AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix07.04.2017
ölçüsü371,01 Kb.
#13572
1   2   3   4

Narkotik

   


Narkotik  ilk  növbədə  insanın  sağlamlığına  ziyan  vurur.  Narkomaniya 

orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün zəifləməsinə gətirib 

çıxarır.  Orqanizmin  zəhərlənməsi  daxili  orqanların  -  qara  ciyər  və  böyrəyin 

zəhərlənməsinə gətirib  çıxarır.  Narkomanlar  içərisində  ən  geniş  yayılmış  xəstəlik 

hepatit və QIÇS-dir. Narkotikdən istifadə edənlərdə baş beyinin qabığı 7 dəqiqədən 

sonra  ölməyə  başlayır.  Əlbəttdə  bütün  qabıq  birdən  ölmür,  bu  yavaş  gedən 

prosesdir. Buna görə də bir çox narkoman yaşamaqda qalır. Amma onlar natamam 

insan  olurlar.  Elələri  olur  ki,  hərəkət  edə  bilmirlər,  heç  bir  reaksiya  göstərmir, 

düşünmür.  Onların  beyni  ancaq  fizioloji  prosesləri  idarə  edir.  Məsələn,  onları 

yedirtdikdə  yeyir,  əşyalardan  istifadə  edə  bilmir,  danışa  bilmirlər.  Narkotikin 

olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. 

Insan artıq bir işlə məşgul ola bilmir. Narkotikə aludə olan insan hər bir alçalmaya, 

iyrənc hərəkət eləməyə məcbur olur. Həmin insanın bütün maraqları, ümüdləri və 

qarşısına qoydugu məqsədləri getdikcə sönür. 



Siqaret  

Siqaretin  tərkibi  xərçəng  xəstəliyi  yaradan  maddələrlə  zəngindir.  Onun  təribində 

3700-ə qədər  zərərli maddə var.  Və bu  zərərli  maddələr  siqaretlə birgə  alınan hər 

nəfəsdə insan orqanizmini zəhərləyir. Bunun nəticəsində ciddi xəstəliklər meydana 

gəlir.  Dünyada  hər  13  saniyədə  bir  insan  siqaretlə  bağlı  xəstəliklərdən  dünyasını 

dəyişir.  Hər  il  dünya  miqyasında  2  milyon  yarım  insan  siqaretə  görə  ölür.  Bu 

ölümlərin başlıca səbəbi isə ağciyər xərçəngidir. İkinci səbəb isə ürək xəstəlikləri 

və  xərçəng  xəstəliyidir.  Insanlar  olduqca  ehtiyatlı  olmalıdırlar.  Çünki  bu  xəstəlik 

əsasən qanla yoluxur. Buna görə də hər kəs iynə vurdurarkən salonlara gedərkən 

ehtiyatlı olmalıdır.  

 

 

 



 

 

     



Alkoqol  

Alkoqol 


dildə, 

dodaqda, 

qırtlaqda 

xərçəng 


xəstəliyinin yaranmasına səbəb olur. O həm də ürək-

damar xəstəklərinin törədicisidir. Spirtli



 

içkinin insan 

orqanizminə  olduqca  böyük  təsiri  var:  qaraciyər, 

mədə-bağırsaq,  baş  beyin,  ürək    alkoqoldan  istifadə 

zamanı  ən  çox  zədələnən  orqanlardır.  Bildiyimiz  kimi,  mədə  və  bağırsaqlarda 

qidanı həzm etmək üçün fermentlər ifraz edən xüsusi vəzlər yerləşir. Alkoqol bu 

vəzləri  qıcıqlandırdığı  halda  fermentlər  qidanı  həzm  etmək  xüsusiyyətini  itirir. 

Digər  tərəfdən  alkoqol  mədənin  hərəkət  aktivliyini  gücləndirir.  Nəticədə  qida 

kifayət  qədər həzm  olunmayaraq  mədəni  tərk  edir.  Gələcək  ana  spirtli içki qəbul 


28 

 

etməklə öz övladını hələ dünyaya gəlməmişdən zəhərləyir, nəticədə xəstə, əqli zəif 



uşaq dünyaya gəlir.  

Gənclərin  sağlamlığını  təhlükə  qarşısında  qoyan  əsas  xəstəliklərdən  biri  AİDS 

xəstəliyidir ki, bu barədə gənc oxucuların maarifləndirlməsi olduqca vacibdir. Bu 

məqsədlə  xüsusən  məktəblərdə  kitabxanaçı  tərəfindən  maarifləndirici  söhbətlərin 

aparılması  yaxşı  nəticələr  doğurar.  Kitabxanaçının  maarifləndirici  çıxışında 

aşağıdakı məlumatlar öz əksini tapmalıdır: 

       AİDS 

       AIDS  xəstəliyi  QİÇS,  SPİD  adları  ilə  də  tanınır.  HİV  insanın 

immunçatışmazlığı  virusudur.  Bu  viruslar  insan  orqanizminin  CD4  adlanan 

hüceyrələrini məhv edir. HİV-ə yoluxmuş insanlarda müdafiə sistemi zəiflədiyinə 

görə  onlar  bir  çox  xəstəliklərə  asanlıqla  tutulurlar.  Bu  xəstəliklər  ölümlə 

nəticələnir. Virus daşıyıcısı tamamilə sağlam görünə bilər. QİÇS-ə yoluxmuş insan 

yoluxduğundan xəbərsiz ola bilər. Bu xəstəlik əsasən qanla yoluxur və hər kəs iynə 

vurdurarkən, salonlara gedərkən ehtiyatlı olmalıdır. 

         Gənclər,  onu  da  bilməlidir  ki,  Respublikamızda  QİÇS-lə  mübarizə  mərkəzi 

fəaliyyət  göstərir.  Mərkəzin  qaynar  xətti  (494  99  24)  hər  zaman  insanların 

müraciəti üçün açıqdır. Eyni zamanda mərkəzin saytı (

www.AIDS.az

) da fəaliyyət 

göstəriri  ki,  bura  daxil  olaraq  sizi  maraqlandıran  sualları  buradan  da  əldə  edə 

bilərsiniz.  Hətta  həmin  mərkəzin  əməkdaşları  ilə  gənclərin  görüşünün  təşkili  də 

mümkündür.  Hər  bir  gənc  gün  ərzində  öz  öhdəsinə  düşən  işləri  görməklə  yanaşı 

düzgün  istirahət  etməyi  də  bacarmalıdır.  Lakin  gənclərimiz  istirahət  rejimlərini 

düzgünmü  qururlar?  Əyləncə  anlayışını  hər  kəs  eyni  mənada  qəbul  etmir. 

Gənclərimizin  çoxu istirahəti  kitab oxuyub,  mütailə  etməkdə,  musiqi dinləməkdə 

televizora  baxmaqda  görürsə,  böyük  bir  qismi  isə  əyləncəni  dostlar  ətrafında 

hansısa istirahət mərkəzində dincəlməkdə görür. Bir sözlə hər bir gəncin öz maraq 

dairəsinə uyğun əyləncə tərzi var. İnsan vaxtını həm iş üçün, həm də istirahət üçün 

düzgün bölüşdürməyi bacarmalıdır. Düzgün işləyə bilməyən adam düzgün istirahət 

etməyi də bacarmaz. Beləcə də imuniteti zəifləyə bilər. Bununla əlaqədar kiabxana 

işçiləri 

tərəfindən 

gənclərimizin 

düzgün 

asudə 


vaxtının 

düzgün 


istiqamətləndirilməsi vacibdir. Ancaq onu da qeyd edək ki, kitab oxumaq istirahət 

etməyin ən yaxşı üsuludur. Britaniyalı psixoloqlar bəyan etmişlər ki, kitab oxumaq 

başqa  üsullarla  müqayisədə  sakitləşməyə  tez  bir  zamanda  kömək  edir.  Cəmi  6 

dəqiqə kitab oxumaq stressin səviyyəsini ikidə üç dəfə endirir. Kitab oxumaq fikri 

cəmləşdirməyə,  ədəbiyyat  aləminə  daxil  olmağa  və  problemlərdən  yayınmağa 

kömək edir. Kitabxanaçıların bu mühüm vərdişi gənclərə sevdirməsi olduqca vacib 

amillərdən biridir.  

Mütaliə  insan  xarakterini  formalaşdırıb,  gənclərimizə  bir  sıra  müsbət 

keyfiyyətlər  aşılayır.  Bu  səbəbdən  kitabxanaçılar  gənclərdə  mütaliəyə  həvəs 



29 

 

oyatmaq məqsədilə öz işlərini planlı şəkildə qurmalıdıdrlar. Nəzərə alsaq ki, XXI 



əsr komputer-informasiya əsridir. Mütaliəni gənclərə sevdirməyin, gənclərlə daim 

ünsiyyətdə  olmağın  ən  yeni  üsullarından  biri  də  internetin  geniş  imkanlarından 

istifadə etməkdir. Çünki son dövrlərdə internetdən istifadə etməyən gənc az tapılar. 

Bunun  üçün  kitabxanaların  internet  səhifələrinin  fəaliyyət  göstərməsi  əlbəttə  ki, 

yaxşıdır.  Ancaq  onu  da  nəzərə  almaq  lazımdır  ki,  iqtisadi  çətinliklər  hər 

kitabxanaya bu imkanı vermir. Ancaq sadə üsullarla da gənclərlə əlaqə saxlamaq 

olar. Bilirik ki, internetdə Tvitter, Facebook kimi məşhur sosial şəbəkələr fəaliyyət 

göstərir. Bu şəbəkələrdə kitabxanaların səhifələrini yaratmaq və səhifələri şəbəkə 

istifadəçilərinə  təklif  etmək  olar.  Həmin  səhifədə  kitabxananın  şəkilləri, 

kitabxanaya  yeni  daxil  olan  kitabların  üz  qabıqları  yerləşdirilə  bilər.  Bununla 

yanaşı gənclər səhifəni yaradan kitabxanaçı ilə söhbət edə bilər, öz problemləri və 

onları  maraqlandıran  kitablarla  əlaqədar  suallarını  kitabxanaçıya  ünvanlaya 

bilərlər.  Bu  həm  də  kitabxanaçıya  gənc  oxucuları  kitabxanaya  yeni  daxil  olan 

kitablarla  yaxından  tanış  etmək  imkanı  verir.  Internetdə  bu  kimi  səhifələrin 

yaradılması  həm  də  oxuculara  vertual  olaraq  müəyyən  əsər  haqqında  fikir 

mübadiləsi  etməyə  və  müzakirələr  aparmağa  imkan  verir.  Gördüyümüz  kimi 

internetin  imkanlarından  istifadə  edərək  kitabxana  sahəsində  mühüm  naliyyətlər 

əldə etməyə imkan verir. 



Uşaqlar: Azərbaycanın bu günü və gələcəyi. 

Uşaq  hüquqlarının  müdafiəsi  problemi  həmişə  ictimaiyyəti  maraqlandıran  bir 

məsələ olmuşdur. Dünyanın bir sıra ölkələrində bu məsələ ilə ciddi məşğul olunur. 

Azərbaycanda da  uşaq hüquqlarının müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, 

bir  sıra  qərar  və  qanunlar  qəbul  edilmişdir.  Ictimaiyyəti  bu  cəhətdən 

maarifləndirmək,  onları  öz  hüquqları  barədə  məlumatlandırmaq  kitabxanaların 

üzərinə düşən mühüm vəzifələrdən biridir. Bu sahədə F. Köçərli adına Respublika 

Uşaq  Kitabxanasının  xidmətləri  əvəzsizdir.  Belə  ki,  kitabxanamızda  keçirilən  bir 

sıra  tədbirlər  uşaqların,  yeniyetmələrin,  hətta  valideynlərin  hüquqi  cəhətdən 

maariflənməsinə kömək edir.        

 

Kitabxanalarda  kiçik yaşlı uşaqlar üçün keçirilən  tədbirlərdən biri “Ucadan 



oxu”dur.  Bu  tədbir  hər  zaman  oxucularda  böyük  maraq  doğurur.  Cəlil 

Məmmədquluzadənin uşaq hüquqlarından bəhs edən “Qız tərbiyəsi”, “Uşaq teatrı”  

əsərlərinin ucadan oxunması oxucular üçün maraqlı ola bilər. Bildiyimiz kimi bu 

əsərlərdə  qeyd  olunan  uşaq  hüquqları  ilə  bağlı  problemlər  müasir  dövrlə  də 

ayaqlaşır.            

            Uşaqların öz hüquqlarını yaxşı öyrənmələrinə nail olmaq üçün məktəblilər 

arasında  “Mən  öz  hüquqlarımı  yaxşı  bilirəm”  mövzusunda  inşa  müsabiqəsinin 

keçirilməsi  yaxşı  nəticələr  verə  bilər.  Mövzunu  işləyərkən  uşaqlar  müvafiq 

ədəbiyyatı oxumalı, internetdən lazımi informasiyanı almış olacaqlar. Bu da istər-


30 

 

istəməz  onların  öz  hüquqları  ilə  bağlı  məlumatlanmasına  səbəb  olacaq.  Nəticələr 



yoxlanıldıqdan  sonra  ilk  üç  yerin  sahibi  mükafatlandırılarsa  bu  uşaqların  öz 

hüquqlarını  öyrənmək  həvəsini  daha  da  artırar.  Eyni  adda  rəsm  müsabiqəsinin 

keçirilməsi də yaxşı nəticələr verər.  

            Məktəblərdə  valideynlərlə  görüşün  təşkil    edilməsi  də  bu  sahədə  böyük 

irəliləyişlərə  səbəb  olar.  Respublika    Konstitusiyasının  tələblərinə  müvafiq  olaraq 

valideynlər uşaqların  və onların fiziki əqli inkişafının qayğısına qalmağa və onları 

vətənin  laiqli  vətəndaşı  kimi  böyütməyə  borcludurlar.  Valideynlər  öz  hüquq  və 

vəzifələrini uşaqlarına aşılamalı və onları düzgün istiqamətləndirməlidirlər.  

          Gənclərdə  maarifləndirməni  gücləndirmək  məqsədilə  onların  yazıçı  və 

şairlərlə  kitabxanalarda  görüşünün  təşkili  yaxşı  nəticələr  verər.  F.  Köçərli  adına 

kitabxana  öz  iş  təcrübəsində  bu  metoddan  geniş  istifadə  etməkdədir.  Belə  ki,  bu 

cür  görüşlər  gənclərin  savadını,  dünyagörüşünü  artırır,  onları  pis  vərdişlərdən 

kənarlaşdırırlar.  Bundan  əlavə  fikir  mübadiləsinin  aparılması gənclərə öz  fikir və 

düşüncələrini  daha  yaxşı  ifadə  etməyə  imkan  verir.  Bu  da  gələcəkdə  azad  fikirli 

cəmiyyətin formalaşmasında mühüm rol oynayar.

 

 



Gəncləri  mütəmadi  olaraq  kitabxanaya  yeni  daxil  olan  kitablar  barədə 

məlumatlandırmaq  lazımdır.  Bu  məqsədlə  müasir  yazıçılarımızın  kitablarından 

ibarət  sərgilər  təşkil  etmək  olar.  Sərgidə  N.  Məmmədlinin  “Bu  bir  oyundur”, 

“Zəngulə”,  “Vicdan  dustağı”,  Elxan  Elatlının  “Pəncərədə  görünən  kölgə”, 

“Cəhənnəmdən  gələn  səs”,  “Xəyanət”,  “Bakıdan  gələn  xəfiyyə”,  “Qan  ləkəsi”, 

“İtmiş qızın axtarışı”, “ Yeddinci mərtəbədə qətl”, Pərvizin “Yad dildə”, Varisin 

“Sonuncu  ölən  ümidlər”,  “Bir  ovuc  torpaq”  “Görünməyən  izlər”,  Çingiz 

Abdullayevin  “Onun  qəlbinin  üçdə  bir  hissəsi”,  “Veneranın  ikinci  dəfə  həyata 

gəlməsi”,  “Kandaqordan  agent”,  “Paralel  həyat”  kitabarını  nümayiş  etdirmək 

olar. 


Kitabxanalarda  gənclərimizi  fəaliyyətdə  olan  gənclər  təşkilatları  haqqında 

məlumatlandırmaq  lazımdır.  Belə  ki,  hazırda  ölkəmizdə  170  gənclər  təşkilatı 

fəaliyyət göstərməkdədir. Bu təşkilatların fəaliyyətindən, gördükləri işlərdən gənc 

oxucuları  xəbərdar  etmək  üçün  həmin  təşkilatların  nümayəndələri  ilə  gəncləri 

görüşdürmək  mümükündür.  Beləcə  gənclər  onları  maraqlandıran  suallara  cavab 

tapa bilərlər. 

 

Son  dövrlərin  yazıçılarını  oxucularımıza  sevdirmək  məqsədilə  onların 

əsərlərinin icmallarının keçirilməsi məqsədə uyğundur. Icmalını keçirə biləcəyiniz  

əsərlərdən biri son dövrlərin sevilən yazıçısı Elxan Elatlının “Görünməyən izlər” 

kitabıdır. Yazıçı  əsərlərini detektiv üslubda yazır. Əsərin əsas qəhrəmanı Qambay 

Qasımlıdır.  Romanda  Humayla  onun  tanışlığından  bəhs  edilir.  Əsərdə  bu 

günümüzün  gəncliyi  üçün  olduqca  əhəmiyyətlidir.  Belə  ki,  yazıçı  əsərdə 

narkotokin insan həyatını necə məhv etdiyini olduqca aydın şəkildə əks etdirir. Elə 



31 

 

bu  səbəbdən  də  əsər  gənclərimiz  üçün  əhəmiyyətə  malikdir.  Kitab  2010-cu  ildə 



Bakıda  “İdeal-print”  nəşriyyatında  çap  olunmuş  və  oxucuların  ixtiyarına 

verilmişdir.  

 

Müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən bir də 



Nüşabə  Məmmədlidir.  Yazıçının  son  nəşr  olunan  kitablarından  biri  “Vicdan 

dustağı”  adlanır.  Kitab  2010-cu  ildə  “Çinar-Çap”  nəşriyyatı  tərəfindən  çap 

olunmuşdur.  Kitabın  icmalının  təşkili    gənc  oxucularda  ona  qarşı  maraq  yaradır. 

Roman  onu  oxuyan  hər  bir  gənci  öz  həyatını,  atacağı  addımları  bir  daha 

düşünməyə vadar edir. Belə ki, tərbiyəvi mövzuda yazılan əsər müasir gəncliyimiz 

üçün olduqca  əhəmiyyətlidir.  Əsər  gənclərə  bir  sıra  insani  keyfiyyətləri  aşılamaq 

cəhətdən  olduqca  əhəmiyyətlidir.  Romanın  əsas  qəhrəmanı  Səltənətdir.  Onun 

həyatında baş verən çətinliklər gənclər üçün təhsilin nə qədər vacib olduğunu bir 

daha sübut edir. Yazıçı romanda erməni millətinə xas murdar xüsusiyyətləri böyük 

məharətlə  təsvir  etmişdir.  Roman  gənclərimizi  mübariz  olmağa,  vətəni,  ailəni 

sevməyə,  təhsil  almağa  səsləyir.  Əsər  gənclərimiz  üçün  böyük  tərbiyəvi 

əhəmiyyətə malikdir.  

 

Məktəblilərlə “Siz öz hüquqlarınızı bilirsinizmi? ” adlı disputun keçirilməsi 



yaxşı nəticələrə gətirib çıxarar. Belə ki, uşaqlarla bu haqda söhbətin aparılması 

onların  öz hüquqları haqqında olan məlumatını artırar. Tədbirə hər hansı bir uşaq 

hüquqları təşkilatının nümayəndəsini dəvət edərək uşaqları maraqlandıran sualların 

cavablandırılmasına şərait yaratmaq da məqsədə uyğundur. Uşaqlarla onların 

hüquqlarından danışarkən slaydlardan istifadə olunması, onların öz hüquqlarını 

daha yaxşı başa düşmələrinə yardımçı olar. Ancaq uşaqlar bəzən öz fikirlərini 

səsləndirməkdən çəkinirlər. Bu problemi aradan qaldırmaq üçün uşaq hüquqları ilə 

bağlı saytlar da fəaliyyət göstərir. Bu saytlara misal olaraq 



www.ombudsman.gov.az

, 

www.humanrights-az.org



www.crlc.az,

 

www.ngoalliance.net

,  

www unicef.org/azerbaijan,

 

www. osce.org

 və s. kimi saytları göstərmək olar

Bildiyimiz kimi bir çox uşaq bəzi hallarda müdafiə oluna bilmədiyi üçün onların 

hüquqları  pozulur.  Bu  məqsədlə  kitabxanaçıların  uşaqlara  müəyyən  məsləhətlər 

verməsi,  onları  bu  cəhətdən  maarifləndirmələri  gələcəkdə  müsbət  nəticələr  verə 

bilər.Uşaqların  bəzi  pis  vərdişlərə  (popiros  çəkmək,  spirtli  içkilərdən  istifadə) 

yiyələnməsi  onların  gələcək  həyatını  tamamilə  məhv  edə  bilər.  Bu  məqsədlə 

kitabxanaçılar  popiros, alkoqolun mənfi cəhətlərindən uşaqları məlumatlandırsalar 

bu uşaqların belə vərdişlərdən uzaq olmalarına kömək edər. 

Narkomaniyaya  qarşı  mübarizə  mövzusunda  “Gəlin  gələcəyimizi  qoruyaq” 

başlığı  altında  tədbir  gənclərimizin  bu  sahədə  maariflənməsinə  çox  müsbət  təsir 

edə bilər.  


32 

 

Yuxarı  sinif  şagirdlərindən  ibarət  oxucular  səhnəyə  çıxırlar.Səhnədə  Azərbaycan 



gəncliyindən,Narkomaniyaya  qarşı  mübarizə  mövzusundan    bəhs  edən  sərgilər 

təşkil olunur. Bu mövzuda slayd göstərilir.   

I Aparıcı:             Azərbaycan gəncliyi müstəqil respublikamız üçün böyük  

                              nailiyyətlər qazanmaq iqtidarına malikdir. Bəs bu məqsədlərə 

                              çatmaq üçün biz gənclər nə etməliyik?                  

II Aparıcı:           Bildiyimiz kimi inkişafa gedən yol ilk növbədə təhsildən keçir. 

                             Elə bu səbəbdən də hamınız təhsilinizə, savadınızı artırmağa 

                             xüsusi diqqətlə yanaşmalısınız. Dostlar, çalışın daima 

                             intellektual səviyyənizi, savadınızı inkişaf etdirin, pis 

                             vərdişlərdən kənar olun.  Çünki vətənimizə laiqli bir vətəndaş 

                             kimi yetişmək üçün təhsil önəmli şərtlərdən biridir.  



I Aparıcı:           Dostlar, unutmayın ki, siz artıq cəmiyyətin yetkin üzvüsünüz.  

                             Hər addımı atmazdan öncə hərtərəfli düşünün, ziyanlı 

                             vərdişlərdən uzaq olmağa  çalışın. Heç bilirsinizmi ki, bu kimi 

                             vərdişlər insanın gələcək həyatında necə dərin yaralar aça bilər? 

                             Elə bu səbəbdən də popiros çəkmək, içki içmək, narkotikdən 

                             istifadə etmək kimi pis vərdişlərdən uzaq olun. Buna nail olmaq 

                             üçünsə ilk növbədə ətrafınıza yaxşı dostlar toplayın.  

   II Aparıcı:       Unutmayın ki, dostluq bütün hisslərin, bütün münasibətlərin ən 

                             ülvisi, ən əvəzolunmazı və ən önəmlisidir. Dostluq olmadan 

                             sevgi olmaz, dostluq olmadan heç bir münasibət baş  tutmaz, 

                             dostluq olmadan inam, dəyər və  səmimiyyət olmaz. Atalarımız 

                             əbəs yerə deməyiblər ki, “Dostunu mənə göstər sənə kim  

                             olduğunu deyim.” Odur ki, özünüzə yaxşı dostlar qazanın və 

                             özünüz də yaxşı dost olmağa çalışın! Gəlin unutmayaq ki,  

                             dostluq təkcə insanların şəxsi münasibəti olmaqla qalmır, bu 

                             zamanla cəmiyyətdə münasibətlərin yaxşılaşmasına, qonşu 

                             dövlətlərlə əlaqələrin möhkəmləndirilməsinə gətirib çıxarır.   

                              (Oxucu: Elmir Gəncəlinin “Dostluq” şeirini söyləyir. )

 

 Bir gecə qələmi əlimə aldım 

                       Düşündüm dostluqda səhv etmişəm mən ? 

        Ilk öncə yadıma mən səni saldım 

                         Gördüm xoş xatirələri məhv etmişəm mən ! 

 

      Yadimda qalmisan pis fikirlərlə 



           Hər zaman dostuna demisən yalan  

          Dar gündə sən məni vermisən ələ  

           Əsl dost dostuna can verər qurban  


33 

 

 



             Heç kimə dost sözün demirəm indi  

           O qədər yalançı dostlar görmüşəm  

                     Dost dedim çevrildim bir də gördüm ki,  

        Artıq üzü üstə yerə düşmüşəm... 



I  Aparıcı:            Gənclər, siz hər zaman vətənimizin xidmətində durmalı, onun 

                               gələcək inkişafında yaxından iştirak etməlisiniz. Unutmayaq ki,  

                               vətənimizi yadellilərdən qorumaq kimi mühüm bir vəzifə də biz  

                               gənclərin üzərinə düşür. Belə ki, hər bir oğlan hərbi xidmətini 

                               yerinə yetirməklə vətən qarşısında öz borcunu yerinə 

                               yetirməlidir. Vətənə məhəbbət, anaya, xalqa, ailəyə olan 

                               məhəbbət deməkdir.Bunun üçün sağlam olmaq, sağlam ruhda 

                               böyümək lazımdır.  



 

       (Oxucu Mirvarid Dilbazinin “Vətən oğulsuz olmasın” şeirini söyləyir. ) 

 

 

          

 

 

 



İgid oğul istəyir 

 

 



         

 

 



 

Vətən hər dar günündə 

 

 

      



 

 

 



 

Şücaətlə dayansın  

 

 

          



 

 

 



Mərdim düşmən önündə 

 

 



    

 

 



 

 

Igid oğul, ər oğul 



 

 

          



 

 

 



Vətənin şöhrətidir 

 

 



          

 

 



 

Tədbirli rəhbər oğul 

 

 

          



 

 

 



Xalqın səadətidir.  

 

 



          

 

 



 

Gül üstə gül bitirir 

 

 

         



 

 

 



Övladın fərliləri 

 

 



          

 

 



 

Vətən tarixi olur 

 

                    



 

 

 



Elin hünərliləri. 

 

 



          

 

 



 

Sizə uğurlu yollar 

          

 

 



 

 

           Şücaətli oğular 



          

 

 



 

 

          Vətənin qartalları! 



          

 

 



 

                     Qədirbilən xalqımız 

          

 

 



 

 

           Bəzəyərək güllərlə 



                    

 

 



 

           Keçdiymiz bu çətin, 

         

 

 



 

                     Bu əzablı yolları!   

       

II Aparıcı:            Hər bir şəxs gələcəyini düşünərək yaşayır, çünki hər bir 

                              günün sabahı var. Müasir gənclərimiz həm öz, həm də  

                              ümumilikdə Azərbaycanımızın gələcəyi üçün daim  

                              çalışmalı, pis vərdişlərdən kənar durmalıdı. Gəlin vətənimizi 

                              göz bəbəyimiz kimi qoruyub onun keşiyinə duraq. Ulu 

                              öndərimiz Heydər Əliyevin və hörmətli prezidentimiz İlham 



34 

 

                              Əliyevin bizə olan etimadını doğruldaq. Azərbaycanımızı  



                              gündən-günə inkişaf etdirək. 


Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin