§ 3. Xüsusi Periferiya xidmətləri ilə respublika komissarları arasında
yaranan münasibətlər
Periferiya xidmətləri öz nazirliyinin və mərkəzi idarəetmə
aparatının nəzdində qalırlar, lakin onlar həm də departament rəhbərinə,
Respublika komissarlarına tabedirlər.
1852, 1926, 1953 və 1964-cü illərdə dekonseptrasiya aktları qəbul
edilmişdir. Bu aktlar prefektin təcrübədə etinasızlığa məruz qalan rolu
barədə verilən sənədlərdir.
1982-ci il islahatının əhəmiyyətini başa düşmək üçün ən əvvəl
1964-cü il tarixli dekretlə yaradılmış olan sistemi xatırlatmaq yerinə
düşərdi; həmin dekretə əsasən prefektin hakim rolu ondan ibarət idi ki,
Prefekt departamentdə dövlət hakimiyyətinin daşıyıcısıdır. Bu məqsədlə
o, qanunların və hökumət qərarlarının icrasına göz qoyan, Prefekt nazirini
təmsil edən dövlət nümayəndəsidir. O, nazirlərin gös- rərişlərinə əsasən,
dövlətin mülki administrasiyası departament xidmətlərinin fəaliyyətini
stimullaşdırır və əlaqələndirir, xidmətlərin həyata keçirilməsi üçün
məmurların fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir.
Prefekt departamentdə bütün məmurların və dövlət xidmətçilə
43
rinin rəhbəridir. Yuxanda qeyd olunanlardan görünüt" ki, Prefektin
səlahiyyətləri artmamış, yalnız onun xidmət dairəsi genişlənmişdir.
Dekretdə Prefektin hakim rolunu hüquqi cəhətdən əsaslandırmaq
üçün bir sıra müddəaları nəzərdən keçirək: əvvəllər idarəetmə
qərarlarının qəbul edilməsi səlahiyyətləri departamentlərdə dövlət
Periferiya xidmətlərinə verilmişdi. Hal-hazırda isə bu saləhiyyətlər
Prefek- tə verilmiş, o cümlədən maliyyə, təhsil, ədliyyə, ordu kimi
mühüm xidmətlər də Prefekin sərəncamına keçmişdir.
Dekretdə nəzərdə tutulur ki, Prefektlər tabeliyində olan
xidmətlərin fəaliyyətlərini departament xidmətlərinin rəhbərliyinin
fəaliyyətinə həvalə edə bilər. Məsələn, kənd təsərrüfatı və abadlıq
xidmətləri və s.
- 14 mart, 1964-cü il tarixli dekretə əsasən, dövlət qulluqçuları,
departament xidmətlərinin rəhbərlərinə bir vəzifə olaraq tapşırılmışdır ki,
onlar öz mərkəzi idarəetmə aparatı ilə yalnız Prefekt vasitəsilə əlaqə
saxlamalıdırlar. Bu ona görə vacib hesab edilir ki, Prefekt mərkəzi
idarəetmə aparatı ilə departament xidmətləri arasında gedən işlərdən və
islahatlardan xəbərdar olsun. Prefekt ixtisaslı əməkdaşlar qrupunun
köməyi ilə dondurulan yazışmaları oxuyur, öyrənir və lazım gəldikdə
onlara rəy verir.
Məktublaşma idarəçilik fəaliyyətində mühüm yer tutsa da, bəzi
hallarda Prefektin xəbəri olmadan digər vasitələrdən də istifadə edilir.
Buna görə də departament xidmətinin rəhbəri Prefektdən xəbərsiz olaraq
mərkəzi idarəetmə aparatına telefonla zəng vuraraq bir sıra göstərişlər
alır.
- 26 sentyabr, 1953-cü il tarixli dekretə əsasən, Prefekt
departament xidmət rəhbərlərinin xidmətlərini qiymətləndirmək
hüququna malikdir, bu öz mahiyyətinə görə ən üstün hüquqlardan biridir.
Xidmət rəhbərləri öz nazirlikləri və mərkəzi aparatın işçiləri ilə
bütün məsələlərlə bağlı əlaqə saxlayır. Prefekt xidmət rəhbərlərinin
işlərinə qiymət verməklə yanaşı, onlar barədə aldıqları bütün məlumatları
onların barəsində olan dosyelərinə əlavə edirlər.
Dekonsentrasiya və desentralizasiya sahəsində görülən tədbirlər
Respublika komissarları olmuş Prefektlərə xüsusi periferiya xidmətləri
arasında münasibətlərin dəyişməsinə səbəb oldu.
Prefektlərin səlahiyyətlərinin bir qismi dövlətdən, bir qismi isə
departament və regionlarda icra hakimiyyətinin həyata keçirilməsi ilə
əlaqədar ortaya çıxır.
Region haqqında geniş danışmaq olar, çünki dövlətin inzibati
quruluşunu regionlar təşkil edirlər.
44
2 iyun, 1980-ci il tarixli dekretə əsasən Fransada 21 müstəqil
region yaradıldı. Əvvəllər regionların birinin tərkibində olan Korsika da
bu dekretə əsasən müstəqil regiona çevrildi.
1982-ci ildə regionların idarəetmə sahəsində bir sıra xüsusi
qanunlar və dekretlər qəbul edildi. İdarəetmə prinsipləri dəyişməsə də, bu
qanunlar və dekretlər idarəetməni departamentlər səviyyəsinə çatdıran
normalarla müəyyənləşdirildi.
Regionda Respublika komissarları eyni zamanda şəhərin baş
komissarı kimi tanınırdı.
1982-ci ilin aktlarına uyğun olaraq Respublika komissarlarının
vəzifələri, regionun tərkibinə daxil olan departamentlərin. Respublika
komissarlarının fəaliyyətləri stimullaşdırıldı və əlaqələndirildi. O,
əvvəlki kimi yenə region administrasiya konfransına sədrlik edirdi.
Konfranslarda əlaqələrin təkmilləşdirilməsi məsələlərini müzakirə
edirdilər. Bu konfransda region səviyyəsində dövlət xidmətləri
departamentlərin Respublika komissarı, regionun baş xəzinədarı və
səlahiyyətlərinə aid məsələlər üzrə dövlət Periferiya xidmətlərinin
rəhbərləri iştirak edirdilər. Konfransda dövlət kapital qoyuluşunun
regionlar arasında bölüşdürülməsi sahəsində xeyli işlər görülmüşdür.
Dövlət Periferiya xidmətləri heç də region səviyyəsində
yaradılmır. Bəzi nazirliklər mərkəzi idarəetmə aparatı ilə onların yeganə
əlaqə vasitələri olan departament səviyyəsində öz bölmələrini saxladılar.
2 iyun, 1980-ci il tarixli dekretin başlıca məqsədi regional
nahiyələrin fəaliyyətlərinə təkan verməkdən ibarət olmuşdur. Çünki bir
çox nahiyələr müxtəlif departamentlərlə qarşılıqlı əlaqə saxlayır. Bəzi
departamentlər beş, altı və ya on müxtəlif regionlarla əlaqədə olurlar.
Onlar regional inkişaf proqramlarının hazırlanmasına və həmin
proqramların icrasına nəzarət etməklə yanaşı, departamentin Periferiya
xidmətlərinin və mərkəzi idarəetmə aparatının bir-biri ilə qarşılıqlı
münasibətdə öz funksiyalarını yerinə yetirirlər.
Azərbaycan Respublikasında icra hakimiyyətinin mərkəzi
orqanlarının aşağıdakı kimi təşkilati-hüquqi formaları mövcuddur:
■
Azərbaycan Respublikasının nazirlikləri;
■
Azərbaycan Respublikasının dövlət komitələri;
■
Komitələr, xidmətlər;
■
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında xüsusi
idarələr, təşkilatlar, icra hakimiyyəti orqanları dövlət idarəetməsinin
aşağıdakı sahələri üzrə fəaliyyət göstərirlər:
■
iqtisadi sahədə fəaliyyət göstərən nazirliklər - bura İqtisadi İn
45
kişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və s. aiddir;
■
sosial-mədəni sahədə fəaliyyət göstərən nazirliklər, komitələr, -
Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ki-
nomatoqrafıya Komitəsi, Vergilər Nazirliyi və s.
■
inzibati-siyasi sahədə fəaliyyət göstərən nazirliklər, xidmətlər -
Müdafiə, Ədliyyə, Daxili İşlər, Xarici İşlər və s. Nazirlikləri, Dövlət
Sərhəd Xidməti və s.
Bütün mərkəzi hakimiyyət orqanları xüsusi səlahiyyətlərə
malikdirlər.
Mərkəzi icra hakimiyyəti orqanlan onlara həvalə edilmiş sahələrə
rəhbərlik edir, sahəvi və sahələrarası funksional xarakterli olurlar.
Mərkəzi icra hakimiyyəti orqanları bilavasitə Nazirlər Kabinetinə
tabedirlər və onlar Prezidentin və Nazirlər Kabinetinin aktlan əsasında
fəaliyyət göstərirlər.
Hər bir mərkəzi icra hakimiyyəti orqanı haqqında əsasnamə
Azərbaycan Respublikasının Prezidenti və ya onun göstərişi ilə Nazirlər
Kabineti tərəfindən təsdiq edilir. Onların fəaliyyətinin hüquqi əsasını
xüsusi əsasnamələr təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinə
uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin
başçılan həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin səlahiyyətləri
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Yerli
icra hakimiyyəti haqqında Əsasnamə» ilə müəyyən edilmişdir.
Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı prinsiplərə
əsasən həyata keçirilir:
■
vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin
müdafiəsi;
■
müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə
iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi;
■
qanunçuluq;
■
dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması;
■
aşkarlıq və ictimai rəyin nəzərə alınması.
Yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri aşağıdakı
sahələr üzrə müəyyən edilmişdir:
• planlaşdırma, büdcə, maliyyə və uçot sahəsində;
■
sərəncamına verilmiş əmlak və ərazisində yerləşən müəssisə, idarə
və təşkilatlarla münasibətdə səlahiyyətləri;
■
memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması
sahəsində səlahiyyətləri;
46
■
qaçqınlar və məcburi köçkünlərlə münasibətdə səlahiyyətləri;
» yaşayış məntəqələrində, küçə və meydanlara ad verilməsi sahəsində
səlahiyyətləri;
■
tikinti, nəqliyyat və rabitə sahələrində səlahiyyətlər;
■
mənzil-kommunal təsərrüfatı, xidmət və əhali üçün digər
xidmətlərin təşkil edilməsi sahəsində səlahiyyətləri;
■
əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində
səlahiyyətləri;
■
əhalinin sosial müdafiəsi sahəsində səlahiyyətləri;
■
qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və
azadlıqlarının qorunması sahələrindəki səlahiyyətləri və s.
İcra hakimiyyəti başçısı öz yanında rayonun, şəhərin və şəhər
rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlər baxılması
(müzakirəsi) və onların həllinə dair təkliflərin hazırlanması məqsədilə
daimi məşvərətçi orqan olan şura yaradır. Şuranın tərkibi 15 nəfərdən
ibarət ola bilər. Şuranın tərkibinə aşağıdakılar daxil edilir:
icra hakimiyyətinin başçısı, onun müavini, aparatın şöbə, idarə və
digər xidmətlərin rəhbərləri, təşkilatların rəhbərləri.
47
|