Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,14 Mb.
səhifə39/76
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#2435
1   ...   35   36   37   38   39   40   41   42   ...   76
I tərcümə:

Qadir və yeganə olan tanrı hamıdan üstündür.

Ona çoxlu şükürlər olsun.

O ululuq yiyəsidir, qadir və cəlallıdır.

Yaradan, törədən, qüdrətli və kamildir [3.5].

II tərcümə:

Hamıdan hər kəsdən üstündür Xuda

Tək ona yaraşır dua-səna da

Böyüklük sahibi zülcəlal odur.

Yaradan, törədən pürkəmal odur [4.14].

Tərcümələrdən göründüyü kimi tərcüməçilərin fərqli yanaşma tərzi iki müxtəlif əsəri oxucuya təqdim edir. Lakin şairin orijinalın dilinə sadiq qalaraq əsərin axıcılığını tərcüməyə daşıması oxucuya orijinaldakı hiss və duyğuların, nəsihətamiz fikirlərin aşılanmasına səbəb olur. Eyni zamanda axıcı dil tərcümənin oxunaqlığına əsas yaradır. Ümumiyyətlə, tərcüməçi tərcüməyə başlamazdan əvvəl müəllifin nəyi nə tərzdə dediyini, nəyi nəzərdə tutduğunu aydınlaşdırmalıdır.



Hər bir tərcümə prosesində dillərarası transformasiyada üç faza gerçəkləşir: orijinalın anlaşılması, onun interpretasiyası və yenidən ifadəsi. Özü-özlüyündə tərcümə bir dilin məzmununu digər dilin məzmununa nəql edir, lakin bununla yanaşı bu dillərin hər biri ayrı-ayrılıqda özünəməxsus şəkildə aralıq dünyanı özündə ehtiva edir və bunun nəticəsində insanın real həyatı anlamasına və ünsiyyətinə şərait yarada bilir. İ.Levıy yazır: “Tərcümənin məqsədi yeni əsər yaratmaq deyil, orijinal mətni dərk etmək, qoruyub saxlamaq və ifadə etməkdən ibarətdir: tərcümə prosesində bir dil materialı digər dil materialı ilə əvəz edilmir, deməli, bütün bədii əsəri tərcüməçi özü yaradır və beləliklə, tərcümə həqiqi orijinal yaradıcılıqdır”[5.90]. Yəni tərcümə əsərin bir dildəki fotosurəti deyil, bədii-elmi yaradıcılığın təzahürü olmalıdır. Tərcümə mətninin orijinallığına sadiq qalaraq mənaların adekvatlığına, müəllifin bu adekvatlıqlara münasibəti əsasında tərcüməçi müəyyən nəticələr əldə etməkdə yol göstərə bilər. Tərcümənin orijinala yaxınlığının təmin etməli, bu yolla həm müəllifin fikirlərini oxucuya çatdırmalı, həm də tərcümə dilinin zənginliyindən istifadə edərək oxucuya öz dilini mükəmməl şəkildə təqdim etməlidir. Eləcə də dildə mövcud özünəməxsusluğun meydana çıxarılması bacarığı tərcüməçinin bilik və məharətindən asılıdır. Daha doğrusu tərcüməçi, yazıçı, şair, alim və s. insanların düşüncəsinə hakim birisi kimi hər bir orijinal əsəri fərdi yaradıcılıq xüsusiyyətləri ilə zənginləşdirərək təqdim etməyi bacarmalıdır. A.Kurella yazır: “Tərcüməçinin öz dilinin zənginləşdiril­mə­sinin imkanlarından istifadə etməyə nəinki hüququ var, hətta o, bu haqda düşünməyə borcludur” [6.124]. Tərcüməçi eyni zamanda dilin qrammatik, leksik və sintaktik normalarına riayət etməli, dilə orijinaldan dilin quruluşunu pozmayan leksik və sintaktik konstruksiyaları gətirməlidir. Ümumiyyətlə, tərcüməçi dil materialından mümkün qədər səmərəli istifadə etməli, dildə lazımsız improvizələrə yer verməməlidir. Purizm, yersiz alınmalardan istifadə yad dilin cümlə strukturlarını dilə gətirmə kimi dilə xələl gətirəcək meyillərə yönəlməməlidir. Məsələn, oxucu “Asiyadeh içəri keçib kitab tərəyinə doğru yeridi” dedikdə “tərəy”, “Dükan görüklərində yarğı mişarları, diş həkimi alətləri və ümumi patalogiyaya aid dərsliklər vardı.” cümləsində görürük, “Asiyadeh torpaq iyi verən qonur yumrulara qarışmış qırmızı kürəcikləri gördü və ləzzətdən, coşqunluqdan, izaha gəlməyən surluluq duyğusundan əllərini bir-birinə vurdu.” cümləsində surluluq sözü, “Hassa avtobusların, qaçayaqçıların və taksi sürücülərinin arasında qıvrıla- qıvrıla irəliləyirdi” cümləsində qaçayaq oxucu üçün yaddır [7]. “Rəf, şkaf” sözlərinin yerinə “tərəy”, vitrin yerinə “görük”, “xoşbəxtlik” yerinə “şurluluq”, “velosiped” yerinə “qaçayaq” işlənməsi dildə uydurmaçılıqdır. Tərcüməçi hər bir dilin təbiətindən irəli gələn cəhətləri incəlikləri ilə öyrənib tərcümənin mümkünsüzlüyü faktını ortadan qaldırmalıdır. Dillərin semantikası, qrammatikası və digər dil səviyyələrindəki müxtəlif­likləri sinxronlaşdırmalı olan tərcüməçi ilk növbədə əsəri necə tərcümə etməli, “hərfi” tərcüməyə nə dərəcədə riayət etməli, transfor­ma­siya və ya uyğunlaşdırma problemlərini necə həll etməli kimi məsələləri aydın­laşdırmalıdır. Belə ki, hərfi tərcüməyə həddən artıq meyillilik yad dilin strukturunu dilə gətirir. Məsələn: “Bəs indi nə olmuş ki, barmaqları daş olmuş, düşüncəsi buz bağlamışdı”(s.56); “Sədaqətliliyinizə minnət­da­ram.”(s.56); “Bu sətirlərə gülsəniz düzgün deyildir?” (s.57); O, İsmət Paşanın sədrliyi ilə bir heyətin sülh görüşmələrinə qatılmasını və idarə etməsi­ni uyğun bilirdi.”(s.73)[8], “Hassanın və dostlarının timsalında bütün Batıstanın Doğustana münasibəti mənfidir”[7]. Verilən nümu­nə­lər­də bəs indi nə olmuş ki, konstruksiyalı cümlə əsərin orijinal dilinə mən­sub xüsusiyyəti saxlamışdır. Əslində bu cümlə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olaraq “Bəs indi nə oldu ki,....” şəklində yazıl­ma­lı­dır. “Sədaqətliliyiniz, sıxışdırırsan, uyğun bilirdi” kimi söz və ifadələr verilən məqam və mənalarda Azərbaycan dilinə yaddır. Birinci cümlə “Sadiqliyinizə (və ya sədaqətinizə) görə minnətdaram.”, ikinci cümlə “Anacığım, bir tərəfdən məni məcbur edirsən (danlayırsan) ki, evlən, bir tərəfdən də deyirsən ki, “Fikriyə olmaz, mən o qadını oğluma almaram.”, üçüncü cümlə “O İsmət paşanın...idarə etməsini münasib bilirdi.”, dördüncü cümlə “Hassanın və dostlarının timsalında bütün Qərbin Şərqə münasibəti mənfidir” şəklində Azərbaycan dilinin leksik və qram­matik normasına uyğun olur. Ümumiyyətlə, tərcümə zamanı nəzərə almaq lazımdır ki, bu və ya digər dildə hər hansı bir qrammatik kateqoriyanın, morfoloji əlamətin olub-olmaması həmin dildə fikrin ifadəsinə ciddi maneələr yarada bilmir. Yəni, fikrin ifadəsi hər bir dilin öz qrammatik quruluşunun, strukturunun imkanları müqabilində realizə edilir. Eləcə də məntiqi formaların ümumbəşəri xarakteri, həmçinin dili bütövlükdə xarakterizə edən semantik ümumiliklər tərcümənin həyata keçirilməsini mümkün edən mühüm amillərdir. Bundan başqa, dillər arasında mövcud semantik uyğunsuzluq kommunikasiyaya, tərcüməyə maneə yaratmır. Əksinə, sonsuz dərəcədə canlı, çevik, müxtəlif xüsusiyyətlərə malik nitq, dil sisteminin vasitələrindən istifadə edərək hər cür kommunikativ prosesləri həyata keçirmək imkanına malikdir.

