“Narkomaniyaya yox deyək!” mövzusunda
treninq-mühazirə
keçirildi.
Tədbirdə
kitabxananın
əməkdaşları,
Nəsimi
rayonundakı 42 saylı məktəbin müəllim və
şagirdləri iştirak etdilər. Kitabxanaçılarımız
uşaqlarla
treninq-mühazirə
keçirib,
narkomaniyanın dəhşətli fəsadları, ona qarşı mübarizə tədbirləri haqqında geniş
məlumat verdilər. Tədbir iştirakçılarına bu bəladan törəyən QİÇS xəstəliyi
(Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında geniş məlumat verildi,
narkomaniyaya aludə olmuş yeniyetmələrdən alınan müsahibələri onların diqqətinə
çatdırıldı. Tədbirdə narkomaniyanın fəsadlarını özündə əks etdirən “Narkomaniya
nədir?” adlı çarxlı təqdimat slaydları nümayiş etdirildi. Tədbirdə iştirak edən
Bakı Şəhər Narkoloji Dispanserin həkimi Təriqə Quliyeva şagirdləri maraqlandıran
bütün sualları cavablandırdı. Məktəblilərin narkomaniya ilə bağlı bilgiləri
komandalar şəklində interaktiv oyun əsasında yoxlanıldı, daha yaxşı plakat
hazırlayaraq təqdim edən komanda mükafatlandırıldı. Digər tədbir iştirakçılarına
kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı verildi.2011-ci ildə Yasamal
rayonundakı 60 nömrəli orta məktəbdə “Narkomaniya- Ağ ölüm” mövzusunda
tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru bildirdi ki, son
illərdə dünyada narkotiklərə nəzarət, narkomaniya ilə mübarizə istiqamətində bir
18
sıra ciddi tədbirlər görülür. Ümumbəşəri bir problemə çevrilən narkomaniyanın
fəsadlarından söz açıldı. Qeyd edildi ki, narkomaniyaya qurşananlar təhsilə, işə,
ailəyə, dostlarına maraqlarını itirir və özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə
də insan həyatı zəhərlənir. Buna görə də ümumbəşəri problemin profilaktikası
sahəsində Azərbaycanda da bu cür məqsədyönlü proqramlar həyata
keçirilir.Tədbirdə "Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir
Mehdizadə qeyd etdi ki, ilk öncə ailə tərbiyə ocağıdır. Ona görə də ailədə və
ailədaxili münasibətlərdə sağlam psixopedaqoji mühitin olması çox zəruridir.
Psixoloq Səidə Musayeva və başqaları çıxış edərək narkomaniyaya qarşı aparılan
maarifləndirmə işlərinin əhəmiyyətindən danışdılar.
2012-ci ildə Məlumat biblioqrafiya
şöbəsi
Narkomaniya
ilə
mübarizə
sahəsində maarifləndirmə işi aparmaq
məqsədilə “Sağlam həyat tərzi keçirək”
başlığı altında buklet hazırlamışdır. Bu
bukletdə
Azərbaycan
Respublikasının
“Gənclər siyasəti ” və “Narkoloji xidmət
və nəzarət haqqında ” qanunlarının
maddələri öz əksini tapmış və yeniyetmələr arasında təbliğat işi aparmaq üçün
ədəbiyyat siyahısı verilmişdir. Həmin buklet kitabxanada və kitabxananın məktəb
və məktəbdənkənar tərbiyə müəssisələrində təşkil etdiyi tədbirlərdə uşaqlara
paylanmışdır.
Bundan başqa Məlumat-biblioqrafiya şöbəsi 2 saylı texniki-humanitar liseyində,
164, 152 saylı məktəblərdə yuxarı sinif şagirdləri üçün “Sağlam həyat tərzi
keçirək” başlığı altında sərgi icmallar da təşkil etmişdir. Bu sərgilərdə
kitabxanaçılar hər şeydən əvvəl bu mövzuya aid olan dövlət sənədləri haqqında
yeniyetmələrə məlumat vermiş, narkomaniyanın fəsadları haqqında açıq söhbət
aparmışlar. Sərgidə nümayiş etdirilən İ. Qarayevin “Məni tanıdınmı?”, Ç.
Abdullayevin “Mavi mələklər” və “Qisasın ölçüsü”, E.Elatlının “Görünməyən
izlər”, N. Əfəndiyevanın “Gəlin söhbət edək”, S.Xəyalın “Təbiət, təbabət və
insan: tibbi-bioloji yazılar” kitabları uşaqların diqqətini cəlb etmişdir.
Kitabxanaçılar həmin kitablar haqqında oxuculara geniş məlumat vermişdir. Bu
tədbirlər uşaqların bu mövzuda olan ədəbiyyata marağını artırmış və oxucu
sorğularının çoxalmasına səbəb olmuşdur.
2013-cü il 27 may tarixində 2 saylı filial SOS uşaq kəndində “Gələcəyə sağlam
addımlarla” mövzusunda tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan kitabxananın
filial müdiri Gülarə xanım tədbirə dəvət olunmuş şəxsləri təqdim etdikdən sonra
tədbirin keçirilməsinin məqsədi və mahiyyətindən danışaraq narkomanlığa qarşı
19
kütləvi surətdə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2271 saylı sərəncamı ilə təsdiq edilmiş "Narkotik
vasitələrin, psiхotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və
narkomanlığın yayılmasına qarşı mübarizə üzrə dövlət proqramı"nın əhəmiyyəti
haqqında dinləyiciləri ətraflı məlumatlandırdı. Daha sonra Xətai rayon Gənclər və
İdman İdarəsinin əməkdaşı çıxış edərək narkotik maddələrə aludəçiliyin ən çoх
yeniyetmə və gənclər arasında təsadüf olunduğunu vurğuladı, bunun da ağır
nəticələri ailə münaqişələri, qeyri - normal həyat tərzi, хəstə uşaqların həyata
gəlməsi və s. problemlərlə müşayiət edildiyini söylədi. Çıxışlardan sonra
yeniyetmələr arasında narkomanlığa alüdəçiıiyin ilkin mərhələlərdəcə aradan
qaldırılması yollarının təhlili haqda fikir mübadilələri aparıldı, məsləhət və
tövsiyyələr dinlənildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin
sonunda SOS uşaq kəndinin sakinlərinin çəkdikləri rəsmlərə baxış keçirildi. Sərgi
iştirakçılarına hədiyyələr verildi.
3 iyun 2013-cü ildə kitabxananın oxu zalında “Narkomaniyaya qarşı
mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirildi. Tədbirdə oxucular
arasında rəy sorğusu aparıldı, slaydlara baxıldı, maarifləndirici məlumatlar verildi.
Azərbaycan Uşaq Birliyinin nümayəndəsi Dadaş Əhmədzadə bildirdi ki,
narkomaniya bəşəriyyətin bəlalarından biridir. BMT-nin 1987-ci il Konvensiyasına
daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “
Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya
mübarizə günü ” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin
qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə
metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək
istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq
çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya
üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Müxtəlif adamlar
tərəfindən eyni iynədən venadaxili narkotik maddə qəbul etməyə görə 90 faiz
narkoman QİÇS xəstəliyinə yoluxmuşdur. Son illər Respublikamızda narkotik
vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə
cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatlar da fəallığı
xeyli artırmışdılar. Bununla yanaşı, Azərbaycanda narkomaniyaya qarşı mübarizə
üzrə maarifləndirmə işlərinin səviyyəsi də artırılmalıdır. Narkotiklərdən istifadənin
təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə
narkomaniya “ cavanlaşır ”. Bu istiqamətdə maarifləndirmə nəinki Bakıda, həm də
ölkənin bütün regionlarında aparılmalıdır. Onun sözlərinə görə, narkomaniyaya
qurşanan şəxsləri sonradan müalicə etmək çox çətin olur. Belə ki, narkotik vasitə
qəbul edən şəxslər oğurluğa da meylli olurlar.Tədbirin sonunda orta məktəb
20
şagirdləri ilə tədbir iştirakçıları arasında dialoq aparıldı. Şagirdlər narkomaniyanın
törətdiyi bəlalardan danışdılar və belə halları pislədilər. Həmçinin şagirdlər məişət
zorakılığı ilə bağlı mövzularda tədbir iştirakçılarına suallar ünvanladılar. Anket test
sorğuları müzakirə edildi.
İl ərzində bir sıra məktəblərdə bu mövzuda yazan yazıçılarla oxucuların
görüşləri təşkil olunmuşdur. Bakının Yasamal rayonundakı 53 saylı məktəbin
yuxarı sinif şagirdləri ilə E.Elatlının “Görünməyən izlər” kitabının müzakirəsi
keçirilmişdir.
Həmçinin xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun
vitse-prezidenti, hüquq elmləri doktoru, “Şöhrət” ordenli Çingiz Abdullayevlə
görüş keçirilmişdir. Tədbirdə Ç.Abdullayevin həyatı, yaradıcılığının əsas
istiqamətləri haqqında “Bizim əbədi Dronqo” adlı çarxlı slaydın nümayişi ilə rus
və azərbaycan dillərində məlumat verilmişdir. Görüşdə yazıçının “Göy mələklər”,
“Qisasın ölçüsü” kitablarının müzakirəsi keçirilmişdir. Daha sonra xalq yazıçısı
Çingiz Abdullayev öz yaradıcılığından, yazdığı son kitablarından və onları
yazarkən rastlaşdığı maraqlı hadisələrdən danışdı. Görüş oxucuların sualları ilə
davam etdi. Yeniyetmələrin və digər iştirakçıların suallarını cavablandırarkən
Çingiz Abdullayevin bölüşdüyü xatirələr iştirakçıların böyük marağına səbəb
olmuşdur. Keçirilən bu tədbirlər yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə
olunmağa, əsl vətəndaş kimi formalaşmağa, intellektual səviyyələrini daim
yüksəltməyə, dünyagörüşünü genişləndirməyə bir çağırış oldu. Yeniyetmələrin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlarda elmə, biliklərin əldə
edilməsinə maraq oyadılmasında bu cür tədbirlərin əhəmiyyəti böyükdür.
Hamımıza bəllidir ki, hər bir insanın əhəmiyyəti onun Vətən qarşısında
borcu ilə ölçülür. Vətənin layiqli övladı olmaq üçün daha çox elmi biliklərə
yiyələnmək lazımdır. Hazırda komputer əsrində yaşasaq da, elmi biliklərə
yiyələnmədən mənəviyyatca saf, milli dini dəyərlərə sahib olmaq olmaz. Çünki, bu
biliklər yetişməkdə olan gənc nəslin daha kamil inkişaf etməsi üçün vacib olan
əsas ünsürlərdəndir. Çünki insan öyrənməklə formalaşır, mətinləşir, dərin biliyə
yiyələnir. Bəs kamil vətəndaş necə olmalıdır? Necə yaşamalı, həyatını necə
qurmalıdır?
Yetkinlik yaşına çatmamış, və müstəqil həyata qədəm qoymuş yeniyetmələr daha
çox bu suallarla qarşılaşırlar: Onlara bu sualların həllində kömək edənlər sırasında
isə məktəb və mədəniyyət ocaqlarımızla yanaşı kitabxanalarımızda xüsusi yer
tutur.Yetkinlik yaşına çatmayanların çoxu təhsil almadan əmək fəaliyyətinə
başlayaraq cəmiyyət qarşısında müəyyən vəzifələr daşımağa başlayırlar. Bu
baxımdan hələ öz hüquqlarını dərindən bilmədən, kortəbii şəkildə heç bir
məsuliyyəti dərk etmədən cəmiyyətə atılırlar. Bu da onlarda hələ uşaq yaşlarından
bilməyərəkdən müəyyən hüquq məsuliyyətinə cəlb olunmağına gətirib çıxarır.
21
Yeniyetmələrin çoxu polis, müstəntiq, hüquq, prokurorluq, idarələrinin
funksiyalarını, hüquq və vəzifələrini düzgün başa düşmür. Buna görə də ətraf
aləmdə baş verən hadisələrin çoxuna kortəbii münasibət bəsləyərək nəyin cinayət
olduğunun fərqinə varmırlar.
Böyüməkdə olan gənc nəslin hüquqi baxımdan tərbiyələndirilməsi üçün uşaq
cinayətkarlığı ilə mübarizə:
Yetkinlik yaşına çatmayanların hüquq tərbiyəsində məktəblərin, pedoqoji
müəsisələrin, uşaq təşkilatlarının, kitabxanaların xüsusi rolu vardır. Məhz bu
kollektivlərin həyata keçirdikləri tədbirlər nəticəsində onlarda cəmiyyət hadisələri
haqqında xüsusi təsəvvür yaradılaraq, həyat hadisələrinə düzgün yanaşmaq üçün
onlara zəmin yaradılır. Yaş artıqca yeniyetmələrdə cinayət hüquq normalarını
öyrənməyə maraq da güclənir. Bu psixoloji meyl əsasən VII – IX sinif şagirdləri
üçün səciyyəvidir. Belə ki, azyaşlılar barəsində cinayətetmə, onları cinayətə cəlb
etmə məsuliyyəti ağırlaşdıran hallardır. Yetkinlik yaşına çatmayanları
cinayətkarlığa, alkoqolizmə, narkomaniyaya cəlb etmə, və s. görə də ciddi cəzalar
tətbiq olunur.Millətin gələcəyini müəyyənləşdirən o millətin uşaqları, gəncliyidir.
Dünənin uşaqları bugünün gəncləri, bu günün gəncləri isə sabahın gələcəyidir.
Sabahın idarəçiləri, sabahın ailə başçılarıdır. Ancaq bəzi problemlər var ki, bu
dilindən, irqindən asılı olmayaraq hər bir millətin problemidir. Spirtli içkilərə
aludəçilik, narkomaniya, “Qics” belə problemlərdəndir.
Yetkinlik yaşına çatmamışların cinayətkarlığına qarşı mübarizəni
gücləndirmək, bu sahədə görülən işlərin səmərəliliyini artırmaq məqsədi ilə
Azərbaycan Respublikasının kabineti 6 mart 1995-ci iltarixdə “Azərbaycan
Respublikasında yetkinlik yaşına çatmamışların cinayətkarlığına qarşı mübarizə”
üzrə Respublika Kompleks proqramı haqqında qərar qəbul etmişdir.
Bu qərara əsasən Azərbaycanda ən çox yetkinlik yaşına çatmamış uşaqların
aludə olduğu dövriyyədə olan narkotik vasitələrlə mübarizənin gücləndirilməsi
haqqında tədbirlər gücləndirilməsi nəzərdə tutulmuşdur.
Yetkinlik yaşına çatmayanlarla cinayətkarlığa qarşı mübarizə sahəsində F.
Köçərli adına Respublika Uşaq kitabxanasının rolu böyükdür. Kitabxanada hüquq
təbliğinə dair hər hansı tədbirlərin maraqlı və canlı olmasına xüsusi diqqət yetirilir.
Uşaq və yeniyetmələr arasında hüquqi biliklərin təbliği bu işdə əsas yer tutur. Qeyd
etmək lazımdır ki, respublikamızın ümumtəhsil məktəblərində hüquq elminin bir
fənn kimi öyrənilməsi ilə yanaşı hüquq biliklərinin təbliğini və hüquq tərbiyə işinin
genişləndirmək məqsədi ilə şəhər, rayon, uşaq, və məktəb kitabxana təbliğat işləri
aparmalıdır. Belə ki, hüquq məsələlərinə dair mühazirələr, viktorinalar, söhbətlər,
ədliyyə, məhkəmə, polis, prokurorluq işçiləri ilə görüşlər təşkil edilməli, hüquq
mövzusunda konfranslar keçirilməlidir. Bu mövzuda kitabxanada kinofilmlərə,
22
teatr zallarında uşaqlarla teatr tamaşalarına kütləvi baxış keçirilməsi məsləhətdir.
Məlumdur ki, kitab müzakirələri və oxucu konfransları uşaq kitabxanaları üçün
kitab təbliğində böyük əhəmiyyətə malikdir. Bunlar məktəbli oxucuların
formalaşmasına, əxlaq tərbiyəsinə böyük təsir göstərir. Məhz buna görə də
kitabxanalarda narkomaniyaya qarşı mübarizə mövzusunda, hüquqi mövzuda,
cinayətkarlıqla mübarizə mövzularında bu kimi tədbirlərin keçirilməsinə xüsusi
diqqət yetirilir.
Kitabxanada ekskursiya təşkil edib,oxucuları Arzu Soltanın qələmə aldığı
İntiqam Soltanın səhnələşdirdiyi
“
Xaşxaşın göz yaşı” tamaşasına aparmaqla
Narkomaniya mövzusunda səmərəli təbliğat işi aparmış olarıq. Bildiyimiz kimi
Bakı Uşaq Teatrının repertuarında olan narkomaniya və QİÇS mövzusuna həsr
olunmuş “Xaşxaşın göz yaşı” tamaşası QİÇS-lə mübarizədə ən yaxşı fəaliyyət
kimi Sağlamlıq Hüquqları Klinikasının keçirdiyi müsabiqənin qalibi olub.
Düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi
cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik və yaxud pis tərbiyə, yaşlıların pis
nümunəsi yetkinlik yaşına çatmayanlarda mənfi hislərin yaranmasına səbəb
olur.Yetkinlik yaşına çatmayanların tərbiyəsi cəmiyyətin əsas vəzifələrindəndir.
Müasir dövrdə bu işdə kitabxançı əməyini də qeyd etmək yerinə
düşər.Ümumiyyətlə yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığa qarşı
mübarizə məqsədi ilə keçirilən tədbirlərdə N. Tusinin “Əxlaqi-Nasir” kitabı
əsasında söhbətlərin, oxucu konfranslarının, müzakirələrin keçirilməsi yerinə
düşərdi. Oxucularla kitab müzakirələri zamanı kitabxanaçı əməyi əsas yer tutur.
Bədii ədəbiyyatda sözün kəsərinin nəzərə alınması kitabxana işçisinin işində əsas
meyar olmalıldır. Oxucular arasında “Azərbaycan ədəbiyyatında sərxoşluq
əleyhinə mübarizə motivləri”, “Azərbaycan dedektiv ədəbiyyatı”, Ç. Abdullayevin
Göy mələklər”, E. Elatlının “Görünməyən izlər, X. Əlizadənin “Zəncir”, A.
Əliyevin “Cəhənnəmə gedən yol”, İ. Qarayevin “Məni tanıdınmı” “ Cəmşid
Əmirovun romanları ” və s. əsərlərin müzakirəsini keçirmək məqsədəuyğundur.
Bədii ədəbiyyat ictimai fikrə təsir göstərmək imkanına malikdir.Kitabxanamızın
son illərdə Elmi Metodika və Məlumat biblioqrafiya şöbəsi Narkomaniya ilə
mübarizə sahəsində gəncliyimizin sağlamlığı üçün səmərəli maarifləndirmə işi
aparır. Bu məqsədlə kitabxanamız “Sağlam həyat tərzi keçirək” başlığı altında
buklet hazırlamışdır. Bu bukletdə Azərbaycan
Respublikasının “ Gənclər siyasəti ” və “ Narkoloji xidmət və
nəzarət haqqında ” qanunlarının maddələri öz əksini tapmış
və yeniyetmələr arasında təbliğat işi aparmaq üçün ədəbiyyat
siyahısı verilmişdir. Burada müvafiq narkomaniya ilə bağlı
dövlət tərəfindən qəbul edilmiş sənədlər verilmişdir.
23
Müxtəlif tədbirlərdə əyani vəsait kimi Narkomaniya ilə
bağlı hazırlanmış slaydlar isə tədbiri, mövzunu daha
canlı edir. Bu vəsaitlər kitabxanaçılara narkomaniya ilə
bağlı metodik köməklik etmək məqsədilə kitabxananın
clb.az
saytında yerləşdirilmişdir. Hazırlanmış ədəbiyyat
siyahısında narkomaniya ilə bağlı müvafiq dovlət
sənədləri göstərilmişdir. Bu gün kitabxanamız
narkomaniyaya qarşı mübarizədə mübarizə tədbirlərini
gücləndirməkdədir. Uşaq cinayətinə qarşı mübarizənin
təbliğ edilməsi üçün kitabxanamızda uşaqların hüquqi
biliklərə dərindən yiyələnməsi üçün kitabxanaçılarımızın
gündəlik qəzet və jurnallarda dərc edilmiş qanunlarla oxucuları yaxından tanış
edilməsi böyük əhəmiyyət daşıyır. Məktəbli oxucular arsında isə bu bilikləri bu
sahədə müxtəlif kitab təbliği formaları ilə həyata keçirilir.Narkomaniyaya qarşı
aparılan təbliğat işləri zamanı onları başa salmaq lazımdır ki, hər bir yeniyetmə
bilməlidir ki, əgər narkotik maddə qəbul edirsə, dəhşətli ağrılar tapacaq və bu
bəlada heç zaman qurtara bilməyəcək. Təəsüflə qeyd etmək lazımdır ki, azyaşlılar
və yeniyetmələr arasında bu bəladan daha çox əziyyət çəkir. Və onlar daha sürətlə
yayılır. Oxucularla söhbət zamanı onlara narkomaniyanın gətirdiyi bəlalar şərh
olunmalıdır. Narkomaniya hamı üçün həm narkomanın özü həmdə, ətraf mühit –
ailə, kollektiv cəmiyyət üçün də zərərlidir. Sirr deyil ki, mövcud cinayətlərin çoxu
elə narkomaniyanın təsiri altında törədilir.
Kitabxanalarla yanaşı mətbuat, radio və televiziyalar da, yetkinlik yaşına
çatmayan uşaqlarla cinayətkarlığa qarşı və narkomaniyaya qarşı mübarizədə güclü
təbliğat işləri ilə məşğul olmalıdır. Çünki bu problem elə bir dəhşətli problemdir
ki, ona qarşı mübarizədə bütün vasitələrdən istifadə etməliyik. Xüsusən azyaşlıları
və yetkinlik yaşına çatmayan uşaqlarla mübarizədə bu işi daha da
gücləndirməliyik. Sağlam zəkaya, fiziki qüvvəyə malik olan Azərbaycan xalqı bu
ölkənin yeganə varisidir. Azərbaycan Respublikasının Beynəlxalq aləmə çıxması,
onun nüfuzlu Beynəlxalq məclislərdə təmsil olunması xalqımızda soy kökünə
qayıdış, milli qürur və milli şüurun formalaşmasına, milli ləyaqətin tərbiyə
edilməsinə ciddi zəmin və şərait yaratmışdır. Azərbaycan xalqı, onun ziyalısı,
fəhləsi, kəndlisi, məktəblisi milli kökü, tarixi, ədəbiyyatı haqqında, özünün tarixi
köklərini dərindən dərk etməyə çalışır. Hər bir məktəblidə milli mənlik şüurunun
formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində
tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq
ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan məktəbli özünün,
xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və
24
müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun
mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Məktəbli dərindən-dərinə dərk edir
ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi hər bir şəxs də öz xalqı, öz
milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur
formalaşdıqca məktəblidə milli ləyaqət tərbiyə olunur.
Məktəbli oxucu belə bir həqiqəti dərk edir ki, millət və
xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə
qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir.
Böyüməkdə olan nəslin milli şüurunun və milli
ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin,
tariximizin,
ədəbiyyatımızın
onlara
düzgün
öyrədilməsində kitabxanaçılarımızın, xüsusilə uşaq
kitabxanaçılarının qarşısında mühüm vəzifələr dayanır.
Bu məqsədlə kitabxanaçılar məktəbli oxucuları dərsliklərdən kənara çıxararaq
digər bədii nümunələrlə tanış etməli və onları həmin əsərləri oxuyub nəticə
çıxarmağa istiqamətləndirməlidirlər. Məktəblilərdə milli şüuru formalaşdıran
imkanlar daha geniş və əhatəlidir. Bu imkanlar sırasında müəllim şəxsiyyəti,
dərsliklər, informasiya vasitələri xüsusulə də mənəvi xəzinəmiz olan kitabxanalar
mühüm rol oynayır. Məktəbli oxucuların həyatın fəal mübarizləri kimi pak və
səmimi duyğularla Vətənə, xalqa bağlılıq ruhunda ləyaqətli vətəndaş kimi tərbiyə
edilməsi üçün müəllimlərlə yanaşı kitabxanaçılar da sinifdənxaric tədbirlərdə dərs
prosesini sıx şəkildə əlaqələndirməli və bu əlaqələri bacarıqla hisslərin, duyğuların
əməli tərbiyəsinə yönəltməyə çalışmalıdırlar. Ölkəmizdə bir sıra intellektual
gənclər klubları fəaliyyət göstərməkdədir. Təəssüflər olsun ki, hər bir gənc bu cür
klublara maraq göstərmir. Yaxşı olardı ki, kitabxanalarda da intellektual klublar
təşkil olunsun və vaxtaşırı həmin klubların yarışları təşkil olunsun. Bu kimi
klubların kitabxanalarda da təşkili oxucularımızın intellektual səviyyələrinin
yüksəldilməsinə yardımçı olar. Gənclərin fikir və düşüncələrini öyrənmək üçün
onlar arasında müsahibənin keçirilməsi məqsədə uyğundur. Onu da deyək ki,
müsahibə oxucuları öyrənməyin ən yaxşı üsullarındandır. Müsahibənin ali təhsil və
orta məktəb kitabxanalarına müraciət edən tələbələr arasında keçirmək daha yaxşı
olar.
Müasir dövrdə gənclərimizin əsas problemlərindən biri də ailə problemidir.
Belə ki, ailə qurarkən gənclərimiz düzgün qərar verə bilmədikləri üçün sonradan
müəyyən çətinliklər çəkirlər. Bəzi hallarda bu ailələrin dağılmasına gətirib çıxarır.
Bu kimi halları aradan qaldırmaq üçün gənclər arasında maarifləndirmə işlərinin
aparılması olduqca zəruridir. Bu kimi işlərlə lazimi təşkilatlar məşğul olsalar da,
bir tərbiyyə müəssisəsi kimi kiabxanalara da bu istiqamətdə maarifləndirmə işləri
həyata keçirilmək lazımdır. Kitabxanalarda gənclərimizi fəalyyətdə olan gənclər
25
təşkilatları haqqında məlumatlandırmaq lazımdır. Belə ki, hazırda ölkəmizdə 170
gənclər təşkilatı fəaliyyət göstərməkdədir. Belə təşkilatlardan biri olan “Stimul”
Gənclər Təşkilatı isə uşaq evlərinə getməyi, müstəqil fikirləri yaymağı üstün tutur.
“Sağlam Düşüncə” və “İrəli” adlı Gənclər Təşkilatı da maariflənməyə üstünlük
verir. Bəli biz kitabxanaçılar düşünürük ki, gənclərimiz vaxtlarını səmərəli
keçirərlərsə, pis vərdişlərdən də kənar olarlar.
Yeniyetmələr bir çox hallarda problemini çözmək üçün içki, siqareti çıxış
yolu seçirlər.Bunun qarşısını almaq üçün kitabxanada "Öz həyatını zəhərləmə,
yaşamaq üçün hə de”, “Həyatını məhv etmə”, “Həyatı sev və insan kimi yaşa”,
“Mütaliə edək” kimi şüarların yer aldığı slayd-şou hazırlamaq, narkomaniya
bəlasının yaranması, yayılması və dəhşətli nəticələri əks etdirmək olar.Tədbirə
Bakı Şəhər Narkoloji Dispanserin həkimlərini də dəvət etmək olar. Tədbir zamanı
uşaqlar erkən yaşlarında narkotik aludəçisi olaraq AİDS-ə yoluxan gənclərdən
alınan müsahibələrlə də tanış ola bilərlər. Sonda məktəblilər arasında mövzu ilə
bağlı sual-cavab yarışı keçirmək olar. Yaxşı olar ki, mövzunu daha yaxşı anlayan
və onu ifadə edənlərə kitabxana tərəfindən hədiyyələr təqdim olunsun.
Narkomaniyaya qarşı mübarizə üsullarından biri də, kitabxanalarımızda
gənclərimizin xüsusi maraq və meyillərinin aşkar edilməsini nəzərdə tutan
müəyyən tədbirlər təşkil etməkdir. Həmin tədbirlər aşağıdakı problemləri əhatə
etməlidir:
1. Gənclərin təşəbbüslərinin dəstəklənməsi;
2. Gənclərin asudə vaxtının səmərəli təşkil olunması;
3. Gənclərə vətənpərvəlik hissinin aşılanması;
4. Gənclərin sağlamlığının qorunması məqsədilə onların zərərli vərdişlərdən
uzaqlaşdırılması üçün tədbirlərin görülməsi;
5. Yaradıcı gənclərin üzə çıxardılması;
Müasir dövrdə kitabxanalarda gənclərin bir sıra problemlərinin aradan qaldırılması
üçün müvafiq tədbirlər görülməlidir. Belə ki, bir sıra problemlərlə əlaqədar
kitabxanalarımızda aksiyaların, gənclərlə görüşlərin və müəyyən tədbir planlarının
həyata keçirilməsi məqsədə müvafiq olardı:
1. Müəyyən səbəblərdən gənclərin təhsildən yayınmasının qarşısını almaq
və onlarda təhsilə maraq artırmaq məqsədilə onlarla görüşlərin keçirilməsi.
2. Qaçqın və məcburi köçkün gənclər üçün müasir informasiya kommunikasiya
texnologiyalarına həsr olunmuş təlim proqramının təşkili və internet aksiyalarının
keçirilməsi.
3. Gənclərin sağlamlığının qorunması və onlar arasında AİDS-in törətdiyi fəsadlar
haqqında geniş maarifçilik işi aparmaq.
4. Gənclərimizi ziyanlı vərdişlərdən (narkotik, alkoqol, popiros) yayındırmaq
məqsədilə aksiyaların təşkili.
26
5. Gənclərin mütaliəsinin düzgün istiqamətləndirilməsi məqsədilə kitabxanalarda
xüsusi proqramların təşkil edilməsi, informasiya və məsləhət xidmətinin həyata
keçirilməsi.
Gənclər arasında narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirmək
üçün, kitabxanaçılar onları aşağıdakı müəyyən qruplara ayıraraq öz işlərini
istiqamətləndirə bilərlər. Bu məqsədlə yüksək intellektli və yaradıcılıq qabiliyyətli
gəncləri aşkarlayıb onlarla iş aparmaq olar.Xüsusi qabiliyyətli gənclərin əsas
fərqləndirici xüsusiyyəti ondadır ki, onların düşünmə tərzi heç kimə oxşar
olmayan, qeyri-standart və orijinal olur. Xüsusi qabiliyyətli gənclər, bir qayda
olaraq, güclü yumor hissi ilə də fərqlənir və geniş müşahidə qabiliyyətinə malik
olurlar. Bunu nəzərə alaraq kitabxanaların nəzdində gənclər üçün “Şən və
hazırcavablar” klubu təşkil etmək olar. Gənclərimizin intellektual səviyyələrinin
yüksəldilməsi, onların dünyagörüşünün artırılması əsas məsələlərdən biridir.Əgər
onların intelektual səviyyəsi yüksək olarsa, pis vərdişlərdən kənar gəzərlər.
Gənc oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın
keçirilməsi məqsədə uyğundur. Gənclərin həyatının yaxşılaşdırılmasında mühüm
rolu olan gənclər təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur. Tədbir
zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin öz
ideyaları, gələcək planları barədə çıxışları dinlənilir. Hər bir gənci narahat edən
problemlər dinlənildikdən sonra əlaqədar təşkilat üzvləri tərəfindən onların
suallarına açıqlıq gətirilir.
Oxucularla söhbət
Kitabxanaçı narkomaniyadan bəhs edən sərgi təşkil edir, slayd hazırlayır.
Oxuculara bu haqda məlumat verir. Söhbət zamanı kitabxanaçı “Tibb qəzeti”,
“Ailə həkimi” jurnalındakı məlumatlardan da istifadə edə bilər.
Kitabxanaçı: İnsanlar dost qazanmağa hələ gənc yaşlarından vərdiş etməlidirlər.
Çünki bu yaşda olan gənclərin həyatda düzgün istiqamət seçmələri üçün seçdikləri
dostların rolu böyükdür. Yalnış dost seçimi gəncləri pis vərdişlərə sövq edə bilər.
Kitabxana işçilərinin digər bir borcu da gəncləri ziyanlı vərdişlərdən
uzaqlaşdırmaq, popiros, alkoqol, narkotikin ziyanlarından onları xəbərdar
etməkdir. Demək olar ki, hamı narkotikin necə ziyanlı olduğunu bilir. Buna
baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə?
Çünki insanlar arasında maarifləndirmə aşağı səviyyədədir.
Buna görə də narkotikin insanı və onun həyatını necə məhv
etməsi barədə məlumat çox az insanda var. Bizim məqsədimiz
bu təhlükəni gənclərimizə çatdırmaqdır. Bu məqsədlə kitabxana
işçilərinin məktəblərdə gəncləri bu haqda maarifləndirmələri
vacib şərtlərdəndir. Bu səbəbdən məktəblərdə gənclərlə bu
27
barədə maarifləndirici söhbətlərin aparılması istənilən nəticələri verər. Aşağıda
qeyd etdiyimiz məlumatlardan istifadə edərək gəncləri məlumatlandırmaq olar.
Dostları ilə paylaş: |