I Aparıcı:
Bu gün vətənimizin keşiyində duran bir çox gənclərimiz var.
Hal-hazırda onların sayəsində torpaq üzərində rahat gəzirik.
Bunun üçün onlara borcluyuq. Onlar ən müqəddəs borclarını
yerinə yetirirlər. Vətənə olan borclarını! Biz hamımız pis
vərdişlərdən əl çəkməli, Vətənimizin, xalqımızın etimadını
doğrultmalıyıq. Məhz bu gənclər haqda Heydər Əliyev
demişdir: “Orduda xidmət edən gənclər bizim dəyərli
vətəndaşlarımızdır. Onların əksəriyyəti gənclərdir. Onlar vətəni
qoruyurlar,
düşmənlə
üzbəüz
mövqedə
dayanırlar,
Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər.
Lazım gələn anda məhz onlar doğma torpaqlarının azad
olunması üçün ilk addımı atacaqlar”.
II Aparıcı: Vətənpərvərlik Vətənə, doğma torpağa, xalqa, onun dilinə, adət-
ənənələrinə, mədəniyyətinə məhəbbət deməkdir. Əsl vətəndaş isə
Vətənin içində gəzən yox, Vətənin özünü öz içində gəzdirəndir.
Əsl Vətəndaş Vətəni ana qədər sevən, əzizləyən, qoruyandır.
Gəlin, biz də əsl vətəndaş olmaq üçün Vətənimizi göz-bəbəyimiz
kimi qoruyaq. Çünki, Vətən hər şeydən ucadır! Bunu hər bir kəs
dərk etməli, zamanını səmərəli işlərə sərf etməli, pis vərdişlərdən
kənar gəzməlidir. Onda yenilməz olarıq!
Aparıcı: Əziz oxucular. Bildiyimiz kimi “Xaş-xaşın göz yaşı” tamaşası Avropa
Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal
iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk
üçlüyə düşüb. Bu AİDS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici
teatr tamaşasıdır. Tamaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı
nümayəndəliyinin sifarişi ilə hazırlanıb. Maarifləndirmə funksiyasını yerinə yetirən
tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, AIDS və bir sıra başqa
qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.Çətin
vəziyyətə düşmüş gənclərə cəmiyyətin yanlış münasibəti, ailə-məişət problemləri,
yeniyetmələrin başa düşülmə və özünü təsdiq ehtiyacının ödənməməsi onları
uçuruma yuvarladan amillər kimi nəzərdən keçrilir. Səhnə əsərində qoyulan
problemlər bir qrup tələbə gəncin timsalında tamaşaçıya çatdırılır. Qarşılaşdıqları
irili-xırdalı çətinliklərə tab gətirməyən gənclər asanlıqla “dərdlər unutduran”
vasitəyə qurşanırlar. Valideynlərin yanlış münasibəti isə buna təkan verir.
Narkomanlığın tarixi çox qədimdir, narkomaniya sərhəd tanımayan beynəlxalq
problemə çevrilir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların
35
mifalogiyasında, insanların ağrı və əzablarının qənimidir.İndi isə gəlin bəşəriyyəti
düşündürən və narahat edən ən ağrılı problemlərdən biri, cəmiyyətin ciddi bəlasına
xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya həsr edilmiş Arzu
Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Xaş-xaşın göz yaşları”
adlı tamaşaya yuxarı sinif şagirdlərinin ifasında tamaşa edək.
Nəticə
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün
Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlətimizin bütün siyasətini dəstəkləyən
aparıcı dövlət təşkilatı kimi kitabxanaların ölkəmizdə milli təhlükəsizliyin təmin
olunmasında narkomanlığın, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsinin qarşısının alınması və belə təzahürlərin aradan qaldırılması
sahəsinda həyata keçirdiyi tədbirlər mühüm yer tutur. F.Köçərli adına Respublika
Uşaq kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi kitabxanada bu vəzifənin həyata
keçirilməsinə kömək məqsədilə “Narkomaniya – Bəşəriyyətin faciəsi” adlı
ədəbiyyat siyahısı hazırlamışdır. Ədəbiyyat siyahısında dövlət sənədləri, kitablar,
bədii ədəbiyyat və dövri mətbuatda dərc olunan məqalələrin annotasiyalı təsvirləri
verilmişdir. Şöbənin hazırladığı bu vəsait narkomanlığa qarşı mübarizəyə həsr
olunmuş tədbirlərdə nümayiş etdirilmiş və oxuculara paylanmışdır. Bundan başqa
şöbədə narkomaniyaya dair nəşr olunan dövlət sərəncamları paket şəklində
toplanaraq qovluqda saxlanılır. Eyni zamanda bu siyahılar kitabxanada və
məktəblərdə keçirilən tədbirlərin hazırlanıb həyata keçirilməsində kitabxanaçılara
kömək etmək məqsədilə bütün Mərkəzi Kitabxana sistemlərinin uşaq şöbələrinə
göndərilir. “Narkomaniya ilə mübarizə” mövzusu həmişə diqqət mərkəzində
olmuşdur. Elmi metodika şöbəsi tərəfindən hazırlanmış “Gəlin, gələcəyimizi
qoruyaq!” adlı metodik vəsaitdə yeniyetmələrin maariflənməsi məqsədilə müxtəlif
tədbir formaları verilmiş, vəsaitin sonunda oxucular arasında keçirilən rəy
sorğusunun sualları diqqətə çatdırılmışdır. Narkomaniya və narkobiznesə qarşı
mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında (Bakı Modern
məktəbi, 23 saylı orta məktəb və Uşaq və Gənclərin Sülh Şəbəkəsi Təşkilatı)
treninq-mühazirələrin və interiaktiv oyunların keçirilməsi yeniyetmələrin
maariflənməsində əsas rol oynamışdır. Xidmət şöbəsinin əməkdaşları kitabxananın
oxu zalında yuxarı sinif şagirdləri ilə Çingiz Abdullayevin “Göy mələklər”,
“Qisasın ölçüsü”, Elxan Elatlının “Görünməyən izlər”, Elxan Xanəlizadənin
“Zəncir”, İsmayıl Qarayevin “ Məni tanıdınmı?” kitablarının icmalını keçirmişdir.
