likasınm ali dövlət orqanı - Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Aparatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Aparatı (2-ci kateqoriya dövlət orqanları).
■
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və
ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən
edilən dövlət orqanları - Azərbaycan Respublikasının insan hüquqları
üzrə müvəkkilinin (ombudsmanm) Aparatı, Azərbaycan Respublikası
Apellyasiya Məhkəməsinin aparatları, Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin Aparatı, Naxçıvan Muxtar Respublikası Ali
Məhkəməsinin Aparatı (3-cü kateqoriya dövlət orqanları);
■
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına
əsasən, qanunla müəyyən edilən dövlət orqanları - Azərbaycan
Respublikası Mərkəzi Seçki Komitəsinin Aparatı; Azərbaycan
Respublikası Hesablama Palatasının Aparatı, Naxçıvan Muxtar
Respublikasının İqtisad Məhkəməsinin Aparatı, Ağır Cinayətlərə Dair
İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Aparatı, Ağır
Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi
Məhkəməsinin Aparatı; Beynəlxalq müqavilələrdən irəli gələn
mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin
Aparatı (4-cü kateqoriya dövlət orqanları);
■
əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının
113-cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən
edilən dövlət orqanları - yerli icra hakimiyyəti orqanlarının aparatları,
mərkəzi icra hakimiyyəti orqanlannin ikili tabelikdə
olan yerli bölmələri;
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
qanunla müəyyən edilən yerli dövlət orqanları - rayon (şəhər)
məhkəmələrinin, hərbi məhkəmələrini və yerli iqtisad məhkəmələrinin
aparatları (5-ci kateqoriya dövlət orqanları).
Dostları ilə paylaş: