§2. Markazi va yerli idaraetma orqanlarının anlayışı,
salahiyyatlari
Fransada mərkəzi dövlət idarəetmə aparatı nazirliklərin periferiya
xidmətlərindən fərqlənirlər. Prinsipial əhəmiyyətə malik olan bu fərq heç
vaxt diqqət mərkəzində olmamış və dəqiq müəyyənləşdirilməmişdir.
Mərkəzi idarəetmə aparatı ilə periferiya xidmətləri arasında aşkar
edilə bilən yeganə hüquqi fərq ondan ibarətdir ki, dövlət qulluqçuları şəxsi
statusa malikdirlər və işə qəbuletmə, xidmətdə irəli çəkilmə qaydaları
dövlət qulluqçularına mənsubdur.
Mərkəzi idarəetmə aparatlarının ali dövlət qulluqçuları milli
inzibati idarəetmə məktəbinin məzunları sırasından seçilirlər. Mərkəzi
idarəetmə orqanları, adətən, Parisdə yerləşir. Bəzi hallarda isə coğrafi
quruluşlara görə inzibati desentralizasiya çərçivəsində bəzi idarəetmə
orqanları əyalət şəhərlərində yerləşirlər. Xarici İşlər Nazirliyinin ayrı- ayrı
idarələri Hant şəhərində. Müdafiə Nazirliyinin bir hissəsi olan pesiya
xidmətləri Lapoşelidə yerləşir. Əksinə, bəzi nazirliklərin periferiya
xidmətləri Paris şəhərində yerləşir. 2 mart, 1982-ci il tarixli qanuna əsasən
inzibati ərazi bölgüsü aparılmış, regionlarda yerli idarəetmə orqanları
dövlətin ümumi hüquq normalarına tabe edilmişdir. Yeni inzibati ərazi
bölgüsündə əvvəlcə kommuna, ondan sonra Kon- ton, mahal departament
və nəhayət, regionlar gəlir. Konton və mahal hazırda tənəzzül dövrünü
yaşayır, regionlar isə əksinə inkişaf edirlər. Bu sistemdə əsas vəsilə olaraq
departament qalır. İngiltərədə belə hesab edirlər ki, onların bütün islahat
layihələri sabit vəsilə kimi Fransız departamentinə uyğun olan vəsilədir.
Fransada departament inqilab dövründə o zamankı coğrafi şəraiti
nəzərə almaqla yaradılmışdır, lakin son 160 il ərzində departament dövlət
idarəetməsinin başlıca vəsiləsi olaraq qalmaqdadır.
Dövlət periferiya xidmətlərinin təşkili barədə 22 iyul, 1982-ci il
tarixli qanunla onların səlahiyyətlərinə dair bəzi dəyişikliklər edilmiş və
onların səlahiyyətlərinin bir hissəsi kommunalara, departamentlərə və
regionlara verilmişdir.
7 yanvar, 1983-cü il tarixli qanunla kommunalar, departa-
mentlər, regionlar və dövlət arasında səlahiyyətlər bölüşdürülür. Bununla
da dekonsentrasiya və desentralizasiya tədbirlərinin köməyi ilə köklü
surətdə onların strukturları dəyişdirilir.
1982 - 1983-cü illərdə aparılan islahatlar nəticəsində idarəetmə
orqanları sisteminə prefektura və xüsusi periferiya xidmətləri daxil
39
edildi ki, bununla da onların statusu və funksiyaları dəyişdi.
