Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,14 Mb.
səhifə48/76
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#2435
1   ...   44   45   46   47   48   49   50   51   ...   76
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu

Rəyçilər: filologiya elmləri doktoru,professor Q.Kazımov

filologiya elmləri doktoru İ.Cəfərsoy

Gülnar Bəşirova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

e-mail: Bashirova.gulnar@mail.ru
DƏNİZÇİLİK LEKSİKASI ƏSASINDA YARANAN

FRAZEOLOJİ VAHİDLƏR

(İngilis və Azərbaycan dillərinin materialları əsasında)
Açar sözlər: sırf dənizçilik sahəsi, məcazi xarakter daşıyan dənizçiliyə dair frazeologizmlər, frazeoloji səciyyəli dənizçilik terminləri, “dəniz” konsepti, “yelkən” konsepti.

Ключевые слова: чисто морская сфера, фразеологичность переносного характера относящиеся к мореходству, морские термины фразеологического характера, морская концепция, парусная концепция.

Key words: pure marine sphere, phraseologisms of fiqurative meaning belonging to naviqation, maritime terms of phraseological character, marine conception, sail conception.
Frazeoloji vahidlər dildə ayrı-ayrı leksik-terminoloji vahidlər əsasında əmələ gəlir. Sözlər, terminlər adilikdən, nominativ mənaların­dan uzaqlaşır, dilin mümkün obrazlı, ifadəli, ekspressiv, intensiv ifadələrindən istifadə edilir, leksik səviyyəyə məcazilik, çoxmənalılıq, omonimlik, sinonimlik və antonimlik və s. poetik keyfiyyətlər “müdaxilə edir”.

Məsələn, xalq şairi Zəlimxan Yaqub bir şeirində «dəniz» terminini “ömür” sözü ilə əlaqələndirərək orijinal bir frazeologizmi yaratmışdır. Demək, bu deyim dənizçilik termini olan “dəniz” sözünün vasitəsilə formalaşmışdır:

Yağış yağsa barlı bağda xeyri var,

Tər çiçəyə, yaşıl tağa xeyri var.

Nə zəmiyə, nə torpağa xeyri var

Dəniz ömrü yaşamasan yaxşıdı (Zəlimxan Yaqub. Bir əli torpaqda bir əli haqda. Bakı, 1997: 164)

Digər şairlər də «dəniz» konseptindən frazeoloji məqamlarda ifadəliliyi, təsirliliyi qüvvətləndirmək üçün istifadə etmişlər:



Yalan dənizində üzən kəslərin

Yalnız rəzalətdir qiblənüməsi (B.Vahabzadə)

Ey inci, üzə çıx söz dənizindən.

Sultanın tacında get elə məskən (Nüsrət Kəsəmənli)

N.Kəsəmənli şeirlərində “xatirə dənizi”, Z.Yaqub “qüdrət dənizi”, V.Səmədoğlu “ayrılıq dənizi”, Y.Nəğməkar “qara ölüm dənizi”, “dəniz çiyni” kimi deyimləri işlədirlər, bu ifadələrdə insanı əhatə edən obyektiv gerçəkliklər və bunlar arasındakı əlaqələr inikas olunur.

Və yaxud “vulkan” dənizçilik termininin yaratdığı frazeolo­giz­mə diqqət yetirək:

Gəmilər fit verir...qara buluddan

Göylər bu matəmə bayraq endirir.

Bu səs qəlbimizdə alışan oddan


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin