Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə12/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   8   9   10   11   12   13   14   15   ...   113
II 
FƏSIL
 
İNZİBATİ HÜQUQUN TƏTBİQ SAHƏSİ 
§1. Hüquqi şəxslərin anlayışı, təsnifat və hüquqi şəxsin 
siyasi mənafeyi 
Fransa  inzibati  hüququnun  tətbiqetmə  sahəsi  əsasən  hüquqi  və 
ümumi  (ictimai)  şəxslərin  göstərdikləri  xidmətlər  sahəsində  meydana 
çıxan təsisatlardır. 
Bu  iki  xidmət  sahəsində  yaranan  meyarları,  adətən,  maddi 
meyarlar adlandırırlar. Onlar, əsasən, inzibati hüquq rejiminə tabe olan 
təsisatlardır və ümumi inzibati hüququn hüquqi şəxsləri hesab edilirlər. 
Onlar  ümumi  xidmət  vəzifələrini  sahələrini  yerinə  yetirirlər.  Onların 
məqsədi  maddi  nemətlər  əldə  etməkdən  ibarətdir.  Maddi  termini 
Fransada,  adətən,  ümumi  şəxslərlə  hüquqi  şəxslərin  qarşılıqlı  əlaqədə 
olmasından yaranır. Onların bütün fəaliyyətləri inzibati hüquq normaları 
ilə tənzimlənir. 
Bir  sözlə,  bu  iki  meyar  bir-birinə  qarşı  əks  məqsədlər  daşımır, 
əksinə bir-birini qarşılıqlı surətdə tamamlayır. 
İnzibati  hüquq  rejiminə  tabe  olan  təsisatlar,  həmin  ümumi 
hüququn  hüquqi  şəxsləri,  həm  də  ümumi  (ictimai)  xidmət  sahələrində 
çalışanlar öz xidmət vəzifələrini yerinə yetirən xüsusi təşkilatlarla əhatə 
olunurlar. 
Hüquqi  şəxs  fiziki  şəxsdən  fərqlənir.  Əvvəllər  isə  Fransada  bir 
sıra alimlər belə qərara gəlmişdilər ki, fiziki və hüquqi şəxslər eynidirlər. 
İnsanlar  toplusu  olmaq  etibarilə  hüquqi  şəxs  ayrı-ayn  şəxslərin  formal 
birləşməsi  deyil.  Lakin  bəzi  hallarda  müəyən  miqdarda  fiziki  şəxslər 
təşkilat, assosiasiya, həmkarlar ittifaqı və yaxud kommersiya təşkilatları 
birliklərini  yaratmaq  üçün  birləşirlər.  Həmçinin  də,  bir  hüquqi  şəxsin 
timsalında bir neçə hüquqi şəxslər birləşə bilərlər. Bu isə onların birliyi 
sayılır. Məsələn, bir neçə həmkarlar ittifaqları birləşəndə onlar həmkarlar 
ittifaqları  konfederasiyasına  çevrilirlər.  Fransa  inzibati  hüququndan 
fərqli olaraq, Anqlosakson hüququnda isə bir qayda olaraq, belə birlkilər 
ümumi məqsədə xidmət edən müəyyən əmlak kütləsini birgə idarə etmək 
məqsədilə yaradılan birliklərdir. Lakin təkcə birliyin mövcud olması faktı 
ilə  onu  hüquqi  şəxs  kimi  qiymətləndirmək  olmaz.  Çünki  hüquqi  şəxs 
kimi  əlamətləri  olmayan  birliklər  də  fəaliyyət  göstərir,  belə  birliklər 
xüsusi əhəmiyyət kəsb edir. 
27 


Məsələn, valideynlər uşaqları əhatə edir, lakin hüquqi 'şəxs əlamətlərinə 
malik  deyil.  Buna  baxmayaraq,  onlar  fiziki  şəxslərin  ittifaqını  yaradan 
ailələrdirlər. 
Digər  bir  misal;  müəssisə  hüquqi  şəxsdir,  hər  hansı  bir  şirkətə 
məxsusdur,  lakin  orada  çalışanlar  fiziki  şəxslər,  sahibkarlardır,  orada 
işləyənlərin  əksəriyyəti  muzdlulardır.  Belə  bir  vəziyyətdə  onu  hüquqi 
şəxs kimi qiymətləndirmək olmaz. 
Buna  baxmayaraq,  bir  neçə  hüquqi  şəxs  birləşə  və  öz  birliyini 
yarada bilər. İnsanlar toplusu müəyyən məqsədə nail olmaq üçün təşkil 
edilir.  Onlar  öz  məqsədlərinə  çatmaq  üçün  hüquqi  şəxs  şəklində 
birləşirlər; bu məqsəd təmənnasız, siyasi, idman və yaxud digər təyinatlı 
ola  bilər,  lakin  hər  bir  halda  birləşmənin  məqsədi  ancaq  gəlir  əldə 
etməkdir.  Mənfəət  əldə  etmək  niyyətində  olan  təşkilatın  hər  bir  üzvü 
kollektiv mənafeni fərdi mənafelərindən üstün tutaraq birləşirlər. 
Fransada hüquqi şəxs əvvəlcədən elan edilmiş məqsədlərə çatmaq 
üçün yaradılır və həmin məqsədlə də fəaliyyət göstərir. Onların müvafiq 
orqanları olur.  Bu orqanlar  onların  daxili fəaliyyətinə  rəhbərliyi  həyata 
keçirir və hüquqi şəxslərin kənarda təmsilçiliyini təmin edir. Rəhbər olan 
fiziki  şəxs  hüquqi  şəxslərin  iradəsini  ifadə  etməyə  borcludur  və  lazım 
gəldikdə isə onlara müvafiq vəzifələr də həvalə edə bilər. 
Hüquqi  şəxs  maddi  vasitələrə  malikdir,  işlətmək  üçün  seçilib 
toplanan muzdlu işçilərdən ibarət öz ştatları olur. 
Hüquqi şəxs özünün fəaliyyət növünə görə müvafiq hüquqlar əldə 
edir  və  öz  üzərinə  vəzifələr  götürür, hüquqi şəxsin hüquq  və  vəzifələri 
qanunla müəyyənləşdirilir. 
Beləliklə, həm fiziki şəxs, həm hüquqi şəxs kimi qəbul olunmuş 
təsisatlar mühafizə olunan hüququn subyekti kimi çıxış edirlər. 
Hüquqi şəxslər ya hüquqi, ya da ümumi (ictimai) hüquq rejiminin 
təsiri altına düşürlər. Xüsusi hüquq normaları rejiminin təsiri altına düşən 
hüquqi şəxslər mənfəət əldə etmək məqsədilə qanunla qadağan edilməyən 
hər  cür  fəaliyyətlə  məşğul  ola  bilərlər.  Əsas  etibarilə  belə  hallara 
kommersiya  müəssisələrində,  mülki  cəmiyyətlərdə  və  s.  müxtəlif 
şirkətlərdə rast olunur. 
Mənfəət  götürmək  məqsədi  güdməyən  birliklər,  bir  tərəfdən, 
fiziki şəxslərin birlikləri kimi çıxış edən xeyriyyə cəmiyyətləri, həmkarlar 
ittifaqları,  qarşılıqlı  yardım  kassalarının  və  digər  tərəfdən  isə  əmlakı 
birlikdə idarə  etmək  məqsədilə  yaradılan,  mənfəət  götürmək  məqsədilə 
ümumi (ictimai) vəzifələri yerinə yetirən təşkilatların hü 
28 


quqi  statusu  qarışıq  hesab  edilir,  çünki  həmin  hüquqi  şəxslər  qismən 
olsalar da, hüquqi rejimin təsiri altına düşür və bəzi hallarda isə ümumi 
hüququn  hüquqi  şəxsləri  ilə  birləşirlər.  Hüquqi  şəxsin  siyasi  mənası 
ondan  ibarətdir  ki,  o,  dövlət  münasibətlərində  müstəqil  təsisat  hesab 
edilir. 
Fransada hakimiyyət dekonsentrasiya zamanı qərar qəbul etmək 
səlahiyyətinə  malik  olur  və  mərkəzdən  verilən  qərarlar  yerlərdəki 
orqanlara  çatdırılır.  Həm  mərkəzi  orqanlar,  həm  də  yerli  orqanlar  yeni 
hüquqi şəxsə, yəni dövlətə tabe olurlar. Dövlətin təmsilçisi olan nazir öz 
səlahiyyətlərinin  bir  hissəsini  dövlətin  yerlərdəki  təmsilçilərinə 
prefektlərə verir, bununla da kollektiv subyektləri təşkil edirlər. Kollektiv 
subyektlərə  aiddir:  müəssisə  və  təşkilatlar;  müəssisə  və  təşkilatların 
struktur  bölmələri;  müəssisə  və  təşkilatların  və  onlann  struktur 
bölmələrinin  əmək  və  digər  kollektivləri;  mürəkkəb  təşkilatlar; 
qeyri-hökumət təşkilatları (ictimai biriklər və fondlar) və dini qurumlar. 
Kollektiv subyektlər dedikdə, digər subyektlərlə münasibətlərdə 
tam  vahid  kimi  çıxış  etmək  hüququna  malik  olan,  xüsusiləşmiş,  özünü 
idarə edən qruplar başa düşülür. 
Azərbaycan  Respublikasında  müəssisə  və  təşkilatlar  hüquqi 
forma təşkil etməklə aşağıdakı normalarla tənzimlənirlər. İnzibati- hüquqi 
statusunun əsasları aşağıdakı kimidir: 
■ 
bütün  təşkilati-hüquqi  formalı  müəssisə  və  təşkilatlara  aid  olan 
normalarla; 
■ 
dövlət müəssisə və təşkilatlarına aid olan normalarla
■ 
qeyri-dövlət  müəssisə  və  təşkilatlarına  aid  olan  normalarla 
tənzimlənirlər. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin