Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə54/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   50   51   52   53   54   55   56   57   ...   352
 
UOT 633:11:523:575 
 
PROLAMİN ZÜLAL MARKERLƏRİ ƏSASINDA YERLİ VƏ 
İNTRODUKSİYA OLUNMUŞ YUMŞAQ BUĞDA (
T.aestivum 
L.) 
SORTLARININ GENETİK YAXINLIĞININ TƏDQİQİ 
1,2
E.Ə.HÜSEYNOVA, 
3
Z.İ.ƏKPƏROV, 
2
A.T.QAZIYEV, 
3
Ə.Y.KƏRİMOV, 
3
H.B.SADIQOV, 
3
X.N.RÜSTƏMOV, 
3
M.Ə.ABBASOV
 
1
Gəncə Dövlət Universiteti Ünvan 
2
Azərbaycan Dövlət Aqrar Universiteti 
3
AMEA Genetik Ehtiyatlar İnstitutu 
Məqalədə müxtəlif mənşəli 57 yumşaq buğda sortunun genetik yaxınlığının 
qliadin zülal markerlərinə görə Acid-PAGE üsulu ilə qiymətləndirilməsi 
işıqlandırılmışdır. Aparılan analiz nəticəsində alınmış elektroforeqramların 
spektrləri binar nömrələmə üsulu ilə işlənilmiş və sortların genetik yaxınlığını 


81 
müəyyənləşdirmək üçün SPSS kompyuter proqramı vasitəsilə dendroqram tərtib 
edilmişdir. Qurulmuş dendroqramda nümunələrin 7 klasterdə birləşməsi müşahidə 
olunmuşdur. Sortların qliadin elektroforeqramlarının ω-, γ-, β- və α- zonaları üzrə 38 
spektr, 133 müxtəlif elektroforetik patterni alınmış və qliadin elektroforeqramalarının 
zonalar üzrə genetik müxtəliflik indeksləri (H-) hesablanmışdır.
Açar sözlər:
yumşaq buğda, qliadin, elektroforetik spektr, pattern, klaster 
analizi, genetik yaxınlıq 
Ключевые слова:
пшеница мягкая, глиадин, электрофоретический спектр, 
паттерн, кластерный анализ, генетическое сходство
Key words:
bread wheat, gliadin, electrophoretic band, pattern, cluster analysis, 
genetic similarity
Dünyada buğda bitkisinin məhsuldarlığının və dən keyfiyyətinin yüksəldilməsi 
ən prioritet istiqamətlərdən biridır. Respublikamızda aparılan tədqiqatlar nəticəsində 
bu problemin həll yolları tapılaraq kifayət qədər məhsuldar sortların yaradılmasına 
nail olunmuşdur. Bu baxımdan əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün yeni 
yüksək məhsuldar və keyfiyyətli buğda sortlarının yaradılması seleksiyaçılar 
qarşısında duran aktual məsələlərdan biridir. Bu problemin həllində qarşıya çıxan ən 
böyük çətinliklərdən biri də yüksək keyfiyyət göstəriciləri ilə məhsuldarlığın 
uzlaşdırılmasıdır. Digər tərəfdən isə, yeni yaradılmış sortların dən keyfiyyəti 
potensialının müxtəlif torpaq-iqlim şəraitində qorunub saxlanılması da aktual və 
vacibdir. 
Buğda dəni endosperminin əsasını təşkil edən ehtiyat zülalları qliadin və 
qlütenin keyfiyyət əlamətləri ilə birbaşa əlaqəli olduğundan bu zülalalların 
polimorfizminin öyrənilməsi vacibdir. Genetik şərtlənmiş zülal markerlərinin tədbiqi 
ilə genetik müxtəlifliyin öyrənilməsi elmi və praktiki cəhətdən aktual olmaqla, 
marker-əsaslı seleksiyada buğdanın dən keyfiyyətini xarakterizə etmək üçün bu 
universal genetik markerlər mühüm əhəmiyyət kəsb edir [3].
Qliadin ehtiyat zülallarının, həmçinin komponentlərinin tam xarakteristikası bir 
çox tədqiqatlarda əks olunmuşdur. Buğdaların genetik müxtəlifliyinin, prolaminlərin 
polimorfizminə görə qiymətləndirilməsi və identifikasiyası keçən əsrin 70-ci 
illərindən başlayaraq bu günə qədər müvəffəqiyyətlə davam etdirilir. 
Hibridoloji analizlər və aneuploidiya metodlarının birgə tətbiqi və ehtiyat 
zülallarının elektroforetik analizi polimorf zülal formalarının aşkarlanmasına və bu 
zülalların müvafiq xromosomlarda yerləşən Gld 1A, Gld 1B, Gld 1D, Gld 6A, Gld 
6B və Gld 6D lokuslarının allel genlərilə idarə olunması, onlardan marker kimi 
istifadə edilməsinə əsas vermişdir [6; 7; 8]. Dənli-taxıl bitkilərinin genetik 
müxtəlifliyinin qiymətləndirilməsi 
ndə protein markerlərinin tətbiqi əhəmiyyətli hesab edilir. Məlumdur ki, buğda 
dənində kleykovinanın (yapışqanlıq) əsasını təşkil edən qliadin və qlütenin ehtiyat 
zülalları buğdaların genetik müxtəlifliyinin qiymətləndirilməsinin ehtibarlı protein 
markerlərindəndir [1; 2; 4; 9]. Qliadin ehtiyat zülalları genetik şərtlənmiş olduğundan 
torpaq-iqlim və becərilmə şəraitindən asılı olmayaraq dəyişmir [12]. Belə ki, еhtiyat 


82 
zülallarının elektroforetik spektrlərinə əsasən buğdanın növdaxili, növlərarası 
polimorfizmini və özünəməxsusluğunu müəyyən etmək mümkündür [14].
Tədqiqat materialı kimi, yerli və introduksiya edilmiş 57 yumşaq buğda sortu, 
həmçinin genetik marker kimi Bezostaya 1 və Anza sortlarından istifadə edilmişdir 
(cədvəl 1).
Dəndə qliadin ehtiyat zülalının elektroforetik analizi F.A.Poperelyanın 
yenilənmiş metodu əsasında qlisin-asetat buferində (pH 3.1) aparılmışdır [5].
Buğda nümunələrinin genetik yaxınlığını təyin etmək üçün SPSS kompyuter 
proqramının köməkliyi ilə klaster analizindən istifadə edilmişdir. Bu üsul əsasında 
genetik yaxın və oxşar olan nümunələr dendroqramda qruplaşdırılmışdır [11].

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin