Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,14 Mb.
səhifə43/76
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#2435
1   ...   39   40   41   42   43   44   45   46   ...   76
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Türk dilləri şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru M.Mirzəliyeva

filologiya elmləri doktoru,professor S.Mehdiyeva


Elnurə Abbasova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

DİLİN YARANMASI HAQQINDA

BƏZİ MÜLAHİZƏLƏR
Açar sözlər: mənşə, linqvistik təkamül, analogist, anamolist, ilahi, ruh.

Key words: origin, linguistic development, analogist, anamolist, divine, spirit.

Ключевые слова: происхождение, лингвистическое развитие, аналогист, анамолист, божественный, дух.
Dilin yaranmasına dair tədqiqatların tarixi çox qədim zamanlara gedib çı­xır. Məş­hur yunan filosofu Platon dilin meydana gəlməsinə dair müxtəlif araş­­­dır­malar aparmış və insanın qədim zamanlarda dili necə kəşf etməsini öy­­­rən­məyə çalışmışdır. Platon “Dil, bir kəsin doğuşdan qazan­dı­ğı fitri bacarıqdır­” deyənlərdən biri olmuşdur.

Bütün dinlər və mifologiyalarda dilin mənşəyi haqqında müxtəlif məlumatlar vardır. Bu haqda müxtəlif elmi əsərlər qələmə alınmışdır. Hətta bu çətin suala “ən yaxşı cavab” (best answer) üçün mükafatlar da təqdim edilmişdir. Lakin bütün səylərə baxmayaraq di­lin yaranması haqqında suallar hələ də dəqiq cavabını tapmamışdır. Danimarkalı dil­çi Otto Yespersen yazır: “Dilçilik elmi linqvistik təkamülün başlanğıcı haqqında su­al etməkdən heç vaxt imtina edə bilməz”. (1, s. 27).

Aristotel öz müəlliminin (Pla­to­nun-E.A.) fikirlərinin əksini iddia edərək deyirdi­ ki­, dil bəşər cə­miy­yətində müəyyən insan qrupları ara­sın­da razılaşmadan ibarət xüsusi bir sistemdir. İki böyük fi­lo­sof ara­­sın­dakı bu ixtilafın əsasında onların şagirdlərinin dilin qaydalara ta­be olub-olmaması ilə bağlı fikirləri dayanırdı. Sonralar Platon və Aristotel ara­sındakı bu ix­ti­laf bir-birinə zidd olan iki dilçilik məktəbinin meydana gəl­mə­sinə zəmin yaratmışdır. Bununla da “analogistlər” (القياسيون) və “anomalistlər” (الشذوذيون) adlı böyük dilçilik mək­təb­i mey­­dana gəlir.

“Analogistlər” mək­tə­bi­nə eramızdan əvvəl III-II əsrlərdə İskən­də­riy­yə şə­hə­rində yaşamış Aristarx, “ano­ma­list­lər” məktəbinə isə Kratis rəhbərlik etdirdi. Analogistlər dili, əsas eti­ba­rilə, qiyasi (qaydalara sığan-E.A.) və ya məntiqi hesab edir­­dilər. Ano­­ma­list­lər isə dili bəşəri fitrət (فترة إنسانية) qismində təqdim edərək dü­şü­nür­dülər ki, dili stan­­dart qay­dalara sığdırmaq qeyri-mümkündür. Ano­­malistlər Pla­to­nun, ana­lo­gistlər isə Aristotelin fikirlərinə tabe idilər.

Qi­ya­si­lərə (analo­gist­lə­rə)­ görə dil şərtilik (إصطلاح) və sistemdən (نظام) iba­rət­dir­. Bə­­şər cəmiyyəti ümumi qay­daları ehtiva edən­ bu şər­tilik və sistemdən da­nışıq vasitəsi kimi is­ti­fadə edir. İrəli sürülən fikirlərə əsasən belə demək olar ki, dilin mey­da­na gəlməsinin standart qay­da­lar­la əla­­­qəsi vardır. Bir çox yu­nan dilçilərinin tədqiqatlarında bu fikirlərin səs­lən­­di­yinin şahidi oluruq (2, s. 36-37).