Tərcümə mətnini xarakterizə edən əsas xüsusiyyətlərdən biri də dünyagörüşün, etiqadın, maraqların, zövqlərin, stereotiplərin və s. ifadə edil­məsidir. Burada ümumbəşəri, etnik, sosial, fərdi elementlər çarpaz­laş­ma­sı müşahidə olunur. Çünki, hər bir dildəki milli spesifiklik hər bir məfhumun əsasını təşkil edir. Söz hər bir şəkildə müəyyən mədəni kontekstə aid olmaqla bərabər, həmin kontekst əsasında formalaşır və fəaliyyət göstərir. Mədəni kontekstdən kənarda söz öz spesifikliyini itirir. Məhz milli spesifiklik (xalq ruhu) məfhumları formalaşdırır. Bu “hazır” faktorlar hadisələrin əlamətlərini daşımaqla bərabər, onların emosional çalarlarını da ifadə edir. Təbii ki, bunlar tərcümədə də öz əksini tapır. Bu za­man orijinal mətnin təmsil etdiyi xalq və onun dilinə aid spesifik əla­mət­lər qorunmaqla bərabər oxucuya şərh edilməlidir.

Beləliklə, görünən dil faktları bir daha sübut edir ki, tərcüməçi tərcümə prosesində ya əsərin öz dilinin orijinallığını qorumalı, ya da, əksinə, tərcümə etdiyi dilin ənənələrinə sadiq qalmalıdır.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin