§ 4. inzibati hüquqda idarəetmə nəzəriyyəsi və metodoloji
problemlər
Fransa inzibati hüquqi idarəetmə nəzəriyyəsi baxımından böyük
təcrübəyə malikdir. Dövlət aparatında çalışan məmurlar öz gündəlik iş
fəaliyyətlərini həyata keçirərkən inzibati hüququn müddəalarını
dönmədən əldə rəhbər tuturlar. İdarəetmə nəzəriyyəsinin mənbəyini
qanuni sənədlər təşkil edir. İnzibati hüququn bu sənədləri normativ aktlar
sayılır və təkcə idarəetmə orqanlarına aid deyil, məhkəmə orqanlarına və
digər orqanlara, sahibkarlara, özünüidarəetmə orqanlarına və
vətəndaşlara aid edilir.
Normativ aktlar əsas etibarilə daxili normalardan yaranaraq
inzibati hüquq normalarına çevrilirlər.
1958-ci ildə Fransa Konstitusiyasının 16-cı və 34-cü maddələrinə
əsasən, dövlət idarəetmə orqanlarında çalışanların fəaliyyətlərinin qanun
çərçivəsində həyata keçirilməsinə dair bir sıra qanun layihələri hazırlandı
və qəbul edildi.
Verilmiş dövlətdaxili aktları, qanun və dekretləri əhaliyə
çatdırmaq üçün qanunvericilik xəbərləri də dərc edildi. Beynəlxalq
xarakterli normativ aktlar, inzibati hüququn normativ aktları ilə
birləşdirilərək dövlət tənzimlənməsində mühüm rol oynayırdı. Yəni bu
hüquqi- aktlar qarşı-qarşıya qoyulmur, qarşılıqlı surətdə cəmiyyətdəki
münasibətləri tənzimləyirdi. Bu meyarların hər birinin idarəetmə
sistemində öz təminatları vardır, yəni hər biri öz funksiyalarını həyata
keçirir, buna görə də onlar inzibati hüquq sahəsində həm meyarlar, həm
də əsas anlayışlar kimi qiymətləndirilir.
«İnzibati hüquq rejimində təsisatlar» anlayışı həm ümumi
hüququn hüquqi şəxslərinə, həm də ümumi (ictimai) xidmət vəzifələrini
yerinə yetirən xüsusi təsisatlara aid edilir.
Fransada uzun müddət hüquqi şəxslərin mövcudluğunu inkar
22
edirdilər. Bu anlayışı onlar uydurma hesab edir, təkcə fiziki şəxsləri qəbul
edirdilər. Hal-hazırda Fransada hüquqi şəxslər də təsisatçılar kimi qəbul
edilir.
İnsanlar təşkilatda, assosiasiyada, həmkarlar ittifaqında və yaxud
kommersiya strukturlarında çalışır, yaxud özləri ayn-ayrılıqda cəmiyyət
yaradırlar. Beləliklə, bir hüquqi şəxsin timsalında bir neçə hüquqi şəxslər
də birləşə bilərlər. Birləşmə nəticəsində onların birliyi yaranır.
Məsələn, həmkarlar ittifaqları biri digəri ilə birləşərək həmkarlar
ittifaqları konfederasiyalarını yaradırlar. Fransa hüququ istisna olmaqla,
Anqlosakson hüququnda bir qayda olaraq birliklər, müəyyən əmək
kollektivləri ümumi məqsədə xilmət etmək üçün əmlakı birgə idarə etmək
hüquqlarına malikdirlər.
Fransada hüquqi şəxs əlamətləri olmayan birliklər də mövcuddur.
Bunlardan valideynləri və uşaqları əhatə edən, hüquqi şəxs əlamətlərinə
malik olmayan, fiziki şəxslər ittifaqından ibarət olan ailələri nümunə
göstərmək olar. Bəzi hallarda isə müəssisə hüquqi şəxs olmaqla yanaşı,
şirkətə məxsus olur, əslində onu fiziki şəxslər, sahibkarlar və muzdlu
işləyənlər təmsil etsələr də belə, onlar hüquqi şəxs sayılmırlar.
Hüquqi şəxs insanların mütəşəkkil toplusu olmaq etibarilə ümumi
tərifə malik olmaqla, mühüm element qismində çıxış edir və bir sıra kiçik
hissələrə bölünür.
Hər yerdə olduğu kimi, Fransada da fiziki şəxslər bir yerə
toplaşaraq qarşıya qoyduqları müəyyən məqsədlərə nail olmaq üçün birlik
yaradırlar. Qarşıya qoyulan məqsədlər isə müxtəlif ola bilər: siyasi, idman
və ya digər təyinatları qarşısına məqsəd qoyan vətəndaşlar kommersiya və
yaxud sənaye müəssisələri yarada bilərlər. Hər iki halda təşkilatın hər bir
üzvü öz mənafelərini qorumaq üçün birləşirlər.
Maddi nemətlər termini Fransada adi şəxslər ilə hüquqi şəxslərin
arasında qarşılıqlı əlaqələr nəticəsində yaranır, onlann bütün
fəaliyyətlərinin inzibati hüququn normaları əsasında həyata keçirilməsinə
kabinet üzvləri köməklik göstərirlər.
1948-ci ildə verilmiş dekretə əsasən. Nazirlər Kabinetində
islahatlar aparıldı, bir kabinetdə on üzvdən ibarət qrupların yaradılması
müəyyən edildi.
Nazirlər öz kabinetinin üzvlərinin köməyi ilə nazirliyin mərkəzi
aparatının gündəlik fəaliyyətinə rəhbərliyi həyata keçirirdilər.
Mərkəzi dövlət idarəetmə aparatlarının nazirləri səlahiyyətlərinə
görə periferiya xidmətlərindən fərqlənirdilər. Mərkəzi dövlət
23
idarəetmə aparatı ilə periferiya xidmətləri arasında yeganə fərq ondan
ibarət idi ki, dövlət qulluqçularının statusu, işdə irəli çəkilmə və işə qəbul
etmə qaydaları, periferiya xidmətlərində olduğu kimi deyildir.
Məsələn, mərkəzi idarəetmə aparatlarının ali dövlət qulluqçu- lan
milli inzibati idarəetmə məktəbinin məzunlarından seçilir və təyin edilir.
Periferiya xidmətlərinin yüksək rütbəli məmurlarının komp-
lektləşdirilməsi tamamilə başqadır.
Mərkəzi idarəetmə orqanları, adətən Paris şəhərində yerləşir.
İnzibati desentralizasiya çərçivəsinə görə nazirliklərin bəzilərinin
idarəetmə orqanları ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərir. Məsələn, Nant
şəhərində Müdafiə Nazirliyinin bir sıra təşkilatları yerləşir. Nazirliklərin
ümumi siyasətinin həyata keçirilməsi məqsədi ilə normativ aktlar
işlənilir. Bu siyasətin periferiya xidmətləri tərəfindən həyata
keçirilmələrinə nəzarəti mərkəzi idarəetmə aparatları təmin edirlər.
Mərkəzi idarəetmə aparatının xidmət sahəsinin başında nazirliyin
yüksək rütbəli məmurları, baş direktorlar, direktorlar, onların müavinləri,
şöbə rəisləri, xidmət rəhbərləri və büro rəisləri dururlar.
Fransa dövlətinin bu cür sistemdə təşkil edilməsini başqa
dövlətlərlə müqayisə etdikdə, Fransanın mərkəzi xidmət sistemi
başqalarından fərqlənir.
Azərbaycan Respublikasının inzibati hüququnu, əsasən,
idarəetməni dövlət idarəetmə orqanları və icra hakimiyyətləri orqanları
həyata keçirirlər.
İdarəetmə müəyyən fəaliyyət növüdür, yəni ictimai əhəmiyyət
kəsb edən məqsədlərə nail olmaq üçün həyata keçirilən hərəkətlər
məcmusudur (daha geniş mənada desək, idarəetmə nəyinsə və kiminsə
üzərində rəhbərlik deməkdir) idarəetmənin funksiyalarının 3 növü
mövcuddur. Bunlar aşağıdakılardır:
■
xüsusi funksiyalar - idarəetmə prosesinin məqsədindən və onun
qarşısında duran vəzifələrdən asılı olaraq müəyyən edilən funksiyalardır.
■
təminedici funksiyalar - idarəetmə prosesinin məqsədinə nail
olmaq və idarəetmə prosesinin qarşısında duran vəzifələrin yerinə
yetirilməsi üçün görülən maddi-texniki əməliyyatlar məcmusudur.
■
ümumi funksiyalar - hər bir idarəetmə prosesinə bütövlükdə və
onun ayrı-ayrı mərhələlərinə aid olan funksiyalardır.
Ümumi funksiyaları həyata keçirərkən aşağıdakılara əməl edilir:
■
məlumat mübadiləsi;
■
proqnozlaşdırma;
24
planlaşdırma;
təşkiletmə;
sərəncam vermə (nizamasalma);
koordinasiya (əlaqələndirmə);
nəzarət (yoxlama).
İdarəetmə prosesləri mərhələlərlə həll edilir, o cümlədən:
həll edilən problemin araşdırılması və onun təhlili; qərar
layihəsinin hazırlanması;
layihənin müzakirəsi və ona ekspert qiymətinin verilməsi;
qərar layihəsinin təsdiqi (ona mütləq hüquqi qiymət verilir);
qərarın icra edilməsi;
qərarın yerinə yetirilməsinə nəzarətin aparılması; qərarın
yerinə yetirilməsi.
Azərbaycan
Respublikasında
dövlət idarəetməsini icra
hakimiyyətləri həyata keçirirlər.
İcra hakimiyyəti dedikdə, müəyyən dövlət orqanlarının və vəzifəli
şəxslərin icraedici - sərəncamverici fəaliyyətini təşkil edən dövlət
hakimiyyətinin həyata keçirilməsi istiqamətlərindən biri başa düşülür.
İcra hakimiyyətinin sistemi mövcuddur, bunlar: Azərbaycan
Respublikasının Prezidenti (Azərbaycan Respublikasının Prezidentinin
icra aparatı); yuxarı icra hakimiyyəti orqanları (Azərbaycan
Respublikasının Nazirlər Kabineti); mərkəzi icra hakimiyyəti orqanları
(nazirliklər, dövlət komitələri, respublika xidmətləri); yerli icra
hakimiyyəti orqanlarıdır.
Beləliklə, Fransa idarəetmə orqanları ilə Azərbaycan idarəetmə
orqanları arasında fərq olduqca böyükdür. Çünki Azərbaycan
Respublikasında icra hakimiyyətləri Azərbaycan Respublikasının
Prezidentinə mənsubdur. O, ölkənin daxilində və xarici münasibətlərdə
Azərbaycan dövlətini təmsil edir, xalqın validliyini təcəssüm etdirir,
Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir və Azəbaycan
Respublikasında
məhkəmə
hakimiyyətinin
müstəqilliyinin
təminatçısıdır.
Azərbaycan
Respublikası
Prezidentinin
səlahiyyətləri
Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi ilə
müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinə
əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından,
qabiliyyətlərindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya
başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan
edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
25
Respublikanın dövlət idarəetməsində sosial idarəetmənin iki növü
mövcüddur:
Dövlət idarəetməsi - dövlət-hakimiyyət səlahiyyətlərinin həyata
keçirilməsi üzrə olan fəaliyyətdir. Bu fəaliyyəti dövlət orqanları həyata
keçirirlər.
Qeyri-dövlət idarəetməsi - sosial idarəetmənin digər növlərini
qeyri-dövlət orqanlan həyata keçirirlər.
Dövlət idarəetməsinin obyekti - dövlət hakimiyyət orqanlarının
aparatları, idarə, müəssisə və təşkilatların əməkdaşlarının kollektivləri və
vətəndaşlarıdır.
Qeyri-dövlət idarəetməsinin obyektləri - müvafiq idarəetmə,
müəssisə və təşkilatların əməkdaşları, kollektivləri və vətəndaşlardır.
İnzibati hüququn subyektləri dedikdə, Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, inzibati hüquqla
(inzibati hüquq normaları ilə) nizama salman idarəetmə sahəsindəki
ictimai münasibətlərin iştirakçıları (tərəfləri) ola bilən şəxs və ya təşkilat
başa düşülür.
26
|