alınması
həmin bölgə üçün
uyğun olan düzgün aqrotexnikanın tətbiqini və sortların düzgün seçilməsini tələb
edir. Payızın qeyri stabil, qışın sərt, bəzən quru şaxtalı, yaz yay aylarının isə çox
illərdə quraq keçməsi bu bölgənin qısa xarakteristikası kimi verilə bilər. Belə bir
həssas bölgədə payızlıq buğdadan yüksək məhsul alınması
həmin bölgəyə uyğun
sortların yaradılmasını tələb edir. Akademik Cəlal Əliyevin qeyd etdiyi kimi sortun
yaradılması üçün həmin bölgəyə uyğun morfofiozioloji xüsusiyyətlərin
öyrənilməsinin və bu əlamətlərin praktiki seleksiya işində tətbiqinin mühüm
əhəmiyyəti vardır [2; 3].
Qeyd edək ki, taxıl bitkilərində gövdə əsas funksiyası ilə yanaşı həm də
reproduktiv fazaya qədər əmələ gələn və strukturu təşkil etdikdən sonra artıq qalan
assimilyatların depolandığı bir orqandır. Ona
görə də gövdə hissələrinin
parametrlərinin tədqiqi və onun payızlıq yumşaq buğdanın məhsuldarlığının
formalaşmasında rolunun müəyyən edilməsi elmi və praktiki əhəmiyyətə malikdir.
Tədqiqatlar 2013-2014-cü vegetasiya ilində Dağlıq Şirvanın nəmliklə təmin
olunmamış dəmyə şəraitində aparılmışdır. Təcrübələr Əkinçilik ElmiTədqiqat
İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının əkin sahələrində qoyulmuşdur.
Əkin ərazisi dəniz səviyyəsindən 780 m yüksəklikdə yerləşir. Bölgənin torpaq örtüyü
açıq şabalıdı torpaq tipinə mənsub olmaqla karbonatlıdır. Əkin qatında ph=8,6,
humusun miqdarı 1,25-2,17%, asan mənimsənilən azot 1kq torpaqda 42,7 mq, fosfor
23,4 mq, K
2
O 100 qr torpaqda 17,5 mq təşkil edir. Göründüyü kimi, təcrübə yerinin
torpağı zəif qələvi mühitə malik olmaqla humus baxımından orta, fosfor baxımından
zəif, kalium baxımından isə normal xarakterlidir.
Gövdənin parametrləri olaraq sünbül altlığı, üçüncü və ikinci buğumaralarının
(buğumaraları bitkidə aşağıdan yuxarıya doğru nömrələnmişdir) uzunluğu,
ortadan
diametri və vahid uzunluqdakı quru çəkisi təyin edilmişdir.Tədqiqata yumşaq
buğdanin 21 sort və xətti daxil edilmişdir. Ölçmələr bitkilər inkişafını tamamladıqdan
sonra, yəni dənin formalaşması fazasının əvvəlində aparılmışdır. Bunun üçün həmin
fazada təcrübə bölməsindən 5 ədəd əsas bitki götürülərək hissələrə ayrılmışdır.
Sünbül altlığı, üçüncü və ikinci buğumaralarının uzunluqları xətkeşlə, ortadan
diametrləri isə elektron ştangenpərgarla ölçülmüşdür.
Sonradan həmin hissələr
termostatda 80ºC-də sabit çəkiyə gələnə qədər qurudulmuş və elektron tərəzidə
çəkilmişdir. Hər bir hissə üçün quru çəkinin uzunluğa bölünməsiylə vahid
50
uzunluqdakı (1sm) quru çəki(VUQÇ) milliqramla hesablanmışdır (mq/sm). Nəticələr
JMP 5.0.1 statistik proqramından istifadə etməklə analiz edilmişdir.
2013-2014-cü vegetasiya ilində əsas hidrometeoroloji göstəricilər 1-ci cədvəldə
verilmişdir. Cədvəldən göründüyü kimi, 2013-cü ilin payızında (sentyabr, oktyabr,
noyabr və dekabr ayları) toplam olaraq 105,2mm yağıntı düşmüşdür. Orta çoxillikdə
isə bu göstərici 142mm təşkil edir ki, bu da tədqiqat ilindəkindən 36,8mm çoxdur.
Həmin dövrdə havanın orta temperaturu orta çoxillik normaya yaxın olmuşdur.
Dağlıq Şirvan bölgəsində payızlıq taxıllar üçün
optimal müddətdə qoyulan
təcrübələrdən vaxtında çıxış alınmış və payız inkişafı və kollanması normal
getmişdir.2014-cü ildə hava şəraitinin gedişində orta çoxilliklərlə müqayisədə xeyli
fərqlər müşahidə olunmuşdur. Belə ki, 2014-cü ilin yanvar-iyun ayı ərzində 117,1mm
yağıntı düşmüşdür ki, bu da orta çoxillikdən (237mm) əhəmiyyətli dərəcədə yəni
120mm aşağıdır. 2013-2014-cü vegetasiya ilində yağıntıların cəmi miqdarı
(222,3mm) orta çoxillik normaya nisbətən (379mm) 156mm az olmuşdur.
Digər
tərəfdən tədqiqat ilinin yaz və yay aylarında havanın temperaturu da orta çoxilliyə
nisbətən mart ayında 1,8ºC, aprel ayında 1,5ºC, may ayında 4,6ºC, iyun ayında isə
2,7ºC yüksək olmuşdur.
Dostları ilə paylaş: