la; dövlət və vətəndaşlar arasında yaranan mübahisölər isə inzibati hüquq
recimi ilə tənzimlənir.
Maddi hüquq normalarını təşkil edən mübahisələr məhkəmələr
tərəfindən həll edilir.
İnzibati işlər üzrə məhkəmə ali məhkəmə orqanlarından bir sıra
cəhətlərlə fərqlənir.
Ali məhkəmə orqanları konstitusiya və orqanik qanunlarla
müəyyən edilmiş qaydada həyata keçirilir və onlar xüsusi statusa
malikdirlər.
İnzibati işlər üzrə məhkəmələr isə məmurların xüsusi statusuna
malikdirlər. Deməli, bu hər iki məhkəmə ayrı-ayrı normativ aktlar
əsasında öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir.
Ali məhkəmə instansiyaları, yalnız mübahisə və münaqişələri həll
edir, inzibati işlər üzrə hakimlər isə iki cür səlahiyyətlərə malikdir.
Onlar
tərəfindən hər hansı bir məsələyə hüquqi rəy verilir, axırıncı halda
hökumət və məhkəmə orqanları yanında konsultativ funksiyalara malik
orqanlar olur.
Nəhayət, hər iki hakimlər biri digərindən prosessual qaydada
fərqlənir, belə ki, ədalət məhkəməsinin qolları hüququn müxtəlif
normalarına əsaslanır.
Məsələn, inzibati işlər hakimləri öz funksiyalarını yerinə
yetirərkən ümumi mülki hüquq normalarından da istifadə edirlər. Bəzi
hallarda elə məsələlər meydana çıxır ki, onların mülki hüquq normaları
ilə araşdırılması mümkün olur, bu da işin obyektiv həll edilməsi
deməkdir. Ali məhkəmələrdə isə bəzən elə bir vəziyyət yaranır ki,
məsələlərin həll edilməsi üçün inzibati hüquq normalarından istifadə
edilməsi vacib sayılır.
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə
əsasən mülkiyyət:
■
Dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti
növündən ibərətdir.
• Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət
tərəfindən müdafiə olunur.
■
Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları,
cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə
edilə bilməz.
Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə
əsasən, məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız
məhkəmələr həyata keçirirlər.
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konsti
14
tusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi,
Azərbaycan Respublikasının Apellyasiya məhkəmələri, Azərbaycan
Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış
məhkəmələri həyata keçirirlər.
■
Məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət-mühakimə
icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş vasitələr ilə həyata keçirilir.
■
Məhkəmələrin icraatlarında cinayət işi olduqda bu prosesdə
prokurorluğun nümayəndəsi və müdafiə tərəfi də iştirak edir.
■
Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən
edilir.
■
Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən
olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin
yaradılması qanunla qadağan edilir.
■
Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində
dəyişilməzdirlər.
Hakimlərin
çıxartdıqları
qərarlardan,
hökmlərdən
və
qərardadlardan şikayət və protest verilə bilər.
Verilmiş şikayətlər və protestlər öz qanuni həllini tapır.
Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına
aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı olaraq,
kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmə
təcrübəsinin praktikasına aid olan məsələlər üzrə izahatlar verir.
Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla
onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya
məhkəmələridir.
Onların səlahiyyətləri ondan ibərətdir ki, I instansiya məhkəmələri
tərəfindən çıxarılmış hökmlərdən, qərarlardan verilmiş şikayət və ya
protest əsasında işə baxır, obyektiv qərar qəbul edir.
Dostları ilə paylaş: