UOT 6311:631.52 (479.24)
DÜZƏN QARABAĞ ŞƏRAİTİNDƏ BƏRK VƏ YUMŞAQ BUĞDALARIN
MƏHSULDARLIQ VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
X.N.RÜSTƏMOV, M.Q.ƏHMƏDOV, Q.M.HƏSƏNOVA,
E.R.İBRAHİMOV, V.F.İBADOV, Ə.C.MUSAYEV
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Az1098, Sovxoz 2, Pirşağı qəs., Bakı ş.
xanbala.rustamov@yandex.com
Tətrər BTS-də, suvarma şəraitində 61 bərk və yumşaq buğda sortnümunələrinin
aqrobioloji xüsusiyyətləri və dənin keyfiyyət göstəriciləri öyrənilmişdir. Qış fəslinin
qısa, mülayim yaz fəslinin uzunmüddətli, nisbətən soyuq və rütubətli olması
nəticəsində pas xəstəliklərinin epifitotiyası və bitkilərdə potensial boy göstəriciləri və
yatma müşahidə edilmişdir. Dən dolma dövründə yüksək hərarət nəticəsində
buğdalarda süd-mum yetişmə fazalarının kəskin qısalması müşahidə edilsə də yüksək
məhsuldarlığa və dən keyfiyyətinə malik sortnümunələr seçilmişdir. Müəyyən
edilmişdir ki, meteoroloji şəraitinin öyrənilən genotiplərin çörək keyfiyyətinə təsiri
minimum, kleykovina və zülalın miqdarına isə maksimum olmuşdur. Bərk buğdanın
143
yeni Zəngəzur və yumşaq buğdanın Əsgəran sortları rayonlaşdırılması məqsədilə
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim
edilmişdir.
Açar sözlər:
bərk buğda, yumşaq buğda, epifitotiya, dən dolma, dənin keyfiyyət
göstəriciləri
Ключевые слова:
пшеница твердая, пшеница мягкая, эпифитотия, налив
зерна, показатели качества зерна
Key words:
durum wheat, bread wheat, epiphytoty, grain filling, grain quality
indicators
Qırtıckimilər, o cümlədən buğdalar əhalinin çörək və digər məmulatlarla təmin
edilməsində, heyvandarlığın və quşçuluğun yem bazasının mökəmlənəsində önəmli
yer tutur – ölkənin iqtisadi təhlükəsizliyinin əsasını təşkil edir. Bundan başqa, taxıllar
növbəli əkinlərdə əvəzsiz yer tutmaqla torpaqların münbitliyinin qorunub
saxlanılmasında, alaq otları ilə mübarizədə, külək və su eroziyasının qarşısının
alınmasında əsas yeri tutur. Son illər Respublikamızda əhalinin ərzaqla təminatını və
heyvandarlığın yem bazasını möhkəmləndirmək üçün bir sıra dövlət proqramları,
qanun və qərarlar qəbul edilmişdir. Ona görə də, kəskin və anomal iqlim dəyişkənliyi
ilə müşayət olunan müasir dövrdə yüksək stabil məhsuldarlığa və dən keyfiyyətinə
malik sortların yaradılması, tətbiqi aktual və vacibdir [1; 2].
Son illərdə, qlobal iqlim dəyişkənliyi fonunda bölgənin iqlim şəraiti orta çoxillik
göstəricilərdən kəskin fərqli olmuşdur [1; 2]. Sonuncu, 2015-ci ildə də iqlim
göstəricilərindən kənarlaşmalar müşahidə olunmuşdur. Cari ildə qış fəslinin mülayim
keçməsi, yazın uzunmüddətli olması, aşağı temperatur və yağıntıların miqdarının
nisbətən çox olması səbəbindən – yüksək rütubətlilik nəticəsində göbələk
xəstəliklərinin, xüsusən də sarı pasın epifitotiyası müşahidə olunmuşdur.
Yüksək sirayətlənmə fonu struktur elementlərinə və dəndolma prosesinə mənfi təsir
etməklə bioloji və aqronomik məhsuldarlığı kifayət qədər aşağı salmışdır. Anomal
iqlim dəndolma prosesinə də mənfi təsir etmişdir. Dənin dolması kəskin hava və
torpaq quraqlığı fonunda getdiyindən buğdaların vegetasiyası vaxtından əvvəl sona
yetmişdir. İqlim göstəriciləri fenoloji fazaların müddəti, bitkilərin hündürlüyü və
struktur elementlərinə təsir etməklə məhsuldarlığa və dənin keyfiyyət-texnoloji
göstəricilərinə mənfi təsir göstərmişdir.
Son illərdə ƏETİ-də seleksiya proseslərinin intensivləşməsi ilə yanaşı, CIMMIT
və ICARDA kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində genofondun
potensial məhsuldarlıq, xəstəliklərə davamlılıq kimi çatışmayan əlamətlərin daşıyıcısı
olan genotiplərlə zənginləşməsinə şərait yaratmışdır. Bölgədə payızlıq bərk buğdanın
seleksiyası üzrə müxtəlif pitomniklərdə beş minə qədər sortnümunə, hibrid xətti və
pespektiv sort öyrənilsə də, seleksiyanın son mərhələlərindən olan müsabiqəli sort
sınağı pitomnikində (MSS) öyrənilən materiallar daha böyük əhəmiyyət kəsb edir.
Cari ildə MSS-də 61 sortnümunə, hərəsi 50 m
2
olmaqla 4 təkrarda öyrənilmişdir.
Onlardan 17 nümunə bərk, 44 nümunə isə yumşaq buğdalara aiddir. Vegetasiya
dövründə fenoloji müşahidələr aparılmış, sünbülləmə və mum yetişkənliyinin
144
başlanğıcında xəstəlik və zərərvericilərə davamlılıq, seçmə və yekun
qiymətləndirilmələr müvafiq metodiki göstərişlər əsasında öyrənilmişdır [3].
Qeyd etdiyimiz kimi, cari ildə yaz fəsli uzunmüddətli və yağıntılı olmuşdur.
Nəticədə, ötən illərə nisbətən nümunələr gec sünbülləmiş, normal suvarma və optimal
iqlim şəraiti nəticəsində potensial boy göstəriciləri, pas xəstəliklərinin epifitotiyası
müşahidə olunmuşdur. Gec sünbülləmə, hündürboyluluq səbəbindən yatma və
xəstəliklərlə siyarətlənmə məhsuldarlığı limitləşdirən faktorlar olmuşdur. Ona görə də
hesabat ilində ilk növbədə sünbülləmə müddəti, boy göstəriciləri, xəstəliklərə
davamlılıq və vahid sahədən məhsuldarlığa görə seçmə aparılmışdır.
MSS-də öyrənilmiş bərk və yumşaq buğda genotipləri, əsasən intensiv tipli
olmaqla, fenoloji fazaların başlanma tarixi, xəstəliklərə davamlılıq, boy göstəriciləri
və vahid sahədən məhsuldarlığa görə kəskin fərqlənirlər (Cədvəl 1).
Dostları ilə paylaş: |