483
Bitkinin boruyaçıxma fazasında yerüstü biokütlə məhsulu qidalanma şəraitindən
asılı olaraq 27-48-55,95 sentner olmuşdur. Bu bitkinin kollanma fazası ilə
müqayisədə 13,77-36,60 kq/ha yüksəkdir. Ən yüksək məhsul N
120
P
60
K
60
və
N
150
P
60
K
60
gübrə normalarında alınmışdır. Bu gübrə normalarında
gübrəsiz varianta
nisbətən artım 21,69-22,83 sen/ha və ya 157,52-165,59% olmuşdur. Yaz
kollanmasının sonundan boruyaçıxma fazasına kimi toplanan yerüstü quru biokütlə
məhsulu qida normasından asılı olaraq tam yetişmədə toplananın 17,37-26,81%-ni
təşkil edir. Tam gübrə normalarında gübrəsiz varianta nisbətən artım 18,13-41,80%
olmuşdur (şəkil 1-3).
Payızlıq buğda bitkisinin mum yetişmə fazasında ümumi yerüstü biokütlə
məhsulu qida normasından asılı olaraq 77,02-139,07 sentner olmuşdur.
Bu tam
yetişmədə toplananın 92,07-98,22%-ni təşkil edir. Analiz nəticələrindən göründüyü
kimi payızlıq buğda bitkisinin mum yetişmə fazasının sonuna kimi əsas yerüstü
biokütlə məhsulu toplanır. Payızlıq buğda bitkisinin boruyaçıxma fazasından mum
yetişmə fazasına qədər olan müddətdə toplanan yerüstü
biokütlə məhsulu qida
normasından asılı olaraq 49,54-87,57 sen/ha və ya tam yetişmədə toplananın 54,42-
62,50%-ni təşkil etmişdir. Tam gübrə normalarında toplanan yerüstü quru biokütlə
məhsulu gübrəsiz variantla müqayisədə 31,33-38,03 sen/ha yüksəkdir (şəkil 1-2).
Payızlıq buğda bitkisinin mum yetişmə fazasından tam yetişmə fazasına qədər
olan müddətdə tək azot gübrəsi (N
90
) və fosfor-kalium fonunda
yüksək azot verilən
(N
150
P
60
K
60
) variantlarda toplanan yerüstü biokütlə məhsulu gübrəsiz və N
90
P
60
K
60
gübrə norması verilən variantlardan müvafiq olaraq 4,68-4,41 sen/ha və 9,54-9,37
sen/ha yüksək olmuşdur (şəkil 2).
Yuxarıda göstərdiyimiz analiz nəticələrindən aydın olur ki, payızlıq buğdanın
yerüstü biokütlə məhsulunun toplanma dinamikası və toplanan yerüstü biokütlə
məhsulunun bitkinin inkişaf fazaları arasında paylanma
nisbəti qida mühitindən
xüsusən azot, fosfor və kaliumun nisbətindən asılıdır.
Abşeronun boz-qonur torpaqlarında ən yaxşı nəticə azot, fosfor və kaliumun
nisbətlərinin 2:1:1 (N
120
P
60
K
60
) olduğu halda alınmışdır.
Yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdarını müəyyənləşdirmədən
gübrədən azotun mənimsənilmə faizi və azotun balansını
müəyyən etmək mümkün
olmadığından bitkidə inkişaf fazasından asılı olaraq yerüstü biokütlə məhsulunda
azotun miqdarının yerüstü biokütlə məhsulunun miqdarının müəyyənləşdirilməsi ilə
yanaşı yerüstü biokütlə ilə aparılan azotun miqdarının
müəyyənləşdirilməsi də çox
vacibdir.
Analiz nəticələrindən məlum olur ki, yerüstü biokütlə ilə aparılan azotun
miqdarı qida maddələrinin norma-nisbətlərindən və bitkinin inkişaf fazasından
asılıdır. Belə ki, payızlıq buğda bitkisinin kollanma fazasında gübrəsiz variantda
Dostları ilə paylaş: