Baş Şuranın səlahiyyətlərinə departamentin həyatına dair görülən
işlər, bağlanan müqavilələr və qəbul edilmiş hüquqi qərarlar aiddir. Baş
Şura həmçinin dövlət təsisatlarından istifadə edərək, pul vəsaitinin
departament sahəsində bölüşdürülməsi ilə əlaqədar olaraq qərarlar qəbul
edə bilər.
1951-ci ildə dövlət xüsusi məktəblərinin şagirdləri üçün təhsil
fondları yaradılmasını nəzərdə tutan Barrapye qanunu qəbul edildi.
Nəhayət, Baş Şura çoxsaylı kommunalara dair məsələlərin həll
edilməsi üçün rəy verir və öz fikrini bildirir. Beləliklə, Baş Şura
kommunalarm fəaliyyətinə kollegial surətdə himayədarlıq edir və onların
fəaliyyətinə göz qoyur.
Departamentlərin fəaliyyətinə Baş Şura özü rəhbərlik edir. O, 2
mart, 1982-ci il qanunundan sonra icra hakimiyyətini təmsil etməyə
başladı.
Dostları ilə paylaş: