I
FƏSİL
İNZİBATİ HÜQUQ
§1. İnzibati hüququn anlayışı V3 ümumi xüsusiyyətləri
Sovet hakimiyyətinin ilk illərində SSRİ-nin təhsil ocaqlarında
inzibati hüquq fənni tədris olunmurdu, onu Həmkarlar İttifaqları haqqında
qanunvericilik əvəz edirdi və inzibati hüquqa dair bütün məsələlər ancaq
bu qanunvericiliklə tənzimlənirdi. Fransada inzibati hüquq isə cəmiyyətin
tələbinə əsasən inqilabdan sonra meydana gəlmiş və müasir dövrdə də
qüvvədə olmaqla təkmilləşdirilmişdir.
Bir sıra sovet alimləri «inzibati hüququn hüquq sistemində öz yeri
olmalıdır» fikrini bəyan edirdilər. Bu hüquq ona görə vacib idi ki,
həmkarlar haqqındakı qanunvericilik dövlət məmurlarına şamil edilmirdi.
Həm hüquqi nöqteyi-nəzərdən, həm mahiyyətcə, həm də o vaxtların
tələbinə uyğun olaraq bu fənnin yaradılması günün vacib məsələlərindən
biri sayılırdı. 1946-cı ildə bir sıra sovet alimləri tərəfindən Fransa inzibati
hüququ öyrənildi və onun əsasında hüquq sistemində 1949-cu ildən
başlayaraq inzibati hüquq fənni dərslik kimi bütün ali məktəblərdə
öyrənilməyə başlandı.
Fransa inzibati hüququ dünyada ilk dəfə olaraq yaranmış və
demək olar ki, bütün məsələlər inzibati hüquq normaları ilə tənzimlənir ki,
bu da hüquq sistemində asudəlik yaratmaqla bütün sosial reallığı əks
etdirir. Bütün dövlətlərdə olduğu kimi, Fransada da cəmiyyət- . daxili
ziddiyyətlər və bunun məntiqi nəticəsi kimi hüquqazidd əməllər mövcud
olmuş və bu gün də davam edir. Belə halların qarşısının alınmasında
Fransa konstitusiyası və inzibati hüquq mühüm rol oynayır. Məhz onların
sayəsində cəmiyyətin və dövlətin idarəçiliyi sahəsində qarşıya qoyulan
məqsədlərə nail olunur. Fransa Konstitusiyasına əsasən, inzibati hüquq
idarəetmə elmini yaratdi, bu da elmi baxımdan siyasi və sosial amilləri
tədricən özündə birləşdirərək sosioloci münasibətlərin yaranmasına səbəb
oldu.
İdarəetmə sistemində Fransa inzibati hüququnun əsas
cəhətlərindən biri, dövlət fəaliyyətinin bütün sahələrində normativ
aktların təsir qüvvəsinin geniş hüquqi təminatlarla mövcud olmasıdır.
Müasir dövrdə Fransada miqyasından asılı olmayaraq
cəmiyyətdə, ictimaiyyətdə və idarəetmə sistemində baş verən bütün
məsələlər, hadisələr və problemlər inzibati hüquq qanunvericiliyi ilə bu və
ya digər formada tənzimlənir.
Fransa konstitusiyasına əsasən dövlətin siyasətini müstəqil olaraq
hökumət və respublika prezidenti həyata keçirir, onların səlahiyyətləri
konstitusiya ilə tənzimlənir. Fransada idarəetmə sistemi ilə yanaşı, ədalət
mühakiməsini həyata keçirən məhkəmə hakimiyyəti də mövcuddur.
Onlar öz səlahiyyətləri çərçivəsində meydana çıxan münaqişə və
mübahisələri həll edirlər. Həmçinin vətəndaşlar arasında yaranan
münasibətlər zamanı (o cümlədən cinayət, inzibati xətalar, mülki qaydada
yaranan mübahisələr) müvafiq hüquq prosessual normalarından istifadə
edirlər. Fransada hakimiyyət orqanları müvafiq idarəetmə metodları ilə
öz səlahiyyətlərini həyata keçirirlər. Fransada bir çox dövlət təşkilatları
islehsalat fəaliyyəti, sahibkarlıqla məşğul olur, yəni mallar istehsal edir,
xidmətlər göstərir, alqı-satqı sövdələşmələrini həyata keçirirlər. Onlar öz
fəaliyyətlərini həyata keçirən zaman inzibati hüquq normalarından
kənara çıxdıqda həmin hüquq normaları ilə tənbeh edilirlər. Hətta dövlət
müəssisələri, qarşılarına məqsəd qoyurlar ki, nəyin bahasına olursa olsun,
gəlir, əlavə mənfəət əldə etsin. Bu məqsədə çatmaq üçün onlar rentabellik
prinsipinə geniş yer verdiklərindən bəzən inzibati hüquq normalarından
xeyli dərəcədə uzaqlaşırlar. Dövlət idarəetmə prosesində üç fəaliyyət
kateqoriyası onlar üçün inzibati hüquq dairəsindən kənara çıxmağa şərait
yaradır - siyasət və idarəetmədə bir-birinə qarşılıqlı hörmətetmə
əlamətləri mövcuddur. Məsələn, baş nazir hökumət başçısı olmaqla
yanaşı, o, həmçinin siyasi hakimiyyətə malikdir. Dövlət administrasiyası
hökumətə tabe edildiyindən, o, idarəedici, sərəncamverici səlahiyj'ətlərə
malikdir.
Siyasi və idarəetmə sahələri arasında möhkəm qarşılıqlı əlaqənin
mövcudluğu orada yüksək rütbəli məmurların olması ilə şərtlənir.
■
Bir sıra yüksək məmurlar (Nazirlər Kabinetinin üzvü, mərkəzi
idarəetmədə çalışan direktorlar və respublika komissarları) az da olsa,
siyasi hakimiyyətin daşıyıcılarıdır. Dövlət Şurası isə çox zaman siyasi
xarakterli qərarlar qəbul edir. Məsələn, 1954-cü ildə kommunistlərin ali
inzibati məktəbə qəbul olunmalarına aydınlıq gətirildi, Dövlət Şurasının
verdiyi rəyə əsasən, kommunistlərin müsabiqəyə qoşulmalarına razılıq
verildi. Bu isə beynəlxalq sənəd kimi qiymətləndirildi, çünki «soyuq
müharibə» dövründə bu qərarın verilməsi mühüm əhəmiyyət kəsb edirdi.
■
İdarəetmə və məhkəmə sahəsindəki münasibətlər bir-birinə
göstərilən qarşılıqlı təsir nəticəsində inzibati hüquq normaları əsasında
deyil, ayrı-ayrı prosessual və məhkəmə quruluşuna aid edilən normalarla
həyata keçirilir. Buna baxmayaraq, Fransada məhkəmə orqanla-
10
rmın təşkili və onların fəaliyyəti inzibati hüquq normaları ilə tənzimlənir.
İnzibati məhkəmələr arasında yaranan münaqişələr Ali Məhkəmə
instansiyasının qərarı ilə yoluna qoyulur və dəqiqləşdirilir. Fransada
ədalət məhkəməsinin müstəqil qolu olan inzibati ədliyyə mövcuddur,
onun əsas məqsədi vətəndaşlar və dövlətin idarəetmə orqanları arasında
yaranan mübahisələrin həll edilməsi ilə bağlı olur və onlar öz
səlahiyyətlərini inzibati hüquq normaları əsasında həyata keçirir.
■ Fransada dövlət müəssisələri və dövlət idarəetmə orqanları arasında sıx
əlaqələr mövcuddur. İdarəetmə orqanlarının dairəsi ümumi hüquqa
malikdir, bu da nəticə etibarilə dövlətin məzmununu təşkil edir.
Fransada idarəetmə orqanlarının funksiyaları, səlahiyyətləri və
vəzifələri müxtəlifdir və onlar suverendirlər, bu əsas etibarilə polisə,
Xarici İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və onlann
orqanlarına aiddir. Bu da onunla bağlıdır ki, hərə öz sahəsində
funksiyalarını, səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilsin.
Məsələn, Xarici İşlər Nazirliyi xarici diplomatik fəaliyyəti, polis
orqanları ölkə daxilində asayişin təmin edilməsini, cinayətkarlığa qarşı
mübarizəni təmin edirlər.
Bəzi dövlət orqanları funksiyalarını öz səlahiyyətləri çərçivəsində
həyata keçirirlər. Məsələn, hər hansı bir tədbirlərin keçirilməsini, ona
nəzarət edilməsini, yaxud şəhərsalmada vətəndaşlar tərəfindən yaşayış
qaydalarına əməl olunmasını dövlət orqanları həyata keçirirlər.
Bu yolla dövlət idarəetmə orqanları öz fəaliyyətlərini iqtisadi və
sosial məsələlərin həllinə yönəldir, onların inkişafına təkan verirlər.
Bir sözlə, Fransada dövlət idarəetmə orqanları hamı üçün əlverişli
və faydalı olan ictimai işləri yerinə yetirməklə əhaliyə xidmətlər göstərir.
Məsələn, yolların çəkilməsi, əhalinin su təchizatı və yaxud əhalinin təhsil
almasına köməklik göstərilməsi və s.
Dövlət idarəetmə funksiyalarını həyata keçirən zaman cari
idarəetmə vəzifələri də yerinə yetirilir, yəni baş verən proseslər normaya
salınır və bunun üçün ümumi dövlət əhəmiyyətli qərarlar qəbul edilir.
Məsələn, hər hansı ictimai xidmət sahəsindən asılı olmayaraq, idarəetmə
orqanları öz qərarları hesabına büdcəni möhkəmləndirir, əldə edilmiş
mənfəət hesabına ictimai müəssisəyə çevrilərək, rentabelli müəssisə
sayılır.
11
Bunun nəticəsində göstərilən xidmət sahələrinin 'fəaliyyəti həm
faydalı, həm də zəruri hesab edilir.
Bəzi hallarda isə funksiyalanm yerinə yetirən zaman mənfəət əldə
edilməsində sərf ediləcək xərcləri dövlət öz üzərinə götürür, buna görə
onlara inzibati hüquq normalarının tətbiq edilməsi düzgün sayılmır.
Məsələn, taxıl məhsullarını yetişdirən kəndli, taxılı üyüdüb un
edən dəyirmançı, çörək bişirən çörəkçi xalqa xidmət etməklə öz
funksiyalarını həyata keçirir.
Beləliklə, yuxarıda qeyd edilən 3 kateqoriyalı inzibati hüquq
dairəsi biri digərindən fərqlənir, bura daxil olan ordu, məhkəmə, poçt və
s. dövlət idarəetmə orqanlarının inhisanndadır.
İkinciyə daxil olanlar isə məktəblər, tibbi müalicə müəssisələri,
mənzil fondu, nəqliyyat və s. dövlət idarəetmə aparatının müəssisələridir.
Üçüncü xidmət orqanları isə öz fəaliyyətlərini həyata keçirən
zaman bir sıra çətinliklərlə üzləşəndə, onda dövlət orqanları onlann bu
çətinlikdən qurtarmalarına köməklik göstərir.
Beləliklə, Fransada inzibati hüquq digər hüquq sahələrindən ona
görə fərqlənir ki, o özündə ümumi normalar sistemini yaradır.
Birinci suala yekun vurmamışdan əvvəl qeyd etmək lazımdır ki,
Azərbaycan Respublikasının hüquq sistemini təşkil edən hüquq
sahələrindən biri də «inzibati hüquq» sahəsidir. İnzibati hüququn
nizamasalma predmetini, əsasən dövlət idarəetməsi, icra hakimiyyətinin
təşkili və həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
təşkil edir.
İnzibati hüquqda dövlət idarəedilməsinin əsas xüsusiyyətləri:
dövlətin sosial mədəni və iqtisadi fəaliyyətə bilavasitə operativ rəhbərliyi
həyata keçirməsindən, dövlət idarəetməsinin dövlət-hakimiyyət
xarakterli olmasından, dövlət idarəetməsinin xüsusi subyektlərinin
mövcudluğundan, dövlət idarəetməsinin nəzarət altında olmasından və
qanun əsasında həyata keçirilməsindən ibarətdir.
İnzibati hüququn məqsədləri insan və vətəndaşların hüquq və
azadlıqlarının təmin olunmasından; icra hakimiyyətinin demokratik
təşkilinin təmin edilməsindən; icra hakimiyyəti fəaliyyətinin effektivliyi
üçün şərait yaradılmasından; vətəndaşların və onların birliyinin hüquq və
azadlıqlannm həyata keçirilməsi üçün idarəetmə sahəsində şəraitin
yaradılmasından; vətəndaşların və cəmiyyətin inzibati özbaşınalıqdan,
sui-istifadədən, diqqətsizlikdən, səlahiyyətsizlikdən, səriştəsizlikdən,
dövlət idarəetmə orqanlarının özbaşınalığından, müdafiəsinin təmin
edilməsindən ibarətdir.
12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1-ci
maddəsinə əsasən:
■
izibati xətalar qanunvericiliyi İnzibati Xətalar Məcəlləsindən
ibarətdir;
■
Azərbaycan Respublikasının Konstitusiyasına və hamılıqla qəbul
edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır;
•
inzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin
tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız İnzibati Xətalar
Məcəlləsinə daxil olduqdan sonra tətbiq edilir.
Azərbaycan Respublikasında əmlakla bağlı mübahisələr yalnız
Mülki-Prosessual, cinayət hadisələri isə Cinayət - Prosessual
qanunvericilikləri ilə tənzimlənir.
Əmək münaqişələri Əmək Məcəlləsi ilə tənzimlənir və s.
Dostları ilə paylaş: |