Prefekturanın anlayışı onunla müəyyən edilir ki, onlar dövlət
qulluqçularının kateqoriyasını, onların səlahiyyətlərini və departa- ment
xidmətlərini əhatə edənlərdəndir. Prefektura, əslində, özü aldadıcı
ifadədir, ona görə ki, dövlət qulluqçularının iki kateqoriyasını prefektlər
və prefekt təmsilçiləri təşkil edirlər, onların fəaliyyət statusu, dövlət
qulluqçularının ümumi statusuna əsasən tənzimlənir. Bu status 4 fevral,
1959-cu il tarixli ordonansla və həmin ilin 14 fevral tarixli iki dekreti ilə
və 11 yanvar, 1984-cü il tarixli qanunla əvəz olunmuş dekretlərlə təsdiq
edilmişdir. Həmin aktlara uyğun olaraq qulluqçuların müxtəlif
kateqoriyaları xüsusi statuslarla təşkil edilmişdir.
Həm prefektura, həm də xüsusi periferiya xidmətləri üçün
istisnalar mövcuddur, ümumi qaydalara görə ən çox istisna prefektlərə və
prefekt təmsilçilərinə aid edilir.
Prefekt təmsilçilərinin statusu müasir dövrdə də 14 mart, 1964- cü
il tarixli dekretlə tənzimlənir. Bu qanuna əsasən, prefekt təmsilçiləri
qulluqçulardan, mülki məmurlardan və digər kateqoriyahlardan,
0
cümlədən milli inzibati məktəbin məzunları arasından seçilirlər.
1982-ci ildən etibarən Respublika komissarlarının müavinləri
adlandınlan prefekt təmsilçiləri vəzifə tutmaqla, suprefekturalarm
başında durur, yəni departamentdən sonra gələn ərazi vahidinə - nahiyədə
fəaliyyət göstərən xidmətlərə rəhbərlik edir.
Onlar departament səviyyəsində Respublika komissarlarının
kabinet direktoru və ya rəisi, yaxud prefekturanın baş katibi vəzifəsini
tuta bilirlər.
Prefektlər azefekturalara başçılıq etməklə öz vəzifələrini
departament miqyasında yerinə yetirirlər. Paris şəhərində bu vəzifələr
Parisin prefekti ilə polis prefektləri arasında bölüşdürülür, Onlar həmin
vəzifələrə Nazirlər Şurasının dekreti ilə təyin edilirlər.
Prefektlərin ümumi sayından beşdə dördü prefekt təmsilçiləri və
yaxud mülki məmurlar sırasından seçilir. Prefektlərin seçkisi mərkəzi
orqanların mülahizələri əsasında aparılır, prefektə seçilənlər vəzifələrinin
siyasi xarakter daşımasını dərk edirlər.
Dövlət qulluqçularının belə kateqoriyaları hökumətin mülahizəsi
ilə vəzifəyə təyin olunur, xidmətdə irəliçəkilmə məsələsində onların
xidmət göstəriciləri nəzərə alınır. Məsələn, prefekt qəzet oxuyarkən və
yaxud radioya qulaq asarkən xəbər tutur ki, onun vəzifəsinə xitam
verilibdir. Bu zaman prefekt öz vəzifələrinin icrasını təmin etmir, lakin öz
üstünlüklərinin (o cümlədən maaş almaq) bir hissəsini saxlayır.
40
Prefektlərin sosial və siyasi hüquqları dövlət qulluqçularına
nisbətən məhdudlaşdırılmışdır. Məsələn, dövlət qulluqçularının statusuna
əsasən, onlar həmkarlar ittifaqları ilə birləşmək hüququna malikdirlər,
Prefektlərə isə belə hüquqlar verilməmişdir. Prefektlərdə İntizam Şurası
mövcud deyildir. Onlar intizam xarakterli tədbirlərə cəlb edildikdə yalnız
hakimiyyətin dekreti və ya qərarlarına əsasən tətbiq edilir. Onlar barədə
iddia qaldırılması meydana gəldikdə bu iddia barədə onlara qabaqcadan
məlumat verməlidir, çünki verilmiş iddiaların Prefektlər tərəfindən
məhkəmədə və Dövlət Şurasında rədd edilməsi və ya özünə bəraət
qazandırması üçün sübutlar toplamaqdan ötrü onlara vaxt verilir.
Dövlət qulluqçularının şəxsi dosyelərində onların siyasi, fəlsəfi və
yaxud dini baxışları göstərilmir, dosyelərə əlavə edilmir, dosyelərə ancaq
xidmət ilə bağlı məlumatlar əlavə edilir. Bu da ona görə edilir ki,
xidmətdə irəli çəkiləndə və yaxud intizam tədbirləri tətbiq olunan zaman
şəxs haqqında obyektiv qərar qəbul edilsin.
Desentralizasiyanı nəzərdə tutan 1982-ci il islahatı nəticəsində bir
sıra prefektlər və prefekt təmsilçiləri departamentlərdə baş katib və yaxud
intizam orqanlarının direktoru vəzifələrinə təyin edilir.
«Prefekt» və «prefekt təmsilçiləri» terminləri 1982-ci ilədək ikili
xarakter daşıyırdı, eyni zamanda onlar idarəetmədə də müvafiq vəzifəni
tuta bilərdilər. 10 may, 1982-ci il tarixli dekretdə onun adı dəyişdirilib,
region və departament səviyyəsində Respublika komissarları, nahiyə
səviyyəsində isə Respublika komissarlarının müavinlərinə həvalə edildi.
Necə
adlandırılmasından
asılı
olmayaraq.
Respublika
komissarlarının rolu 1958-ci il Fransa Konstitusiyasının 72-ci maddəsinin
3- cü paraqrafı ilə müəyyən edilmişdir: «Departamentlərdə və ərazilərdə
hökumət təmsilçiləri milli mənafeləri qoruyub saxlamaqla idarəetmə
sahəsinə nəzarəti həyata keçirməli, qanunlara riayət olunmasını təmin
etməlidirlər. 2 mart, 1982-ci il tarixli qanuna əsasən komissar «Depar-
tamentdə (və yaxud regionda) dövlət təmsilçisi və hökumət təmsilçilərini
əvəz etməklə, dövlət xidmətlərinə rəhbərlik edir, milli mənafelərin
qorunmasına, qanunlara riayət olunmasına, ictimai asayişin qorunmasına
və idarəetməyə nəzarətin həyata keçirilməsinə cavabdehdir». Təcrübədə
Respublika komissarının həyata keçirdikləri funksiyalar daha da mü.xtəlif
olur. Komissar hökumətin informatoru kimi mühüm rol oynayır. O,
departamentdə xüsusi seçki komissiyaları dövründə, yaxud xalq
iğtişaşları zamanı hökumətə məlumat verir. O, seçkilər zamanı da mühüm
rol oynayır. Nəhayət, o, ictimai asayişin qo
41
runması kimi mühüm siyasi funksiyanı yerinə yetirir. Departamentin
polisi onun sərəncammdadır, təbii fəlakətlər, xüsusi irimiqyaslı qərarlarla
əlaqədar iğtişaşlar baş verdikdə və ciddi çətinliklər yarandıqda onun
qarşısının alınmasına və ictimai asayişin qorunub saxlanmasına
cavabdehdir. Respublika komissarı yuxarıda qeyd edilənlərdən əlavə,
inzibati idarəetmə funksiyalarını da yerinə yetirir. O, idarəetmə
məsələlərinə dair tənzimləyici aktlar və qərarlar qəbul etmək hüququna
da malikdir. O, çoxsaylı inzibati komissiyalara sədrlik edir, ərazi
idarəetmə kollektivlərinin fəaliyyəti üzərində inzibati nəzarəti həyata
keçirir. Nəhayət,
0
, iqtisadi və sosial inkişaf məsələlərində nəzərə çarpan
rol oynayır və onun bu rolu getdikcə güclənir. Məsələn, yerli inikşaf
proqramlarının inkişafına təsir göstərir, sənayenin desentralizasiyası
məsələlərini həll edir, departamentdə məşğulluq problemi və ərazi
abadlaşdırılma tədbirləri ilə məşğul olur.
Yuxarıda qeyd edilən vəzifləri yerinə yetirmək üçün Respublika
komissarlarının və komissar müavinlərinin sərəncamında prefektura və
suprefektura xidmətləri fəaliyyət göstərirlər. Dövlət periferiya xidmətləri
müxtəlif nazirlərin icra xidmətlərindən ibarətdir. Bu xidmətlər mərkəzi
idarəetmə aparatının siyasətini yerlərdə həyata keçirir, onların icra
edilməsi üçün gündəlik qərarlar qəbul edirlər.
Məsələn, poçt idarəsi bu xidmətlərdəndir. Poçt xidmətləri
periferiya xidmətlərinə aiddir. Poçt, telefon və teleqraf rabitəsi üzrə
mərkəzi idarəetmə aparatı bağlamaların, sifarişlərin və məktubların
göndərilməsinə dair sərəncamlar hazırlayır, poçt administrasiyasının
ümumi büdcəsinə xidmət göstərir, poçt tarifləri ilə əlaqədar qərarlar
qəbul edir. Bu qərarların yerinə yetirilməsini Periferiya poçt şöbə
müdirləri təmin edirlər.
Maliyyə idarələri Maliyyə Nazirliyinə tabedirlər. Maliyyə
Nazirliyinin mərkəzi aparatına vergilər haqqında hüquqi aktlar
hazırlayan və onların icrasını təmin edən baş vergilər idarəsi mövcuddur.
Yerlərdə vergilərin miqdarını müəyyən edən inspektorlar və vergi
yığanlar fəaliyyət göstərirlər.
Müxtəlif nazirliklərin periferiya xidmətləri abadlıq işlərini, kənd
təsərrüfatı, sanitariya və sosial təminatlı tədbirləri həyata keçirir, yerlərdə
bu tədbirləri departamentlər vasitəsilə başa çatdırırlar.
Periferiya xidmətlərinə, departament direktorlarına dövlət mə-
nıurlan rəhbərlik edirlər.
Periferiya xidmətləri ierarxiya üzrə mərkəzi idarəetmə
orqanlarına tabe edilmişlər və bu ierarxiya üç formada təzahür edir.
İlk növbədə aşağı orqanların qərarları mərkəzi idarəetmə apa
42
ratı və yaxud nazir tərəfindən ləğv edilə və dəyişdirilə bilər.
Bu orqanlara mərkəzi idarəetmə aparatı tərəfindən hər hansı bir
məsələnin həll edilməsi üçün göstərişlər verilir. Bu göstərişlərlə əlaqədar
olaraq, Periferiya xidmətləri qarşıya qoyulan məsələlərin həll edilməsini
həyata keçirirlər.
Həmin göstəriş məktublarda yeni verilmiş normativ aktların
icrasının təmin edilməsi və nazirin siyasi xəttinə dönmədən əməl
olunmasında öz əksini tapır.
Nəhayət, ierarxik qarşılıqlı əlaqələrin digər metodu - nazirə və
mərkəzi idarəetmə aparatına tabe olan baş inspektorlar vasitəsilə onların
xidmətləri yoxlanılmasıdır. Eyni zamanda da bu yolla nazirin müvafiq
göstərişlərinin yerlərə çatdırılması təmin edilir.
Periferiya xidmətlərinin strukturu mərkəzi idarəetmə aparatının
strukturuna nisbətən sabit olur. Departamentin baş idarələri və
nazirliklərdə aparılmış yenidənqurma tədbirləri zamanı bəzi nazirliklər
birləşdirilmişdir, nəticədə ştat cədvəlində dəyişikliklər edilmiş və bir sıra
qulluqçular ixtisara düşmüşlər.
Periferiya xidmətləri artıq tamamilə Prefeklərin varisliyinə
verilərək Respublika komissarlarına tabe edilmişdir.
Dostları ilə paylaş: |