III
FƏSIL
DÖVLƏT VƏ HÜQUQİ ŞƏXS
§1. Hüquqi şəxs kimi, dövlətin suverenliyi,
hüquqları və ali idarəetmə orqanları
Dövlət digər hüquqi şəxslərə bənzəməyən hüquqi şəxsdir. O,
xüsusi təbiətli şəxsdir. Dövlət real surətdə inzibati və məhkəmə
təcrübəsində qanunla qəbul edilmiş hüquqi şəxsdir, həmçinin demək olar
ki, hüquqi şəxs keyfiyyəti onun digər keyfiyyətləri qarşısında üstünlüyə
malik deyil. Dövlət Konstitusiyası hüquqi baxımdan elə siyasi və sosial
reallıqdır ki, o, müxtəlif növ, yəni sinfi məzmununa və hakim
sosial-iqtisadi sistemdə roluna görə təriflənməyə layiqdir. Bu baxımdan
məzmun səciyyəsindən asılı olmayaraq, dövlət hüquqi münasibətlərdə,
inzibati hüquq sahəsində həmişə hüquqi şəxs formasını özündə birləşdirir.
Dövlətin məzmunu dəyişə bilər, lakin onun forması bütün dövlətlərdə
olduğu kimi, Fransada da eyni olaraq qalır. Bu, konstitusiya hüququnda öz
əksini tapmış xalqların təcəssümüdür, çünki millət öz təcəssümünü
dövlətdə tapır.
Dövlət hüquqi şəxsin bütün atributlarına malikdir, dövlət maddi
sərvətdir. Dövlət mülkiyyət formasına malikdir.
Fransada dövlət mülkiyyəti ilə yanaşı, xüsusi mülkiyyət də
mövcuddur.
Dövlət qulluqçuları dövlətin normativ qanunlarla müəyyən etdiyi
ştatlarda çalışırlar. O, müqavilələr bağlayır, öz üzərinə öhdəliklər götürür,
məhkəmədə tərəf qismində çıxış edir, dövlətə münasibətdə ona vurulmuş
zərərin məhkəmə yolu ilə ödənilməsini təmin edir. Bəzi hallarda Dövlət
Şurası belə işlərə baxır və qərarlar qəbul edir, qəbul edilmiş qərarlara görə
dövlət cavabdeh qismində çıxış edir. Bəzi hallarda ayrı-ayrı
hüquqşünaslar tərəfindən belə hallara düzgün qiymət verilmir. Ona görə
ki, Fransada verilən şikayətlərdə belə ifadələrə rast gəlmək olur: «Daxili
işlər nazirliyi əməkdaşlarının hərəkətlərindən şikayət etmirəm», «Şikayəti
dövlətə qarşı verirəm» tələbi ilə çıxış edirlər. Əslində, Fransada bu ona
görə irəli sürülür ki, dövlət hüquqi şəxsin bütün əlamətlərini özündə
birləşdirir.
Dövlət hüquqi şəxslərdən biri deyil, vahid hüquqi şəxsi təmsil
edir. Məsələn, maliyyə nöqteyi-nəzərdən dövlətin hüquq subyektinə
malik olması, onun dövlət büdcəsinin vahidliyi prinsipi ilə ifadə edil
33
mişdir. Çünki xəzinənin xüsusi hesabları olmaqla əlavə büdcələr də
mövcuddur. Lakin bunlar dövlətin hüquqi şəxs keyfiyyətini inkar etməyə
əsas vermir, dövlətin mədaxil və məxariclərinə aid edilən məsələlərlə
xəzinədarlar məşğul olurlar.
Hüquqi şəxs etibarilə dövlət inzibati-hüquqi münasibətlərdə
özünəməxsus şəkildə təzahür edir. Məsələn, iri mağaza hüquqi şəxsə,
şirkətə məxsus olan bir təşkilatı təmsil edir; onun çoxlu bölmələri və
şöbələri olur. Lakin bu iri mağazanın bölmə və şöbələri hüquqi şəxs
əlamətlərinə malik deyi. Əgər şöbə müdiri hər hansı hüquqpozmaya yol
verirsə, buna görə də məsuliyyət daşıyır. Bu zaman o, iri mağazanın
sahibi olan şirkətin adından çıxış edir. Dövlətin vahidliyi prinsipi
Fransada mülki hüququ münasibətlərin həllində də qüvvədədir. Bu
onunla sübut edilir ki, dövlət heç vaxt özü-özünə qarşı iddia qaldıra
bilməz. Dövlətə qarşı kommunalar tərəfindən məhkəməyə şikayət verilə
bilər, lakin dövlət özü bunu edə bilməz. Bəzi hallarda iki nazir məsuliyyət
məsələlərinin həllində ümumi razılığa gələ bilmirlər, buna baxmayaraq,
onlar bir-birinə qarşı iddia qaldırmaq hüququna malik deyillər.
Vətəndaşlar arasında yaranan mübahisələr, narazılıqlar məhkəmə
tərəfindən məhkəməyə verilmiş iddia ərizəsindən sonra, hətta onlar
razılığa gələrlərsə belə, hakim işə baxarkən hakim qarşısında ümumi
mövqelərini müdafiə etməlidirlər, çünki bunlar dövlətin marağından irəli
gəlir.
Mülki hüquqi münasibətlərdə dövlətin vahidliyi prinsipi
hakimiyyət səlahiyyətini aşmağa görə şikayətlərlə əlaqədar bir sıra
istisnalar da təzahür edir. Belə ki, şikayət fiziki və yaxud hüquqi şəxsə
qarşı konkret hərəkətə görə obyektiv olmalıdır. Dövlət Şurası müəyyən
etmişdir ki, bir dövlət orqanı digər dövlət orqanından narazı qaldıqda
qərarla əlaqədar məhkəmə qarşısında iddia qaldıra bilər, çünki belə
hallarda dövlət öz-özünə qarşı iddia qaldırmır. Konkret qərarlardan
narazı qaldıqları hallarda dövlət orqanları onlardan protest verə bilərlər.
Müasir dövrdə Fransada bir dövlət orqanının digər dövlət
orqanına qarşı şikayət verməsi sahəsində vətəndaşların idarəetmə
fəaliyyəti genişləndirilmiş, onların iştirakını təmin etmək məqsədilə ayrı-
ayrı maraqları olmayan vətəndaşlardan ibarət nümayəndələr komissiyası
yaradılmış və onlara mübahisələrini həll etmək hüququ verilmişdir, Bu
komissiyalar dövlətin adından fəaliyyət göstərirlər, Dövlətin həmin
komissiyalarında bir nəfər də belə, dövlət qulluqçusu iştirak etməməsinə
baxmayaraq, dövlət burada tərəf qismində çıxış edir.
34
Komissiya tərəfindən qərar qəbul edildikdə, Dövlət Şurasının
tmüəyyən etdiyi kimi, heç bir nazirin və ya digər dövlət orqanının onu
ləğv etmək hüququ yoxdur. Əgər nazirlər tərəfindən və ya digər dövlət
orqanları tərəfindən komissiyaların çıxartdıqları qərarlar ləğv edilmiş
olsaydı, onda əhalinin idarəetmədə iştirakları məhdudlaşdırılardı.
Lakin bəzi qərarlar dövlətin mənafeyinə zidd olduqda, onda
nazirlərin həmin qərardan məhkəməyə şikayət vermək hüquqları vardır.
Nazirlər də, komissiyalar da dövlətin adından fəaliyyət göstərmələrinə
baxmayaraq, göstərilən halda nazirlərə səlahiyyət verilir ki, belə
qərarlardan inzibati hakimlərə şikayət versinlər. Belə xüsusiyyətlər
dövlətin vahidlik prinsipinə zərər gətirmir.
Dövlətin xüsusiyyətləri onun bütün hüquq sistemində hakim
mövqeyini əks etdirir. Bunlar dövlətin suverenliyi və dövlət mənafeyinin
ideyalarıdır.
Dövlətin suverenliyi baxımından ümumi və xüsusi hüquq
normaları ilə tənzimlənən hüquqi şəxslər sırasında dövlət böyük
səlahiyyətlərə malik olan yeganə hüquqi şəxsdir. Bu o deməkdir ki, dövlət
öz səlahiyyətlərinin həcmini yalnız özü müəyyənləşdirir. Dövlətin
daxilində olan bütün digər hüquqi şəxslər dövlət tərəfindən müəyyən
edilir, onlara hüquq və səlahiyyətlər verir. Dövlət nazirliklərin, kommu-
nalarm və digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdıra bilər.
Dövlət bütün digər hüquqi şəxslərin üzərində nəzarəti həyata
keçirir. Onların mövcudluğunu dövlət özü müəyyən edir: onları yaradır və
ləğv edir. Hüquqi şəxslərin yaradılması və ləğv edilməsi dövlətin və onun
orqanlarının sərəncamvericilik fəaliyyətinin nəticəsidir. Dövlət tərəfindən
hüquqi şəxslərin hüquq və vəzifələrini, funksiyalarını həyata keçirməsinə
nəzarət edilir. Dövlət bunu göz - qoyma yolu ilə həyata keçirir. Dövlətin
ərazi universallığı, dövlətin fəaliyyətində ölkənin bütün ərazisinə şamil
edilir. İdarəetmə kollektivləri öz fəaliyyətini yalnız ölkə ərazisinin bir
hissəsində, həm də dövlətin müəyyən etdiyi sahələrdə həyata keçirirlər.
Bu universallıq həm də funksional universallıqdır və bu əlamətlərə görə
dövlət digər ictimai təsisatlardan fərqlənir. Hər bir hüquqi şəxs öz
fəaliyyətini dəqiq müəyyənləşdirir və həyata keçirir. Dövlətin isə
fəaliyyət sahəsi olduqca genişdir. Dövlətin funksiyaları universaldır. O,
iqtisadi, sosial, mədəni, siyasi və digər fəaliyyətlərlə məşğuldur. Dövlət
Şurası bu ideyanı belə bir qısa formada ifadə etmişdir: «Ümumi hüquq
dairəsində təsis aktları ilə müəyyənləşdirilmiş hüquqi şəxslərə aid
ixtisaslaşma prinsipi» dövlətə tətbiq edilmir.
35
Dövlət həm də qanunverici və hakimdir. Bu, Fransa
konstitusiyalarından və məhkəmə sisteminin təşkilindən irəli gəlir.
Suverenlik və universallıq bütün dövlətlər üçün səciyyəvidir.
Fransada, həqiqətən də, dövlət ümumi hüquq normaları ilə
tənzimlənən digər hüquqi şəxslərlə müqayisədə çox böyük təsirə
malikdir. Dövlət, dövlət qulluqçularının ştat vahidini müəyyən etməklə
onlann fəaliyyətinə istiqamət verir.
İnzibati quruluşa əsasən, inzibati təsisatların tədqiqi sahəsinə
aiddir:
■
ali idarəetmə orqanlarına, mərkəzi dövlət idarəetmə aparatlarına
aid edilən hüquqi xarakterli normalar;
■
yerli dövlət orqanlarına aid edilən hüquqi xarakterli normalar.
Fransada idarəetmə aparatının vahid ali başçısı yoxdur. İnzibati
aparatın idarə edilməsini bir tərəfdən fərdi səviyyədə respublikanın
prezidenti, baş nazir və nazirlər, digər tərəfdən isə kollegial orqanlar
həyata keçirirlər. Dövlət idarəetmə aparatında departamentə baş şuranın
sədri, kommunaya mer, ictimai təsisatlara sədr rəhbərlik edir.
Fransa Konstitusiyasının 20-ci maddəsinə əsasən, respublika
idarəetmə sistemində iki rəhbər vardır: - respublikanın prezidenti və baş
nazir. Onlar həm siyasi xadimlər, həm də idarəetmə qərarlarını qəbul
edən icraedici - sərəncamverici orqanların rəhbərləri hesab olunurlar.
Dekretlər kim tərəfindən imzalanmasından asılı olmayaraq, ali idarəetmə
aktları gücünə malikdirlər.
Fransa Konstitusiyasının 20-ci və 21-ci maddələrinə əsasən,
respublika prezidenti baş naziri və nazirləri təyin edir. Hüquqi baxımdan
bunlar müstəqil orqanlardır, lakin onların səlahiyyətləri və funksiyaları
arasında olan fərq Konstitusiyada müəyyən edilməmişdir.
Nazirlər xidmət etdikləri sahələrdə ali hakimiyyətə malikdirlər.
Nazir tərəfindən verilmiş qərar barədə şikayət əsasən hakimə verilir. Bəzi
hallarda isə şikayətə Dövlət Şurası və inzibati tribunal tərəfindən baxıla
bilər. Şikayət əsaslı olduqda göstərilən orqanlar tərəfindən nazirin
qərarının ləğv edilməsi barədə qərar qəbul edilir.
1965-ci ildə Dövlət Şurası hətta belə fikir irəli sürdü ki, nə baş
nazir, nə də respublika prezidenti nazirlər üzərində ierarxik hakimiyyətə
malik deyillər. Lakin buna baxmayaraq, bəzi nazirlər tərəfindən verilən
qərarlar, hökumətin ümumi siyasətinə zərər gətirərsə, onda bu zaman baş
nazir özünün son qərarını qəbul edir. Baş nazir idarəetmə sahəsində
başlıca rol oynayır, əslində isə o, tabeçilikdə olan bütün dövlət xidmətləri
üzərində ierarxik hakimiyyətə malikdir.
Baş nazirə ikili siyasi və inzibati vəzifələrin yerinə yetirilməsin
36
də onun şəxsi qərargahı olan kabinet üzvləri köməklik göstərirlər.
28 iyul, 1948-ci il tarixli dekretlə Nazirlər Kabinetində 10 üzvdən
ibarət olan kabinetlər yaranmışdı. Bu kabinetlərin tərkibinə rəsmi
üzvlərlə yanaşı, inzibati jarqonda «yanmrəsmi» və «qeyri-leqal» hesab
olunan bir sıra şəxslər də daxil edildi. Onlar idarəetmə orqanlarının
fəaliyyətinin bütün növlərinə müdaxilə edirdilər.
Baş nazir öz kabinetinin köməyi ilə nazirliklərin mərkəzi
aparatının fəaliyyətinə nəzarəti və rəhbərliyi həyata keçirir.
Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsinə
əsasən, Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yaşı 35- dən aşağı
olmayan, 10 ildən çox daimi olaraq Azərbaycan Respublikasının
ərazisində yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o
cümlədən ağır cinayətlərə görə məhkum olunmayan, başqa dövlətlər
qarşısında öhdəliyi olmayan, ali təhsili olan və ikili vətəndaşlığı olmayan
Azərbaycan Respublikasının vətəndaşı seçilə bilər. Azərbaycan
Respublikasının Prezidentinin statusu Azərbaycan Respublikasının
Konstitusiyası ilə müəyyən edilmişdir. O, dövlətin daxili və xarici
siyasətini müəyyən edir, danışıqlar aparır və Azərbaycan Respublikasının
adından Milli Məclisdə ratifikasiya ediləndən sonra qüvvəyə minən
beynəlxalq' müqavilələr hazırlayır. Onun Azərbaycan Respublikasındakı
xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini və
övdətnamələrini qəbul etmək səlahiyyəti vardır.
Azərbaycan
Respublikasının
Prezidenti
Azərbaycan
Respublikasının validliyini, suverenliyini və bütövlüyünü təcəssüm
etdirir və o, vətəndaş sülhü, milli əməkdaşlığı, demokratik rejimi təmin
etməyə borcludur, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı
hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetini, yerli
icra hakimiyyəti orqanlarını, Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetini və onun icra hakimiyyəti orqanlarının hamısını birlikdə təşkil
edir. Bütün idarəçilik ierarxiyasının və icra hakimiyyəti sisteminin
başçısı kimi Prezident böyük səlahiyyətlərə malikdir. O, Nazirlər
Kabinetinin fəaliyyətinə rəhbərlik edir və hökumətin öz səlahiyyətlərini
səmərəli həyata keçirməsi üçün tədbir görür.
Azərbaycan
Respublikasının
Prezidenti
Azərbaycan
Respublikasının Milli Məclisinin razılığı ilə hökumət başçısını, hökumət
başçısının təqdimatı ilə nazirliklərin, komitələrin və Azərbaycan
Respublikasının Milli Bankının, digər mərkəzi idarəetmə strukturlarının
rəhbərlərini təyin etmək və vəzifədən azad etmək səlahiyyətinə malikdir.
O, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına başçılıq
37
edir, qanunla müəyyən edilmiş qaydada fövqəladə vəziyyət elan edir,
fərman və sərəncamlar verir. Təşkilati cəhətdən Prezident heç kəsə tabe
deyil, o digər dövlət orqanlarına nisbətən yüksək dərəcəli müstəqilliyə
malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 113- cü
maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti ümumi
qaydalar müəyyən edildikdə, fərmanlar, digər məsələlər barəsində isə
sərəncamlar qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti Konstitusiyanın 114-cü
maddəsinə əsasən, icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası
Prezidentinin yuxarı icra orqanıdır, onun iş fəaliyyəti Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirlər
Kabinetinin tərkibinə Azərbaycan Respublikasının baş naziri, onun
müavinləri, nazirlər və digər mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri daxildir. Azərbaycan Respublikasının Nazirlər Kabineti - icra
hakimiyyətinin yüksək orqanıdır. O, dövlət idarəçilik orqanları sisteminə
rəhbərlik edir, onların razılaşdırılmış və qarşılıqlı fəaliyyətini təmin edir,
konstitusiya və qanunlarla Azərbaycan Respublikasına aid olan dövlət
idarəçiliyi məsələlərini həll etmək hüququna malikdir.
Ümumi səlahiyyətli idarəçilik orqanı kimi Nazirlər kabineti
ölkənin bütün həyat sahələrində geniş səlahiyyətlərə malikdir.
İqtisadiyyat sahəsində hökumət əsas iqtisadi inkişaf proqramlarının
layihələrini hazırlayır, iqtisadi proseslərlə məşğul olur, pul və kredit
sisteminin möhkəmləndirilməsini təmin edir, vahid qiymət sistemi
yaradır.
Prezident və Milli Məclis tərəfindən qəbul edilən aktlar, dövlət
büdcəsi və digər büdcədənkənar fondlardan maliyyələşdirilməsi tələb
olunan qərarlar, Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsasında
hazırlanır. Hökumət sosial inkişaf proqramını hazırlayır, səhiyyəni, xalq
təhsilini təşkil edir, mədənİ
3
^ətin inkişafına zəmin yaradır. Onun
fəaliyyətinin əsas istiqamətlərindən biri sosial təminata rəhbərlik etmək,
vətəndaşların bu qrupu üzərində inzibati qəyyumluq sistemini
təkmilləşdirmək və s.-dir Hökumət öz səlahiyyətləri çərçivəsində
sərəncam və qərarlar verir.
38
|