Tədbirdə oxucularda maraq oyatmaq məqsədilə “Zərərli vərdişlər və ondan
törənən fəsadlar”, “Bəşəriyyətin düçar olduğu bəla“, “Narkomaniyanın
genofondumuza gətirdiyi fəsadlar”, “Narkomaniya və acınacaqlı həyat”
36
mövzusunda video çarxlar, elektron nəşrlər, fotolardan da istifadə edilmişdir.
Mühazirədə yuxarı sinif şagirdləri, məktəbin müəllim və valideynləri iştirak
etmişdir. Kütləvi işlər şöbəsi tərəfindən “Narkomaniyaya yox deyək!” adlı çarxlı
slaydlar hazırlanmış, tədbirlərdə nümayiş olunmuşdur. Həmçinin Bakı Uşaq
Teatrının repertuarında qoyulmuş “Həyatla oyun” tamaşasının video lentinə
kitabxanada baxılmış və tamaşa-müzakirə edilmişdir. Tamaşada real həyatdan
götürülmüş hadisələr əks olunub. Narkotik aludəsi olan bir qrup tələbənin faciəli
həyatından bəhs edən tamaşada faciənin əsas səbəbi kimi gənc oğlanların
uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda
maarifləndirilməməsidir. Müzakirədə Bakı Uşaq Teatrının direktoru – bədii rəhbəri
İntiqam Soltan çıxış edərək bildirdi ki, tamaşanın nümayişi gəncləri narkomaniya
haqqında məlumatlandırmaq və eləcə də maarifləndirmək funksiyasını
daşıyır. Gələcəyin valideynləri olan bu gənclərin narkomaniya və onun fəsadları
haqqında maariflənməsi müasir dövrün ən vacib tələblərindəndir.
Ədəbiyyat siyahısı
1.
Abdullayev Ç. Göy mələklər. – B.: Çinar, 2009. – 328 s.
2.
Abdullayev Ç. Qisasın ölçüsü. – B.: Çıraq, 2008. – 320 s.
3.
Elatlı E. Görünməyən izlər : roman. – B.: İdeal-Print, 2010. – 320 s.
4.
Xanəlizadə E. Zəncir : roman. – B.: Apostrof, 2013. – 264 s.
5.
Qarayev İ. Məni tanıdınmı?: roman. – B.: Çinar-Çap, 2003. – 260 s.
DÖVRİ MƏTBUATDA
1.
Abbasov S. Bütün bəşəriyyəti düşündürən ən ciddi problemlərdən biri də
narkomaniyadır / S. Abbasov // İki sahil. - 2014. - 8 noyabr. - № 203. - S.
30.
2.
Abdullayeva F. Narkomaniya tibbi və sosial bəladır // Mədəniyyət. -
2008. - 24 iyul. - S.10.
3.
Abdullayev Y. Narkomaniya əleyhinə mübarizə aparmaq başqa növ
cinayətlərin qarşısını almaq deməkdir // İki sahil. - 2014. - 8 fevral. - №
23. - S. 15.
4.
Abdullayev Z. Narkomaniya dünyəvi problemdir // Respublika. - 2009.
- 7 avqust. - N 172. - S.4.
5.
Abıyev S. Narkomaniyaya qarşı ümumxalq mübarizəsi aparılmalıdır //
İki sahil. - 2013. - 14 sentyabr. - № 168. - S. 23.
6.
Abiyev N.
Narkomaniya - ümumbəşəri problem // İki sahil. - 2014. -
20 dekabr. - № 233. - S. 30.
7.
Abıyev S. Narkotikaya qarşı mübarizəyə sən də qoşul! // İki sahil. - 2014.
37
- 13 sentyabr. - № 166. - S. 29.
8.
Ağayev Y.
Yeniyetmələr siqaret çəkirsə... : Narkomaniyaya yox
deyək // Azərbaycan müəllimi. - 2006. - 23 iyun. - S.5.
9.
Abıoğlu Ə.
Narkomaniyaya qarşı mübarizə gücləndirilir // Palitra. -
2014. - 11 aprel. - № 61. - S. 12.
10.
İkramqızı F. "Ağ ölümə" "YOX" deyək... : narkomaniya // İki sahil. -
2014. - 26 aprel. - № 72. - S. 27.
Redaktor: F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru
Şəhla Qəmbərova
Tərtib edənlər: F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər
üzrə direktor müavini Zahirə Dadaşova, Elmi-metodika
şöbəsinin müdiri Məmmədli Ruhiyyə
Dostları ilə paylaş: |