Dili, gerçəkliyin möcüzəli sirri kimi anlamağımıza baxmayaraq, Ernest Kasyer (Ernest Cassier) dilin əmələ gəlməsinin əsasında mifin dayandığını iddia edir. Dilin bu mistik mənşəyi bəşər dilinin deskriptiv funksiyası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dilçi alim Popper dildə olan bəşəri ünsürləri aydın bir üslubla izah etmişdir. Kasyerin bu fərziyyələri Jan Pyajenin (Jean Piaget) bəzi tədqiqatlarında öz əksini tapmışdır. O bu araşdırmasını uşağın intellektual inkişafında dil vərdişlə­ri­­nin qazanılması üzərində qurmuşdur. O kəşf etmişdir ki, dilin erkən inkişafı simvolik olaraq oyuncaq vasitəsilə real obyekt kimi təqdim olunan oyunla (play) sıx şəkildə bağlıdır. Pyaje habelə yeddi yaşa qədər uşaqların intuitiv düşüncə və danışığında “mifik” və “animistik” elementlərin olduğunu bəyan etmişdir. O, obyektiv aləmin dərk olunmasında bu fenomenlərin funksiyasını xüsusi olaraq vurğulayır. Bütün bu məsələlərlə əlaqədar olaraq Pyaje təkcə Kasyerə istinad etmirdi. O, dilin dini mənşəyi haqqında nəzəriyyə kimi hər hansı bir ideyanı inkişaf etdirmək niyyətində deyildi. Onun nəzərində uşaq dünyaya gəldiyi gündən subyekt sayılır və insan təfəkkürü doğuşdan mövcuddur. Bütün təcrübələr məhz həmin subyektin fəaliyyətləri kimi izah olunmalıdır (3, s.155).

Platon kimi Heraklit də öz araş­dırmalarına əsasən iddia edir ki, dil in­sanlara doğuşdan verilən ilahi vergidir, yəni insana da­nışıq və əşyaların adları öy­rə­dil­miş­dir.­ Eramızdan əvvəl V əsrdə yaşamış Demokrit di­lin­ şərtilik və sistemləşmə ilə bağlı ol­du­ğunu iddia edir. Göründüyü kimi, bu mövzu qə­dim fəlsəfi anlayışda hər iki tərəfin mü­ba­hisə obyektinə çevrilmişdir. Belə ki, bir tərəf “il­ham” (إلهام), digər tərəf isə “şərtilik” (إصطلاح) deyə iddialar irəli sür­müşlər (2, s. 36).

Dilin İlahi vəhy olması anlayışı, əsasən, Adəmin heyvanlara ad verməsi və Babil qül­ləsi haq­qında Bibliya mülahizələrinə əsaslanır. Bu fikir bu günə qədər aparıcı ila­hiy­­yat­çı­lar tərəfindən də qəbul edilməkdədir.

Dilin yaranması haqqındakı iddialarını əsaslandırmaq üçün filosof və dilçilər za­man­-zaman dini kitablara da üz tutmuşlar. Uca Allahın vəhy yolu ilə Hz. Musaya nazil etdiyi Tövratda dillərin yaranmasına dair işarələr mövcuddur. Bu müqəddəs kitabda Nuh (ə.s) tufanından əvvəl Yer üzündə yalnız bircə dil olduğuna işarə edilmişdir: “Bütün dün­yada bir dil və bir danışıq var idi. İnsanlar şərqdən kö­çüb gəldikləri za­man Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən sal­dı­lar­. Sonra bir-birilərinə dedilər: “Gəlin, kərpic düzəldək və onu yaxşı bi­şirək”. Onlar daş əvə­zinə kərpic və palçıq əvəzinə qatran götürdülər. Yenə dedilər: “Gəlin, özümüzə bir şə­hər və başı göylərə çatan bir qüllə ti­kib ad çıxaraq, daha bütün yer üzünə ya­yıl­ma­yaq”­... Rəbb dedi: “Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq”... Rəbb on­­ları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı. Buna görə də o ye­­rin adına Babil (ibr. qarışdırmaq) dedilər, çünki orada Rəbb bütün dünyadakı adam­­­la­rın­ dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.” (Yaradılış 11/1-9)

Dilçilərin və müsəlman mütəfəkkirlərin dillərin yaranması haqqında öz fikir və mülahizələri vardır. Bu nəzəriyyələr islami yanaşma çər­çi­və­sin­dən kənara çıxmamışdır. Bu haq­da mövcud olan islami rəvayətlərə xüsusi məntiqi ya­naş­ma tər­zi ortaya qo­yul­­muşdur. Onların baxışına görə, dil üç istiqamətdə inkişaf etmişdir:

a) Vəhy (التوقيف). Allah tərəfindən gələn vəhy, ilham, təb deməkdir. Bir çox mütəfəkkir və dilçilər dilin insanlara Allah tərfindən ilham yolu ilə öyrədildiyi fikrinin arxasınca getmişdir. Onlardan Əbu-l-Həsən əl-Əşəri (ö.hicri 330), Əbul Hüseyn Əhməd İbn Əl Farisi, Əbu Əli Əl Cubbəi (ö.hicri 303), Əbu ibn İsa Ər-Rəhmani (ö.hicri 384) və digərlərinin adlarını qeyd etmək olar.

b) Ənənəvi dəlillər (الأدلة النقلية). Vəhyi iddia edənlər əsası Quran və hədislərdən təşkil olunmuş islami mətn­lərdən ibarət ənənəvi dəlillərlə öz fikirlərini sübuta yetirirlər. Əbu-l-Hü­seyn­ Əhməd ibn Farisi dəlil olaraq Qurani-Kərimin Bəqərə surəsindəki “وعلّم آدم الأسماء كلّها”- “Adəmə bütün şeylərin adlarını öyrətdi” (əl-Bəqərə, 2/31) ayəsinə və digər islami mətnlərə üz tutaraq iddialarının doğruluğunu sübuta yetirmişlər. Və o, həmçinin başqalarının fikirlərindən təsirlənərək qeyd edir: “علّمه أسماء ذرّيّته أجمعين”-“Ona bütün nəsillərin (növlərin) adlarını öyrətdi”.

Abdullah ibn Abbasdan rəvayət olunur ki, insana öyrədilənlər heyvan, tor­paq, dağ, dü­zənlik, dəvə, uzunqulaq və s. kimi adlardan ibarət olmuşdur. Onun ən böyük şa­gird­lə­rin­dən olan Mücahid ibn Cabbar Əl-Məkki (مجاهد بن جبار المكي) də öz müəlliminin yolunu ge­dərək “علمه اسمَ كل شيء” ifadəsinin “Allah Adəmə hər şeyin adını öy­rətdi” mənasına gəldiyini qeyd edir.

c) Bu nöqteyi-nəzər ətrafında diskussiyalar (مناقشة هذه الوجهة). Bəzi dilçi və mütə­fək­kir­lər­ “dil insanlara Allah tərəfindən ilham yolu ilə öyrədilmişdir” iddiasını irəli sürənlərin də­lilləri ətrafında müzakirə və mübahisələr aparmışlar. Belə ki, onlar da analogistlərin yo­lu­nu izləyərək ano­­malistlərə qarşı əks fikir irəli sürmüşlər (2, s.38-41).

Hensley Vecvud dilin mənşəyi haqqında maraqlı araşdırmalara imza atmış görkəmli alimlərdəndir. O, dillərin müxtəlif olmasının səbəbini izah etmək üçün quşlar üzərində müqayisələr apararaq yazırdı: “İnsanın öz ana dilində danışmağı quşların oxumağı kimi deyil. Əgər belə olsaydı, onda bütün bəşər övladının dili eyni olardı. Necə ki, eyni növ quşların səsi, cəh-cəhi – bir-bi­rindən uzaq ölkələrdə olsalar belə – eynidir. Məsələn, Almaniya, yaxud İtaliyadakı to­rağayın nəğməsi ilə İngiltərə səmalarında cəh-cəh vuran torağayın nəğməsi fərqlənmir. An­caq insan minlərlə müxtəlif ləhcələrdə danışır. Və onun bu ləhcələrdən istifadə et­mə­ qabiliyyəti böyüdüyü mühitdən asılı olaraq lap uşaqlıq çağlarından formalaşır. Əslində, dil öz re­al­ vəziyyətində nəsillərdən-nəsillərə ötürülən bir sənətdir. Dilin təbiətdən qa­y­naq­lan­ma­sı haqqındakı fərziyyələrə ilk etiraz edənlər Müasir Alman Filosoflar Məktəbinin nü­ma­yən­dələri olmuşdur. Belə ki, onlar öz nəzəriyyələrinə əsasən insanın lal vəziyyətdə var olmasını qeyri-mümkün saymışlar”. Sonra müəllif bunun ardınca Humboldta müraciət edir: “İnsan yalnız nitqi ilə insandır. Və ni­tqi kəşf etmək üçün o, artıq insan olmalıdır.”

Epiqramı sitat gətirən Maks Müller oradakı ifadə fikirləri qəbul edir. O deyir: “İlk insanın tədricən mutizm vəziyyətindən çıxması və beynində yaranan hər yeni an­la­yış­ üçün bir yeni söz icad etməsini təsəvvür edən filosoflar unudurlar ki, insan öz gücü ilə yalnız insana məxsus olan və lal ya­ra­dı­lış­la­ əldə oluna bilməyən nitq qabiliyyətinə ma­lik olmağa qabil deyildir.” Onların (filosofların-E.A.) bu mövzuda çətinliyə düş­mə­si­nin səbəbi nitq qabiliyyəti dil bilgisi anlayışları arasındakı incə fərqi ayırd edə bil­mə­mə­ləridir. (5, s.1-4).

Panenberq dilin deskriptiv funksiyası ilə əlaqədar təfəkkürün mənşəyi kimi ilahi ruhun Bibliya konsepsiyasını xüsusilə maraqlı hesab edir. Müəllif belə bir sualla çıxış edir: “How does one explain the fact that human mind and language are fit to grasp the reality of things as they really are?” (İnsan zəkasının və dilin, predmeti reallıqda olduğu kimi qavraması üçün əlverişliliyi faktını kim şərh edə bilər?). Ruh və ağlın Bibliya konsepsiyası əsasında iddia etmək olar ki, insan zəkasının bölüşdüyü eyni ruh bizdən xaric varlıqlarda “həyat”ın mənşəyi hesab oluna bilər. Belə bir şey yaradılış tarixində sirli mülahizənin əsasını təşkil edə bilər. Bu mülahizə Bibliyaya dayanır: “...İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı” (Yaradılış, 2/19). Deməli, ilahi ruhda payı olan insan şeylərin təbiətini qavramağa qabildir. Ruhani funksiyalar konsepsiyası (ruh) sözün geniş mənasında həyatın mənbəyi olduğu kimi, zəkanın (ağlın) da mənbəyidir. Bu isə bütün mövcud reallığın qavranılmasına xidmət edir (3, s. 156).

Dilin səs təqlidi yolu ilə yaranması iddiaları, zənnimizcə, onun ilahi mahiyyətini inkar etmir. Bu mənada linqvistik ideyaların tarixinə dair tədqiqatlara, müqəddəs mətnlərdən hasil olan elmi təsəvvürlərə və faktlara istinad edərək dilin Allah tərəfindən insana ilham yolu ilə öyrədilməsi fikri üzərində dayanmağı məqsədəuyğun hesab edirik.




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin